Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə59/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   55   56   57   58   59   60   61   62   ...   84

sizlik  Şurasının  müvafiq  qətnamələrinin  tam  şəkildə  yerinə  ye­
tirilməsinə çağıraraq;
Ermənistan  və  Azərbaycan  arasındakı  münaqişənin həll  edilməsi 
üçün bütün diplomatik və digər cəhdləri alqışlayaraq;
Bütün  üzv  dövlətlərin  Azərbaycan  Respublikasının  suverenliyi, 
ərazi  bütövlüyü və  siyasi  müstəqilliyinə hörmət etmək  öhdəliyini  bir 
daha təsdiq edərək;
Ermənistan  Respublikasım n  təcavüzkar  siyasətinin  ATƏT 
çərçivəsindəki  sülh prosesinə dağıdıcı təsir göstərdiyini  bir daha qeyd 
edərək;
Baş  katibin  hesabatım  (OIC/1CFM -   34/POL/SG-REP.7)  nəzərə 
alaraq
1. 
Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzünü sərt şəkildə ittiham edir.
2. 
İşğal  olunmuş  Azərbaycan  torpaqlanndakı  mülki  azərbaycanlı 
əhaliyə qarşı törədilmiş hərəkətləri insanlığa qarşı cinayət hesab edir.
3. 
Azərbaycanın  işğal  edilmiş  ərazilərindəki  arxeoloji,  mədəni  və 
dini  abidələrin  talan  edilməsini  və  yandırılmasını  sərt  şəkildə  ittiham 
edir.
4. 
BMT  Təhlükəsizlik  Şurasının  822,  853,  874  və  884  saylı  qət­
namələrinin  tam  şəkildə  yerinə  yetirilməsini,  Ermənistan  silahlı 
qüvvələrinin  Azərbaycanın  Dağlıq  Qarabağ regionu da daxil  olmaqla 
bütün  işğal  olunmuş  ərazilərindən  tam  və  qeyd-şərtsiz  çıxarılmasını 
qəti  şəkildə  tələb  edir  və  Ermənistanın  Azərbaycan  Respublikasının 
suverenliyi və ərazi bütövlüyünü tanımağa çağırır.
5. 
Ermənistanın  yuxanda  göstərilən  BMT  Təhlükəsizlik  Şurası 
qətnamələrinin tələblərini  hələ də yerinə yetirməməsindən  narahatlığı­
nı  ifadə edir.
6. 
BMT  Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzü  tanımağa;  BMT  Nizamnaməsinin  Vlf  fəslinə  uyğun  olaraq 
öz  qətnamələrinin  yerinə  yetirilməsini  təmin  etməyə;  Azərbaycan 
Respublikasının  suverenliyi  və  ərazi  bütövlüyünə  qarşı  təcavüzü  itti­
ham  etməyə  və  aradan  qaldırmağa  çağınr  və  bu  məqsədlə  BMT-də 
əlaqələndirilmiş tədbirlər görməyi qərara alır.
7. 
Təcavüzkarı münaqişəni genişləndirmək və Azərbaycan ərazilə­
rini  işğal  altında  saxlamaq  imkanlarından  məhrum  etmək  məqsədilə 
bütün  üzv  dövlətləri  Ermənistanı  silah  və  hərbi  ləvazimatla  təchiz 
etməkdən çəkinməyə çağınr. Üzv dövlətlərin əraziləri belə bir təchizat
236
üçün tranzit kimi istifadə olunmamalıdır.
8. 
Üzv  dövlətləri,  həmçinin  beynəlxalq  birliyin  digər  üzvlərini 
Ennənistanm  təcavüzünə  və  Azərbaycan  ərazilərinin  işğalına  son 
qoymaq  məqsədilə  bütün təsirli  siyasi  və  iqtisadi  vasitələrdən  istifadə 
etməyə çağırır.
9. 
Ermənistan  və  Azərbaycan  arasındakı  münaqişənin  dövlətlərin 
ərazi  bütövlüyü  və  beynəlxalq  birlik  tərəfindən  tanınmış  sərhədləri 
çərçivəsində ədalətli  və sülh yolu ilə həllinə çağınr.
10. 
Üzv  dövlətlərin  Nyu-Yorkdakı  Daimi  Nümayəndəliklərini 
BMT Baş  Məclisində səsvermə zamanı  Azərbaycanın ərazi  bütövlüyü 
məsələsini müdafiə etmək üçün təlimatlandırmağı qərara alır;
11. 
Ermənistanı  və  ATƏT-in  Minsk  Qrupunun  bütün  üzv  döv­
lətlərini BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və ATƏT- 
in sənədləri,  o cümlədən 24  mart  1992-ci  ildə keçirilmiş  ATƏT  Şura­
sının  Birinci  Əlavə  Görüşünün,  5-6 dekabr  1994,  2-3  dekabr  1996  və 
18-19  noyabr  1999-cu  il  ATƏT  Sammitlərinin  sənədlərinə  əsasən 
ATƏT-in  davam  etməkdə  olan  sülh  prosesində  konstruktiv  şəkildə 
iştirak etməyə və sülhə nail  olmağı  daha da çətinləşdirə biləcək  istəni­
lən hərəkətdən çəkinməyə çağırır.
12. 
Ermanistan  və  Azərbaycan  arasındakı  münaqişənin  həlli  üçün 
ATƏT  sədrinin  1996-cı  il  Lissabon  Zirvə  Görüşündəki  bəyanatında 
əks  olunan  prinsipləri  -   Ermənistan  Respublikası  və  Azərbaycan 
Respublikasının  ərazi  bütövlüyünün  tanınması,  Dağlıq  Qarabağa 
Azərbaycanın tərkibində yüksək özünüidarə statusu verilməsi və bütün 
regionun  əhalisinin  təhlükəsizliyinə təminat  verilməsini  tam  dəstəklə­
diyini bəyan edir.
13. 
Baş  vermiş  faktın  münaqişənin  həlli  üçün  əsas  ola  bilmə­
yəcəyini  və nə Azərbaycan  Respublikasının  işğal edilmiş ərazilərində­
ki  mövcud  vəziyyətin, nə də mövcud status-kvonu saxlamaq  üçün  hə­
min  ərazilərdəki  istənilən  fəaliyyətin,  o  cümlədən  təşkil  edilən  səs­
vermənin hüquqi cəhətdən keçərli qəbul olunmayacağını vurğulayır.
14. 
Beynəlxalq  humanitar hüququn kobud  şəkildə pozulması olan, 
münaqişənin  sülh  yolu  ilə  həlli  prosesinə  pozucu  təsir  göstərən 
Azərbaycanın  işğal  olunmuş  ərazilərində  erməni  millətindən  olan 
əhalinin  yerləşdirilməsinin  dayandırılmasını  və  bunun  nəticələrinin 
aradan qaldırılmasını  tələb edir və  Azərbaycanın  BMT  Baş  Məclisi  də 
daxil  olmaqla bu məqsədlə göstərdiyi səyləri  o cümlədən Nyu-Yorkda 
BMT-dəki  Daimi Nümayəndəlikləri vasitəsilə müdafiə edir.
237


15. 
İKT  üzvü  olan  dövlətlərdən  öz  hüquqi  və  fiziki  şəxslərini 
Azərbaycanın  Dağlıq  Qarabağ  regionunda  və  digər  işğal  olurmuş 
bölgələrində iqtisadi fəaliyyətdən çəkindirməyi xahiş edir.
16. 
ATƏT-in  Minsk  Qrupunun  fəaliyyətini  və  Azərbaycan  və 
Ermənistanın  xarici  işlər  nazirləri  səviyyəsində  aparılan  məsləhətləş­
mələri  müdafiə  etdiyini  və  mərhələli  həllin  Azərbaycan  Respublika­
sına qarşı  təcavüzün ən ağır nəticələrini  aradan qaldıracağına anlayışı­
nı bildirir.
17. 
Baş  Katibdən  İKT-nin  Ermənistanın  Azərbaycana  qarşı  təca­
vüzünə  qarşı  prinsipial  və  qəti  mövqeyini  Avropada Təhlükəsizlik və 
Əməkdaşlıq Təşkilatının indiki sədrinə çatdırmağı xahiş edir.
18. 
Azərbaycan  hökumətinin  və  xalqının  öz  ölkələrini  müdafiə 
etmək üçün göstərdiyi cəhdlərlə tam həmrəyliyini bir daha təsdiq edir.
19. 
Məcburi  köçkünlərin və  qaçqınların  təhlükəsiz,  şərəf və  ləya­
qətlə qayıtmasına şərait yaradılmasına çağırır.
20. 
Məcburi köçkünlərə və qaçqınlara humanitar yardım göstərmiş 
bütün iizv dövlətlərə minnətdarlığını  ifadə edir və digərlərini  də həmin 
insanlara yardım göstərməyə çağırır.
21. Azərbaycan Respublikası ərazisində bir milyondan çox məcbu­
ri köçkün və qaçqının mövcudluğu ilə
əlaqədar  humanitar  problemlərin  kəskinliyindən  narahatlığını 
ifadə  edir və  İKT  üzv  dövlətlərini,  İslam  İnkişaf Bankını  və  digər İs­
lam  İnstitutlarım  Azərbaycan  Respublikasına  böyük  ehtiyac  duyulan 
maliyyə və humanitar yardım göstərməyə çağırır.
22. Azərbaycanın məruz qaldığı zərərlərə görə müvafiq  kompensa­
siya hüququ olduğun hesab edir və bu zərərlərə görə adekvat kompen­
sasiya ödənilməsi məsuliyyətini  Ermənistanın üzərinə qoyur.
23. 
Baş  katibdən  bu  qətnamənin  yerinə  yetirilməsinə  nəzarət 
etməyi  və  bununla bağlı  İslam  Konfransı  Təşkilatının  12-ci  Zirvə  gö­
rüşünə məruzə etməyi xahiş edir.
6.1.6.2.2.  “Üzv ölkələrə,  İKT üzvü olmayan ölkələrə və müsəlman 
icmalarına iqtisadi yardım göstərilməsinə aidfəaliyyəthaqqında” 
adlı2/ll-E (IS) nömrəli 
Qətnamə.
6-7  Rabiul  Avval  1429H  (13-14  mart  2008-ci  ildə)  Dakar. 
Seneqal  Respublikasında  keçirilmiş  İslam  Konfransı  Təşkilatının  On
238
Birinci sessiyası (İslam Umması 2l-ci Əsrdə),
7-8  Dekabr  2005-ci  ildə  Məkkədə  keçirilmiş  İslam  Konfransı 
Təşkilatının  Üçüncü  Fövqəladə  sessiyası  tərəfindən  qəbul  olunmuş 
Onillik  Fəaliyyət Proqramına istinad edərək;
B)  Azərbaycan  Respublikasına  iqtisadi  yardım  göstərilməsi 
haqqında qətnamə:
İKT  dövlət  və  hökumət  başçılarının  X  Zirvə  Görüşünün  qəbul 
etdiyi 21/10-E (IS) saylı Qətnaməni xatırladaraq;
Ölkənin tarixindəki təhlükəli dövr və böhran vəziyyətində İKT-yə 
üzv  dövlətlərin  Azərbaycan  hökuməti  və  xalqı  ilə  tamamilə 
həmrəyliyini təsdiq edərək;
BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsi 
ilə əlaqədar müvafiq qətnamələrinə istinad edərək;
F.nnənistanm  təcavüzü,  Azərbaycan  ərazisinin  20%-dək  işğalı,  1 
milyon  azərbaycanlı  əhalinin  öz  torpaqlarından  zorla  qovulması  və 
beləliklə  də  qəddar  etnik  təmizləmə  ilə  nəticələnən  Ermənistanın 
Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  bölgəsində  qızışdırdığı 
təcavüzkar separatizmi  ittiham edərək;
Ermənistan  tərəfindən  işğal  edilmiş  ərazilərdə  Azərbaycana 
dəymiş  iqtisadi  zərərin  həcminin  60  mlrd.  ABŞ  dolları  olduğunu 
nəzərə alaraq;
Bir sıra  İK T  üzvü  olan  dövlətlərin  və müvafiq qurumların,  BMT 
təsisatlarının,  beynəlxalq  təşkilatların  təqdim  etdiyi  yardımı 
alqışladığını  ifadə edərək,
Eləcə də Baş katibin məruzəsini nəzərə alaraq:
5. 
Üzv  dövlətləri  və  İslam  qurumlarını  Azərbaycan  xalqının 
əzablarını  yüngülləşdirmək  məqsədi  ilə  Azərbaycan  hökumətinə 
lazımi  iqtisadi  və humanitar yardım göstərməyə çağırır.
6. 
Beynəlxalq  təşkilatlan  Azərbaycanı  maliyyə  və  humanitar 
yardım  ilə təmin etməyi davam etdirməyə dəvət edir.
6.I.6.2.3.  “ İslamın  müqəddəs yerlərinin qorunması haqqında" adlı 
2/11-C (İS) nömrəli Qətnamə.
6-7  Rabiul  Avval  142911  (13-14  mart  2008-ci  ildə)  Dakar, 
Seneqal  Respublikasında  keçirilmiş  İslam  Konfransı  Təşkilatının  On
239


Yüklə

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə