Azərbаycаn Rеspublikаsı Milli Tеlеviziyа və Rаdiо Şurаsı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/29
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48407
1   2   3   4   5   6   7   8   9   ...   29

13 
 
normanın  pozulma  halları  daha  çox  morfoloji  artıqlıq 
(pleonazm),  müəyyən  sayla  işlənən  isimlərin  cəm  şəkilçisi 
ilə  işlənməsi,  sintaktik  əlaqələrin  pozulması,  inversiya, 
mürəkkəb  cümlələrdə  xəbərlərin  müxtəlifzamanlı  feillərlə 
ifadəsi, 
dilimiz 
üçün 
səciyyəvi 
olmayan 
cümlə 
konstruksiyalarının  işlənməsi  şəklində  özünü  göstərir. 
Qrammatik  səviyyədə  normanın  pozulmasına    nisbətən  az 
təsadüf  olunsa  da,  morfoloji  və  sintaktik  normanın 
pozulması  hallarından  daha  səciyyəvi  olanları  belə 
qruplaşdırmaq olar: 

 
Artıqlıq (ikiqat şəkilçidən istifadə); 

 
İdarə  əlaqəsinin  pozulması  (ismin  hallarının 
əvəzlənməsi); 

 
Uzlaşmanın pozulması; 

 
İnversiya; 

 
Dilimizin tipoloji quruluşuna uyğun  olmayan 
cümlə tipləri. 
Qeyd  olunan  halların  mövcudluğuna  baxmayaraq, 
son  dövrlərdə  ardıcıl  olaraq  aparılan  monitorinqlərin 
nəticələri,  bəzi  təkrarlanan  halları  nəzərə  almasaq, 
telekanallarda 
dil 
məsələlərinə 
münasibətin  müsbət 
istiqamətdə  dəyişdiyini,  dil  normalarına  diqqətin  artdığını 
deməyə əsas verir.  
 
 
 
 


14 
 
Monitorinq zamanı qeydə alınmış norma 
pozuntuları 
 
ATV 
Xəbər proqramları 
Orfoepik normanın pozulması 
 
“ATV  Xəbər”  –  Ceyhun  Səfər  –  01.09.2015  – 
21:13:09  –  Qubanın  Zərqova  kəndində  dərs  ilinin 
başlanması böyük (böyüxˊ) arzuların reallaşmaması fonunda 
baş tutur. 
“ATV  Xəbər”  –  müxbir  –  01.09.2015  –  21:21:31  –
Ekspert Nüsrət İbrahimov deyir ki, ötən ilin müvafiq dövrü 
ilə  müqayisədə  bazarda  zəiflik  (zəiflixˊ)  bu  gün  də  davam 
edir. 
“ATV  Xəbər”  –  Ceyhun  Səfər  –  09.09.2015  – 
14:05:03 – Yaxşı yadımdadır, uşaq idim, çömçəni kamança 
kimi dizimin üstünə qoyubaxlovu (oxlovu) ona sürtürdüm. 
“Hava” – Kəmalə Piriyeva (nitqi sürətli olduğu üçün 
bəzi  sözlərin  əvvəli  və  ya  sonun  aydın  tələffüz  etmir)  – 
09.09.2015  –  14:31:45  –  Bakı  və  Abşeron  yama ının 
 ava ına  (yarımadasının  havasına)  gəlincə,  Sumqayıtda 
havanın temperaturu gündü +35, gecə isə +24 dərəcə olacaq. 
“Hava” – Nərmin Əlisoy – 11.09.2015 – 12.54:09 – 
Ekologiya  və  Təbii  Sırvətlər    (Sərvətlər)  Nazirliyi  Mili 


15 
 
Hidrometeorologiya 
Departamentinin 
Hidrometeoroloji 
Proqnozlar  Bürosundan  bu  günə  aldığımız  məlumatı 
diqqətinizə çatdırıram. 
“ATV  Səhər”  –  Turan  İbrahimov  –  28.09.2015  – 
08:50:15  –  Muasir  (müasir)  dövrdə,  muasir  (müasir
dünyada  bang  (bank)  sistemləri  elə  bir  şəbəkələr  qurublar, 
elə bir sistemlər qurublar ki, banklara, ən azından, banklara 
borcu olmayan insanlar çox azdır. 
“ATV  Xəbər”  –  Gülnar  Muxtarqızı  –  12.10.2015  – 
11:59:05  –  Düzgün  formatda  yüklənmiş  sənədlər  barədə 
“icraata götürülmüşdür” geydi (qeydi) yazılır. 
“ATV  Xəbər”  –  Gülnar  Muxtarqızı  –  13.10.2015  – 
12:04:45  –  Buna  görə  də  valideynlərə  nadinc,  yarımaz 
(yaramaz) uşaqları cəzalandırmaq yox, hər şeyi başa salmaq 
və onlara qarşı səbir nümayiş etdirmək məsləhət görülür. 
“ATV  Xəbər”  –  Gülnar  Muxtarqızı  –  14.10.2015  – 
12:00:00  –  Ötən  müddət  ərzində  2200-ə  yaxın  dərmanın 
giyməti  təmzimlənib  (qiyməti  tənzimlənib).  Bu  dərmanların 
53  %-inin  giyməti  (qiyməti)  2  dəfə,  28  %-inin  giyməti 
(qiyməti) isə 3 dəfədən çox azaldılıb. İqtisadiyyat və sənaye 
naziri,  Tarif  Şurasının  sədri  Şahin  Mustafayev  bildirib  ki, 
qiymətləri 
təmzimlənmiş 
(tənzimlənmiş
dərman 
vasitələrinin 98 %-inin giyməti (qiyməti) endirilib. Nəticədə 
hazırda satışda olan dərman vasitələrinin 25 %-inin giyməti 
təmzimlənib  (qiyməti  tənzimlənib).  Bu  məsələ  dövlət 
başçısının  digqət  (diqqət)  mərkəzindədir.  Dərmanların 
giymətinin  təmzimlənməsi  (qiymətinin  tənzimlənməsi


16 
 
prosesi davam edəcək. 
“ATV  Xəbər”  –  Gülnar  Muxtarqızı  –  14.10.2015  – 
12:02:00  –  C  vitamini  bədənin  immunitetini  artırdığı  üçün 
bol  qreypfrut,  portağal,  naringil  (naringi),  ərik  kimi  təzə 
sıxılmış meyvə suları için.  
“ATV  Səhər”  –  müxbir  –  16.10.2015  –  08:10:10  – 
Hadisə  şahidi  olan  turistlərdən  birinin  didiyinə  (dediyinə
görə,  həmin  yerdə  olarkən  bir  anda  cingilti  eşidib  və 
ayağının altından körpünün qaçdığını hiss edib. 
“ATV  Səhər”  –  Turan  İbrahimov  –  16.10.2015  – 
08:11:18 
–  İndiyənə  qədər  (indiyə  qədər)  faciə 
yaşanmaması, inanın mənə, bir möcüzədir. 
“ATV  Səhər”  –  Turan  İbrahimov  –  16.10.2015  – 
08:11:30 – Əz (əziz) tamaşaçılar, səhər-səhər gülmək də tam 
yerinə düşür. 
“10lar”  –  Afaq  Gəncəli  –  17.10.2015  –  16:30:17  – 
“Sirkə nə qədər tünd olarsa, öz qabını çatladar” deyərlər. Elə 
bizim  şou-biznes  əhlinin  bütün  qabları  çatdaya-çatdaya 
(çatdıya-çatdıya) gedir.  
“10lar”  –  Afaq  Gəncəli  –  17.10.2015  –  16:34:31  – 
Gəlin  görey  (görəx′)  məhz  Faiq  Ağayevin  bu  deyilən 
kəlmələrə reakцiya ı (reaksiyası) necə oldu. 
“ATV maqazin” – Nərgiz Vahabqızı – 31.10.2015 – 
18:41:46  –  Gənc  olmasına  baxmayaraq,  artıq  bir  çox 
çəkildiyi  filmlərlə  kifayət  qədər  sevilən  (çəkildiyi  bir  çox 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə