Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə50/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   46   47   48   49   50   51   52   53   ...   84

əməkdaşlıq  şəraitində  təcili  tədbirlərin  görülməsini,  və  əvvəllər 
vasitəçilik  fəaliyyəti  zamanı  əldə  olunmuş  irəliləyişə  əsaslanaraq, 
həyata  keçirilməsi  bütün  tərəflər  üçün  münaqişənin  əsas  nəticələrini 
aradan  qaldırmağa  və  Minsk  konfransım  çağırmağa  imkan  verəcək 
silahlı  münaqişənin  dayandırılması  haqqında  siyasi  sazişin  imzalan­
ması  məqsədilə  tezliklə  danışıqlar  aparmağı  Minsk  qrupunun 
həmsədrlərinə  tapşırdılar.  Daha  sonra  onlar  Minsk  konfransının 
həmsədrlərindən,  xüsusilə humanitar sahədə,  inamın möhkəmləndiril­
məsi  tədbirlərinin  həyata  keçirilməsi  istiqamətində  münaqişə  tərəfləri 
ilə  birgə  işi  davam  etdirməyi  xahiş  etdilər.  Onlar  iştirakçı  dövlətlər 
tərəfindən  həm  fərdi  əsasda,  həm  də  müvafiq  beynəlxalq  təşkilatlar 
çərçivəsində  qaçqınların  acınacaqlı  vəziyyətini  yüngülləşdirməyə 
xüsusi  diqqət yetirmək  şərtilə  regionun  əhalisinə  humanitar yardımın 
göstərilməsi  üzrə  tədbirlərin  həyata  keçirilməsi  vacibliyini  qeyd 
etdilər.
4. 
Onlar  razılaşdılar  ki,  münaqişə  tərəflərinin  fikirlərinə  uyğun 
olaraq  yuxanda  qeyd  olunan  sazişin  əldə  edilməsi  həmin  sazişin 
həyata  keçirilməsinin  vacib  elementi  kimi  çoxmillətli  sülhməramlı 
qüvvələrin  yerləşdirilməsinə  imkan  verə  bilərdi.  Onlar  silahlı 
münaqişənin  dayandmlması  haqqında  tərəflər  arasında  sazişin  əldə 
edilməsindən sonra, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnaməsi­
nin qəbul edilməsi şərtilə, ATƏM-i çoxmillətli sülhməramlı qüvvələrlə 
təmin etmək üçün siyasi hazırlıqlarını bəyan etdilər. Onlar Fəaliyyətdə 
olan  Sədrdən  1992-cı'  il  Helsinki  Sənədinin 
III 
fəsli əsasında və  Birlə­
şmiş  Millətlər  Təşkilatı  Nizamnaməsinə  tam  uyğun  olaraq  təşkil 
ediləcək  belə  qüvvələrin  yaradılması,  tərkibi  və  fəaliyyəti  barəsində 
qısa zaman ərzində plan işləyib hazırlamağı xahiş etdilər. Bu məqsədlə 
Fəaliyyətdə olan  Sədrə  Minsk konfransı  həmsədrləri  və  Minsk  qrupu, 
həmçinin  Baş  Katib tərəfindən kömək ediləcək;  müvafiq  məsləhətləş­
mələrdən  sonra o,  həmçinin  bu qüvvələrin,  başqa  məsələlərlə yanaşı, 
ölçüsü və xarakteri, onlara rəhbərliyi  və onların idarəsi, maddi-texniki 
təchizatı,  müvafiq  aitbölümlərin  və  resursların  bölünməsi,  güc  tətbiq 
etmək  qaydası  və  qüvvə  verən  dövlətlərlə  razılaşmalar  haqqında 
tövsiyələrin hazırlanması üçün Vyanada yüksək səviyyəii planlaşdırma 
qrupu yaradacaq.  O,  Birləşmiş  Millətlər Təşkilatının texniki  məsləhət 
və  ekspertiza yardımının  göstərilməsinə  hazır olması  haqqında  etdiyi 
bəyanatına  əsaslanaraq,  Birləşmiş  Millətlər  Təşkilatına  kömək  üçiin 
müraciət  edəcək.  O,  həmçinin,  ATƏM-in  sülhməramlı  qüvvələrinin
200
mümküm  yerləşdirilməsi  üçün  BMT  Təhlükəsizlik  Şurasının  uzun­
müddətli siyasi dəstəyini əldə etməyə çalışacaq.
5. 
Belə  hazırlıq  işini  və  1992-ci  il  Helsinki  Sənədinin  III  fəslinin 
müvafiq  müddəalarına  əsasən  və  tərəflər  arasında  razılığın  əldə 
olunmasından  və  onlann  Minsk  konfransının  həmsədrləri  vasitəsilə 
Fəaliyyətdə olan  Sədrə  rəsmi  xahişindən sonra Daimi  Şura ATƏM-in 
sülhməramlı əməliyyatının keçirilməsi barəsində qərar qəbul edəcək.
4.3.Nazirlər Şurasının 5-ci görüşü 
Budapeşt 
8 dekabr 1995 -ci il 
ATƏT-in Minsk prosesi üzrə qəran
Nazirlər Şurası
-  ATƏT-in  Minsk  prosesinin  Dağlıq  Qarabağ  münaqişəsinin 
nizamlanmasında yeganə forum olmasını təsdiqləyir;
-  münaqişə  tərəflərinin  1994-cü  ilin  mayın  12-də  bərqərar edilən 
atəşkəsə riayət etməyi davam etdimək əzmlərini alqışlayır;
-  tərəfləri  bütün  hərbi  əsiriəri  və  münaqişə  ilə  bağlı  saxlanılan 
bütün  şəxsləri  dərhal  azad  etməyə,  və  Beynəlxalq  Qırmızı  Xac 
Komitəsinin  şəxslərin  saxlanıldığı  bütün  yerlərə  və  bütün  sax- 
lanılanlara maneəsiz baş çəkməsini təmin etməyə çağırır;
-Fəaliyyətdə  olan  Sədrlə  koordinasiyada  təxirəsahnnıadan  silahlı 
münaqişənin  dayandırılması  haqqında  siyasi  sazişin  əldə  edilməsi 
yolunda  Minsk  konfransının  Həmsədrlərinin  səylərini  dəstəkləyir. 
Belə  sazişin  yerinə  yetirilməsi  bütün  tərəflər  üçün  münaqişənin  əsas 
nəticələrini  aradan qaldıracaq  və qısa vaxt ərzində  Minsk  konfransını 
çağırmağa  imkan  yaradacaq.  Sazişin  imzalanması  Daimi  Şuraya 
fəaliyyətinin  davanı  etdirilməsi  lazım  olan  Yüksək  Səviyyəli 
Planlaşdırma  (irupıınun  dəyərli  tövsiyələrinə  əsaslanaraq,  ATOT-in 
sülhməramlı  əməliyyatının  keçirilməsi  haqqında  qərar  qəbul  etməyə 
imkan yaradacaq;
-  münaqişənin  nizamlanması  prinsipləri  üzrə  razılaşmanın  əldə 
edilməsi  məqsədilə,  Həmsədrlərlə  koordinasiyada,  birbaşa  əlaqələrin 
qurulmasına  dair  ifadə  olunmuş  öhdəlikləri  alqışlayır və  bunu  tez  bir 
/amanda gerçəkləşdirməyə təkidlə çağırır; və
- kompromisin tezliklə əldə edilməsi məqsədilə tərəflərin ən vacib 
məsələləri nəzərdən keçirməyə ifadə olunmuş hazırlıqlarını nəzərə alır.
201


4.4 ZİRVƏ GÖRÜŞÜ 
Lissabon
3  dekabr  1996-cı  il
ƏLAVƏ 1
ATƏT-in Fəaliyyətdə olan Sədrinin Bəyanatı
Sizə  məlum  olduğu  kimi,  son  iki  il  ərzində  Dağlıq  Qaraba 
münaqişəsinin  və 
Azərbaycan  Respublikasının  əra zi  bütövlüyü 
m əsələsinin  həllində
 
heç  bir  irəliləyiş  əldə  edilməmişdir.  Mən 
təəssüflə  qeyd  edirəm  ki,  məsələnin  nizamlanması  prinsiplərinə  dair 
tərəflərin  mövqelərinin  yaxınlaşdırılması 
istiqamətində 
Minsk 
konfransı həmsədrlərinin səyləri uğurla nəticələnmədi.
Minsk  qrupunun  həmsədrləri  tərəfindən  Dağlıq  Qarabağ 
münaqişəsinin  nizamlanmasının  tərkib  hissəsi  kimi  formalaşdıran  üç 
prinsip  tövsiyə edilmişdir.  Bu  prinsipləri  Minsk qrupunun  bütün  üzv- 
dövlətləri dəstəkləyir.  Bu prinsiplər aşağıdakılardır:
-Erm ənistan  Respublikasının  və  Azərbaycan  R espublikasının 
ərazi bütövlüyü
;
-Azərbaycanın  tərkibində  Dağlıq  Qarabağa  ən yü ksək  səviyyəli 
özünüidarəetm ə
 
verən  öz  müqəddəratını  təyin  etməyə  əsaslanmış 
sazişdə müəyyən edilmiş 
Dağlıq Qarabağın  hüquqi statusu;
-bütün  tərəflərin  nizamlama  müddəalarına  riayət  olunmasının 
təmin  edilməsinə  dair  qarşılıqlı  öhdəliklər  də  daxil  olmaqla,  Dağlıq 
Qarabağ  və  onun  bütün  əhalisinin  təmin  edilmiş  təhlükəsizliyi.  Mən 
təəssüflə etiraf edirəm ki, 
bir iştirakçı dövlət bunu qəbu l edə bilm ədi 
Bu prin siplər digər iştirakçı dövlətlər tərəfindən dəstəklənir.
Bu bəyanat Lissabon Zirvə görüşünün sənədlərinə daxil ediləcək.
ƏLAVƏ 2
Ermənistan  Nümayəndə heyətinin  Bəyanatı
ATƏT-in  Fəaliyyətdə  olan  Sədrinin  bəyanatı  ilə  əlaqədar 
Ermənistan  Nsmayəndə  heyəti  aşağıdakı  məsələlər  barədə  uz 
narahatçılığını  ifadə etmək  istəyir:
1.  Bəyanat  siyasi  sazişin  əldə  edilməsi  məqsədilə  danışıqların
202
0Q
<
aparılmasını  təklif edən  1994-сь  il  Budapeşt Zirvə  görüşü tərəfindən 
təsis  ediiən  Minsk  qrupunun  mandatının  nə ruhunu,  nə də  hərfini  əks 
etdirmir.  Status  problemi  hələ  başa  çatdırılmalı  olan  birbaşa 
danışıqlarda müzakirə mövzusu olmuşdur.
2.  Bəyanat,  bu  məsələni  siyasi  sazişin  imzalanmasından  sonra 
toplanacaq  ATƏT-in  Minsk  Konfransının səlahiyyətinə verən  ATƏT- 
in Nazirlər Şurasının  1992-ei  il qərarına zidd olaraq.  Dağlıq Qarabağın 
statusunu əvvəlcədən müəyyən edir.
3.  Erməni  tərəfi  əmindir ki,  məsələnin  həlli  beynəlxalq hüquq  və 
Helsinki  Yekun  Aktında  nəzərdə  tutulan  prinsiplər  əsasında,  hər 
şeydən  əvvəl  öz müqəddəratını  təyin etmə prinsipi  əsasında əldə edilə 
bibr.
4.  Kompromis  həllin  əldə  edilməsi  maraqlan  naminə  Erməni 
tərəfi  həm  Minsk  qrupu  çərçivəsində,  həm  də bu qrupun  həmsədrləri 
tərəfindən  əlaqələndirilən  birbaşa  əlaqələr  əsasında  ən  intensiv 
danışıqları davam etdirməyə hazırdır.
Xahiş  edirəm  ki,  bu  bəyanat  Lissabon  Zərvə  görüşünün  Bəyan­
naməsinə əlavə edilsin.
4.5.  ZİRVƏ GÖRÜŞÜ 
İstanbul
19 noyabr 1999-cu il
İstanbul Zirvə görüşünün Bəyannaməsi

çıxarış
)
20.  Biz.  Dağlıq  Qarabağ  münaqişəsilə  bağlı  yaranan  vəziyyət  və 
son  hadisələr  haqqında  ATƏT-in  Minsk  qrupunun  I həmsədrlərinin 
məruzəsini  aldıq  və  onların  səylərini  müsbət  qiymətləndiririk.  Biz 
Ermənistan  və  Azərbaycan  prezidentləri  arasında  aktivləşən  dialoqu 
xüsusilə  alqışlayırıq  ki,  onların  müntəzəm  görüşləri  problemin 
möhkəm  və  hərtərəfli  həllinin  tapılması  prosesinin  dinamikası  üçün 
imkan yaratmışdır.  Biz qəti şəkildə bu dialoqu dəstəkləyirik və ATƏT- 
in  Minsk  qrupu  çərçivəsində danışıqların bərpası  ümidilə bu dialoqun 
davam etdirilməsinə çağırırıq.  Biz. həmçinin təsdiq edirik ki, ATƏT və 
məsələnin  həllinin  tapılması  üçün  ən  münasib  format  olan  ATƏT-in 
Minsk  qrupu  sülh  prosesini  və  onun  gələcəkdə  həyata  keçirilməsini, 
tərəfləri  bütün zəruri  köməklik ilə təmin etmək də daxil  oimaqla, daha
203


Yüklə

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə