Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə61/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   57   58   59   60   61   62   63   64   ...   84

yünə  qarşı  təcavüzü pisləməyə və  ona  son qoymağa və  bu  məqsədlə 
BMT çərçivəsində əlaqələndirilmiş hərəkətlər etmək qərarın verilməsi­
nə çağırır.
67. O bir daha təsdiq edir ki, gücdən  istifadə edərək torpaqın əldə 
edilməsi  qanuni tanına bilməz.  O,  dövlətlərin  ərazi  bütövlüyü və bey­
nəlxalq  tanınmış  sərhədlərin  toxunulmazlığı  prinsiplərinə  hörmət 
edilməsi  əsasında  Ermənistan  və  Azərbaycan  arasında  münaqişənin 
ədalətli və dinc nizamlanmasına çağırır.
68.  O,  Ermənistanın  və  Azərbaycanın  hər  ikisini  və  ATƏT-in 
Minsk Qrupunun bütün ölkələrini ATƏT-in davam edən sülh prosesin­
də səmərəli  iştirak etməyə və dinc nizamlanmanın əldə edilməsi  üçün 
onu  daha  çətin  edən  hər  hansı  bir  hərəkətlərdən  çəkinməyə  israrla 
çağırır.
69.  O,  öz vətəninin müdafiə edilməsi  üçün Azərbaycan hökuməti 
və xalqı tərəfindən edilmiş  səylərə özünün tam  həmrəyliyini  və dəstə­
yini bir daha təsdiq edir və qaçqın  və məcburi köçkünlərin təhlükəsiz, 
şərəf və ləyaqətlə öz doğma yurdlarına qayıtmasına imkan verilməsinə 
çağırır.
70.  O,  həmdə  Azərbaycan  Respublikasının  ərazisində  bir  mil­
yondan çox qaçqın və məcburi  köçkünlərin olması  ilə bağlı  humanitar 
problemlərin  kəskinliyinə  dair  öz  narahatçılığını  bildirir  və  üzv 
dövlətləri,  İslam İnkişaf Bankını  və digər İslam  institutlarını  Azərbay­
can  Respublikasına  təcili  maliyyə  və  humanitar yardım  göstərməsini 
xahiş edir.
6.2.2.2.  İslam Konfransı Təşkilatı  Xarici işlər nazirləri Şurasının
7-ci fövqəladə sessiyasında qəbul olunmuş Qətnamələr.
Islamabad, Pakistan  İslaın  Respublikası
2-4 Rəbi əs sani  1415H (7-9 Sentyabr 1994)
Qətnamə  №  5/7-EX.  Ermənistan  və  Azərbaycan  arasında 
münaqişə haqqında.
6.2.3.  İslam  Konfransı Təşkilatı Xarici işlər nazirləri Şurasının
21-ci sessiyası.
Karaçi,  Pakistan İslam Respublikası
4-8ZİL HİCCƏ QADAH  14I3H (25 - 29 Aprel  1993)
244
6.2.3.1.YEKUN  KOMMUNİKE
{ ç ıx a r ış )
44 Konfrans  Ermənistanın  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzünü  qətiyyətlə  pisləyir  və  bütün  işğal  olunmuş  azərbaycan 
ərazilərindən  Ermənistan  silahlı  qüvvələrinin  dərhal,  qeyd-şərtsiz  və 
tam  çəxardılmasını  tələb edir və  israrla Ermənistanı  Azərbaycan  Res­
publikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  hörmət  etməsinə  ça­
ğırır.  O, öz vətəninin  müdafiə edilməsi  iiçün Azərbaycan hökuməti  və 
xalqı  tərəfindən  edilmiş səylərə özünün tam  həmrəyliyini  və dəstəyini 
bir  daha  təsdiq  edir.  ().  dövlətlərin  ərazi  bütövlüyü  və  beynəlxalq 
tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə hörmət edilməsi  əsa­
sında Qarabağ məsələsinin ədalətli  və dinc nizamlanmasına çağırır.  O, 
Ermənistanın  və  Azərbaycanın  hər  ikisini  ATƏT-in  davam  edən  sülh 
prosesində  səmərəli  iştirak  etməyə  və  dinc  nizamlanmanın  əldə 
edilməsi  üçün onu daha çətin edə bilən hər hansı bir hərəkət etməkdən 
çəkinməyə çağırır.  O,  həmdə qaçqın  və məcburi  köçkünlərin təhlükə­
siz,  şərəf və  ləyaqətlə öz doğma yurdlarına qayıtmasına  imkan  veril­
məsinə çağırır. O,  üzv dövlətlərdən,  İslam  İnkişaf Bankından  və digər 
İslam institutlarından Azərbaycan Respublikasına təcili maliyyə və hu­
manitar yardım göstərməsini  xahiş edir. O, həmdə BMT Baş  Katibi  və 
BM P  Təhlükəsizlik  Şurasının  Sədrindən  Ermənistanın  təcavüzünü 
pisləmiş  və bütün  işğal  olunmuş azərbaycan  ərazilərindən  Ermənistan 
hərbi  birləşmələrinin  dərhal  çıxardılmasını  tələb  edən  Təhlükəsizlik 
Şurasının  qətnamələrinin  qəbul  edilməsi  üçün  öz  səlahiyyətlərindən 
istifadə etməsini xahiş edir.
6.2.3.2.İslam  Konfransı Təşkilatı  Xarici işlər nazirləri Şurasının 
21-ci sessiyasında qəbul olunmuş qətnamələr.
6.2.З.2.1.  “Ermənistan və Azərbaycan  arasında  münaqişə 
haqqında” adlı  12/21P nömrəli QƏTNAMƏ
Hicri  tarixi  ilə  4-8  Zil  Hiccə  Qadah  ayı  1413H  (miladi  tarixi  ilə 
25-29  Aprel,  1993-cü  il)  tarixində  Karaçi  şəhəri,  Pakistan  İslam 
Respublikasında  keçirilmiş  İKT-nın  Xarici  İşlər  Nazirləri  Şurasının 
21-ci  konfransı  (Sülh,  Ədalət  və  Tərəqqi  naminə  İslam  Birliyi  və 
Əməkdaşlığı sessiyası)
245


İslam  Konfransı  Təşkilatı  Nizamnaməsinin  prinsip  və  məqsəd­
lərindən çıxış edərək,
Qarabağ  məsələsi  barəsində  Ermənistanla  Azərbaycan  arasında 
münaqişənin kəskinləşməsi ilə əlaqədar dərindən narahat olaraq,
Ermənistanın  Azərbaycana  qarşı  son  hücumunu  və  Azərbaycan 
ərazisinin işğalını qətiyyətlə pisləyərək,
Azərbaycan  Respublikasına  qarşı  Ermənistanın  təcavüzü  nə­
ticəsində humanitar problemlərin dözülməz vəziyyətindən təsirlənərək, 
İKT Xarici İşlər Nazirlərinin  1992-ci  ildə İstanbulda keçirilmiş V 
fövqəladə iclasının prinsipial mövqeyini yada salaraq,
həmçinin  İKT  Xarici  İşlər  Nazirlərinin  BMT  qərargahında 
keçirilmiş  əlaqələndirmə  iclasının  son  rəsmi  məlumatının  müvafiq 
bəndlərini yada salaraq,
qonşu  ölkələrin  və  regional  dövlətlərin,  xüsusilə  İran  və  Tür­
kiyənin, Qarabağ məsələsinin sülh yolu ilə həll  edilməsi  istiqamətində 
göstərdiyi cəhdləri nəzərə alaraq,
ermənilərin  son  təcavüzünün  beynəlxalq  sülh  və  təhlükəsizlik 
üçün təhlükə yaratdığım dərk edərək,
bu  yeni  hərbi  hücumun  ATƏM  çərçivəsində  aparılan  sülh  pro­
sesinə dağıdıcı təsir göstərə biləcəyindən xəbərdar olaraq,
Baş katibin bu məsələ üzrə məruzəsini yüksək qiymətləndirərək:
1 .Ermənistanın  Azərbaycan  Respublikasına  qarşı  təcavüzünü 
kəskin şəkildə pisləyir;
2. 
Erməni  qüvvələrinin  işğal  edilmiş  Azərbaycan  ərazilərindən 
təcili  çıxarılmasına  və  Azərbaycan  Respublikasının  suverenliyinə  və 
ərazi bütövlüyünə hörmət bəsləməyi  Ermənistandan ciddi surətdə tələb 
edir;
3. 
Qarabağ  məsələsini  dövlətlərin  ərazi  bütövlüyünün  və 
beynəlxalq  ictimaiyyət tərəfindən tanınmış  sərhədlərin  toxunulmazlığı 
prinsiplərinə  hörmət  əsasında  ədalətlə  və  sülh  yolu  ilə  həll  elməyə 
çağırır;
4. 
Həm  Ermənistanın,  həm  də  Azərbaycanın  hər  ikisini  həyata 
keçirilən  ATOM  sülh  prosesində  konstruktiv  mövqe  tutmalarını  tələb 
edir  və  məsələnin  sülh  yolu  ilə  həllini  çətinləşdirə  biləcək  hər  bir 
əməldən çəkinməyi tələb edir;
5. 
Azərbaycan  hökumətinin  və  xalqının  öz  ölkəsinin  müdafiəsi 
üçün etdiyi cəhdlərlə tam həmrəy olduğunu bir daha təsdiq edir;
ö.Yaşayış  yerlərini  tərk  edənlərin  öz  evlərinə  təhlükəsiz,  hörmət
246
və qayğı  ilə qayıtmalarını asanlaşdırmağa çağınr;
7. 
Üzv  olan  ölkələr  İslam  İnkişaf  Bankından  və  digər  İslam 
təsisatlarından  Azərbaycan  Respublikasına  təcili  maliyyə  yardımı  və 
humanitar yardımı göstərməyi xahiş edirlər;
8. 
BMT  Baş  katibindən  və  Təhlükəsizlik  Şurasının  sədrindən 
Təhlükəsizlik  Şurasında  Ermənistanın  təcavüzünü  pisləyən  və 
Azərbaycanın  işğal  edilmiş  bütün torpaqlarından erməni  qüvvələrinin 
çıxarılmasını  tələb  edən  qətnamə  qəbul  olunması  üçün  bütün 
səlahiyyətlərdən istifadə etməyi xahiş edir;
9. 
Baş katibdən bu qətnamənin yerinə yetirilməsinə nəzarət etməyi 
və  İKT  Xarici  İşlər  Nazirlərinin  ХХП  konfransında bu  haqda  məruzə 
etməyi xahiş edir.
6.2.4.  İslam  Konfransı Təşkilatı Xarici işlər nazirləri Şurasının
22-ci sessiyası.
Kasablanka, Mərakeş Krallığı
8-10 Rəcəb,  141.SU (10-12 Dekabr,  1994)
6.2.4.1.  YEKUN  KOMMUNİKE 
Azərbaycan - Ermənistan
(çıxanş)
70.Konfrans  Ermənistanın  Respublikasının  Azərbaycan  Respub­
likasına  qarşı  təcavüzünü  qətiyyətlə  pisləyir.  O,  işğal  olunmuş  azər­
baycan  ərazilərində  azərbaycan  mülki  əhalisinə  qarşı  törədilmiş 
əməlləri  insanlıq  əleyhinə  cinayətlər  kimi  qiymətləndirir və  Laçın  və 
Şuşa  rayonları  daxil  olmaqla,  bütün  işğal  olunmuş  azərbaycan 
ərazilərindən  Ermənistan  silahlı  qüvvələrinin  dərhal,  qeyd-şərtsiz,  və 
tam  çəxardıltnasına  dair  Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik 
Şurasının  822,  853, 874  və 884 nömrələri  qətnamələrinin  dəqiq yerinə 
yetirilməsini  qətiyyətlə  tələb  edir  və  israrla  Ermənistam  Azərbaycan 
Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  hörmət  etməsinə 
çağırır.
71.0, 
Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzün  mövcudlüğünü  tanımağa  çağırır;  öz  qətnamələrinin  yerinə 
yetirilməsinin  təmin  edilməsi  məqsədilə  Birləşmiş  Millətlər  Təşkilatı
247


Yüklə

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə