Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə63/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   59   60   61   62   63   64   65   66   ...   84

6.2.5.1.  YEKUN KOMMUNİKE
(çıxanş)
B.Siyasi məsələlər:
Ermənistan -  Azərbaycan:
73.  Konfrans  Ermənistan  Respublikasının  Azərbaycan  Respub­
likasına  qarşı  təcavüzünü  qətiyyətlə  pisləyir.  O,  işğal  olunmuş 
azərbaycan  ərazilərində  azərbaycan  mülki  əhalisinə  qarşı  törədilmiş 
əməlləri  insanlıq  əleyhinə  cinayətlər kimi  qiymətləndirir və  Laçın  və 
Şuşa  rayonları  daxil  olmaqla,  bütün  işğal  olunmuş  azərbaycan 
ərazilərindən  Ermənistan  silahlı  qüvvələrinin  dərhal,  qeyd-şərtsiz  və 
tam  çəxardılmasma  dair  Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik 
Şurasının 822,  853, 874 və 884 nömrələri  qətnamələrinin dəqiq yerinə 
yetirilməsini  qətiyyətlə  tələb  edir  və  israrla  Ermənistanı  Azərbaycan 
Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  hörmət  etməsinə 
çağırır.
74.0,  Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzün  mövcudluğunu  tanımağa  çağırır;  öz  qətnamələrinin  yerinə 
yetirilməsinin  təmin  edilməsi  məqsədilə  Birləşmiş  Millətlər Təşkilatı 
Nizamnaməsinin  VII  fəslinə  uyğun  olaraq  zəruri  tədbir  görməsinə 
çağınr;  O,  Azərbaycan  Respublikasının  suverenliyi  və  ərazi  bütövlü­
yünə  qarşı  təcavüzü  pisləməyə  və  ona  son  qoymağa  və  bu  məqsədlə 
BMT  çərçivəsində  əlaqələndirilmiş  hərəkətlər etmək  qərarın  verilmə­
sinə çağırır.
75.0,  dövlətlərin  ərazi  bütövlüyü  və  beynəlxalq  tanınmış 
sərhədlərin  toxunulmazlığı  prinsiplərinə  hörmət  edilməsi  əsasında 
Ermənistan  və  Azərbaycan  arasında  münaqişənin  ədalətli  və  dinc 
nizamlanmasına çağırır.  O,  Ermənistanın  və Azərbaycanın  hər  ikisini 
və  Minsk  Qrupun  bütün  üzv  dövlətlərini  ATƏT-in  davam  edən  sülh 
prosesində  səmərəli  iştirak  etməyə  və dinc  nizamlanmanın  əldə  edil­
məsini daha çətin edə bilən hər hansı bir hərəkat etməkdən çəkinməyə 
çağırır.
76.  O. öz vətəninin müdafiə edilməsi  üçün Azərbaycan  hökuməti 
və  xalqı  tərəfindən  edilmiş  səylərə  özünün  tam  həmrəyliyini  və 
dəstəyini  bir  daha  təsdiq  edir.  O,  qaçqın  və  məcburi  köçkünlərin 
təhlükəsiz,  şərəf və ləyaqətlə öz doğma yurdlanna qayıtmasına imkan 
verilməsinə çağırır.  O,  həmdə Azərbaycan  Respublikasının ərazisində
252
bir  milyondan  çox  qaçqın  və  məcburi  köçkünlərin  olması  ilə  bağlı 
humanitar problemlərin  kəskinliyinə  dair öz narahatçılığını  bildirir və 
üzv  dövlətləri,  İslam  İnkişaf  Bankını  və  digər  İslam  institutlannı 
Azərbaycan  Respublikasına  təcili  maliyyə  və  humanitar  yardım 
göstərməsini xahiş edir.
6.2.5.2.  İslam  Konfransı Təşkilatı Xarici işlər nazirləri Şurasının
23-cü  sessiyasında qəbul olunmuş qətnamələr.
(Sülh, Həmrəhlik və Tolerantliq sessiyası)
Konakri, Qvineya Respublikası
17-20Rəcəb,  1416H (9-12 Dekabr,  1995)
6.2.5.2.1.  “Ermənistan və Azərbaycan  arasında  münaqişə 
haqqında” adlı  11/23-P nömrəli QƏTNAMƏ
Hicri tarixi  ilə  17-20  Rəcəb  1416H  miladi tarixi  ilə (9-12  Dekabr
1995-ci  il)  tarixində  Konakri  şəhəri,  Qvineya  Respublikasında 
keçirilmiş  İKT-nın  Xarici  İşlər  Nazirləri  Şurasının  23-cü  konfransı  ( 
Sülh, Həmrəylik və Tolerantlıq sessiyası),
İslam  Konfransı  Təşkilatı  Nizamnaməsinin  prinsip  və  məq­
sədlərindən çıxış edərək,
Azərbaycanın  20%-dən  çox  ərazisinin  işğal  edilməsi  ilə  nəti­
cələnmiş  Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına 
qarşı təcavüzün ciddi eskalasiyasından dərin narahatçılıq keçirərək;
Erməni  təcavüzü  nəticəsində  bir  milyondan  çox  azərbaycanlı 
qaçqın  və  məcburi  köçkünün  ağır  vəziyyətindən  və  humanitar 
problemlərin  miqyasından  və  ciddiliyindən dərin  narahatçılığını  ifadə 
edərək;
Müvafiq  olaraq,  1992-ci  ilin  iyun  ayında İstambulda,  və  1994-cü 
ilin sentyabr ayında İslamabadda keçirilmiş  İKT Xarici  İşlər Nazirləri 
konfransın 5-ci vı 7-ci fövqəladə sessiyasının bu məsələ üzrə prinsipial 
mövqesinə istinad edərək;
Həmdə 23  sentybr  1992-ci  və 3  oktyabr  1994-cü  ildə Nyu-York­
da,  BMT-də  Xarici  İşlər  Nazirlərinin  Əlaqələndirici  İclasında  qəbul 
olunmuş  Yekun  Komnıunikenin  müvafiq  paraqraflarına  istinad 
edərək;
Ermənistan  və  Azərbaycan  arasında  münaqişənin  dinc  nizam-
253


lanmasma yardım  etməsi  üçün  qonşu  ölkələr və  regional  dövlətlərin, 
xüsusən  İran  İslam  Respublikası  və  Türkiyə  Respublikası  tərəfindən 
edilmiş səyləri qeyd edərək;
Ermənistan  təcavüzünün  beynəlxalq  sülhə  və  təhlükəsizliyə  təh­
lükə olduğunu dərk edərək;
BMT Nizamnaməsinə və  Təhlükəsizlik  Şurasının  qətnamələrinin 
tam həyata keçirilməsinə ciddi əməl etməsinə çağıraraq;
Ermənistan  Respublikasının  təcavüzkar  siyasətininATƏT  çər­
çivəsində sülh prosesə dağıdıcı təsirini qeyd edərək;
1. 
Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzünü qətiyyətlə pisləyir;
2. 
İşğal  olunmuş  azərbaycan  ərazilərində  azərbaycan  mülki  əha­
lisinə  qarşı  törədilmiş  əməlləri  insanlıq  əleyhinə  cinayətlər  kimi 
qiymətləndirir;
3. 
Laçın  və  Şuşa  rayonları  daxil  olmaqla,  bütün  işğal  olunmuş 
azərbaycan ərazilərindən Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd- 
şərtsiz və tam çəxardılırıasına dair Birləşmiş Millətlər  Təşkilatı  Təhlü­
kəsizlik  Şurasının  822,  85.1, 874  və  884  nömrələri  qətnamələrinin 
dəqiq  yerinə yetirilməsini  qətiyyətlə  tələb  edir  və  israrla  Ermənistanı 
Azərbaycan  Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  hör­
mət etməsinə çağınr.
4. Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzün  mövcudlüğünü  tanımağa  çağırır;  öz  qətnamələrinin  yerinə 
yetirilməsinin  təmin  edilməsi  məqsədilə  Birləşmiş  Millətlər Təşkilat) 
Nizamnaməsinin  Vll  fəslinə  uyğun  olaraq  zəruri  tədbir  gönnəsinə 
çağırır;  O,  Azərbaycan  Respublikasının  suverenliyi  və  ərazi  bütövlü­
yünə  qarşı  təcavüzü  pisləməyə  və  ona  son  qoymağa  və  bu  məqsədlə 
BMT çərçivəsində əlaqələndirilmiş hərəkətlər etmək qərarın verilməsi­
nə çağırır.
5. 
Bir  daha  təsdiq  edir  ki,  gücdən  istifadə  edərək  torpaqın  əldə 
edilməsi qanuni tanına bilməz.
6. 
Dövlətlərin  ərazi  bütövlüyü  və  beynəlxalq  tanınmış  sərhədlərin 
toxunulmazlığı  prinsiplərinə  hörmət  edilməsi  əsasında  Ermənistan  və 
Azərbaycan  arasında  münaqişənin  ədalətli  və  dinc  nizamlanmasına 
çağırır.
7. 
Həm  Ermənistanın  və  Azərbaycanın  hər  ikisini  və  Minsk  Qru­
puna  üzv  olan  bütün  dövlətləri  həyata  keçirilən  A7'ƏM  sülh  pro­
sesində  konstruktiv  mövqe  tutmalarına  və  məsələnin  sülh  yolu  iiə
254
həllini  çətinləşdirə  biləcək  hər  hansı  bir  əməldən  çəkinməyə  israrla 
çağınr.
8. 
Öz  vətəninin  müdafiə  edilməsi  üçün  Azərbaycan  hökuməti  və 
xalqı  tərəfindən  edilmiş səylərə özünün  tam  həmrəyliyini  və dəstəyini 
bir daha təsdiq edir.
9. 
Qaçqm və məcburi köçkünlərin təhlükəsiz, şərəf və ləyaqətlə öz 
doğma yurdlanna qayıtmasına imkan verilməsinə çağınr.
!0.Azərbaycan  Respublikasının  ərazisində  bir  milyondan  çox 
qaçqın  və  məcburi  köçkünlərin  olması  ilə  bağlı  humanitar 
problemlərin  kəskinliyinə  dair  öz  narahatçılığını  bildirir  və  üzv 
dövlətləri,  İslam  İnkişaf  Bankını  və  digər  İslam  institutlannı 
Azərbaycan  Respublikasına  təcili  maliyyə  və  humanitar  yardım 
göstərməsini xahiş edir.
11.Baş  Katibdən  bu  qətnamənin  yerinə  yetirilməsinə  nəzarət 
etməyi  və  İKT Xarici  İşlər Nazirlərinin  XXIII  konfransında bu  haqda 
məruzə etməyi xahiş edir.
6.2.5.2.2.  “Azərbaycan Respublikasına iqtisadi yardım 
göstərilməsi haqqında”adiı  17/23-Ё nömrəli Qətnamə.
Hicri  tarixi  ilə  17-20  Rəcəb  5416H  miladi tarixi  ilə (9-12  Dekabr
1995-ci  il)  tarixində  Konakri  şəhəri,  Qvineya  Respublikasında 
keçirilmiş  İKT-nın  Xarici  İşlər  Nazirləri  Şurasının  23-cü  konfransı  ( 
Sülh, Həmrəylik və  Tolerantlıq sessiyası),
İKT dövlət və hökumət başçılarının VII-ci Zirvə Görüşünün qəbul 
etdiyi  16/7-E(IS)  nömrəli  Qətnaməyə  və  İslam  Konfransı  Təşkilatı 
Xarici  İşlər  Nazirləri  Şurasının  22-ci  Konfransının  16/22-E  nömrəli 
Qətnaməsinə istinad edərək;
İKT  üzv  dövlətlərinin  ölkə  tarixinin  bu  ciddi  və  ən  kritik  anında 
Azərbaycan  hökuməti  və  xalqı  ilə  tamamilə  həmrəyliyini  təsdiqləyə­
rək;
BMT  Təhlükəsizlik  Şurasının  bu  münaqişəyə aid  ıniivaflq  qətna­
mələrinə istinad edərək,
Ermənistanın  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  apardığı 
hərbi əməliyyatlar nəticəsində Azərbaycan ərazisinin təqribən 20  faizi­
nin  işğal olunması, qəddarlıqla həyata keçirilən hücumlar nəticəsində  I 
milyonadək  azərbaycanlının  öz  doğma yurdlarından  zorla  qovulmağa 
məcbur  edilməsi,  və  bu  təcavüzün  insan  hüquqlarının  kobud  şəkildə
255


Yüklə

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə