117
– Xəstəliy vaxtında aşkar edildiydə (edildixʹdə) asan müalicə
olunur.
“Yaşamaq gözəldir” – müxbir – 08.09.2015 –15:17:43
– ... tezliylə (tezlixʹlə) bu bəladan qurtula bildi.
“Tac şou” (təkrar) – Mədinə (“Bağban” rubrikasının
aparıcısı) – 27.09.2015 – 03:02:01 – Salam, dəyərli “Tac
şou” tamaşaçıları, xoş gördük (xoş gördüx’) hər birinizi,
əziz “Bağban”sevərlər.
“Öyrənirəm” – Azər Süleymanlı – 04.10.2015 –
11:00:57 – Elə bizim verilişimizin də əsas məramı bax
bundan ibarətdir – öyrətmey (öyrətməx’).
“Öyrənirəm” – Azər Süleymanlı – 04.10.2015 –
11:01:11 – Sizinlə mənəm, Azər Süleymanlı, öyrənmey
(öyrənməy) istəyənlər, ekrana yaxın olun.
“Ziqzaq” – Nahid Abbaszadə – 26.10.2015 – 18:15:59
– ... ən marağlı (maraxlı) məlumatları ...
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:17:45 – ... çox marağlı (maraxlı) məlumatlar
hazırlamışam.
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:25:41 – ... televiziya müsabiqəsindən danışacağıq
(danışacıyıx).
“Ziqzaq” – Zümrüd Məmmədzadə – 26.10.2015 –
18:26:20 – ... üç yüz səysən (səxʹsən) yeddi xal toplayaraq ...
118
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:27:38 – Xəstə uşağların ( uşaxların) problemlərinə diqqət
yetirməy ( yetirməx′) lazımdır...
“Ziqzaq” – Nahid Abbaszadə – 26.10.2015 – 18:28:39
– ... diqqət çəkməy ( çəkməxʹ) məqsədi daşıyır.
“Ziqzaq” – Samirə – 26.10.2015 – 18:29:57 – Vaxt
itirməyək ... ( itirmiyəxʹ).
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:32:46 – ... çox səmimi bir müsahibəsini görəcəyik
( görəciyixʹ).
“Ziqzaq” – müxbir – 26.10.2015 – 18:32:57 – ...
yirmi ( iyirmi) illik yubileyini ...
“Ziqzaq” – müxbir – 26.10.2015 – 18:33:18 –
... bayrağlarla ( bayraxlarla) bəzədilmişdir.
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:41:36 – ... saçlı daha gözəl görünürlər, yoxsa keçal?
( keçəl).
“Yaşamaq gözəldir” – Murad Həşimov – 28.10.2015 –
14:01:27 – Və diyər ( digər) orqanları nəyin üstündə saxlaya
bilər?
“Yaşamaq gözəldir” – Murad Həşimov – 28.10.2015
–14:04:31 – ... danışığdır ( danışıxdı), dildir.
“Yaşamaq gözəldir” – Murad Həşimov – 28.10.2015 –
14:48:29 – Sınığdır ( sınıxdı), eləmi deyiblər?
119
Vurğu ilə bağlı səhvlər
“Yaşamaq gözəldir” – Murad Həşimov – 01.09.2015 –
02:21 – Övladımızda, özümüzdə, qohumda, qardaşda,
tanışda, bilişdə, kimdə nitq qüsurları varsa və bu, həqiqətən,
həmin insanın həyat tərzinə mənfi təsir eləyirsə, mütləˊq
( müˊtləq) onu aradan qaldırmaq lazım.
“Ziqzaq” – Samirə – 05.10.2015 – 18:34:53 – Bu gün
də yepyeni instaqram fo′toları ( fotoları′) ilə sizinlə mənəm,
Samirə. Vaxt itirməyək, keçək günün ilk fo′tosuna
( fotosuna’). İlk fo′tonu ( fotonu′) Röya Ayxan paylaşıb öz
rəsmi instaqram səhifəsində.
“Ziqzaq” – Nahid Abbaszadə – 05.10.2015 – 18:36:24
–İnstaqramda məşhurların ən son paylaşdıqları statuslardan
və fo′tolardan ( fotolarda′n) xəbəriniz oldu, əziz tamaşaçılar.
“Tap və qazan” – 05.10.2015 – 18:45:30 – Həftənin
birinci günü iki günlük istirahətin ardıyca ( ardınca), payızlı
bir axşamda hər birinizi xoş gördük.
“Regionun sualı” – Səbinə Seyidova – 09.10.2015 –
19:39:47 – Bu günlüy ( günlüx’) bu qədər.
“Regionun cavabı” – müxbir – 09.10.2015 – 19:45:19
– Bu məktəblərdə çilingər, dülgər, dərzi, bərbər, aşpaz,
sürücü, kompüцer ( kompüter) operatoru və sair peşələri
öyrənmək olar.
“Ginnes dünyası” – 09.10.2015 – 20:01:34 – Tək əlli
nəinki dəmir, re′kordlar ( rekordla′r) da qıran bu polad
120
adamın gücü görənləri heyrətə salıb.
“Ginnes dünyası” – 09.10.2015 – 20:01:41 – Çox
maraqlıdır (maraxlıdır), Bernardo (Bernarda) bu cəsarət
haradandır? Zənnimcə, o nəinki dəmir qırmaqla yanaşı,
bədənində olan güc, qüvvətlə də re′kordlar (rekordla′r)
kitabına düşsə, pis olmaz.
“Ziqzaq” – Samirə – 26.10.2015 – 18:30:06 – Bu
günə olan ilk fo′tomuz (fotomu′z) ...
“Ziqzaq” – Samirə – 26.10.2015 – 18:30:29 – ... yeni
fo′tosunu (fotosunu′) paylaşan ...
“Ziqzaq” – Samirə – 26.10.2015 – 18:31:09 – Onunla
birgə olan fo′tolarını (fotolarını′) isə ...
“Ziqzaq” – Samirə – 26.10.2015 – 18:32:11 – ... yenə
yeni fo′tosunu (fotosunu′) rəsmi instaqram səhifəsində
paylaşıb.
Leksik normanın pozulması
“Yaşamaq gözəldir” – Murad Həşimov – 01.09.2015 –
02:08 – Valideynlər, yeni doğulmuş uşağı olanlar, təzə dil
açan uşağı olanlar və eyni zamanda, yaşı bir az yuxarıya
çatıb, amma dilində, belə deyək də, qüsur olan insanlar,
hamınız diqqətli olun, hər biriniz, bu gün burada nitq
qüsurlarının aradan qaldırılmasını müzakirə edəcəyik.
“Yaşamaq gözəldir” – Murad Həşimov – 01.09.2015 –
02:12 – Saat 2 oldu, elə bil bizi xodduyub buraxırlar ki,
gedin efirinizi aparın saat yarım.
121
“Yaşamaq gözəldir” – Murad Həşimov – 08.09.2015 –
15:08:51 – Bunu tətikləyən səbəblərdən biri ...
“Ziqzaq” – Nahid Abbaszadə – 05.10.2015 – 18:20:08
– Dəyərli almazı oğurlamaq uğrunda rusların, türklərin,
azərilərin ( azərbaycanlıların) komik mübarizəsindən bəhs
edən filmin əsas çəkilişləri Şəki şəhərində aparılır.
“Ziqzaq” – Sədaqət Məmədzadə – 05.10.2015 –
18:33:03 – Ona görünməz rəssam deyirlər, çünki o, insanları
boyalarla yoxa çıxarda bilir ( boyalar vasitəsilə
gözəgörünməz edə bilir).
“Tap və qazan” – 05.10.2015 – 18:45:30 – Həftənin
birinci günü iki günlük istirahətin ardıyca ( ardınca), payızlı
bir axşamda hər birinizi xoş gördük.
“Ginnes dünyası” – 09.10.2015 – 20:00:36 –
Başlamamışdan ilk öncə ( öncə) isə anonslara nəzər yetirək.
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:16:09 – ... hər birinizi həmişəki kimi adəti üzrə bax bu
dəqiqədə səsləyirəm ki, anonslara baxaq.
“Ziqzaq” – Nahid Abbaszadə – 26.10.2015 –
18:16:42 – Xü u i olaraq “Ziqzaq” üçün Kamal
Məmmədovdan ek klüziv müsahibə.
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:17:49 – Sən demə açdan başqa ev şəraitində fendən bir
çox ü ullarda i tifadə etmək olar.
122
“Ziqzaq” –Zümrüd Məmmədzadə – 26.10.2015 –
18:29:02 – Təbii ki, valideynlərin çox böyük əhəmiyyəti
(rolu!) var bu işdə.
“Ziqzaq” –Samirə – 26.10.2015 – 18:31:24 – ...
şəkildə özündən çox paltarı bilinir.
“Ziqzaq” – müxbir - 26.10.2015 –18:33:01 –
Paralimpiyaçılar öz yubileylərinə qeyri-adi şəkildə start
veriblər.
“Yaşamaq gözəldir” – Murad Həşimov – 28.10.2015 –
14:50:45 – ...bir balaca da bunu təkanlayır.
Morfoloji normanın pozulması
“Yaşamaq gözəldir” – Murad Həşimov – 01.09.2015 –
02:21 – Övladımızda, özümüzdə, qohumda, qardaşda,
tanışda, bilişdə, kimdə nitq qüsurları varsa və bu, həqiqətən,
həmin insanın həyat tərzinə mənfi təsir eləyirsə, mütlə’qonu
aradan qaldırmaq lazım ( lazımdır).
“Ginnes dünyası” – 09.10.2015 – 20:01:41 – Çox
maraqlıdır ( maraxlıdır), Bernardo ( Bernarda) bu cəsarət
haradandır? Zənnimcə, o nəinki dəmir qırmaqla yanaşı,
bədənində olan güc, qüvvətlə də re’kordlar ( rekordla’r)
kitabına düşsə, pis olmaz.
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:16:12 – Görək bu gün proqramda nə vəd eləyir.
“Ziqzaq” – Sədaqət Məmmədzadə – 26.10.2015 –
18:17:50 – Amma bəzən olur ki, onlar lazım ız yerə
123
yapışırlar və ...
“Ziqzaq” – Zümrüd Məmmədzadə – 26.10.2015 –
18:25:52 – ... azərbaycanlı ifaçıların da ma nıları öz
yerlərini tutublar.
“Ziqzaq” – Zümrüd Məmmədzadə – 26.10.2015 –
18:28:58 – Allah bütün körpələrə can sağlığı, uzun ömür
versinlər.
“Yaşamaq gözəldir” – Murad Həşimov – 28.10.2015 –
14:01:57 – Təxminən belə bir cümlələr qurdum .
“Yaşamaq gözəldir” – Sona Alməmmədova –
28.10.2015 –14:02:17 – ... ciddi ağrılar verir, an ı ki,
insanlar buna bəzən heç dözə bilmirlər.
“Yaşamaq gözəldir” – Murad Həşimov – 28.10.2015
–14:05:28 – ... belə bir ifadələrin...
Sintaktik normanın pozulması
“Yaşamaq gözəldir” – 08.09.2015 –15:16:18 – ...
dəri xərçəngi ilə bağlı, an ı ki, əlamətlərini dedik.
“Tap və qazan” – 05.10.2015 – 18:51:05 – Murad
bəy, Bakıdan, an ı ki, biz söyləmişdik ki, həftənin 4-cü
günü onunla oyunumuz yarımçıq qalmışdı.
Söz sırasının pozulması
“Yaşamaq gözəldir” – Sona Alməmmədova –
01.09.2015 – 02:09 – Bəlkə də eç bir çox valideynimiz
loqopedlərin hansı işlə məşğul olduğundan ( heç) xəbərdar
124
deyillər.
“Yaşamaq gözəldir” – Murad Həşimov – 01.09.2015 –
02:12 – Saat 2 oldu, elə bil bizi xodduyubburaxırlar ki, gedin
efirinizi aparın aat yarım (saat yarım verilişinizi aparın).
“Buralar” – Nuranə Nurəhmədova – 01.09.2015 –
10:31 – Onlar burada müxtəlif döürlərəaid olan bayraqlar
haqda tarixi məlumatlar əldə edir (edirlər).
“Tac şou” (təkrar) – Tacirə Zeynallı – 27.09.2015 –
02:15:31 – Ona görə də bu gün çalışacıyıq ki, çox maraqlı
bizimlə bir vaxt keçirəsiniz (bizimlə çox maraqlı bir vaxt
keçirəsiniz).
“Tap və qazan” – 05.10.2015 – 18:50:43 – Söylədiyim
kimi, çox gözəl şəkillərdən, fotolardan araya-ərsəyə
gətirdiyimiz mövzularımız var. Filmlər olsun istər, rəsm
əsərləri istər, məşhurlar, şəhərlər və ən maraqlılarından biri
qarışıq mövzuda çox gözəl fotolar sizin üçün toplamışıq.
Uzlaşma əlaqəsinin pozulması
“Yaşamaq gözəldir” – Sona Alməmmədova –
01.09.2015 – 02:09 – Bəlkə də heçbir çox valideynimiz
(valideynlərimiz)loqopedlərin hansı işlə məşğul olduğundan
(heç) xəbərdar deyillər.
Üslubi normanın pozulması
Leksik artıqlıq
“Tac şou” – Tacirə Zeynallı (təkrar) – 27.09.2015 –
02:17:17 – Həmişə faydalı məsləhərlər veririk, bitki tərkibli
125
olan bütün məhsullardan istifadə etməyinizi istəyirik. Bax
farmona kosmetikaları da məhz bitki tərkibli olan
məhsullardır.
“Doğma diyar” – Zamiq Hacıyev – 05.10.2015 –
17:31:29 – Yağışlı, yağmurlu gündə bütün iştirakçılarımıza
uğurlar və müvəffəqiyyətlər arzu edirəm.
“Ginnes dünyası” – 09.10.2015 – 20:01:41 – Çox
maraqlıdır (maraxlıdır), Bernardo(Bernarda) bu cəsarət
haradandır? Zənnimcə, o nəinki dəmir qırmaqla yanaşı,
bədənində olan güc, qüvvətlə də re’kordlar (rekordla’r)
kitabına düşsə, pis olmaz.
NƏTİCƏ
Əvvəldə də qeyd etdiyimiz kimi, monitorinqin
keçirilməsində məqsəd milli telekanallarda yayımlanan
verilişlərin
dil
mənzərəsi
ilə
bağlı
vəziyyəti
müəyyənləşdirmək, ədəbi dil normalarının pozulma hallarını
aşkarlayaraq bu prosesin hansı istiqamətləri əhatə etdiyini,
səciyyəvi norma pozuntularını, onların meydana gəlməsinə
səbəb olan amilləri müəyyən edərək qarşısının alınması
üçün tədbirlərlə bağlı təkliflərin irəli sürülməsidir. Aparılan
monitorinq bu nəticələrə gəlməyə əsas verdi:
Monitorinq göstərdi ki, ədəbi dil normaları dilin bütün
səviyyələrində – istər fonoloji, istər leksik, istərsə də
qrammatik səviyyədə pozulur. Monitorinq zamanı təhlilə
cəlb olunan və ədəbi dil normasının pozulmasını əks etdirən
126
831 faktdan 425-i fonoloji, 208-i leksik, 170-i qrammatik,
28-i üslubi səviyyədə normadan kənara çıxma hallarının
göstəricisidir. Müvafiq diaqramda bu göstəricinin faizlə əksi
verilmişdir:
127
Göründüyü kimi, fonetik səviyyədə norma pozuntusu
51% təşkil etdiyi halda, leksik səviyyədə bu göstərici 25%,
qrammatik səviyyədə isə cəmi 21%-dir. Üslubi baxımdan
normanın pozulması halları 3% təşkil edir. Qrammatik
səviyyədə faizin nisbətən aşağı olması dilin qrammatik
quruluşundakı sabitlik və dəyişməyə meyilli olmaması ilə
izah olunsa da, ədəbi tələffüzlə bağlı norma pozuntusunun
göstəricisi olan rəqəmlər narahat olmaq üçün ciddi əsas
verir.
Çatdırılacaq informasiyanın növündən və ünvanlandığı
auditoriyadan asılı olaraq tam və natamam olmaqla iki
tələffüz üslubu fərqləndirilir. Bu fərq fonetik səviyyədə daha
qabarıq şəkildə özünü büruzə verir: tam üslub bütün səslərin
128
dolğun tələffüzü və nitqin sürətinin nisbtən asta olması ilə
səciyyələnir. Tam üslub kütləvi çıxışlar, eləcə də televiziya
və radio aparıcılarının nitqi üçün səciyyəvidir. Natamam
üslubda isə nitqin daha sürətli olması bəzi danışıq səslərinin
qısa tələffüzü və ya reduksiya olunması ilə nəticələnir. Tam
və natamam üslubdan istifadə baxımından televiziya
verilişlərini qruplaşdırmaq mümkündür: xəbər və xəbərdən
törəmə verilişlərdə tam üslubdan istifadə zəruri olduğu
halda, qeyri-xəbər verilişlərində natamam üslubdan da
istifadə oluna bilər. Müşahidələr göstərir ki, verilişin
formatından asılı olaraq ədəbi dil normasının pozulma
hallarındakı nisbət dəyişir: xəbər proqramlarının dilində
bütün səviyyələrdə norma nisbətən qorunduğu halda, sərbəst
üslubun üstünlük təşkil etdiyi əyləncə verilişlərində daha
çox pozulur. Qeydə aldığımız faktlar belə bir nisbəti
müəyyən etməyimizə əsas verir. 2015-ci ilin may-iyun
aylarında xəbər və əyləncə tipli verilişlərdə dil normalarına
hansı səviyyədə əməl olunduğunu müəyyən etmək
məqsədilə apardığımız monitorinqin nəticəlrinə görə, 565
nitq faktından 161-i xəbər, 404-ü isə qeyri-xəbər
verilişlərində qeydə alınmışdır. Bu isə müvafiq olaraq,
faktların 28 və 72 faizi deməkdir.
129
TƏKLİFLƏR
1. Xəbərləri təqdim edən aparıcıların verilişin formatına
uyğun olaraq, tam üslubdan istifadə etməli olduqlarını
nəzərə alaraq ədəbi dil norması, düzgün tələffüz qaydaları,
normativ qrammatika ilə bağlı zəruri məsələlərə diqqət
yetirmələri, dil normalarına həssas yanaşmaları, bəzi
hallarda xüsusi məşq etmələri (rus təhsilli aparıcıların bəzi
səsləri düzgün tələffüz edə bilməməsi ilə bağlı) tövsiyə
olunur.
2. Aparıcılar, xüsusilə, xəbər aparıcıları nitqin sürətinə
130
diqqət yetirməlidirlər. Nəzərə almaq lazımdır ki, normadan
artıq sürətli nitq anlaşılmazlığa gətirib çıxarır.
3. Aparıcıların nitq mədəniyyəti, xüsusilə düzgün
tələffüz qaydalarının mənimsənilməsi ilə bağlı nəzəri-
praktik treninqlərdə iştirakı müsbət nəticə verə bilər.
4.
Aparıcıların,
xüsusilə
xəbər
proqramlarının
aparıcılarının mətnlə əvvəlcədən tanış olması bəzi
nöqsanların,
məsələn,
mətnin
sintaqmlara
düzgün
bölünməməsinin qarşısını ala bilər.
131
MÜNDƏRİCAT
Ümumi məlumat .............................................................. 2
Monitorinqin metodologiyası ......................................... 5
Giriş .................................................................................. 7
Monitorinq zamanı qeydə alınmış norma pozuntuları..14
ATV .................................................................................. 14
XƏZƏR TV........................................................................30
SPACE TV ...................................................................... 40
LİDER TV........................................................................50
ANS TV.............................................................................69
İTV ...................................................................................86
REGİON TV....................................................................103
NƏTİCƏ ..........................................................................125
TƏKLİFLƏR..................................................................129
Dostları ilə paylaş: |