9
sıradan çıxmasına səbəb olur);
Vulqar
və
kobud
leksikadan
istifadə;
(təfəkkürlə bağlı məsələdir – dilə olan hörmət,
ona münasibət dəyişir);
Qəzet ştamplarından həddən artıq istifadə;
Şifahi nitqin yazıya güclü təsiri;
Leksik səviyyədə – sözün istifadəsində dar
mənanın işlənməsi;
Müasir dövrün nəbzini tutmaq baxımından
«tələsik» nitq formasının yaranması;
Sosial proseslər və “elektron ünsiyyət”dən irəli
gələn proses kimi dil normalarına bir çox
hallarda əməl olunmaması.
Göründüyü kimi, qeyd olunan məsələlər qloballaşma
dövründə, demək olar ki, bütün dünyada təsadüf olunan
prosesin əsas istiqamətlərindəndir. Bu gün ədəbi dil
normasının müəyyənləşməsində aparıcı rola malik olan
kütləvi informasiya vasitələrində və deməli, bu yükü
çiynində daşıyan publisistik üslubda müşahidə olunan və dil
situasiyasına təsir göstərən prosesləri izləməklə yanaşı,
dövrün səciyyəvi xüsusiyyətlərindən və tələbindən irəli
gələn amillərlə bağlı da diqqətli olmaq tələb olunur.
Təfəkkürlə bağlı olan nitq sosial, psixoloji amillərin
təsirini özündə əks etdirir. Nitqin sirayətedici təsiri müxtəlif
səbəblərdən meydana gələn vahidlərin dil sistemində
möhkəmlənməsinə gətirib çıxarır. Bu məqamda onu qeyd
edək ki, bu vahidlər ehtiyac duyulan, dildə qarşılığı
olmayan və ya mövcud variantın daha uğurlu forması ola
bildiyi kimi, dilin ümumi qanunlarına zidd, dilə daxil olması
məqsədəuyğun olmayan vahid də ola bilər. Məhz belə
10
arzuolunmaz proseslərin qarşısını almaq məqsədilə müasir
dövrdə dil situasiyasına nəzarət məqsədilə vaxtaşırı
monitorinqlərin aparılması vacibdir. Məşhur deyimdə qeyd
olunduğu kimi, “danışan əkir, dinləyənlər isə toplayırlar...”.
Əhatə etdiyi auditoriyanı nəzərə alsaq, Azərbaycan ədəbi
dili normalarının qorunmasında və nitq mədəniyyətinin
təbliğində mühüm rol oynayan televiziyalarla bağlı belə
monitorinqlərin aparılması zərurəti aydın şəkildə görünür.
Dövlət Proqramında
kütləvi informasiya vasitələrində
Azərbaycan dilinin təbliği ilə bağlı xüsusi bəndin olması
(6.5.) da qeyd olunanları təsdiq edir.
Nisbi sabitlik, hamı tərəfindən qəbul olunaraq geniş
istifadə dairəsinə malik olma kimi xüsusiyyətlərlə
səciyyələnən norma dilin daxili imkanlarına cavab verməli,
ümumi qaydalara uyğunlaşmalıdır. Bu məqamda normanın
ikili təbiəti meydana çıxır: bir tərəfdən sabit olan norma,
digər
tərəfdən
tarixi
kateqoriya
olmaqla müəyyən
dildənkənar amillərin təsiri ilə meydana çıxan digər
variantla əvəzlənə bilər. Xüsusi qanunauyğunluqlara malik
sistem kimi mövcud olan dilin bütün səviyyələrində −
fonetik, leksik və qrammatik səviyyələrdə yazılı və şifahi
nitqi tənzimləyən normalar sistemi mövcuddur.
Fonetik səviyyədə normada orfoqrafik (düzgün yazı)
və orfoepik (düzgün tələffüz) qaydalar mövcuddur ki,
bunlar da dilin tipoloji quruluşundan, tarixi inkişaf
xüsusiyyətlərindən – bir sözlə, bir sıra dildaxili və
dildənkənar amillərin təsiri ilə formalaşaraq müəyyən
variantların norma kimi kodlaşdırılmasına təsir göstərir.
11
Televiziyanın dilində, təbii ki, tələffüzlə bağlı normaların
pozulması hallarına daha çox təsadüf olunur. Düzgün
tələffüzlə
bağlı sözün normativ fonem sisteminin
müəyyənləşdirilməsi (orfoepiya) və fonem allofonlarının
tələffüz qaydaları (orfofoniya) fərqləndirilməlidir. Orfofonik
xüsusiyyətlərlə bağlı diqqət çəkən ciddi məsələlərdən biri
interferensiya ilə bağlı norma pozuntusudur. Bir çox
aparıcıların
nitqində
Azərbaycan
dilinin
fonemlər
sistemində olmayan, yad dil elementi kimi diqqəti cəlb edən
səslər
müşahidə
olunur.
(Allahverdзiyev,
id´d´ia,
ratifikaцiya və s.) Bu hal xüsusilə xəbər verilişlərinin
aparıcılarının nitqində diqqəti cəlb etdiyi üçün bu məsələyə
daha məsuliyyətlə yanaşmağın zəruri olduğu qənaətindəyik.
Fonoloji səviyyədə normadan kənara çıxma halları,
əsasən:
Sözdə samit səsin tələffüzü (birliydə,
tutmağdır, küləy və s.);
Müxtəlifsistemli dillərdən alınmış bəzi
sözlərdə samitlərin fərqli səbəblərdən (yad
dilin təsiri ilə − istər interferensiya, istərsə
də dilimizin daxili qanunlarına zidd fonetik
mövqenin meydana çıxması ilə bağlı) səhv
tələffüzü
(lid΄er,
id΄eya,
t΄exnika,
koordʹinaцiya, həbər, diggət, gəza, gida,
mövge və s.);
Səslərin kəmiyyət baxımdan düzgün tələffüz
olunmaması − ərəb dilindən alınmış sözlərdə
uzun saitlərin səhv tələffüzü: (tarif [ta:rif],
xiyaban
[xiya:ban],
xakimiyyətinin
[ha:kimiyyətinin],
istiqa`mətində
12
[istiqa:mətində] və s.);
Vurğu ( eyni΄, en r i, ol lar, gentliyinin,
΄na, dəcə, hər n ı, həmsə drlər və s.)
və intonasiya ilə bağlı diqqəti cəlb edir.
Bütün telekanallarda yayımlanan verilişləri əhatə
edən bu nöqsanlar, demək olar ki, kiçik faiz fərqi ilə bərabər
kəmiyyət göstəricisinə malikdir.
Leksik normanın tələbinə görə, nitqdə fikir dəqiq
ifadə olunmalı, dildə bir anlayışı əks etdirən sözlərdən ən
məqsədəuyğun olanı seçilməli, fikir qısa şəkildə, yəni ən
yığcam formada ifadə olunmalı, yersiz təkrarlara və
“parazit” söz və ifadələrə yer verilməməlidir. Leksik
səviyyədə normadan kənara çıxma halları nitqin dəqiqliyinin
və düzgünlüyünün pozulması kimi meydana çıxır.
Monitorinq zamanı təhlil olunan materiallar bu sahədə
əsasən aşağıdakı halların üstünlük təşkil etdiyini söyləməyə
əsas verir:
əcnəbi vahidlərdən, alınmalardan yersiz,
ehtiyac olmadığı halda istifadə;
nitqi ağırlaşdıran təkrarlar;
sözün mənaya uyğun olmayan istifadəsi;
qeyri-dəqiq ifadələr;
dialekt vahidlərindən istifadə.
Lüğət tərkibinə nisbətən daha sabit sistemə malik
olan qrammatik quruluş hazır modellər təqdim edir. Bu
modellərdən
kənaraçıxma
isə qrammatik səviyyədə
normanın pozulması ilə nəticələnir. Televiziya verilişlərinin
dil mənzərəsi ilə bağlı müşahidələr göstərir ki, qrammatik
Dostları ilə paylaş: |