Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə, Sosiologiya və h üquq İnstitutu


səhifə64/84
tarix04.07.2018
ölçüsü
#53336
1   ...   60   61   62   63   64   65   66   67   ...   84

pozulması ilə müşayiət olunmasından öz təəssüfünü ifadə edərək;
İKT-yə üzv dövlətlərin Azərbaycan hökuməti  və xalqı  ilə həmrəy 
olduğunu daha konkret ifadə etməyin zəruriliyini etiraf edərək;
Bir  sıra  İKT-yə  üzv  dövlətlərin  və  müvafiq  qurumların,  BMT 
təsisatlarının  və  beynəlxalq  təşkilatların  təqdim  etdiyi  yardımı 
alqışlayır və yüksək qiymətləndirərək;
İqtisadi,  mədəni  və  sosial  məsələlər  üzrə  19-cu  İslam  komis­
siyasının tövsiyələrini nəzərə alaraq;
Bu məsələ üzrə Baş Katibin məruzəsini nəzərə alaraq;
1. 
Üzv dövlətləri və İslam  qurumlarını  Azərbaycan xalqının əzab­
larını  yüngülləşdirmək  məqsədi  ilə  Azərbaycan  hökumətinə  lazımi 
iqtisadi və humanitar yardım göstərməyə çağırır.
2. 
Beynəlxalq  təşkilatlan  Azərbaycana  təxirəsalınmaz  maliyyə  və 
humanitar yardım göstərməsinə çağırır.
3. 
Baş  Katibdən  İKT Xarici  İşlər Nazirləri  Şurasının  Konfransına 
bu haqda məruzə təqdim etməsini xahiş edir.
6.2.6.  İslam  Koufransı Təşkilatı Xarici işlər nazirləri Şurasının 24-
cü sessiyası.
(Qardaşlıq və Əməkdaşlıq sessiyası)
Cakarta, İndoneziya Respublikası
28Rəcəb-3 Şaban,  1417H (9-13 Dekabr.  19%)
6.2.6.1.YEKUN KOMMUNİKE
(çıxarış)
Siyasi məsələlər:
Ermənistanın  Azərbaycana qarşı təcavüzü
80.Konfrans  Ermənistan  Respublikasının  Azərbaycan  Respub­
likasına  qarşı  təcavüzünü  qətiyyətlə  pisləyir.  O,  işğal  olunmuş 
azərbaycan  ərazilərində  azərbaycan  mülki  əhalisinə  qarşı  törədilmiş 
əməlləri  insanlıq  əleyhinə  cinayətlər kimi  qiymətləndirir.  O,  Laçın  və 
Şuşa  rayonları  daxil  olmaqla,  bütün  işğal  olunmuş  azərbaycan 
ərazilərindən  Ermənistan  silahlı  qüvvələrinin  dərhal,  qeyd-şərtsiz  və 
tam  çoxardılmasma  dair  Birləşmiş  Millətlər  Təşkilatı  Təhlükəsizlik 
Şurasının 822,  853, 874 və 884 nömrələri  qətnamələrinin  dəqiq yerinə
256
yetirilməsini  qətiyyətlə  tələb  edir  və  israrla  Ermənistanı  Azərbaycan 
Respublikasının  suverenliyinə  və  ərazi  bütövlüyünə  hörmət  etməsinə 
çağırır.
81.0,  Təhlükəsizlik  Şurasını  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzün  mövcudlüğünü  tanımağa  çağırır;  öz  qətnamələrinin  yerinə 
yetirilməsinin  təmin  edilməsi  məqsədilə  Birləşmiş  Millətlər Təşkilatı 
Nizamnaməsinin  Vll  fəslinə  uyğun  olaraq  zəruri  tədbir  görməsinə 
çağınr;  O,  Azərbaycan  Respublikasının  suverenliyi  və  ərazi 
bütövlüyünə  qarşı  təcavüzü  pisləməyə  və  ona  son  qoymağa  və  bu 
məqsədlə BMT çərçivəsində əlaqələndirilmiş  hərəkətlər etmək qərarın 
verilməsinə çağırır.
82. 
Təcavüzkarı  münaqişəni  genişləndirmək  və  Azərbaycan 
ərazilərini  işğal  altında  saxlamaq  imkanlarından  məhrum  etmək 
məqsədilə bütün  üzv dövlətləri  Ermənistanı hər hansı bir silah və hərbi 
ləvazimatla təchiz etməkdən çəkinməyə çağınr. Üzv
dövlətlərin  əraziləri  belə  bir  təchizat  üçün  tranzit  kimi  istifadə 
olunmamalıdır.  O,  bütün  dövlətləri  təcavüzkan  Azərbaycan  əraziləri­
nin işğalının uzadılması  və münaqişənin eskalasiyasına sövq edə bilən 
Ermənistana  hər  hansı  bir  silah  və  hərbi  texnikanın  təchizatından 
çəkinməyə  çağırır.  İKT  üzv  dövlətlərin  ərazisi  belə  təchizat  üçün 
tranzit  kimi  istifadə  edilməməlidir.  O,  həmdə  İKT  üzv  dövlətləri  və 
beynəlxalq  birliyin  digər üzvlərini  Ermənistanın təcavüzünə və  Azər­
baycan ərazilərinin işğal olunmasına son qoyulmasını tələb edən effek­
tiv siyasi və iqtisadi tədbirlərdən istifadə edilməsinə çağınr.
83.  O,  dövlətlərin  ərazi  bülövlüyü  və  beynəlxalq  tanınmış 
sərhədlərin  toxunulmazlığı  prinsiplərinə  hörmət  edilməsi  əsasında 
Ermənistan  və  Azərbaycan  arasında  münaqişənin  ədalətli  və  dinc 
nizamlanmasına çağırır.  O,  Ermənistanın  və Azərbaycanın  hər  ikisini 
və  ATOT-in  Minsk  Qrupunun  bütün  üzv  ölkələrini  ATƏT-in  davam 
edən  sülh  prosesində  səmərəli  iştirak  etməyə  və  dinc  nizamlanmanın 
əldə  edilməsi  üçün  onu  daha  çətin  edən  hər  hansı  bir  hərəkətlərdən 
çəkinməyə israrla çağırır.
84.0,  öz  vətəninin  müdafiə  edilməsi  üçün  Azərbaycan  hökuməti 
və  xalqı  tərəfindən  edilmiş  səylərə  özünün  tam  həmrəyliyini  və 
dəstəyini  bir  daha  təsdiq  edir.  O,  qaçqın  və  məcburi  köçkünlərin 
təhlükəsiz,  şərəf və  ləyaqətlə öz doğma yurdlanna qayıtmasına imkan 
verilməsinə çağırır.  O,  həmdə Azərbaycan  Respublikasının  ərazisində 
bir  milyondan  çox  qaçqın  və  məcburi  köçkünlərin  olması  ilə  bağlı
257


humanitar problemlərin kəskinliyinə dair öz  narahatçılığını  bildirir  və 
üzv  dövlətləri,  İslam  İnkişaf  Bankı  və  digər  İslam  institutlarının 
Azərbaycan  Respublikasına  təcili  maliyyə  və  humanitar  yardım 
göstərməsini xahiş edir.
85.Konfrans  Ermənistan  və  Azərbaycan  arasında  münaqişənin 
nizamlanmasının  bir  hissəsi  olmalı,  Ermənistan  Respublikası  və 
Azərbaycan Respublikasının ərazi  bütövlüyü, Azərbaycanın  tərkibində 
Dağlıq  Qarabağa  ən  yüksək  səviyyəli  özünüidarəetmə  verən  öz 
müqəddəratını  təyin  etməyə  əsaslanmış  sazişdə  müəyyən  edilmiş 
Dağlıq  Qarabağın  hüquqi  statusu  və  bütün  tərəflərin  nizamlama 
müddəalarına  riayət  olunmasının  təmin  edilməsinə  dair  qarşılıqlı 
öhdəliklər də daxil  olmaqla,  Dağlıq Qarabağ və onun bütün əhalisinin 
təmin  edilmiş  təhlükəsizliyi  üç  prinsipə  aid  2-3  dekabr  1996-cı  ildə 
Lissabonda keçirilmiş ATƏT-in Zirvə Görüşünün Bəyannaməsinə əla­
və olunan ATƏT-in Fəaliyyətdə olan Sədrinin  3 dekabr  1996-cı  il  bə­
yanatına öz dəstəyini ifadə edir.
6.I.6.2. 
İslam Konfransı Təşkilatı Xarici işlər nazirləri Şurasının
24-cü  sessiyasında qəbul olunmuş qətnamələr.
6.2.6.2.1.B)- Siyasi məsələlər üzrə qətnamələr:
“Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzü  haqqında” adlı 12/24-P nömrəli Qətnamə.
Hicri  tarixi  ilə  Rəcəb  ayının  28-dən  Şaban  ayının  3-dək  141711 
(miladi  tarixi  ilə  9-13  dekabr  1996-cı  il)  tarixində  Cakarta  şəhəri, 
İndoneziya  Respublikasında  keçirilmiş  İKT  Xarici  İşlər  Nazirləri 
Şurasının 24-cü konfransı (Qardaşlıq və Əməkdaşlıq sessiyası)
İKT Nizamnaməsinin məqsəd və prinsiplərindən çıxış edərək;
Ermənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzü  nəticəsində  Azərbaycan  ərazisinin  20  faizindən  artığının 
işğalından dərin narahat olaraq;
Ermənistanın təcavüzü nəticəsində  I  milyondan artıq  azərbaycanlı 
qaçqının  aqibəti  və  humanitar  problemlərin  böyük  həcmindən 
təsirlənərək;
Ötən  konfransların  bütün  müvafiq  qətnamələrinə,  xüsusilə  Mə­
rakeş  Krallığının  Kasablanka  şəhərində  11-12  rəcəb  1415-ci  (13-14 
dekabr  1994-cü  il) ildə keçirilmiş  VII  zirvə konfransının  qətnaməsinə
258
istinad edərək;
BMT  Nizamnaməsinə  və  Təhlükəsizlik  Şurasının  qətnamələrinə 
ciddi surətdə əməl edilməsinə çağıraraq;
Münaqişənin  həlli  üzrə  edilən  bütün  diplomatik  və  digər  səyləri 
alqışlayaraq;
Bütün  üzv  dövlətlərin  Azərbaycan  Respublikasının  ərazi  bütöv­
lüyünə və suverenliyinə ehtiramını  bir daha təsdiq edərək;
Ermənistan  Respublikasının  davam  etdirdiyi  təcavüzkar siyasətin 
ATƏT  çərçivəsində  aparılan  sülh  prosesinə  dağıdıcı  təsirini  dərk 
edərək:
1. 
Emıənistan  Respublikasının  Azərbaycan  Respublikasına  qarşı 
təcavüzünü kəskin şəkildə pisləyir;
2. 
Təcaviiz nəticəsində  işğal  edilmiş  Azərbaycan  ərazisində mülki 
Azərbaycan əhalisinə qarşı törədilən əməlləri insanliq əleyhinə cinayət 
kimi qiymətləndirir;
3. 
İşğal  edilmiş  Azərbaycan ərazisində arxeoloji,  mədəni  və  İslam 
abidələrinin talan və məhv edilməsini qətiyyətlə pisləyir;
4. 
BMT  Təhlükəsizlik  Şurasının  822,  853,  874  və  884  saylı 
qətnamələrinin  dəqiq yerinə yetirilməsini,  Ermənistan  silahlı  qüvvələ­
rinin  işğal  edilmiş bütün  Azərbaycan ərazilərindən, o cümlədən  Laçın 
və  Şuşa  rayonlarından  dərhal,  tamamilə  və  şərtsiz  çıxarılmasını  qəti 
surətdə tələb edir.  Ermənistanı qətiyyətlə  Azərbaycan  Respublikasının 
suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırır;
5. 
BMT  Təhlükəsizlik  Şurası  qətnamələrinin  müddəalarının  Er­
mənistan  tərəfindən  yerinə  yctirilməməsindən  öz  narahatçılığını 
bildirir;
6. 
Təhlükəsizlik  Şurası  tərəfindən  Azərbaycan  Respublikasına 
qarş'  təcavüzün mövcudluğunu tanımağa;  BMT Nizamnaməsinin  VII- 
ci  fəslinə  uyğun  olaraq  öz  qətnamələrinin  yerinə  yetirilməsinin 
təminatı  üçün  lazımi  addımlar  atmağa;  Azərbaycan  Respublikasının 
suverenliyi  və  ərazi  bütövlüyünə  qarşı  olan  təcavüzü  pisləyir  və  ona 
son qoymağa çağırır və bu məqsədlə BMT-də koordinasiyalı  fəaliyyət­
də olmağı qərara alır;
7. 
Bütün  iizv  dövlətləri  Azərbaycan  ərazisinin  işğalını  davam 
etdirməyə  təşviq  edən  Ermənistana  silah  və  hərbi  sıırsat  təchiz 
etrıəkdən  imtina  etməyə  çağırır.  İKT-yə  ü/v  dövlətin  ərazisi  bu  kimi 
yüklərin tranziti fıçün istifadə edilməməlidir;
8.  Ermənistanın  təcavüzünə  və  Azərbaycan  torpaqlarının  işğalına
259


Yüklə

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə