Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə62/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   58   59   60   61   62   63   64   65   ...   84

Nizamnaməsinin  VII  fəslinə  uyğun  olaraq  zəruri  tədbir  görməsinə 
çağırır;  O,  Azərbaycan  Respublikasının  suverenliyi  və  ərazi  bütövlü­
yünə  qarşı  təcavüzü pisləməyə  və  ona  son  qoymağa və  bu  məqsədlə 
BMT çərçivəsində  əlaqələndirilmiş  hərəkətlər etmək qərarın  verilmə­
sinə çağırır.
72.0, 
dövlətlərin  ərazi  bütövlüyü  və  beynəlxalq  tanınmış 
sərhədlərin  toxunulmazlığı  prinsiplərinə  hörmət  edilməsi  əsasında 
Ermənistan  və  Azərbaycan  arasında  münaqişənin  ədalətli  və  dinc 
nizamlanmasına çağırır.  O,  Ermənistanın  və  Azərbaycanın  hər ikisini 
və  Minsk  Qrupun  bütün  üzv  dövlətlərini  ATƏT-in  davam  edən  sülh 
prosesində  səmərəli  iştirak  etməyə  və  dinc  nizamlanmanın  əldə 
edilməsini  daha  çətin  edə  bilən  hər  hansı  bir  hərəkət  etməkdən 
çəkinməyə çağırır.
73.  O, öz vətəninin  müdafiə edilməsi  üçün Azərbaycan hökuməti 
və  xalqı  tərəfindən  edilmiş  səylərə  özünün  tam  həmrəyliyini  və 
dəstəyini  bir  daha  təsdiq  edir.  O,  qaçqın  və  məcburi  köçkünlərin 
təhlükəsiz,  şərəf və  ləyaqətlə öz doğma yurdlarına qayıtmasına imkan 
verilməsinə  çağırır.  O,  həmdə  Azərbaycan  Respublikasının ərazisində 
bir  milyondan  çox  qaçqın  və  məcburi  köçkünlərin  olması  ilə  bağlı 
humanitar problemlərin  kəskinliyinə  dair öz narahatçılığını  bildirir və 
üzv  dövlətləri,  İslam  İnkişaf  Bankını  və  digər  İslam  institutlarını 
Azərbaycan  Respublikasına  təcili  maliyyə  və  humanitar  yardım 
göstərməsini xahiş edir.
6.2.4.2.  İslam Kon fransı Təşkilatı Xarici işlər nazirləri Şurasının 22- 
ci sessiyasında qəbul olunmuş qətnamələr
Kasablanka, Mərakeş Krallığı
8-10 Rəcəb,  1415H (10-12 Dekabr,  1994)
Siyasi  məsələlər, müsəlman azlıqları, 
hüquq və informasiya məsələləri  üzrə qətnamələr
6.2.4.2.1.  “Ermənistan və Azərbaycan arasında münaqişə 
haqqında” adlı  12/22P nömrəli QƏTNAMƏ
Hicri  tarixi  ilə  8-10  Rəcəb  ayı  1415H  (miladi  tarixi  ilə  10-12 
Dekabr  1994-cü  il)  tarixində  Kasablanka  şəhəri,  Mərakeş  Krallığında 
keçirilmiş İKT Xarici İşlər Nazirləri  Şurasının 22-ci konfransı,
İslam  Konfransı  Təşkilatı  Nizamnaməsinin  prinsip  və  məqsəd­
lərindən çıxış edərək;
248
Azərbaycanın  20%-dən  çox  ərazisinin  işğal  edilməsi  ilə  nəti­
cələnmiş  Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına 
qarşı təcavüzün ciddi eskalasiyasından dərin narahatçılıq keçirərək;
Erməni  təcavüzü  nəticəsində  bir  milyondan  çox  azərbaycanlı 
qaçqın  və  məcburi  köçkünün  ağır  vəziyyətindən  və  humanitar 
problemlərin  miqyasından  və ciddiliyindən dərin  narahatçılığım  ifadə 
edərək;
Müvafiq  olaraq,  1992-ci  ilin  iyun  ayında İstambulda,  və  1994-cü 
ilin sentyabr ayında İslamabadda keçirilmiş İKT Xarici İşlər Nazirləri 
konfransın  5-ci  və  7-ci  fövqəladə  sessiyasının  bu  məsələ  üzrə 
prinsipial mövqesinə istinad edərək;
Həmdə 23  sentybr  1992-ci  və 3  oktyabr  1994-cü  ildə Nyu-York­
da,  BMT-də  Xarici  İşlər  Nazirlərinin  Əlaqələndirici  İclasında  qəbul 
olunmuş  Yekun  Kommunikenin  müvafiq  paraqraflarına  istinad 
edərək;
Ermənistan  və  Azərbaycan  arasında  münaqişənin  dinc  nizam­
lanmasına yardım  etməsi  üçün  qonşu  ölkələr  və  regional  dövlətlərin, 
xüsusən  İran  İslam  Respublikası  və  Türkiyə  Respublikası  tərəfindən 
edilmiş səyləri qeyd edərək;
Ermənistan  təcavüzünün  beynəlxalq  sülhə  və  təhlükəsizliyə  təh­
lükə olduğunu dərk edərək;
BMT  Nizamnaməsinə  və  Təhlükəsizlik  Şurasının  qətnamələrinin 
tam həyata keçirilməsinə ciddi əməl etməsinə çağıraraq;
Ermənistan  Respublikasının  təcavüzkar  siyasatininATƏT  çər­
çivəsində sülh prosesə dağıdıcı təsirini qeyd edərək;
1. 
Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzünü qətiyyətlə pisləyir;
2. 
İşğal  olunmuş  azərbaycan  ərazilərində  azərbaycan  mülki 
əhalisinə  qarşı  törədilmiş  əməlləri  insanlıq  əleyhinə  cinayətlər  kimi 
qiymətləndirir;
3.1,açın  və  Şuşa  rayonları  daxil  olmaqla,  bütün  işğal  olunmuş 
azərbaycan ərazilərindən  Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd- 
şərtsiz  və  tam  çəxardıİmasına  dair  Birləşmiş  Millətlər  Təşkilatı 
Təhlükəsizlik 
Şurasının 
822, 
853,874 
və 
884 
nömrələri
qətnamələrinin  dəqiq  yerinə  yetirilməsini  qətiyyətlə  tələb  edir  və 
israrla  Ermənistanı  Azərbaycan Respublikasının suverenliyinə və ərazi 
bütövlüyünə hörmət etməsinə çağırır.
4.Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı  təca-
249


viizün  mövcııdlüğünü  tanımağa  çağırır;  öz  qətnamələrinin  > erinə 
yetirilməsinin  təmin  edilməsi  məqsədilə  Birləşmiş  Millətlər  Təşkilatı 
Nizamnaməsinin  VII  fəslinə  uyğun  olaraq  zəruri  tədbir  görməsinə 
çağırır;  O,  Azərbaycan  Respublikasının  suverenliyi  və  ərazi 
bütövlüyünə  qarşı  təcavüzü  pisləməyə  və  ona  son  qoymağa  və  bu 
məqsədlə BMT çərçivəsində əlaqələndirilmiş hərəkətlər etmək qərarın 
verilməsinə çağırır.
5.Bir  daha  təsdiq  edir  ki,  gücdən  istifadə  edərək  torpaqın  əldə 
edilməsi qanuni tanına bilməz.
6-Dövlətlərin  ərazi  bütövlüyü  və beynəlxalq  tanınmış  sərhədlərin 
toxunulmazlığı  prinsiplərinə  hörmət  edilməsi  əsasında  Ermənistan  və 
Azərbaycan  arasında  münaqişənin  ədalətli  və  dinc  nizamlanmasına 
çağırır.
7.Həm  Ermənistanın  və  Azərbaycanın  hər  ikisini  və  Minsk  Qru­
puna  üzv  olan  bütün  dövlətləri  həyata  keçirilən  ATƏM  sülh  pro­
sesində  konstruktiv  mövqe  tutmalarına  və  məsələnin  sülh  yolu  ilə 
həllini  çətinləşdirə  biləcək  hər  hansı  bir  əməldən  çəkinməyə  israrla 
çağırır.
S.Öz  vətəninin  müdafiə  edilməsi  üçün  Azərbaycan  hökuməti  və 
xalqı  tərəfindən  edilmiş səylərə özünün  tam  həmrəyliyini  və dəstəyini 
bir daha təsdiq edir.
9. 
Qaçqın və məcburi  köçkünlərin təhlükəsiz, şərəf və  ləy aqətlə ö/ 
doğma yurdlarına qayıtmasına imkan verilməsinə çağırır.
10. 
Azərbaycan  Respublikasının  ərazisində  bir  milyondan  çox 
qaçqın  və  məcburi  köçkünlərin  olması  ilə  bağlı  humanitar  prob­
lemlərin  kəskinliyinə  dair öz  narahatçılığını  bildirir  və  üzv  dövlətləri. 
İslam  İnkişaf  Bankını  və  digər  İslam  institutlarını  Azərbaycan 
Respublikasına təcili  maliyyə və humanitar yardım göstərməsini  xahiş 
edir.
11. 
Baş  Katibdən  bu  qətnamənin  yerinə  yetirilməsinə  nə/arrt 
etməyi  və  İKT  Xarici  İşlər Nazirlərinin  XXIII  konfransmda  bıı  haqua 
məruzə etməyi xahiş edir.
6.2.4.2.2.  “Azərbaycan  Respublikasına iqtisadi yardım 
göstərilməsi haqqında”adlı  16/22-E nömrəli Qətnamə.
Hicri  tarixi  ilə  8-10  Rəcəb  İ415H  (10- i2  Dekabr  1994-cü  iiı 
tarixində  Kasablanka  şəhəri,  Mərakeş  Krallığında  keçirilmiş  İKİ
2 5 0
Xarici İşlər Nazirləri Şurasının 22-ci konfransı,
Qoıışü  Ermənistanın  təcavüzü  nəticəsində  Azərbaycanda  və­
ziyyətə  dair  İKT  Xarici  İşlər  Nazirləri  tərəfindən  qəbul  edilmiş  İKT 
qətnamələrinə istinad edərək,
İKT  üzv  dövlətlərinin 
ölkə  tarixinin  bu  ciddi  və  çox  kritik 
anında  Azərbaycan  hökuməti  və  xalqı  ilə  tam  həmrəyliyini 
təsdiqləyərək;
BMT Təhlükəsizlik  Şurasının  bu  münaqişəyə aid  müvafiq  qətna­
mələrinə istinad edərək;
Ermənistanın  Azərbaycanın  Yuxarı  Qarabağ bölgəsində apardığı 
hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin təqribən 20%-nin 
işğal olunması, həmçinin qəddarlıqla həyata keçirilən hücumlar nəticə­
sində  1  miiyoııadək  azərbaycanlının  öz doğma yurdlarından zorla qo­
yulmağa  məcbur  edilməsi,  eləcə  də  bu  təcavüzün  insan  hüquqlarının 
kobud  şəkildə  pozulması  ilə  müşayiət  olunmasından  öz  təəssüfünü 
ifadə edərək;
İKT-yə üzv dövlətlərin  Azərbaycan  hökuməti  və xalqı  ilə həmrəy 
olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək;
Bir  sıra  İKT-yə  üzv  dövlətlərin  və  müvafiq  qurumların,  BMT 
təsisatlarının  və  beynəlxalq  təşkilatların  təqdim  etdiyi  yardımı 
alqışlayaraq və yüksək qiymətləndirərək;
1. 
Beynəlxalq  birliyi  azərbaycan  ərazilərinin  işğalına  erməni 
silahlı  qüvvələri  tərəfindən  son  qoyulması  və  onların  qeyd-şərtsiz 
çıxardılmasının  təmin  edilməsi  və  bununla  Azərbaycanın  ərazi 
bütövlüyünün  bərpa edilməsi  üçün ciddi  və təsirli tədbirlərə əl atmağa 
və təcili tədbirlər görməyə israrla çağırır.
2. 
Üzv  dövlətləri  və  İslam  qurumlarını  Azərbaycan  xalqının 
əzablarını  yüngülləşdirmək  məqsədi  ilə  Azərbaycan  hökumətinə 
lazımi  iqtisadi  vo humanitar yardım göstərməyə çağırır.
3. 
Beynəlxalq təşkilatları  Azərbaycana təcili maliyyə və humanitar 
yardım göstərməsinə xahiş edir.
6.2.5.  İslam  Konfransı Təşkilatı  Xarici işlər nazirləri Şurasının  23-
cü sessiyası.
(Sülh, Həmrəhlik və Tolerantlıq sessiyası)
Konakri, Qvineya  Respublikası
17-20Rəcəb,  1416H (9-12 Dekabr,  1995)
251


Yüklə

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə