Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə54/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   50   51   52   53   54   55   56   57   ...   84

&A22.TEHRAN BƏYANNAMƏSİ
8. 
Erm ənistan 
Respublikasını 
özünün 
Azərbaycan 
R espublikasına qarşı təcavüzündən im tina etm əsini bildirir
 
və 
bütün 
işğal olunm uş ərazilərdən  erm əni qüvvələrinin  tam  çıxarılm asına
 

Ermənistan-Azərbaycan  münaqişəsinin  tezliklə  və  sülh  yolu  ilə 
nizamlanmasına çağırır.
6.1.2.З
.İslanı  Konfransı Təşkilatının səkkizinci zirvə görüşündə 
qəbul edilmiş Qətnamələr.
6.1.2.3.1. 
“ Ermənistan Respublikasın Azərbaycan Respublikasına 
qarşı təcavüzü  haqqında” 
adlı  12/8-P (İS) nömrəli qətnamə
Tehran  şəhəri,  İran  İslam  Respublikasında  hicri  tarixi  ilə  9-11 
Şaaban  1418H (9-11 dekabr 1997-ci  il) tarixdə keçirilmiş VIİI-ci İslam 
Konfransı  Təşkilatı  dövlət  və  hökumət  başçılarının  Zirvə  Görüşü 
(Ləyaqət, Dialoq, İştirak Sessiyası),
İslam  Konfransı  Təşkilatı  Nizamnaməsinin  prinsip  və  vəzi­
fələrindən çıxış edərək;
Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  tə­
cavüzündən  və  Azərbaycan  torpaqlarının  20%-dəıı  çoxunun  işğal 
olunmasından həddindən artıq narahat olduğunu bildirərək;
Ermənistanın 
təcavüzü 
nəticəsində 
bir 
milyondan  çox 
azərbaycanlı  qaçqın  və  köçkünlərin  düşdüyü  ağır  durumdan, 
humanitar  problemlərin  miqyası  və  ağırlığından  həddindən  artıq 
təəssüflənərək;
Əvvəlki  bütün  müvafiq  qətnamələri,  xüsusilə  İslam  Konfransı 
Təşkilatının  Mərakeş  Krallığının  Kasablanka  şəhərində  13-15  dekabr
1994-cü il tarixdə keçirilmiş  VII sessiyasında bu məsələ ilə bağlı qəbul 
edilmiş qətnaməni bir daha təsdiqləyərək;
Ermənistanın  təcavüzünün  beynəlxalq  sülh  və  təhlükəsizlik  üçün 
təhlükə yaratdığını bilərək;
BMT  nizamnaməsinə  və  Təhlükəsizlik  Şurasının  qətnamələrinin 
yerinə yetirilməsində təkid edərək;
Münaqişənin  həllinə  yönəlmiş  bi'ıtün  diplomatik  və  digər  səyləri 
alqışlayaraq;
216
Bütün  BMT  üzvlərinin  Azərbaycanın  suverenliyi,  ərazi 
bütövlüyü,  siyasi  müstəqilliyinə  hörmət  etdiyini  bir  daha  təsdiq­
ləyərək;
Həm  də  zorakı  yolla  torpaqların  qəsb  edilməsinin  yolverilməz 
olduğunu bir daha təsdiq edərək;
Həm  də  Ermənistan  Respublikasının  təcavüzkar  siyasətinin 
ATƏT çərçivəsində sülh prosesinə destruktiv təsirini qeyd edərək;
1. Ermənistan  Respublikasının 
Azərbaycan 
Respublikasına 
təcavüzünü qəti şəkildə pisləyir.
2. 
İşğal  olunmuş  Azərbaycan  ərazilərində  mülki  azərbaycanlı 
əhaliyə qarşı törədilmiş hərəkətləri insanlığa qarşı cinayət hesab edir.
3. 
İşğal olunmuş Azərbaycan ərazilərində arxeoloji-mədəni və dini 
abidələrin yağmalanması və dağıdılmasını qəti şəkildə pisləyir.
4. 
BMT  Təhlükəsizlik  Şurasının  822,  853,  874,  884  saylı  qət­
namələrinin yerinə yetirilməsini,  Ermənistan silahlı qüvvələrinin işğal 
olunmuş Azərbaycan ərazilərindən dərhal, qeyd-şərtsiz və tamamilə, o 
cümlədən  Laçın  və  Şuşa  rayonlarından  çıxarılmasını,  Ermənistanın 
Azərbaycan  Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə 
hörmət etməsini qəti şəkildə tələb edir.
5. 
BMT  'Təhlükəsizlik  Şurasının  qətnamələrindəki  tələblərin  Er­
mənistan tərəfindən yerinə yetirilməməsi  ilə bağlı narahatlığını bildirir.
ö.Təhlükəsizlik  Şurasını  Ermənistanın  Azərbaycan  Respub­
likasına  qarşı  təcavüzünü  tanımağa;  BMT  Nizamnaməsinin  7-ci 
fəslinin  tələblərinə  uyğun  olaraq  onu  öz  qətnamələrinin  yerinə 
yetirilməsi  üçün  müvafiq  addımlar  atmağa  çağırır,  Azərbaycan 
Respublikasının  ərazi  bütövlüyü  və  suverenliyinə  qarşı  təcavüzü 
pisləyir  və  BM'i'-də  buna  son  qoyulması  üçün  atılacaq  addımları 
əlaqələndirməyi qərara alır.
7. 
Təcavüzkarın  münaqişəni  daha  da  genişləndirməyə  ruhlan­
dırmamaq  və  Azərbaycan  ərazilərini  işğal  altında  saxlamaqda  davam 
etdirməsinə  imkan  verməmək  üçün  bütün  dövlətlərdən  Ermənistanı 
silah-sursatla  təchiz etməkdən  çəkinməyi  tələb  edir.  BMT  üzvü  olan 
dövlətlərin  ərazisindən  bu  cür  silahsursatın  ötürülməsi  üçün  istifadə 
olunmamalıdır.
8. 
BMT  üzvü  olan  dövlətləri,  eləcə  də  beynəlxalq  birliyin  digər 
üzvlərini  Ermənistanın  təcavüzünə və Azərbaycan ərazilərinin işğalına 
son qoymaq üçün təsirli siyasi və iqtisadi tədbirlər görməyə çağırır.
9.  Ermənistanla  Azərbaycan  arasındakı  münaqişəni  onların  ərazi
217


bütövlüyü  və  beynəlxalq  aləm  tərəfindən  tanınmış  sərhədlərin 
toxunulmazlığına hörmət prinsipləri  əsasında ədalətlə  və sülh yolu  ilə 
həll etməy'ə çağırır.
10. 
Ermənistanı  və  Azərbaycanı,  eləcə  də  Minsk  qrupuna  daxil 
olan  bütün  dövlətləri  АТЭТ-də  gedən  sülh  prosesləri  ilə  konstruktiv 
şəkildə  məşğul  olmağa,  münaqişənin sülh  yolu  ilə  həllini  çətinləşdirə 
biləcək hər hansı addım aimarnağa çağırır.
11. 
Azərbaycan  hökuməti  və xalqının  öz ölkələrini  qorumaq  üçün 
göstərdiyi  bütün  səyləri  dəstəkləyir  və  onlarla  tam  həmrəy  olduğunu 
bir daha təsdiq edir.
12. 
Qaçqın  və  köçkünlərin  təhlükəsiz  və  ləyaqətlə  öz  doğma 
torpaqlarına qayıtması üçün şərait yaratmağa çağırır.
13. 
Qaçqın  və  köçkünlərə  humanitar yardım  göstərmiş  bütün  üzv' 
dövlətlərə  təşəkkürümüzü  bildirir  və  digərlərini  də  onlara  yardım 
etməyə çağırırıq.
14. 
Azərbaycan ərazisində bir milyondan artıq qaçqın və köçkünlə 
bağlı  ciddi  humanitar  problemlərin  yaşandığından  narahatlığı  ifadə 
edir,  üzv  ölkələr,  İslam  İnkişaf  Bankı  və  digər  İslami  qurumlardan 
Azərbaycan  Respublikasına  təcili  maliyyə  və  humanitar  yardımı 
göstərməyi xahiş edir.
15. 
Dəymiş  zərər  üçün  Azərbaycanın  müvafiq  kompensasiya 
almaq  hüququnun olduğunu  nəzərə alaraq  bu zərərin ödənilməsi  üçün 
məsuliyyəti  Ermənistanın üzərinə qoyur.
16. 
Baş  Katibin  üzv dövlətlərin mövqeyinin ATƏT-in  cari  sədrinə 
çatdırılması üçün göstərdiyi səyləri qiymətləndirir.
17. 
Baş  Katibdən  bu  qətnamənin  yerinə  yetirilməsini  izləməyi  və 
bu  barədə  İslam  Konfransı  Təşkilatının  9-cu  sessiyasına  məruzə 
təqdim etməsini xahiş edir.
6.1.2.3.2. 
“Azərbaycan  Respublikasına  iqtisadi yardım
göstərilməsi  haqqında” adlı  18/8-E (İS) nömrəli qətnamə.
Tehran  şəhəri,  İran  İslam  Respublikasında  hicri  tarixi  ilə  9 -|| 
Şaaban  141811(9-11  dekabr  1997-ci  il) tarixdə keçirilmiş VIIİ-ci  islanı 
Konfransı  Təşkilatı  dövlət  və  hökumət  başçılarının  Zirvə  Görüşü 
(Ləyaqət, Dialoq, İştirak Sessiyası),
İslam  Konfransı  ölkələri  xarici  işlər  nazirlərinin  24-cii 
sessiyasının  18/24-E saylı qətnaməsini yada salaraq;
218
Ölkənirı  tarixinin  çox  ağır  və  kritik  anında  İslam  Konfransı 
Təşkilatı  üzvü olan ölkələrin  Azərbaycan hökuməti  və xalqı  ilə yekdil 
həmrəyliyini təsdiqləyərək;
Bu  münaqişə  ilə  bağlı  BMT  Təhlükəsizlik  Şurasının  müvafiq 
qətnamələrinə istinad edərək;
Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  silahlı  əməliyyatları, 
bunun  nəticəsində  Azərbaycan  ərazisinin  20%-nin  işğal  olunmasını, 
təxminən  bir milyon  azərbaycanlının  öz  vətənindən  zorla çıxarılması, 
təcavüz  nəticəsində  insan  hüquqlarının  kobud  şəkildə  pozulmasını 
pisləyərək;
Azərbaycan hökuməti və xalqı ilə İslaın Konfransı Təşkilatına üzv 
dövlətlərin  həmrəyliyini  konkret  şəkildə  nümayiş  etdirmək  zərurətini 
lazım bilərək:
İKT-yə  üzv olan  bəzi  ölkələrin  və  İKT-nin  müvafiq  qurumlarını, 
BMT  qurumları  və  beynəlxalq  təşkilatların  Azərbaycana  göstərdiyi 
yardımı alqışlayaraq;
I ləm  də  təşkilatın  iqtisadi,  mədəni  və  sosial  məsələlər  üzrə 
komissiyasının 20-ci sessiyasının tövsiyələrini nəzərə alaraq;
1.İKT-nin  üzv dövlətlərinə və İslami qurumlara  müraciət edir ki, 
Azərbaycan xalqının  iztirab və əzablarını yüngülləşdirmək üçün 
Azərbaycan  hökuməti və xalqına iqtisadi və humanitar yardım
göstərsinlər.
2. 
Beynəlxalq təşkilatları  Azərbaycana təcili  humanitar və maliyyə 
yardımı göstərməyə çağırır.
3. 
Baş  Katibdən  xahiş  edir  ki,  məsələni  izləsin  və  bu  barədə 
məruzə hazırlayıb İKT-nin sonrakı  sessiyasına təqdim etsin.
6.1.3. 
İslam  Konfransı Təşkilatının doqquzuncu zirvə görüşü.
("Al AQSA  INTİFADASI" SÜLH  VƏ İNKİŞAF SESSİYASI) 
DOHA, QƏTƏR  DÖVLƏTİ
hicri tarixi  ilə  16-  17 şaban  1421 İT (miladi tarixi  ilə  12-13  noyabr 
2000
)
219


Yüklə

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə