Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə47/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   43   44   45   46   47   48   49   50   ...   84

Gürcüstan -   xüsusi  qonaq  statusuna  malikdirlər və  Avropa  Şurasının 
tam  üzvlüyə üçün müraciət etmişlər. Assambleya hesab edir ki, bütün 
tərəflərin bu münaqişələri  həll  etmək üçün  həqiqi  siyasi  iradəsi  qəbul 
prosedurlanm sürətləndirməyə kömək edəcək.
4. Assambleya bu münaqişələrə bilavasitə və ya dolayı yolla cəlb 
olunmuş  bütün  tərəfləri,  xüsusilə  Birləşmiş  Millətlər  Təşkilatı, 
Müstəqil  Dövlətlər Birliyi  və Avropada Təhlükəsizlik və Əməkdaşlıq 
Təşkilatının  həyata  keçirdiyi  vasitəçilik  işində  konstruktiv  şəkildə 
iştirak etməyə çağırır.
5.  Bu  iki  münaqişənin  xarakterinə  görə  fərqli  olmasına 
baxmayaraq,  Assambleya  vurğulayır  ki,  cəlb  olunan  bütün  tərəflər 
onların  siyasi  həllinə  dair  danışıqlan,  xüsusilə  1975-ci  il  Helsinki 
Yekun  Aktı  və  1990-cı  il  Paris  Xartiyasına  əsaslanan  aşağıdakı 
prinsiplər üzərində aparmalıdırlar:
i. sərhədlərin pozulmazlığı;
ii.  aidiyyatı  ərazilərdə  bütün  xalqların,  xüsusilə  çoxmillətli 
sülhməramlı qüvvələr vasitəsilə təmin olunmuş təhlükəsizliyi;
iii.  Abxaziya və Dağlıq  Qarabağ üçün bütün maraqlı tərəflərin 
razılaşdırdığı geniş muxtariyyət statusu;
iv.  qaçqın  və  məcburi  köçkünlərin  geri  dönmək  hüququ  və  insan 
hüquqlarına hörmət kimi onların vətəndaşlığının bərpa olunması.
6.  Assambleya  hesab  edir  ki,  Zakavqaziya  ölkələrində  qanunun 
aliliyi,  plüralist demokratiya,  insan  hüquqlarının müdafiəsi  və  ictimai 
bazar  iqtisadiyyatının  yaradılmasında  Avropa  Şurası  həqiqi  töhvə 
verməlidir.
A. Abxaziya ilə əlaqədar,
7.  Assambleya  Tbilisi  və  Suxuıninin  mövqeləri  arasında  xoş 
münasibətlərin bərpa olunmasının müəyyən əlamətlərini qeyd etməkdə 
maraqlıdır və ümid edir ki, yuxarıda qeyd olunmuş prinsiplər əsasında 
məsələnin danışıqlar vasitəsilə əldə olunmuş siyasi həllinə tezliklə nail 
olunacaq.
8.  O  ümid  edir ki,  maraqlı  tərəflər,  həmçinin  Birləşmiş  Millətlər 
Təşkilatı,  ATƏT və  Rusiya  Federasiyasının  səyləri  tezliklə Tbilisi  və 
Suxumi  üçün  əlverişli  təsisatı'  balansın  yaradılmasına  aparacaq  ki. 
qaçqınlar yüksək təhlükəsiz şəraitdə geri dönə və region əhalisi sülh və 
iqtisadi çiçəklənməyə qayıda bilsin.
B. Dağlıq Qarabağa münasibətdə,
9. 
Assambleya 
Ermənistan 
və 
Azərbaycan 
parlamenf
188
nümayəndələri  arasında,  xüsusilə onun Avropanın  Qeyri-üzv  Ölkələri 
ilə  Əlaqələr  Üzrə  Komitəsinin  26  yanvar  1997-ci  ildə  təşkil  etdiyi 
Zakavqaziyada  münaqişələrə dair seminarının bir hissəsi  kimi  davam 
edən  dialoqu  və  bununla  əlaqədar  münaqişənin  erkən  həllinin  təmin 
edilməsi  məqsədilə danışıqları  davam etdirməyə həvəsləndirən  Dağlıq 
Qarabağ  üzrə  ATƏT-in  Minsk  Qrupunun  fəaliyyətinin  bərpa 
edilməsini alqışlayır.
10.  O,  işğal  edilmiş  ərazilərin  qaytarılması  və  qaçqın  və 
köçkünlərin  geri  qayıtmasını.  Dağlıq  Qarabağın  əlverişli  alternativ 
statusu,  həmçinin  onun  təhlükəsizliyinə  təminat  verən  münaqişənin 
siyasi  həllinə  nail  olmaq  məqsədilə bütün münaqişə tərəflərini  birbaşa 
danışıqları gücləndirməyə çağırır.
11.  Nəhayət o,  üç Zakavqaziya  ölkəsi -  Ermənistan,  Azərbaycan 
və  Gürcüstanın  -   nəticə  etibarı  ilə  Zakavqaziya  dövlətləri  birliyinin 
yaradılması  və  birgə  parlament  assambleyasının  təsis  edilməsini 
nəzərdən keçirəcəyinə dair arzusunu ifadə edir. 1
 2
1.  22  Aprel  1997-ci  ildə  Assambleyanın  müzakirəsi  (10  və  11-ci 
iclas)  (bax  Sənəd  7793,  Avropanın  Qeyri-üzv  Ölkələri  ilə  Əlaqələr 
üzrə Komitənin məruzəsi, məruzəçi: cənab Sietlinger)
Qətnamənin  mətni  22  aprel  1997-cı  ildə  Assambleya  tərəfindən 
qəbul edilmişdir (11-ci iclas).
3.2.6. 
ATƏT-in  Minsk  Konfransının  məşğul  olduğu  Dağlıq 
Qarabağ  bölgəsi  üzərində  münaqişəyə  dair  1416  (2005)  saylı 
Qətnamə'
1.  Parlament  Assambleyası  silahlı  əməliyyatların  başlamasından 
on  ildən  artıq  bir  müddətin  keçməsinə  baxmayaraq,  Dağlıq  Qarabağ 
bölgəsi 
üzərində 
münaqişənin 
həll  olunmamış  qalmasından 
təəssüflənir.  Yüz.  minlərlə  insan  hələ  də  köçkündür  və  acınacaqlı 
şəraitdə  yaşayır.  Azerbaycan ərazisinin əhəmiyyətli hissələri hələ də 
Erməni  qüvvələri tərəfindən  işğal  altındadır  və  separatist  qüvvələr 
hələ də Dağlıq Qarabağ bölgəsinə nəzarət edirlər.
2 .
  Assam bleya  hərbi  əməliyyatların  və  bundan  əvvəl  başlamış 
kütləvi  etnik  düşmənçiliyin  qorxunc  etnik  təmizləmə  anlayışını 
xatırladan genişmiqyaslı  etnik  qovulmaya  və  mono-etnik  ərazilərin 
yaranmasına gətirib  çıxarması ilə bağlı öz narahatlığını  ifadə edir.
189


Assambleya  bir  daha  təsdiq  edir  ki,  bir  dövlətin  ərazisindən  regional 
ərazinin  ayrılması  və  müstəqilliyi  etnik  qovulmaya  və  bu  cür ərazinin 
digər  dövlətə  de-fakto  birləşdirilməsinə  gətirib  çıxaran  silahlı 
münaqişə  yolu  ilə  deyil,  yalnız  bu  ərazinin  əhalisinin  demokratik 
dəstəyinə  əsaslanan  qanuni  və  dinc  proses  vasitəsilə  əldə  oluna  bilər. 
Assambleya  üzv  dövlət  tərəfindən  xarici  ərazinin  işğalının  həmin 
dövlətin  Avropa  Şurasının  üzvü  kimi  öz  üzərinə  götürdüyü 
öhdəliklərin  ciddi şəkildə pozulması  demək  olduğunu xatırladır  və 
münaqişə  ərazisindən  köçkün  düşmüş  şəxslərin  öz  evlərinə 
təhlükəsiz və ləyaqətlə qayıtması hüququnu bir daha təsdiq edir.
3.
  Assambleya  Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik 
Şurasının  822 
(1993),  853  (1993), 
874 
(1993) 
və  884 
(1993) 
saylı 
Qətnamələrini  xatırladır  və  əlaqədar  tərəflərin,  xüsusilə  silahlı 
əməliyyatlardan  çəkinməklə  və  istənilən 
işğal  olunmuş  ərazilərdən 
silahlı  qüvvələri  çıxarmaqla, 
onlara  riayət  etməsini  təkid  edir. 
Assambleya  Birləşmiş  Millətlər Təşkilatı  Təhlükəsizlik  Şurasının 
853 
(1993) 
saylı  Qətnaməsində  ifadə  olunmuş  tələbə  tərəfdar  çıxır  və 
beləliklə,  bütün  üzv dövlətlərin münaqişənin  intensivləşdirilməsinə  və 
ya  ərazinin  işğalının  davam  etməsinə  gətirib  çıxara  bilən  silah  və 
sursat təchizatından çəkinməsini təkid edir.
4.  Assambleya xatırladır ki,  həm  Ermənistan, həm  də  Azərbaycan 
2001-ci  ilin  yanvarında  Avropa  Şurasına  daxil  olarkən  öz  qonşularına 
qarşı  zor tətbiq  etmək  hədəsindən  çəkinməklə  münaqişəni  yalnız  dinc 
vasitələrlə  həll  etmək  öhdəliyini  götünnüşlər.  Eyni  zamanda, 
Ermənistan  münaqişənin  həllini  təşviq  etmək  üçün  Dağlıq  Qarabağ 
üzərində 
əhəmiyyətli 
təsirindən 
istifadə 
etməyi 
öz 
üzərinə 
götürmüşdür.  Assambleya  hər  iki  Hökumətin  bu  öhdəliklərə  əməl 
etməsini,  eləcə  də  bir-birinə  qarşı  silahlı  qüvvələrdən  istifadə 
etməkdən  və  hərbi  əməliyyatları  təbliğ  etməkdən  çəkinməsini  təkid 
edir.
5. 
Assambleya 
Avropada 
Təhlükəsizlik 
və 
Əməkdaşlıq 
Müşavirəsinin  (ATƏM)  Nazirlər  Şurasının  1992-ci  ilin  mart  ayında 
Helsinkidə  münaqişənin  dinc  yolla  həlli  üzrə  danışıqlar  forumunun 
təmin  edilməsi  məqsədilə  Minskdə  konfrans  keçirmək  barədə  razılıq 
əldə  etdiyini  xatırladır.  Ermənistan,  Azərbaycan,  Belarus,  keçmiş  Çex 
və  Slovak  Federal  Respublikası,  Fransa,  Almaniya,  İtaliya,  Rusiya 
Federasiyası,  İsveç,  Türkiyə  və  Amerika  Birləşmiş  Ştatlan  həmin  vaxt 
Konfransda  iştirak  etməyə  razılıq  vermişdirlər.  Assambleya  bu
190
dövlətləri  münaqişənin  dinc  yolla  həllinə  nail  olmaq  üçün öz səylərini 
artırmağa  çağırır  və  onların  Assambleyadakı  miili  nümayəndə  heyət­
lərini  bununla əlaqədar öz hökumətlərinin gördüyü tədbirlər barədə hər 
il  Assambleyaya məruzə etməyə dəvət edir.  Bu məqsədlə,  Assambleya 
öz  Bürosundan  bu  milli  nümayəndə  heyətlərinin  başçılarının  da  daxil 
olduğu ad hoc Komitə yaratmağı  xahiş edir.
6.  Assambleya,  xüsusilə də  1994-cü  ilin  may  ayında atəşkəsə nail 
olunmasına  və  həmin  vaxtdan  etibarən  atəşkəsə  riayət  olunmasının 
monitorinqinə  görə,  Minsk  Qrupunun  Həmsədrlərinin  və  A'l’ƏT-in 
Fəaliyyətdə  olan  Sədrinin  Şəxsi  nümayəndəsinin  yorulmaq  biimədəıı 
göstərdikləri  səylərini  yüksək  qiymətləndirir.  Assambleya  ATƏT-in 
Minsk  Qrupu  Həmsədrlərini  silahlı  münaqişənin  dayandırılması 
barədə,  həyata  keçirilməsi  münaqişənin  bütün  tərəflər  üçün  başlıca 
nəticələrini  aradan  qaldıracaq  və  Minsk  Konfransının  çağırılmasına 
imkan 
verəcək 
siyasi 
sazişin 
bağlanılması 
üzrə 
danışıqları 
sürətləndirmək  üçün  təcili  addımlar  atmağa  çağırır.  Assambleya  və 
Ermənistanı  Azərbaycan  A'l’ƏT-in  Minsk  Prosesindən  faydalanmağa 
və  Minsk  Qrupu  vasitəsilə  münaqişənin  beynəlxalq  hüququn  müvafiq 
rıorma  və  prinsiplərinə  uyğun  oiaraq  dinc  yolla  həlli  üçün  öz 
konstruktiv təkliflərini  bir-birinə fəal  surətdə təqdim etməyə çağırır.
7.  Assambleya  Azərbaycan  və  Ermənistanın  Birləşmiş  Millətlər 
Təşkilatının  Nizamnaməsini  imzalamalarını  və  Nizamnamənin  93-cü 
Maddəsinin  l-ci  bəndinə  uyğun  olaraq,  ipso  facto  Beynəlxalq  Odalət 
Məhkəməsinin  Statutuna  tərəfdar  çıxmalarını  xatırladır.  Bununla 
əlaqədar  olaraq.  Assambleya  Minsk  Qrupunun  Həmsədrlərinin 
himayəsi  altında  keçirilən  danışıqların  uğursuzluqla  nəticələnəcəyi 
təqdirdə,  Azərbaycan  və  Ermənistanı  Məhkəmənin  Slatulunurı  36-cı 
Maddəsinin  l-ci  bəndinə  uyğun  olaraq,  Beynəlxalq  Odalət  Məhkəmə­
sindən  faydalanmağı  nəzərdən  keçirmələrini  təklif'edir.
8.  Assambleya Azərbaycan  və  Ermənistanı  Assambleya daxilində, 
eləcə  də  Qafqaz.  Dördlüyünün  Parlament  Spikerlərinin  görüşləri  kimi 
digər  forumlarda  ikitərəfli  parlamentlərarası  əməkdaşlığı  gücləndir­
məklə  özləri  arasında  siyasi  barışığı  təşviq  etməyə  çağırır.  O,  hər  iki 
nümayəndə  heyətinin  bu  cür  barışıq  istiqamətində  tərəqqini  nəzərdən 
keçirmək  üçün  Assambleyanın  hər  hissəvi-sessiyasında  görüşməsini 
tövsiyə edir.
9.  Assambleya  Azərbaycan  Hökumətini  bölgənin  gələcək  statusu 
ilə  bağlı  Dağlıq  Qarabağ  bölgəsinin  hər  iki  icmasının  siyasi
191


Yüklə

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə