Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə46/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   42   43   44   45   46   47   48   49   ...   84

3.  Assambleya  razılıqla  qeyd  edir  ki,  1994-cü  il  mayın  12-də 
qüvvəyə  minmiş  atəşkəsə  nisbətən  yaxşı  riayət  olunmuşdur  və  ümid 
edir ki,  o,  mümkün  qədər tezliklə  bütün  maraqlı  tərəflərin  imzaladığı 
sülh sazişi ilə nəticələnəcək.
4.  O,  müharibə  edən  tərəflərin  sülh  sazişini  imzalamağa 
həvəsləndirmək  üçün  ATƏM-in  Minsk  Qrupu,  BMT  Təhlükəsizlik 
Şurası,  Rusiya  Federasiyasının  Hökuməti  və  MDB  Parlamentlərarası 
Assambleyasının səylərini, həmçinin 26  iyul  1994-cü ildə Ermənistan 
və  Azərbaycanın  Müdafiə  nazirləri  və  Dağlıq  Qarabağ  ordusunun 
komandiri  tərəfindən  imzalanmış,  atəşkəsə  riayət  etmək  öhdəliklərini 
və  siyasi  sazişin  imzalanmasını  sürətləndirmək  səylərini  təsdiq 
etdikləri sazişi alqışlayır.
5.  Assambleya, beləliklə, tövsiyə edir ki, Nazirlər Komitəsi:
i.  Avropa  Şurasımn  üzv  dövlətlərinin  hökumətlərini  ATƏM-in 
Minsk  Qrupunun  öz  məqsədlərinə,  xüsusilə  müharibə  zonasında 
beynəlxalq  müşahidəçilərin  yerləşdirilməsinə  nail  olması  üçün  lazımi 
vasitələri ona təqdim etməyə çağırsın;
ii. Ermənistan və Azərbaycanın rəhbərliyi  ilə siyasi dialoqu bərpa 
etsin;
iii.  şərtlər  yerinə  yetirilən  kimi  öz  əməkdaşlıq  proqramlarım 
Ermənistan və Azərbaycanın üzünə açsın  və, əgər bu tərəflər istəsələr. 
Dağlıq  Qarabağ  üçün  siyasi  statusu  müəyyən  etməyə  kömək  edə 
biləcək ekspertləri onların öhdəliyinə təqdim etsin.
1.  Mətn Assambleyanın adından  fəaliyyət göstərən  Daimi  Komitə 
tərəfindən  !994-cü ilin noyabrın  10-da qəbul edilmişdir.
Bax  Sənəd  7182,  Avropanın  qeyri-üzv  ölkələri  ilə  əlaqələr  üzrə 
Komitənin məruzəsi, məruzəçilər: cənab Pfuhi və cənab Sole Tura
3.2.3. 
Ermənistan  və  Azərbaycanda  qaçqın  və  məcburi 
köçkünlərin humanitar vəziyyətinə dair QƏTNAMƏ 1059 (İ995)*
 1
1.  Assambleya  1988-ci  ildə  başlayan  Dağlıq  Qarabağ 
münaqişəsinin  Ermənistan  və  Azərbaycanda  ifadə  edilə  bilməyən 
insan  əzabları,  minlərlə  həlak  olanlar,  on  minlərlə  yaralı  və  bir 
milyondan  artıq  qaçqın  və  məcburi  köçkünlərlə  nəticələndiyindən 
təəssüflənir.
184
2.  Son  rəqəm  hədələr,  törədilmiş  vəhşiliklərə  dair  məruzələr  və 
1991-ci  ildən öncə Sovet hakimiyyətinin əmrlərindən sonra öz evlərini 
tərk etməyə məcbur edilən yüz minlərlə insanı əhatə edir.
3.  Ermənistan və Azərbaycanın  1991-ci  ildə müstəqilliklərini elan 
etmələrindən  sonra  onların  iqtisadiyyatları  ciddi  şəkildə  tənəzzül 
etmişdir.  Vəziyyət  münaqişənin  və  qonşu  ölkələrin  tətbiq  etdikləri 
iqtisadi blokadanın təsiri ilə pisləşmişdir.
4.  Nəticədə,  hər  iki  ölkənin  əhalisi  həyat  səviyyəsinin  ciddi 
şəkildə  aşağı  düşməsinə  məruz  qalmışdır,  və  artmaqda  olan 
çətinliklərlə,  o  cümlədən  yüksələn  işsizlik  və  kəskin  su,  yanacaq  və 
enerci  qıtlığı  ilə  üzləşir.  Birləşmiş  Millətlər Təşkilatının hesablamala­
rına görə,  hər  iki  ölkədə  bir milyondan  artıq  insan hazırda yoxsulluq 
səviyyəsindən aşağı yaşayır.
5.  Əsasən  qaçqınlar  və,  xüsusilə  Azərbaycanda  tələblərə  cavab 
verməyən  çadırlarda  yaşayanlar  əsas  istilik,  qida  və  tibbi  yardım 
qıdığını» olmasından kəskin çətinliklərlə üzləşirlər.
6.  Birləşmiş  Millətlər  Təşkilatının  yardım  proqramları  hər  iki 
ölkədə  1992-ci  ilin  dekabrından  təsis  edilmişdir.  Lakin,  oniarın 
maliyyələşdirilməsi  vəziyyətin  ehtiyaclarını  təmin  etməkdə  yetərli 
deyil.
7.  Bundan  əlavə,  BMT  agentlikləri  bazar  iqtisadiyyatına  keçid, 
mərkəzsizləşdirmə və səhiyyə və təhsil proqramları üçün məlumatlarla 
təminata  dair  hər  iki  hökumətə  məsləhətlər  verir və  yardım  göstərir. 
Buna  baxmayaraq,  aidiyyalı  ölkələrdə,  o  cümlədən  Gürcüstandakı 
ayrı-ayn  qərargahlardan hazırda idarə olunan bu xidmətlər əməkdaşlıq 
yolunda  müəyyən  maneələrlə  çətinləşmişdir,  və  onların  təqdim 
edilməsi  təcrübə,  idarəetmə  və  vəsaitlərin  uzun  müddətə  ən  effektiv 
şəkildə hərəkətə gətirilməsini əks etdirməyə bilər.
8.  Assambleya  12  may  1994-cü  ildə  qüvvəyə  minmiş  atəşkəsi 
alqışlayan,  bütün  tərəfləri  buna  ziyan  vura  biləcək  hər  hansı 
düşmənnilik  aktından  çəkinməyə  çağıran  və,  xüsusilə  maraqlı  tərəf­
lərin parlament nümayəndələri  arasında dialoqu həvəsləndirməklə sülh 
sazişinin  imzalanmasına bütün  qüvvəsi  ilə yardımını  təklif edən  1251 
saylı (1994) Qətnaməsini yada salır.
9.  Assambleya  müharibə  edən  tərəflərə  geri  qayıtmaq  arzusunda 
olan qaçqınların,  başqa yerdə məskunlaşmaq istəyənlərə kompensasiya 
vermək  şərti  ilə,  öz  evlərinə  mümkün  qədər  erkən  qayıtmasını  təşkil 
etmək;  azlıqların  hüquqlarına  hörmət  etmək;  və  onlar  arasında  olan
185


bütün  nəqliyyat  və  rabitə  vasitələri  üzərində  blokadaya və  Rusiya və 
Türkiyənin  tətbiq  etdikləri  blokadaya dərhal  son  qoymaq  çağırışlarını 
təkrar qeyd edir.
10. Assambleya təkid edir ki:
i. 
Ermənistan, Azərbaycan və Gürcüstan hökumətləri təcili yardım 
və  səhiyyə,  təhsil,  bərpa  və  inkişafa  dair  uzunmüddətli  proqramların 
təqdim edilməsində BMT agentlikləri  və qeyri-hökumət təşkilatlan  ilə 
geniş əməkdaşlıq etsinlər;
11.  Gürcüstan  hökuməti  BMT-nin yardımı  ilə  Mesxeti  türklərinin 
geri  qayıtması  və  məskunlaşdırılmasını  qəbul  etsin  və  BMT-ni  bu 
xüsusilə zəif qrupun vəziyyətinəxüsusi diqqət yetirməyə çağırır;
iii.  Avropa  İttifaqı,  özünün  Humanitar  İdarəsi  vasitəsilə,  Cənubi 
Qafqaz əhalisinin zəif təbəqələrinə yardımını artırsın.
11.  Nəhayət,  Assambleya  Qafqazda  sülhün  yenidən  bərpasına 
yardım  etmək  və  humanitar vəziyyəti yaxşılaşdırmaq  üçün daha geniş 
beynəlxalq  səylərin  göstərilməsinə  çağırır  və  bu  məqsədlə,  üzv 
dövlətlərin  hökumət  və  parlamentlərini  yetmiş  illik  təcriddən 
çıxmaqda  olan  bu  regiona  öz  yardım,  təcrübə  və  əməkdaşlıq 
təkliflərini etməyə təşviq edir. i.
1. Mətn  Assambleyanın adından  fəaliyyət göstərən Daimi  Komitə 
tərəfindən  15  mart  1995-ci  ildə  qəbul  edilmişdir.  Bax  Sənəd  7250, 
Miqrasiya,  Qaçqınlar  və  Demoqrafiya  üzrə  Komitənin  məruzəsi, 
məruzəçi:  cənab  Atkinson;  və  Sənəd  7266,  Avropanın  Qeyri-üzv 
Ölkələri  ilə  əlaqələr  üzrə  Komitəsinin  rəyi,  məruzəçi:  cənab 
Ceszenszki.
3.2.4. 
Ermənistan  və  Azərbaycanda  qaçqın  və  məcburi 
köçkünlərin  humanitar vəziyyətinə dair TÖVSİYƏ  126.3 (1995)
1.  Assambleya,  Ermənistan  və  Azərbaycanda qaçqın  və  məcburi 
köçkünlərin  humanitar  vəziyyətinə  dair  1059  saylı 
(
1995
) 
Qətnaməsinə istinad edərək, tövsiyə edir ki, Nazirlər Komitəsi:
i. 
Dağlıq  Qarabağa  görə  amansız  münaqişənin  qurbanlarına  və. 
xüsusilə  öz  evlərindən  qovulmuş  şəxslərə  beynəlxalq  yardımın 
tamamilə qənaətbəxş olmamasından  irəli  gələn  gərgin  vəziyyəti  təcili 
şəkildə nəzərdən keçirsin;
ii.  Avropa  Şurasının  genişlənməsinə  dair  1247  saylı  (1994)
186
Qətnaməsindən sonra.  Avropa Şurasının  Sosial  İnkişaf Fondu və onun 
üzv  dövlətlərini,  özünün  fövqəladə  hallar  üçün  nəzərdə  tutulmuş 
hesabı  vasitəsilə.  Birləşmiş  Millətlər  Təşkilatı  və  cəlb olunmuş digər 
beynəlxalq  təsisatlarla  mümkün  əlaqədə,  Ermənistan,  Azərbaycan  və 
Gürcüstanda  qaçqın  və  məcburi  köçkünlərə  fondun  maliyyələşdir- 
məsindən yararlanmaq  imkanı  verməyə dəvət etsin;
iii.  Bütün üzv dövlətlərin hökumətlərini:
a.  Birləşmiş  Millətlər  Təşkilatının  agentlikləri,  Beynəlxalq 
Qırmızı  Xaç  Komitəsi.  Beynəlxalq  Qırmızı  Xaç  və  Qırmızı  Aypara 
Cəmiyyətləri  Federasiyası  və  qeyri-hökumət  təşkilatları  vasitəsilə 
edilən beynəlxalq yardıma Qafqazda qarşıdan gələn bir çox  illər üçün 
ehtiyac  duyulduğunu  təsdiq  etməyə  və  bunun  nəticəsində  onların 
gələcək müraciətlərinə səxavətlə cavab verməyə;
b. Qarabağ və onun ətrafındakı  ərazinin minalardan təmizlənməsi 
üçün tələb olunan mütəxəssis və işçi qüvvəsini təklif etməyə;
c.  Fələstində  BMT-nin  qaçqınlara  yardım  və  işlər  Agentliyinə 
(UNRWA)  müvafiq  Qafqaz  üçün  birləşmiş  BMT  agentliyinin 
yaradılınası  və Tbilisidə regional qərargahın və ya oxşar əlaqələndirmə 
mexanizminin təsis edilməsini nəzərdən keçirməyə;
d.  xüsusilə  insan  hüquqları,  parlament  demokratiyasının  tətbiq 
olunması  və,  müvafiq  olan  zaman,  azlıqların  hüquqlarının  və  mədəni 
xüsusiyyətlərinin  müdafiəsi  sahələrində  Avropa  Şurasının  yardım, 
mütəxəssis  və  əməkdaşlıq  təkliflərini  təsdiq  etməklə  Ermənistan, 
Azərbaycan  və  Gürcüstanın  hakimiyyətləri  ilə  siyasi  dialoq  təsis 
etməyə dəvət etsin.
3.2.5.Zakavqaziyada  münaqişələrə  dair  QƏTNAMƏ  1119 
(1997)'
1.  Assambleya  hesab  edir  ki,  Zakavqaziya  münaqişələrində, 
xüsusilə  Abxaziya  və  Dağlıq  Qarabağda  1994-cu  ilin  mayından 
etibarən  atəşkəsin  qüvvədə  saxlanılması  gərginlik  zonalarında  siyasi 
sabitliyin yaradılmasına kömək etməlidir.
2.  Avropanın  Qeyri-üzv  Ölkələri  ilə  Əlaqələr  üzrə  Komitəsinin 
keçirdiyi  müxtəlif  dinləmələrdən  sonra  o  ümid  edir  ki.  bu  müna­
qişələrin siyasi həlli istiqamətində sürətli, həlledici  irəliləyiş ediləcək.
3.  Hər  üç  Zakavqaziya  ölkəsi  -   Ermənistan,  Azərbaycan  və
187


Yüklə

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə