13
normanın pozulma halları daha çox morfoloji artıqlıq
(pleonazm), müəyyən sayla işlənən isimlərin cəm şəkilçisi
ilə işlənməsi, sintaktik əlaqələrin pozulması, inversiya,
mürəkkəb cümlələrdə xəbərlərin müxtəlifzamanlı feillərlə
ifadəsi,
dilimiz
üçün
səciyyəvi
olmayan
cümlə
konstruksiyalarının işlənməsi şəklində özünü göstərir.
Qrammatik səviyyədə normanın pozulmasına nisbətən az
təsadüf olunsa da, morfoloji və sintaktik normanın
pozulması hallarından daha səciyyəvi olanları belə
qruplaşdırmaq olar:
Artıqlıq (ikiqat şəkilçidən istifadə);
İdarə əlaqəsinin pozulması (ismin hallarının
əvəzlənməsi);
Uzlaşmanın pozulması;
İnversiya;
Dilimizin tipoloji quruluşuna uyğun olmayan
cümlə tipləri.
Qeyd olunan halların mövcudluğuna baxmayaraq,
son dövrlərdə ardıcıl olaraq aparılan monitorinqlərin
nəticələri, bəzi təkrarlanan halları nəzərə almasaq,
telekanallarda
dil
məsələlərinə
münasibətin müsbət
istiqamətdə dəyişdiyini, dil normalarına diqqətin artdığını
deməyə əsas verir.
14
Monitorinq zamanı qeydə alınmış norma
pozuntuları
ATV
Xəbər proqramları
Orfoepik normanın pozulması
“ATV Xəbər” – Ceyhun Səfər – 01.09.2015 –
21:13:09 – Qubanın Zərqova kəndində dərs ilinin
başlanması böyük ( böyüxˊ) arzuların reallaşmaması fonunda
baş tutur.
“ATV Xəbər” – müxbir – 01.09.2015 – 21:21:31 –
Ekspert Nüsrət İbrahimov deyir ki, ötən ilin müvafiq dövrü
ilə müqayisədə bazarda zəiflik ( zəiflixˊ) bu gün də davam
edir.
“ATV Xəbər” – Ceyhun Səfər – 09.09.2015 –
14:05:03 – Yaxşı yadımdadır, uşaq idim, çömçəni kamança
kimi dizimin üstünə qoyub, axlovu ( oxlovu) ona sürtürdüm.
“Hava” – Kəmalə Piriyeva (nitqi sürətli olduğu üçün
bəzi sözlərin əvvəli və ya sonun aydın tələffüz etmir) –
09.09.2015 – 14:31:45 – Bakı və Abşeron yama ının
ava ına ( yarımadasının havasına) gəlincə, Sumqayıtda
havanın temperaturu gündü +35, gecə isə +24 dərəcə olacaq.
“Hava” – Nərmin Əlisoy – 11.09.2015 – 12.54:09 –
Ekologiya və Təbii Sırvətlər ( Sərvətlər) Nazirliyi Mili
15
Hidrometeorologiya
Departamentinin
Hidrometeoroloji
Proqnozlar Bürosundan bu günə aldığımız məlumatı
diqqətinizə çatdırıram.
“ATV Səhər” – Turan İbrahimov – 28.09.2015 –
08:50:15 – Muasir (müasir) dövrdə, muasir (müasir)
dünyada bang (bank) sistemləri elə bir şəbəkələr qurublar,
elə bir sistemlər qurublar ki, banklara, ən azından, banklara
borcu olmayan insanlar çox azdır.
“ATV Xəbər” – Gülnar Muxtarqızı – 12.10.2015 –
11:59:05 – Düzgün formatda yüklənmiş sənədlər barədə
“icraata götürülmüşdür” geydi (qeydi) yazılır.
“ATV Xəbər” – Gülnar Muxtarqızı – 13.10.2015 –
12:04:45 – Buna görə də valideynlərə nadinc, yarımaz
(yaramaz) uşaqları cəzalandırmaq yox, hər şeyi başa salmaq
və onlara qarşı səbir nümayiş etdirmək məsləhət görülür.
“ATV Xəbər” – Gülnar Muxtarqızı – 14.10.2015 –
12:00:00 – Ötən müddət ərzində 2200-ə yaxın dərmanın
giyməti təmzimlənib (qiyməti tənzimlənib). Bu dərmanların
53 %-inin giyməti (qiyməti) 2 dəfə, 28 %-inin giyməti
(qiyməti) isə 3 dəfədən çox azaldılıb. İqtisadiyyat və sənaye
naziri, Tarif Şurasının sədri Şahin Mustafayev bildirib ki,
qiymətləri
təmzimlənmiş
(tənzimlənmiş)
dərman
vasitələrinin 98 %-inin giyməti (qiyməti) endirilib. Nəticədə
hazırda satışda olan dərman vasitələrinin 25 %-inin giyməti
təmzimlənib (qiyməti tənzimlənib). Bu məsələ dövlət
başçısının digqət (diqqət) mərkəzindədir. Dərmanların
giymətinin təmzimlənməsi (qiymətinin tənzimlənməsi)
16
prosesi davam edəcək.
“ATV Xəbər” – Gülnar Muxtarqızı – 14.10.2015 –
12:02:00 – C vitamini bədənin immunitetini artırdığı üçün
bol qreypfrut, portağal, naringil (naringi), ərik kimi təzə
sıxılmış meyvə suları için.
“ATV Səhər” – müxbir – 16.10.2015 – 08:10:10 –
Hadisə şahidi olan turistlərdən birinin didiyinə (dediyinə)
görə, həmin yerdə olarkən bir anda cingilti eşidib və
ayağının altından körpünün qaçdığını hiss edib.
“ATV Səhər” – Turan İbrahimov – 16.10.2015 –
08:11:18
– İndiyənə qədər (indiyə qədər) faciə
yaşanmaması, inanın mənə, bir möcüzədir.
“ATV Səhər” – Turan İbrahimov – 16.10.2015 –
08:11:30 – Əz (əziz) tamaşaçılar, səhər-səhər gülmək də tam
yerinə düşür.
“10lar” – Afaq Gəncəli – 17.10.2015 – 16:30:17 –
“Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar” deyərlər. Elə
bizim şou-biznes əhlinin bütün qabları çatdaya-çatdaya
(çatdıya-çatdıya) gedir.
“10lar” – Afaq Gəncəli – 17.10.2015 – 16:34:31 –
Gəlin görey (görəx′) məhz Faiq Ağayevin bu deyilən
kəlmələrə reakцiya ı (reaksiyası) necə oldu.
“ATV maqazin” – Nərgiz Vahabqızı – 31.10.2015 –
18:41:46 – Gənc olmasına baxmayaraq, artıq bir çox
çəkildiyi filmlərlə kifayət qədər sevilən (çəkildiyi bir çox
Dostları ilə paylaş: |