Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə48/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   44   45   46   47   48   49   50   51   ...   84

nümayəndələri  ilə  qeyd-şərtsiz  əlaqə  qurmağa  çağırır.  O,  bu  cür 
əlaqələr  üçün  Strasburqda  şərait  yaradılmasına  hazır  olduğunu  qeyd 
edir  və  bir  neçə  dəfə  ermənilərin  iştirakı  ilə  dinləmələr  formasında 
bunu həyata keçirdiyini xatırladır.
10. Assambleya, özünün Azərbaycan,  Ermənistan və Gürcüstanda 
qaçqınların və məcburi köçkünlərin vəziyyətinə dair  1570 (2002) saylı 
Tövsiyəsini  xatırladaraq,  bütün  üzv  və  müşahidəçi  dövlətləri  etnik 
ermənilərin Azərbaycandan və etnik Azərbaycanlıların Ermənistandan 
qovulması  və  silahlı  əməliyyatlar  nəticəsində  köçkün  düşmüş  yüz 
minlərlə insana humanitar yardım və kömək göstərməyə çağırır.
11.  Assambleya  Ermənistan  və  Azərbaycan  kütləvi  informasiya 
vasitələrində  əks  olunan  bütün  nifrət  ifadələrini  mühakimə  edir. 
Assambleya Ermənistan və  Azərbaycana müraciət edərək,  məktəblər, 
universitetlər və KİV vasitəsi  ilə öz xalqları arasında qarşılıqlı barışığı, 
etimad  yaradılmasını  və  qarşılıqlı  anlaşmanı  təşviq  etməyə  çağırır. 
Belə  bir  barışığın  olmadığı  təqdirdə,  nifrət  və  etimadsızlıq  bölgədə 
sabitliyə mane olacaq  və yeni zorakılığa gətirib çıxaracaqdır.  İstənilən 
davamlı  həldən  əvvəl  və  həll  zamanı  bu  cür  barışıq  prosesi  həyata 
keçirilməlidir.
12.  Assambleya  Avropa  Şurasının  Baş  Katibini  Ermənistan  və 
Azərbaycana  qarşılıqlı  barışıq  prosesinə  yönəlmiş  xüsusi  dəstək 
verilməsi  üçün  fəaliyyət  planı  hazırlamağa,  eləcə  də  Ermənistan  və 
Azərbaycana dair tədbirlər barədə qərar verərkən bu qətnaməni  nəzərə 
almağa çağırır.
13.  Assambleya  Avropa  Şurasının  Yerli  və  Regional  Hakimiy­
yətlər  Konqresini  Ermənistan  və  Azərbaycanda bələdiyyələrə  seçilən 
nümayəndələrə  qarşılıqlı  əlaqələrin  və  bölgələrarası  qarşılıqlı  əmək­
daşlığın qurulmasında yardım etməyə çağırır.
14.  Assambleya,  insan  hüquqlarına,  sabitliyə  və  sülhə  təhlükə 
törədən ikitərəfli münaqişələri  və daxili  mübahisələri yerli  və 
regional 
ərazi icm alarını
 
və hakimiyyətləri cəlb etməklə dinc yolla həll  etmək 
üçün  özünün  üzv  dövlətlərini  daha yaxşı  mexanizmlərlə təmin  etmək 
məqsədilə  Avropa  Şurasının  münaqişələrin  həlli  üzrə  mövcud 
mexanizmlərini,  xüsusilə  də  Mübahisələrin  dinc  yolla  həlli  üzrə 
Avropa Konvensiyasını təhlil etməkdə qərarlıdır.
15.  Assambleya  bu  münaqişənin  dinc  yolla  həllinin  mütəmadi 
əsasda  monitorinqini  davam  etdirməkdə  qərarlıdır  və  bu  məsələnin 
nəzərdən  keçirilməsinə  özünün  2006-cı  ildə  ilk  hissəvi-sessiyasında
192
qayıtmağa qərar verir.
1.  2005-ci  il  yanvarın  25-də  Assambleyanın  müzakirəsi  (2-ci 
iclas)  (Bax  Siyasi  məsələlər  komitəsinin  məruzəsi,  Sənəd. 10364, 
məruzəçi:  cənab  Atkinson).  2005-ci  il  yanvarın  25-də  Assambleya 
tərəfindən qəbul olunmuş mətn (2-ci iclas).
3.2.7. 
ATƏT-in  Minsk  Konfransının  məşğul  olduğu  Dağlıq 
Qarabağ  bölgəsi  üzərində  münaqişəyə  dair  1690  (2005)  saylı 
Tövsiyə'’1
Parlament  Assambleyası  ATƏT-in  Minsk  Konfransının  məşğul 
olduğu  münaqişəyə dair özünün  1416 (2005) saylı  tövsiyəsinə  istinad 
edərək, Nazirlər Komitəsinə aşağıdakıları tövsiyə edir:
I. xüsusilə hərbi əməliyyatlardan çəkinmə və 
A zərbaycanın bütün 
işğal olunm uş ərazilərindən  hərbi qüvvələrin g eri çəkilm əsi də daxil 
olmaqla, əlaqədar tərəfləri BM T Təhlükəsizlik Şurasının  822 (1993), 
853  (1993),  874 (1993),  884  (1993)  saylı qətnam ələrinə  əm əl etm əyə 
çağırsın;
II.  Azərbaycan  və  Ermənistan  tərəfindən  BMT  Təhlükəsizlik 
Şurasının  qətnamələrinin  və ATOT-in  Nazirlər Şurasının  münaqişəyə 
dair  qərarlarının  yerinə  yetirilməsinin  monitorinqini  aparsın  və 
monitorinqin nəticələri barədə Assambleyaya hesabat versin;
III.  15MT  Təhlükəsizlik  Şurasının  qətnamələrinə  uyğun  olaraq, 
münaqişənin  dinc  yolla  həll  olunması  üçün  üzv  dövlətlər  tərəfindən 
göstərilən  səylər  barədə  Assambleyaya  hesabat  versin.  Bu  hesabatda 
BMT  Təhlükəsizlik  Şurasının  853  (1993)  saylı  qətnaməsinin  ziddinə 
olaraq  üzv  dövlətlərin  münaqişənin  intensivləşdirilməsinə  və  ya 
ərazinin  işğalının  davam  etməsinə  gətirib  çıxara  bilən  silah  və  sursat 
təchizatından çokinib-çəkinməmoləri də öz əksini tapsın;
[V.  Dağlıq  Qarabağ  münaqişəsi  haqqında  özünün  1251  (1994) 
saylı  tövsiyəsini  xatırladaraq,  Azərbaycan  və  Ermənistanın  istədikləri 
təqdirdə,  Dağlıq  Qarabağın  siyasi  statusunun  müəyyənləşdirilməsinə 
köməklik  məqsədilə ekspertləri onların sərəncamına versin;
V.  Azərbaycan  və  Ermənistanda  xüsusi  etimad  yaradılması 
tədbirləri üzrə fəaliyyət planı  üçün vəsait ayırsın;
VI.  hər  iki  ölkədən  müəllimlər  və jurnalistlər  üçün  daha  yaxşı
193


qarşılıqlı  anlaşma,  dözümlülük  və  barışıq  məqsədi  güdən  xüsusi 
treninq proqramlarının həyata keçirilməsinə vəsait ayırsın;
VII.  xüsusilə təhsil  müəssisələri  və ictimai  KİV-ə dair İrqçilik və 
dözümsüzlüyə qarşı  Avropa  Komissiyası  tərəfindən  hər  iki  ölkə üçün 
xüsusi fəaliyyətə vəsait ayırsın;
VIII.  Səlahiyyətli  rəhbər  komitələri  təlimatlandırsın  ki,  onlar 
Mübahisələrin sülh yolu ilə həll  olunmasına dair Avropa  Konvensiya­
sının  Avropa  Şurasının  üzv  dövlətləri  arasında  münaqişələrin  aradan 
qaldırılmasının müasir tələblərini  nə dərəcədə əks etdirməsi və Avropa 
Şurasının  üzv  dövlətləri  arasında  mübahisələrin  sülh  yolu  ilə  həll 
olunması  üçün  adekvat  vasitənin  tapılması  məqsədilə  konvensiyanın 
hansı hissəsinə düzəlişlərin edilməsi  ilə bağlı təbiil aparsın;
IX.  iki  ölkəyə  dair  fəaliyyətlə  bağlı  qərar  verərkən  1416  (2005) 
saylı qətnaməni nəzərə alsın;
X.  1416 (2005) saylı qətnamənin və bu tövsiyənin milli, ikitərəfli 
və  beynəlxalq  səviyyədə  dəstəklənməsi  məqsədilə  onları  üzv  dövlət­
lərin hökumətlərinə təqdim etsin. *
 9
(1)  2005-ci  il  yanvarın  25-də  Assambleyanın  müzakirəsi  (2-ci 
iclas)  (Bax  Siyasi  məsələlər  komitəsinin  məruzəsi,  Sənəd. 10364. 
məruzəçi:  cənab  Atkinson).  2005-ci  il  yanvarın  25-də  Assambleya 
tərəfindən qəbul olunmuş mətn (2-ci  iclas)
3.2.7. 
Sənəd  11628.  Avropada  demokratiyanın  vəziyyəti. 
Avropada  demokratik  institutların  fəaliyyəti  və  Assambleya 
tərəfindən monitorinq prosedurunun aparılması.
9 iyun 2008
M ƏRUZƏ
fçocarif)
Avropa Şurasına  üzv  ölkələrin  öhdəliklərinin yerinə yetirilm əsi 
üzrə Kom itə (M onitorinq Komitəsi)
Məruzəçi:  cənab  Serqey  Qolovatıy,  Ukrayna,  Aropada  Liberallar 
və Demokratlar Birliyi
222.  Aydındır  ki, 
A zərbaycanda,  Gürcüstanda  və  M oldovada, 
bu dövlətlərin əra zi bütövlüyü bərpa olunm ayana qədər,  demokratik 
dəyişiklikləri  m öhkəm ləndirm ək  m ümkün  ola  bilm əz
 
və  Dağlıq
Qarabağa,  Abxaziyaya,  Cənubi  Osetiyaya  və  Dnestıyana  aid 
münaqişələrin sülh yolla nizamlanmasına nail oluna bilməz.
3.2.8. 
Qətnamə  1619  (2008)1  Avropada  demokratiyanın 
vəziyyəti.  Avropada  demokratik  institutların 
fəaliyyatı  və 
Assambleyanın monitorinq  prosedurunun aparılması
(çıxarış)
10. 
aparılmış  monitorinqə  əsasən üzv dövlətlərdə həll  olunmamış 
münaqişələrin mövcudluğunun davam edilməsinə aid:
10.1. 
Assam bleya hesab  edir ki, A zərbaycanda,  Gürcüstanda  və 
M oldovada, bu dövlətlərin ərazi bütövlüyü bərpa olunm ayana qədər, 
dem okratik dəyişiklikləri m öhkəm ləndirm ək m ümkün olm ayacaq
;
10.2.  Assambleya  Monitorinq  Komitəsinin  2007-ci  ilin  noyabr 
ayında Berlində Dağlıq Qarabağda,  Abxaziyada, Cənubi Osetiyada və 
Dncstryanıda olan münaqişələrə aid  “dondurulmuş  münaqişələr”  üzrə 
dinləmələri  təşkil  etmək  təşəbbüsünü  alqışlayır.  Bununla  bağlı, 
Assambleya  münaqişələrin  sülh  yolla  nizamlanmasının  ilkin  şərtləri 
kimi  etibarın  möhkəmləndirilməsinə  yardım  edilməsi  işində  milli 
parlamentlərin  oynaya  biləcəkləri  rolunu  yenidən  təsdiqləyir. 
Assambleyanın  həmdə  özü  də  parlament  səviyyəsində  dialoq 
aparılması  yolu  ilə  müsbət  danışıqlar  mühitinin  möhkəmləndiriltr.ə- 
sinəyardım  edə  hilər.  Bu  yolla  Assambleya  yuxanda  qeyd  olunan 
münaqişələr üzrə daha sonrakı dinləmələrin təşkilinə çağırır.
10.3.  Bununla  yanaşı,  Assambleya təəssüflənir  ki,  yuxarıda  qeyd 
olunaıı münaqişələrin hər birinə aid hesabat dövrü ərzində (2007-ci ilin 
apreli  -   2008-ci  ilin  iyunu)  heç  hir  mühüm  müsbət  inkişaf  qeydə 
alınmamışdır; 
son  zamanlar  Abxaziya  və  Cənubi 
Osetiya 
münaqişələrinə aid gərginlik artmışdır.
1. 
25  İyul  2008-ci  il  Assambleya  müzakirələri  (23-cü  İclas)  (bax 
Sənəd  11628, 
Avropa  Şurasına  üzv  ölkələrin  öhdəliklərinin  yerinə 
yetirilməsi  iizrə  Komitənin  (Monitorinq  Komitəsinin)  məruzəsi, 
məruzəçi  cənab  Qolovatıy.  Mətn  Assambleya  tərəfindən  25  İyun
2008-ci  ildə qəbul olunub (24-cü İclas).
3.2.9. 
Sənəd  11627.  Azərbaycanda  demokratik  institutların 
fəaliyyəti.
İyun 200H
195


Yüklə

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə