Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə58/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   54   55   56   57   58   59   60   61   ...   84

6.1.4.2.З. 
İslam Konfransı Təşkilatının Onuncu Sessiyasında 
Mədəniyyət və Sosial Məsələlər üzrə qəbul edilmiş Məruzələr və 
Qətnamələr (Ummanın tərəqqisi naminə Bilik və Mənəviyyat
sessiyası)
Putrajaya, Malayziya
20-21  Şaban  1412H (miladi tarixi ilə 16-17 Oktyabr 2003-cü il) 
Mənəviyyat və islam məsələləri üzrə Qətnamələr.
(çıxarış)
Hicri tarixi  ilə 20-21  Şaban  1412H (16-17 Oktyabr 2003-cü ildə) 
Putrajaya,  Malayziyada  keçirilmiş  İslam  Konfransı  Təşkilatının 
Onuncu  Sessiyası  (Ummanın  tərəqqisi  naminə  Bilik  və  Mənəviyyat 
sessiyası),
İslam  Konfransı  Təşkilatı  Nizamnaməsinin  prinsiplərinə  və 
məqsədlərinə istinad edərək;
İslam  Konfransı  Təşkilatının Zirvə Görüşlərində (Sammitlərində) 
və  digər  orqanlannın  islaslannda,  xüsusən  Doqquzuncu  İslam 
Konfransı  Təşkilatının  Zirvə Görüşündə (Sammitində) qəbul olunmuş 
qətnamələrə istinad edərək;
Həmdə  Baş  Katibin  Mədəniyyət  və  Sosial  məsələlər  üzrə 
məruzəsini araşdınb;
aşağıdakı məsələlərə aid qətnamələr qəbul etdi:
Mədəniyyət məsələləri:
(j) Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına 
qarşı 
təcavüzü 
nəticəsində 
Azərbaycanın 
işğal 
olunmuş 
ərazilərində İslam tarixi və mədəniyyət abidələrinin məhv edilməsi 
və dağıdılması 1
1 .Azərbaycanın işğal olunmuş ərazilərində İslam irsinin tam məhv 
edilməsinə 
yönəlmiş 
Azərbaycan 
Respublikasında 
emıəni 
təcavüzkarlarının törətdiyi vəhşi aktları qətiyyətlə pisləyir;
2.Ermənistan  Respublikasından  BMT  Təhlükəsizlik  Şurasının 
822,  853,  874  və  884  nömrəli  qətnamələrinin  ciddi  və  qeyd-şərtsiz
232
yerinə yetirilməsini qəti şəkildə tələb edir;
3. 
Hərbi  təcavüzə  son  qoyulmasına,  onun  nəticələrinin  aradan 
qaldırılmasına  və  “Silahlı  münaqişələr zamanı  mədəni  dəyərlərin  qo­
runması  haqqında”  1954-cü  ildə  Haaqada  imzalanmış  Konvensiyanın 
müvafiq  bəndlərində  ifadə  olunmuş  öhdəliklərinə  əməl  edilməsinə 
yönəlmiş Azərbaycanın beynəlxalq  təşkilatlarda səylərinə öz dəstəyini 
qeyd edir.  Bu bəndlər nəzərdə tutur ki, hərbi münaqişə başlayan yerdə 
işğal  olunmuş  ərazilərdən  dəyərli  mədəni  sərvətlərin  qaçaqmalçılığın 
qarşısının  alınmasına  dair dövlətlər öhdəliklər daşıyırlar.  Bundan  əla­
və,  hökumətlər oğurluğun  və hər bir soyğunçuluq növünün, (təcavüzə 
bərabər tutulan)  mədəni  sərvətlərin qanunsuz pozulmasının  və  həmdə 
yuxanda  göstərilən  sərvətlərə  əvəzoluna  bilməyən  zərərin  vurulması­
nın qadağan edilməsi üzrə öhdəlik daşıyırlar. Onlar zərurət olduğu hal­
da belə hərəkətlərin və yabelə hərəkətlərin nəticələrinin qarşısının alın­
masında tam qətiyyətlidirlər.
4. 
Təsdiqləyir ki, Azərbaycanın ona vurulmuş zərərə görə adekvat 
ödəmə  almaq  hüququna  malikdir  və  hesab  edir  ki,  belə  zərərin  tam 
ödənilməsinə görə Ermənistan Respublikası məsuliyyət daşıyır.
5. 
İKT müvafiq törəmə orqanlarından və ixtisaslaşdırılmış təşkilat­
larından  xahiş  edir  İKT  üzv  dövlətlərin  köməyi  ilə  işğaldan  azad 
edilmiş  Azərbaycan  ərazilərində  məscidlərin,  təhsil  müəssisələrinin, 
kitabxanaların və muzeylərin yenidən tikilməsində kömək etmək  üçün 
proqramın tərtib edilməsi imkanını öyrənsin.
6. 
Baş  Katibi,  bu  məsələyə  dair  İKT  üzv  dövlətlərin  mövqeyini 
BMT-yə,  ATƏT-ə  və digər beynəlxalq orqanlara çatdırdığına  və  İKT 
törəmə,  ixtisaslaşdırılmış  və  assosiativ  orqanları  çərçivəsində  görül­
müş  prosedurların  koordinasiya  edilməsinə  görə  təşəkkür  edir.  O, 
həmdə,  bu  orqanlara  və təşkilatlara onların  cavablarına,  xüsusən  İDB 
və İSESC'O tərəfindən Azərbaycan Respublikasında İslamın müqəddəs 
yerlərini  müdafiə  etmək  layihələrinin  həyata  keçirilməsi  üzrə  proq­
ramları qəbul etməsinə görə öz minnətdarlığını bildirir.
233


« I
{XXI-ei  əsrin  çağırışlarına  cavablar,  hərəkətlərdə  h əm rəylik
sessiyası)
M ə k k ə   a l  M u k a r r a m a n ,  S ə u d i  Ə r ə b i s ta n   K r a llığ ı 
h ic r i t a r i x i   ilə   5- 6  D h u l Q a d a h   1 4 2 6 H  ( 7 - 8  D e k a b r   2 0 0 5 )
6 ./.5 . İ S L A M  K O N F R A N S I  T Ə Ş K İ L A T I N I N
Ü Ç Ü N C Ü   F Ö V Q Ə L A D Ə   Z İ R V Ə   G Ö R Ü Ş Ü
YEKUN KOMMUNİKE
( ç ıx a r ı ş )
Konfrans  Azərbaycanın  suverenliyi  və  onun  ərazi  bütövlüyünə 
qarşı  davam  edən  Erməni  təcavüzünü  təkrarən  qınayır və  bütün  işğal 
olunmuş ərazilərdən tam və qeyd-şərtsiz çıxarılmasına çağırır.
6.1.6.
  İSLAM  KONFRANSI TƏŞKİLATININ 
ON  BİRİNCİ ZİRVƏ GÖRÜŞÜ 
(“MÜSƏLMAN UMMASI 2İ-Cİ ƏSRDƏ”)
Dakar, Seneqal Respublikası
hicri tarixi  ilo6-7 Rabiul Avval  1429 11(13-14  Mart 2008)
6.1.6.1. 
YEKUN  KOMMUNİKE
( ç ıx a r ı ş )
61.  Konfrans  BMT  Nizamnaməsi  və beynəlxalq  hüquq  norma  və 
prinsiplərinin kobud surətdə po/ulması  olan Azərbaycan Respublikası­
nın  suverenliyi  və  ərazi  bütövlüyünə  qarşı  davam  edən  Ermənistan 
Respublikasının  təcavüzünü  yenidən  pislədi.  O  bütün  işğal  olunmuş 
azərbaycan  ərazilərindənerməni  silahlı  qüvvələrinin  tam,  qeyd-şərtsiz 
və dərhal çıxardılmasına çağırır. O Ermənistam  pisləyir, və ondan  belə 
növ fəaliyyətinin hamdə Azərbaycan mədəni-tarixi  irsinin, o cümlədən 
İslam abidələrinin dağıdılmasının davam  edilməsinin dayandırılmasım 
tələb edir.
Konfrans  bütün  üzv-dövlətləri  Azərbaycanla  öz  həmrəyliyini 
bundan  sonra  da  möhkəmləndirməyə  və  Azərbaycanın  tezliklə  tam
234
suverenliyinin  və  əra/i  bütövlüyünün  bərpa  olunmasına  naii  olmaq 
üçün  öz  səy lərini  onların  tanı  dəstək  verməsinin  genişləndirilməsinə 
çağırır.
‘KT  üzv-dövlətlər  BMT  Baş  Məclisinin  hazırki  sessiyasında 
Azərbaycan  tərəfindən  irəli  sürülmüş  “Azərbaycanın  işğal  olunmuş 
ərazilərində  vəziyyət”  adlanan  qətnamə  layihəsinə  İKT  çərçivəsində 
bu  məsələ  üzrə  qəbul  olunmuş  əvvəlki  qətnamələrə  uyğun  olaraq  öz 
güclü və dəyişməz dəstəy inin genişləndirilməsi üzrə razılığa gəlir.
6.1.6.2
. İSLAM  KONFRANSI TƏŞKİLATININ ON BİRİNCİ 
ZİRVƏ GÖRÜŞÜNDƏ QƏBUL OLUNMUŞ QƏTNAMƏLƏR
6 .1 .6 .2 .1. 
“Ermənistan  Respublikasının Azərbaycan
Respublikasına qarşı təcavüzü  haqqında” adlı  10/11-P(IS) 
nömrəli Qətnamə.
hicri  tarixi  ilə  6-7  Rabiul  avval  1429  U  (miladi  tarixi  ilə  13-14 
Mart  2008)  Dakar,  Seneqal  Respublikasında  keçirilmiş  İslam 
Konfransı  Təşkilatının On  Birinci  Zirvə Görüşü (“Müsəlman  Umması
21-ci əsrdə”).
İslam  Konfransı  Təşkilatı  Nizamnaməsinin  prinsip  və  məq­
sədlərinə əsaslanaraq;
Azərbaycan  ərazisinin  20%-in  işğalı  ilə  nəticələnən  Ermənistan 
Respublikasının  Azərbaycan  Respublikasına qarşı  təcavüzündən  ciddi 
şəkildə narahat olaraq;
Azərbaycan  ərazisinin  böyük  bir  hissəsinin  işğal  altında  sax­
lanılmasının  davam  etdirilməsi  və  həmin  ərazilərdə  qanunsuz  olaraq 
erməni  millətindən  olan  şəxslərin  köçürülməsindən  dərin  narahatlıq 
hissi  ifadə edərək;
Erməni  təcavüzü  nəticəsində  bir  milyondan  çox  azərbaycanlının 
qaçqın  və  məcburi  köçkünə  çevrilməsindən  və  bu  böyük  humanitar 
problemin ağırlığından dərin narahatlıq keçirərək;
İslam  Konfransı  Sammitinin  bütün  əvvəlki  qətnamələrini,  xüsu­
silə  20-21  Şaban,  1424-cü  il  Hicri  tarixində  (16-17  oktyabr  2003) 
Putracayada  keçirilmiş  zirvə  görüşündə  qəbul  olunmuş  2I/I0-P(1S) 
saylı qətnaməsini bir daha təsdiq edərək;
BMT  Nizamnaməsinə  ciddi  şəkildə  əməl  edilməsinə,  Təlılükə-
235


Yüklə

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə