Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə60/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   56   57   58   59   60   61   62   63   ...   84

Birinci sessiyası (İslam Umması 21-ci Əsrdə),
İslam  Konfransı  TəşkilatınınZirvə  Görüşlərində  və  digər  İslam 
Confranslannda,  xüsusən,  İslam  Konfransı  Təşkilatının  Onuncu 
növbəti  və  Üçüncü  Fövqəladə  Zirvə  Görüşlərində,  İslam  Konfransı 
Təşkilatının  Xarici  İşlər  Nazirlərinin  (İCTXİN)  34-cü  sessiyasında, 
İslam  Konfransı  Təşkilatının  Mədəniyyət Nazirlərinin  (İCTMN)  5-ci 
sessiyasında  və  COMİAC-ın  8-ci  sessiyasında  qəbul  olunmuş 
qətnamələrə istinad edərək;
İstanbul,  Türkiyədə  keçirilmiş  İCTXİN  31 -ci  sessiyasında  qəbul 
olunmuş  gündəlikdə  olan  bəndlərin  və  İslam  qətnamələrinin 
səmərələşdirilməsinə dair 13/31-P nömrəli Qətnaməsinə əməl edərək;
İslamın  Müqəddəs  Yerlərinin  qorunması  üçün və  öz  ləyaqətinin, 
müstəqilliyinin və milli  hüquqlarının  saxlanılması  üçün  İslam  xalqla­
rının  mübarizəsinin  gücləndirilməsinə  dair  səylərin  koordinasiyasının 
zəruri olunması qeyd edilən İKT məqsədlərinə istinad edərək;
İslam  irsinin  qorunması  və  saxlanılması  üzrə  səylərin  koordi­
nasiyasına  yönəlmiş  İKT  Nizamnaməsində  öz  əksini  tapmış  bu 
məqsədləri və prinsipləri təsdiq edərək;
Həmdə  İslamın  Müqəddəs  Yerlərinin  təhqir  olunmasına  qarşı 
vahid  mövqeyi  üzrə  İslam  Konfransı  Təşkilatının  qətnamələrinə, 
xüsusən  İslam  Konfransının  6-cı  Zirvə  Görüşü  Sessiyasının  №  3/6-C 
(İS) nömrəli qətnaməsinə istinad edərək;
İslamın Müqəddəs Yerlərinin toxunulmazlığının pozulmasına dair 
vahid  mövqe  üzrə  İslam  Konfransı  Təşkilatının  qətnamələrinə  istinad 
edərək;
C)  Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına 
qarşı 
təcavüzü 
nəticəsində 
Azərbaycanın 
işğal 
olunmuş 
ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi 
və dağıdılması.
Ermənistan  tərəfindən  işğal  edilmiş  ərazilərdəki  Azərbaycan 
tarixi,  mədəniyyəti,  arxeologiyası,  etnoqrafiyasının  İslam  irsinin 
ayrılmaz  hissəsi  olduğunu  və  qorunulmasının  zəruriliyini  vurğulaya- 
raq;
BMT  Təhlükəsizlik  Şurasının  Laçın  və  Şuşa  rayonları  daxil 
olmaqla  Azərbaycanın  işğal  olunmuş  bütün  ərazilərindən  erməni 
silahlı  qüvvələrinin  dərhal,  qeyd-şərtsiz  və  tam  çıxanlmasını,  habelə
240
Ermənistan  tərəfindən  Azərbaycan  Respublikasının  suverenliyi  və 
ərazi  bütövlüyünə hörmət edilməsini tələb edən 822,  853,  874 və 884 
saylı qətnamələrini bir daha təsdiq edərək;
Ermənistan  tərəfindən  etnik  təmizləmə  məqsədilə  Azərbaycanda 
məscidlərin və digər müqəddəs İslam məbədlərinin tam və vəhşicəsinə 
dağıdılmasının vandalizm aktı olduğunu bir daha təsdiq edərək;
Ermənistan  Respublikasının  işğal  etdiyi  Azərbaycan  ərazilərində 
erməni təcavüzkarlar; tərəfindən İslam irsinə vurulmuş böyük zərərin - 
nadir İslam mədəniyyəti və memarlıq abidələrinin, habelə məscidlərin, 
məbədlərin,  məzarlıqların, arxeoloji  qazıntıların,  muzeylərin,  kitabxa­
naların,  rəsm qalereyalarının, dövlət teatrlarının, musiqi  məktəblərinin 
tam və ya qismən dağıdılması, zəbt edilmiş muzeylərdən çoxsaylı qiy­
mətli  əşyaların,  milyonlarla kitab  və  tarixi  əlyazmalarının  çıxarılması 
və məhv edilməsi faktları nəzərə alaraq;
Azərbaycan  xalqı  və  hökumətinin  bununla  əlaqədar  narahatlığını 
tam bölüşərək;
1.  Ennəni  təcavüzkarlarının  Azərbaycan  Respublikasının  işğal 
olunmuş  ərazilərində  İslam  sivilizasiyasının  tam  məhv  edilməsinə 
yönəldilmiş vəhşi hərəkətlərini kəskin şəkildə ittiham edir.
2.  Birləşmiş  Millətlər  Təşkilatının  Təhlükəsizlik  Şurasının  822. 
853,  874  və 884 saylı qətnamələrinin Ermənistan Respublikası tərəfin­
dən qeyd-şərtsiz və mütləq yerinə yetirilməsini qəti surətdə tələb edir.
3.  Azərbaycan  Respublikasının  Ermənistan  Respublikası  tərəfin­
dən  işğal  olunmuş  ərazilərdə  İslam  mədəni  dəyərlərinin  qorunmasına 
regional  və  beynəlxalq  səviyyədə yönəldilmiş  səylərini  dəstəklədiyini 
bir daha təsdiq edir.
4.  A/ərbaycanm ona dəymiş ziyanın müqabilində təzminat almaq 
hüququna  malik  olduğunu  hesab  edir  və  bu  təzminatın  ödənilməsi 
üçün  Ermənistanın tam məsuliyyət daşıdığını təsdiq edir.
5.  Azərbaycanın  işğaldan  azad  edilmiş  ərazilərində  məscidlərin, 
təhsil  ocaqlarının,  kitabxanaların,  muzeylərin  İKT-yə  üzv  dövlətlərin 
yardımı  ilə bərpası  üçün  İKT-nin  bölmələrini  və ixtisaslaşmış qurum­
larını yardım proqramının təşkili  imkanlarını araşdırmağa çağırır.
6.  Bu  problemə  dair İslam  Konfransı  Təşkilatına üzv  dövlətlərin 
mövqeyi  barədə  BMT.  ATƏT  və  digər  beynəlxalq  təşkilatlara 
ınəlumat  verilməsi,  İKT  və  digər  ixtisaslaşmış  qurumlar  və  onların 
bölmələri arasında koordinasiyanın həyata keçirilməsi ilə əlaqədar İKT 
Baş  Katibinə,  həmçinin  həmin  təşkilatlara,  xüsusilə  İslam  İnkişaf
241


Bankı,  İSESCO-ya  Azərbaycan  Respublikasında  İslam  tarixi 
abidələrinin  qorunması  layihələrinin  icrası  proqramına  sayğı  ilə 
yanaşdıqları üçün minnətdarlığını ifadə edir.
6.2.  İSLAM KONFRANSI TƏŞKİLATI XARİCİ İŞLƏR 
NAZİRLƏRİ ŞURASININ SƏNƏDLƏRİ.
6.2.1.Islam Konfransı Təşkilatı Xarici işlər nazirləri  Şurasının
5-ci fövqəladə sessiyası.
İstanbul,  Türkiyə Respublikası
16-17 ZulHiccə  1412 H (17-18 İyun  1992)
YEKUN KOMMUNİKE
{çıxarış)
15. Konfrans öz ölkəsinin ərazi bütövlüyünə qarşı erməni təcavü­
zünün  nəticələrinə  tam  həcmdə  və  çari  qiymət  vermiş  və  Konfransa 
münaqişənin  sülh  yolla  həllinin  tapılması  məqsədilə  Azərbaycanın 
təşəbbüsünün  və  beynəlxalq  səylərinin  hazırki  mərhələsi  və  bu  günə 
bunların  Ermənistanın  barışmazhğı  ucbatından  bloklanması  haqqında 
məlumat vermiş  Azərbaycan  Respublikasının  Xarici  İşlər Naziri  Zati- 
alilləri  c.  Tofık  Qasımovun  bəyanatını  qardaşlıq  hissi  ilə  dinlədi.  O 
qeyd  etdi  ki,  münaqişənin  təbiəti  Ermənistan  tərəfindən  gizlədilən 
ekspansionist  planlarının  daha  aydın  biruzə  verməsini  əks  etdirən 
Ermənistan  silahlı  qüvvələri  tərəfindən  Dağlıq Qarabağın,  Laçın rayo­
nunun  və Naxçıvanla sərhəd olan  rayonların  işğal  edilməsindən sonra 
köklü surətdə dəyişdi. O, Ermənistanı hal-hazırda işğal olunmuş  və ya 
Ermənistan  silahlı  qüvvələrinin  hərbi  nəzarəti  altında  olan  bütün 
azərbaycan ərazilərindən qoşunlarını çıxartmaq və güclə öz evlərindən 
çıxardılmış  azərbaycan  əhalisinə  öz  doğma  yurdlarına  qayıtmasım 
icazə  verən  zəruri  şərtləri  təmin  etmək  üçün  inandırmaq  zərurətini 
qeyd etdi ki.
O, 
sülhün  bərqərar olunması  üzrə aparılan  çoxsaylı  səylərin  uğur 
əldə  etməsi  şanslarını  sürətləndirmək  və  qaldırmaq  istəyi  ilə  hərəkət 
edərək  və  münaqişənin  sülh  yolla  nizamlanması  prosesində  iştirak 
edən  tərəflərin  səylərinə,  yəni,  İran  İslam  Respublikasının  səylərinə 
görə  öz  minnətdarlığını  ifadə  edərək,  Konfrans  beynəlxalq  tanınmış
242
sərlıədlərəvə  dövlətlərin  ərazi 
bütövlüyünə  hörmət  edilməsi 
prinsiplərini  bir daha  təsdiq  edir.  O,  Azərbaycan  Respublikası  ilə  öz 
həmrəyliyini  bildirir  və  Ermənistana  öz  təcavüzkar  ekspansionizm 
siyasətinə yenidən baxmaq və ondan imtina etmək üçün müraciət edir.
O, 
həmdə,  onun  ərazi  bütövlüyünü dəstəkləyən  və  onun  məcburi 
köçkünlərinin evlərinə qayıtmasına zəmanət verməsini təmin edən mü­
naqişənin şərəfli  və dinc yolla nizamlanması  üçün Azərbaycan tərəfin­
dən axtarışların yüngülləşdirilməsi yolunda maneələrin aradan qaldırıl­
ması  məqsədilə  beynəlxalq  birliyi  Ermənistana  bütün  mümkün  olan 
qarşısıalıcı təsir göstərməsinə əl atmasına çağırır.
6.2.2.İslam Konfransı Təşkilatı Xarici işlər nazirləri Şurasının
7-ci fövqəladə sessiyası.
Islamabad,  Pakistan İslam  Respublikası
2-4 Rəbi əs sani  1415H (7-9 Sentyabr  1994)
6.2.2.L YEKUN  KOMMUNİKE
Ermənistan və Azərbaycan arasında münaqişə.
{çıxarış)
64.
  Konfrans  Ermənistan  Respublikasının  Azərbaycan  Respub­
likasına qarşı təcavüzünü qətiyyətlə pisləyir və işğal olunmuş azərbay­
can  ərazilərində  azərbaycan  mülki  əhalisinə  qarşı  törədilmiş  əməlləri 
insanlıq əleyhinə cinayətlər kimi qiymətləndirir.
65. O,  Laçın və Şuşa rayonları daxil olmaqla, bütün  işğal olunmuş 
azərbaycan ərazilərindən  Ermənistan silahlı qüvvələrinin dərhal, qeyd- 
şərtsiz və taın çəxardıİmasına dair Birləşmiş  Millətlər Təşkilatı  Təhlü­
kəsizlik  Şurasının  822,  853, 874  və 884 nömrələri  qətnamələrinin  də­
qiq  yerinə  yetirilməsini  qətiyyətlə  tələb  edir  və  israrla  Ermənistanı 
Azərbaycan  Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  hör­
mət etməsinə çağırır.
66.  O.  Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzün  ırıövcudlüğünü  tanımağa  çağırır;  öz  qətnamələrinin  yerinə 
yetirilməsinin  təmin  edilməsi  məqsədilə  Birləşmiş  Millətlər  Təşkilatı 
Nizamnaməsinin  VII  fəslinə  uyğun  olaraq  zəruri  tədbir  görməsinə 
çağırır;  O,  Azərbaycan  Respublikasının  suverenliyi  və  ərazi  biitövlij-
243


Yüklə

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə