5
MONİTORİNQİN METODOLOGİYASI
Əslində, monitorinq hər hansı prosesin davamlı
şəkildə izlənilməsi, nəzarət müddətində vəziyyətin
qiymətləndirilməsi
və
inkişaf
xüsusiyyətlərinin
proqnozlaşdırılmasından ibarətdir.
Monitorinqin məqsədi: Monitorinqin məqsədi milli
televiziya kanallarında ədəbi dil normalarının pozulması
hallarının
müəyyən
olunması,
statistik
baxımdan
araşdırılması, onların aradan qaldırılması istiqamətində
tədbirlərin həyata keçirilməsi üçün təkliflərin irəli
sürülməsidir.
Monitorinqin
vəzifələri:
Monitorinq
milli
telekanallarda yayımlanan verilişlərdə ədəbi dil normalarına
əməl olunması ilə bağlı materialların toplanması,
araşdırılması, sistemləşdirilməsi və təhlilini, mövcud
problemlərin statistik göstəricilərinin müəyyən olunması,
onların aradan qaldırılması yollarının və eləcə də inkişaf
perspektivlərinin müəyyən olunaraq təkliflər şəklində
təqdim olunmasını nəzərdə tutur.
Monitorinqin prinsipləri: Monitorinqin keçirilməsi
müxtəlif prinsiplərə əsaslanır: Bunlardan əhatəlilik
(monitorinqə cəlb olunan materiallar hərtərəfli olmalı, bütün
sahələr əhatə olunmalı, təhlilə cəlb olunan materialların
bərabər
bölgüsünə diqqət yetirilməlidir); uyğunluq
(monitorinq qarşıya qoyulan məqsədə və vəzifələrə uyğun
aparılmalıdır);
münasiblik
(monitorinqin
metodu
monitorinqə cəlb olunan müəssisə üçün məqbul olmalı,
6
onların şəxsi toxunulmazlığı nəzərə alınaraq gündəlik iş
şəraitinə maneə yaradılmamalıdır); vaxt uyğunluğu
(qaydadan kənaraçıxma hallarının müəyyən olunaraq aradan
qaldırılması üçün operativ tədbirlərin həyata keçirilməsi
məqsədilə monitorinqin nəticələri hamı üçün əlçatan
olmalıdır); dinamiklik (monitorinq müəyyən istiqamətdə
operativ surətdə düzəlişlərin həyata keçirilməsinə şərait
yaratmalıdır); çeviklik (monitorinqin sistemi dəyişkən
şəraitdə dəqiq və yeni məlumatları əks etdirməklə hər şəraitə
asan uyğunlaşan olmalıdır); obyektivlik (çıxarılan nəticələr
real faktlara əsaslanmalıdır); davamlılıq (qiymətləndirmə
ardıcıl olaraq izlənilən kəmiyyət və keyfiyyət dinamikası
izlənilməklə aparılmalıdır); müqayisə (müxtəlif zamanlarda
aparılan monitorinqlərin nəticələri müqayisə olunaraq
ümumiləşdirilməlidir) – prinsiplərini qeyd etmək olar.
Monitorinqin obyekti: Layihə çərçivəsində milli
telekanallarda yayımlanan verilişlərin dili monitorinqə cəlb
olunmuşdur. Bu zaman 7 telekanalda – İctimai TV, Xəzər
TV, ANS TV, ATV, Space TV, Lider TV və Region TV-də
yayımlanan verilişlər (xəbər və qeyri-xəbər proqramları)
izlənilərək ədəbi dil normalarının pozulma faktları
aşkarlanmış, bu nümunələr təhlil olunaraq sonda statistik
baxımdan hesablamalar aparılmışdır.
7
GİRİŞ
Xalqın etnomədəni təfəkkürünün göstəricisi kimi,
dildə onun tarixi, mədəniyyəti, dünyaya baxışı öz əksini
tapır. Məhz buna görə də müasir qloballaşma dövründə bir
çox dillərdə yad elementlər dilin “aşınmasına”, mövcud
qanunauyğunluqların xaotik proseslərlə əvəzlənməsinə
gətirib çıxarır. Qloballaşma bir tərəfdən ümumi bəşəri
dəyərlərin yaranması şəklində təzahür edirsə, digər tərəfdən
sıx qarşılıqlı əlaqələr inteqrasiya prosesinin güclənməsinə,
milli mədəniyyətlərin, eləcə də dillərin sıxışdırılmasına
gətirib çıxarır. Bu baxımdan qloballaşma dilə və dil
siyasətinə təsir göstərən iki əks faktoru aktuallaşdırır:
ünsiyyət ehtiyacı, tələbi (bunun üçün ortaq modellər) və dil
müstəqilliyi, milliliyi qorumaq meyli.
Hər bir dilin kökündə xalqın böyük mədəniyyəti
dayanır. Bizim qarşımızda dayanan vəzifə bu mədəniyyəti
qloballaşmanın mənfi təsirindən qorumaqdır. Statistik
məlumatlara görə, XXI əsrin əvvəllərində dünyada 6700
«canlı» dil qeydə alınmışdır. Onlardan 500-ə yaxını itmək
təhlükəsi qarşısındadır. Mütəxəssislərin proqnozlarına görə,
2050-ci ilə qədər mövcud dillərin təxminən yarısı tarixə
çevriləcək. Bu gün yer kürəsi əhalisinin 66 %-i 40 dildə
danışır. 8 beynəlxalq ünsiyyət vasitəsindən 6-sı hind-Avropa
mənşəlidir – eyni kökə və bənzər qrammatik quruluşa
malikdir. Dünyada gedən proseslər qlobal ünsiyyət vasitəsi
8
kimi məhz ingilis dilinin çıxış edəcəyini əks etdirir.
Dünyada ingilis mədəniyyətinin yayılması missiyasını
həyata keçirənlərdən biri – dilçi Devid Qreddol Britaniya
Şurasına məruzəsində hazırda dünyada ingilis dilində doğma
və ya ikinci dil olaraq danışanların sayının milyarda
çatdığını, bunun ibtidai sinifdən öyrədilməsinə nail
olunacağı təqdirdə “Ümumdünya ingilis dili layihəsi”
çərçivəsində yaxın 10 il ərzində dünyada 2 milyard
ingilisdilli insanın olacağını proqnozlaşdırır. Lakin etiraf
edir ki, bu dil normal, düzgün ingilis dili deyil və yeni
yaranan variant əsl dili sıxışdıra bilər. Jan-Pol Nerrer 1500
sözə əsaslanan bu dili “Qlobiş” adlandırıb (qlobal ingilis
dili) və deyib ki, qlobiş dil deyil, süni ünsiyyət vasitəsidir,
bu dildə bədii ədəbiyyat olmayacaq, sadəcə gündəlik
ünsiyyət vasitəsi kimi işlənəcək.
Bu tipli proseslərin getdiyi vaxtda, hətta dünyada ən
geniş yayılmış dillərdən olan ingilis dili üçün təhlükənin
mövcudluğu real olduğu zamanda Azərbaycan dilini
qorumaq və inkişaf etdirməklə bağlı məsələlər vətəndaş
olaraq bizim borcumuzdur.
Dildə sistem şəklində dəyişmələrin meydana
gəlməsinə bir sıra amillər təsir göstərir. Səbəblərdən bunları
göstərmək olar:
Funksional üslublarda struktur dəyişikliklər –
yüksək üslubun aradan qalxması;
Yersiz alınmaların dilə gətirilməsi; (təfəkkürdə
rabitənin qırılmasına gətirib çıxarır ki, nəticədə
dildə olan sözlərin itməsinə və milli təfəkkürün
Dostları ilə paylaş: |