Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə52/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   48   49   50   51   52   53   54   55   ...   84

keçirmələrinə  kömək  etmək  üçün  onlarla  işi  davam  etdirməyi 
tapşırdılar.  Onlar  danışıqların  keçdiyi  atmosferi  yaxşılaşdırmaq  üçün 
tərəflərə  müraciətlə  onları  atəşkəs  rejiminin  möhkəmlənməsinə  və 
bütün  sahələrdə  etimad  tədbirlərinin  həyata  keçirilməsinə  yönəlmiş 
əlavə addımlar atmağa çağırdılar.
I dekabr 2010-cu il.
208
5.  NATO SƏNƏDLƏRİ
5.1.  NATO üzvlərinin dövlət və hökumət başçıları 
Zirvə Görüşləri sənədləri
5.1.1. 
29  noyabr  2006-cı  ildə  Riqada  Şimali  Atlantika 
Şurasının  iclasında  iştirak  etmiş  dövlət  və  hökumət  başçılarının 
Yüksək  Səviyyədə  Riqada  NATOGörüşünün  Nəticələri  üzrə  elan 
edilmiş BƏYANƏT
{ ç ı x a r ı ş )
43.  “Biz Cənubi  Qafkazda  və  Moldova  Respublikasında regiona! 
münaqişələrin  davam  etməsini  xəcalətlə  qeyd  edirik.  Bizim  ölkələri­
miz Ermənistanın,  Azərbaycanın,Gürcüstanın  və Moldovanın  ərazi 
bütövlüyünü,  müstəqilliyini  və  suverenliyini  dəstəkləyir.  Biz,  bu 
dövlətlərə  aid,  münaqişələrin  sülh  yolu  ilə  həll  edilməsinə  nail 
olunması üzrə arasıkəsilməyən səyləri dəstəkləyirik”.
5.1.2.
3 aprel 2008-ci ildə Buxarestə Şimali Atlantika Şurasının 
iclasında  iştirak  etmiş  dövlət  və  hökumət  başçılarının  Yüksək 
Səviyyədə Buxarest Görüşündə qəbul olunmuş 
BƏYANNAMƏSİ
(
çıxarış)
43.  Biz  Cənubi  Qafkazda  və  Moldova  Respublikasında  regional 
münaqişələrin  saxlanılmasından  çox  narahatıq.  Bizim  ölkələr 
Azərbaycanın,  Ermənistanın,  Gürcüstanın  və Moldova Respublika­
sının  ərazi bütövlüyünü,  müstəqilliyini  və suverenliyini dəstəkləyir. 
Biz bu prinsiplər nəzərə alınmaqla  bu regional münaqişələrin  sülh 
yolu  ilə  həll  edilməsinə  yönəlmiş  səyləri  dəstəklənməklə  davam 
edəcəyik ”.
5.1.3.4 
aprel  2009-cu  ildə  Strastburq/Kildə  Şimali  Atlantika 
Şurasının  iclasında  iştirak  etmiş  dövlət  və  hökumət  başçılarının 
Yüksək  Səviyyədə  Strastburq/Kil  Görüşündə  qəbul  olunmuş 
BƏYANNAMƏSİ
0
çıxarış
)
58. 
“Biz  Cənubi  Qalkazda  və  Moldova  Respublikasında  uza­
dılmış  regional  münaqişələrin  mövcudluğundan  narahat  olmaqda
209


qalırıq...  Biz Ermənistanın, Azərbaycanın,  Gürcüstanın  və  Moldova 
Respublikasının  ərazi  bütövlüyünü,  müstəqilliyini  və  suverenliyini 
dəstəkləməkdə  davam  edirik,  və  həmçinin  bu  prinsiplər  nəzərə 
almmaqla  bu  regional münaqişələrin  sülh yolu  ilə  həll edilməsinə 
yönəlmiş səyləri dəstəkləməkdə davam edəcəyik..."
5.1.4.  20 noyabr 2010-cu ildə Lissabonda Şimali Atlantika Şurasının 
iclasında iştirak etmiş dövlət və hökumət başçılarının  Yüksək 
Səviyyədə Lissabon Görüşündə qəbul olunmuş BƏYANNAMƏSİ
( ç ıx a r ı ş )
35.  Dünyada  avro-atlantik  regionuna  bizim  baxişdan,  Cənubi 
Qavkazda  və  Moldovada  uzanan  regional  münaqişələrin  saxlanılması 
əvvəlki  kimi  Alyans  üçün  ciddi  narahatçılıq  predmetidir.  Biz  bütün 
tərəfləri  konstruktiv  iştiraka  və  münaqişənin  sülh  yolla  nizamlanması 
üçün  siyasi  iradələrini  möhkəmləndinnəyə  vəhazırki  danışıqlar 
formatına  hönnət  etməyə  çağırırıq.  Biz  onların  hamısını  regional 
təhlükəsizliyi  və stabilliyi təhlükə altına salan addımlardan çəkinməyə 
çağırırıq. Biz Ermənistanın, Azərbaycanın,  Gürcüstanın  və Moldova 
Respublikasının  ərazi  bütövlüyünə,  müstəqilliyinə  və  suverenliyinə 
tərəfdar  olmaqda  qalırıq,  və  bu  prinsiplər  nəzərə  alınmaqla,  bu 
regiona! münaqişələrin sülh yolla nizamlanması istiqamətində atdan 
səyləri dəstəkləməkdə davam edəcəyik.
5.2.2.3 
dekabr Şimali Atlantika Şurasının  Xarici  İşlər Nazirlərinin 
Yekun  KOMMUNİKESİ.
(
ç ı x a r ı ş
)
35.  “Biz Cənubi  Qatkazda  və  Moldova  Respublikasında  regional 
münaqişələrin  təkidlə  davam  etməsindən  narahat  olmaqda  davam 
edirik.  Biz  Ermənistanın,  Azərbaycanın,  Gürcüstanın  və  Moldova 
Respublikasının  ərazi  bütövlüyünü,  müstəqilliyini  və  suverenliyini 
dəstəkləməkdə  davam  edirik.  Regionun  tam  təhlükəsizliyi  üçün 
münaqişələrin bu prinsiplər əsasında sülh yolu ilə həll olunmasının 
vacibliyi artmışdır... ”
210
6.  İSLAM KONFRANSI TƏŞKİLATININ SƏNƏDLƏRİ
6.1.  İslam  Konfransı Təşkilatı dövlət və hökumət başçıları zirvə 
görüşlərinin (sammitlərinin) sənədləri.
6.1.1.İslam  Konfransı Təşkilatının yeddinci zirvə görüşü 
(Qardaşlıq və Dirçəliş sessiyası)
K a s a b la n k a ,  M ə r a k e ş   K r a l l i ğ ı
hicri tarixi  ilə  11-13  rəcəb,  1415  (miladi  tarixi  ilə  1.3-15  dekabr, 
1994)
6.1.1.l.YEKUN  KOMMUNIKE
Ermənistan -  Azərbaycan:
68.Konfrans qətiyyətlə Azərbaycan  Respublikasına qarşı Ermə­
nistan  Respublikasının  hərbi  təcavüzünü pisləyir.  O  işğal  olunmuş 
Azərbaycan  ərazilərində  mülki  azərbaycan  əhalisinə  qarşı  törədilən 
hərəkətləri  bəşəriyyətə  qarşı  cinayətlər  kimi  qiymətləndirir  və 
Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik  Şurasının  822,  853,  874, 
884  nömrəli  qətnamələrinin yerinə yetirilməsini,  bütün  işğal  olunmuş 
Azərbaycan  ərazilərindən,  o  cümlədən  Laçın  və  Şuşa  rayonlarından, 
erməni  silahlı  qüvvələrinin  dərhal,  qeyd-şərtsiz  və  tam  çıxarılmasını 
qətiyyətlə  tələb  edir,  və  Ermənistanı  israrla  Azərbaycan  Respub­
likasının suverenliyinə və ərazi bütövlüyünə hönnət etməsinə çağırır.
69.0,  Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzü  tanımağa;  öz  qətnamələrinin  yerinə  yetirilməsinin  təmin 
edilməsi  üçün  BM T  Nizamnaməsinin  VII  fəslində  nəzərdə  tutulan 
zəruri  addımların atılmasına; Azərbaycan Respublikasının suverenliyi 
və  ərazi  bütövlüyünə  qarşı  təcavüzü  pisləməyə  və  ona  son 
qoyulmasına çağırır  və  bu  məqsədlə  Birləşmiş  Millətlər  Təşkilatı  ilə 
koordinasiya edilmiş fəaliyyətin göstərilməsi qərarını  verir.
70.0,  dövlətlərin  ərazi  bütövlüyü  və  beynəlxalq  tanınmış 
sərhədlərin  sarsılmazlığı  prinsiplərinə  hörmət  edilməsi  əsasında 
Ermənistan  və Azərbaycan  arasında  münaqişənin  ədalətlə  və  sülh 
yolu həll edilməsinə çağırır. O,  ikisinidə,  həm  Ermənistanı  və həmdə 
Azərbaycam  və  Minsk  Qrupunun  üzv  ölkələrini  ATƏM-in  davam 
edən  sülh  prosesində  konstruktiv  iştirak  etmək  və  sülh  yolu  ilə
211


Yüklə

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə