Azərbаycаn Rеspublikаsı Milli Tеlеviziyа və Rаdiо Şurаsı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə3/29
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48407
1   2   3   4   5   6   7   8   9   ...   29


 
sıradan çıxmasına səbəb olur); 

 
Vulqar 
və 
kobud 
leksikadan 
istifadə
(təfəkkürlə bağlı  məsələdir – dilə olan hörmət, 
ona münasibət dəyişir); 

 
Qəzet ştamplarından həddən artıq istifadə; 

 
Şifahi nitqin yazıya güclü təsiri; 

 
Leksik  səviyyədə  –  sözün  istifadəsində  dar 
mənanın işlənməsi; 

 
Müasir  dövrün  nəbzini  tutmaq  baxımından 
«tələsik» nitq formasının yaranması; 

 
Sosial proseslər və “elektron ünsiyyət”dən irəli 
gələn  proses  kimi  dil  normalarına  bir  çox 
hallarda əməl olunmaması. 
Göründüyü kimi, qeyd olunan məsələlər qloballaşma 
dövründə,  demək  olar  ki,  bütün  dünyada  təsadüf  olunan 
prosesin  əsas  istiqamətlərindəndir.  Bu  gün  ədəbi  dil 
normasının  müəyyənləşməsində  aparıcı  rola  malik  olan 
kütləvi  informasiya  vasitələrində  və  deməli,  bu  yükü 
çiynində daşıyan publisistik üslubda müşahidə olunan və  dil 
situasiyasına  təsir  göstərən    prosesləri  izləməklə  yanaşı, 
dövrün  səciyyəvi  xüsusiyyətlərindən  və  tələbindən  irəli 
gələn amillərlə bağlı da diqqətli olmaq tələb olunur.  
Təfəkkürlə  bağlı  olan  nitq  sosial,  psixoloji  amillərin 
təsirini özündə əks etdirir. Nitqin sirayətedici təsiri müxtəlif 
səbəblərdən  meydana  gələn    vahidlərin  dil  sistemində 
möhkəmlənməsinə  gətirib  çıxarır.  Bu  məqamda  onu  qeyd 
edək  ki,  bu  vahidlər    ehtiyac  duyulan,  dildə  qarşılığı 
olmayan  və  ya  mövcud  variantın  daha  uğurlu  forması  ola 
bildiyi kimi, dilin ümumi qanunlarına zidd, dilə daxil olması 
məqsədəuyğun  olmayan  vahid  də  ola  bilər.  Məhz  belə 


10 
 
arzuolunmaz  proseslərin  qarşısını  almaq  məqsədilə  müasir 
dövrdə  dil  situasiyasına  nəzarət  məqsədilə  vaxtaşırı 
monitorinqlərin aparılması vacibdir.  Məşhur deyimdə qeyd 
olunduğu kimi, “danışan əkir, dinləyənlər isə toplayırlar...”.  
Əhatə  etdiyi  auditoriyanı  nəzərə  alsaq,  Azərbaycan  ədəbi 
dili  normalarının  qorunmasında      və  nitq  mədəniyyətinin 
təbliğində  mühüm  rol  oynayan  televiziyalarla  bağlı  belə 
monitorinqlərin  aparılması  zərurəti  aydın  şəkildə  görünür. 
Dövlət  Proqramında 
kütləvi  informasiya  vasitələrində 
Azərbaycan  dilinin  təbliği  ilə  bağlı  xüsusi  bəndin  olması 
(6.5.) da qeyd olunanları təsdiq edir.  
Nisbi sabitlik,  hamı tərəfindən qəbul olunaraq geniş 
istifadə  dairəsinə  malik  olma  kimi  xüsusiyyətlərlə 
səciyyələnən norma dilin  daxili imkanlarına cavab verməli, 
ümumi  qaydalara  uyğunlaşmalıdır.  Bu  məqamda  normanın 
ikili  təbiəti  meydana  çıxır:  bir  tərəfdən  sabit  olan  norma, 
digər 
tərəfdən 
tarixi 
kateqoriya 
olmaqla  müəyyən 
dildənkənar  amillərin  təsiri  ilə  meydana  çıxan  digər 
variantla  əvəzlənə  bilər.  Xüsusi  qanunauyğunluqlara  malik 
sistem  kimi  mövcud  olan  dilin  bütün  səviyyələrində  − 
fonetik,  leksik  və  qrammatik  səviyyələrdə  yazılı  və  şifahi 
nitqi tənzimləyən normalar sistemi mövcuddur. 
Fonetik səviyyədə normada  orfoqrafik (düzgün yazı) 
və    orfoepik  (düzgün  tələffüz)    qaydalar      mövcuddur    ki, 
bunlar  da  dilin  tipoloji  quruluşundan,  tarixi  inkişaf 
xüsusiyyətlərindən  –  bir  sözlə,  bir  sıra  dildaxili  və 
dildənkənar  amillərin  təsiri  ilə  formalaşaraq  müəyyən 
variantların  norma  kimi  kodlaşdırılmasına  təsir  göstərir. 


11 
 
Televiziyanın  dilində, təbii ki,  tələffüzlə bağlı normaların 
pozulması  hallarına  daha  çox  təsadüf  olunur.    Düzgün 
tələffüzlə 
bağlı  sözün  normativ  fonem  sisteminin 
müəyyənləşdirilməsi  (orfoepiya)  və  fonem  allofonlarının 
tələffüz qaydaları (orfofoniya) fərqləndirilməlidir. Orfofonik 
xüsusiyyətlərlə  bağlı  diqqət  çəkən  ciddi  məsələlərdən  biri 
interferensiya  ilə  bağlı  norma  pozuntusudur.  Bir  çox 
aparıcıların 
nitqində 
Azərbaycan 
dilinin 
fonemlər 
sistemində olmayan, yad dil elementi kimi diqqəti cəlb edən 
səslər 
müşahidə 
olunur. 
(Allahverdзiyev, 
id´d´ia, 
ratifikaцiya  və  s.)  Bu  hal  xüsusilə  xəbər  verilişlərinin 
aparıcılarının nitqində diqqəti cəlb etdiyi üçün bu məsələyə 
daha məsuliyyətlə yanaşmağın zəruri olduğu qənaətindəyik. 
Fonoloji  səviyyədə  normadan  kənara  çıxma  halları,  
əsasən: 

 
Sözdə  samit səsin  tələffüzü (birliydə,  
      tutmağdır, küləy və s.); 

 
Müxtəlifsistemli  dillərdən  alınmış  bəzi 
sözlərdə    samitlərin  fərqli    səbəblərdən  (yad 
dilin    təsiri  ilə  −    istər  interferensiya,  istərsə 
də  dilimizin  daxili  qanunlarına  zidd  fonetik 
mövqenin meydana çıxması  ilə bağlı)  səhv 
tələffüzü 
(lid΄er
id΄eya, 
t΄exnika, 
koordʹinaцiya,  həbər,  diggət,  gəza,  gida, 
mövge və s.); 

 
Səslərin  kəmiyyət  baxımdan  düzgün  tələffüz 
olunmaması − ərəb dilindən alınmış sözlərdə 
uzun  saitlərin  səhv  tələffüzü:  (tarif  [ta:rif], 
xiyaban 
[xiya:ban], 
xakimiyyətinin 
[ha:kimiyyətinin], 
istiqa`mətində 


12 
 
[istiqa:mətində] və s.); 

 
 Vurğu  (eyni΄,  en r i,  ol  lar,   gentliyinin, 
  ΄na,   dəcəhər   n ı,  həmsə drlər və s.) 
və intonasiya ilə bağlı diqqəti cəlb edir.  
Bütün  telekanallarda  yayımlanan  verilişləri  əhatə 
edən bu nöqsanlar, demək olar ki, kiçik faiz fərqi ilə bərabər 
kəmiyyət göstəricisinə malikdir.  
Leksik  normanın  tələbinə  görə,  nitqdə  fikir  dəqiq 
ifadə  olunmalı,  dildə  bir  anlayışı  əks  etdirən  sözlərdən  ən 
məqsədəuyğun  olanı  seçilməli,  fikir  qısa  şəkildə,  yəni  ən 
yığcam  formada    ifadə  olunmalı,  yersiz  təkrarlara  və 
“parazit”  söz  və  ifadələrə  yer  verilməməlidir.  Leksik 
səviyyədə normadan kənara çıxma halları nitqin dəqiqliyinin 
və  düzgünlüyünün  pozulması  kimi  meydana  çıxır. 
Monitorinq  zamanı  təhlil  olunan  materiallar  bu  sahədə 
əsasən aşağıdakı halların üstünlük təşkil etdiyini söyləməyə 
əsas verir: 

 
əcnəbi vahidlərdən, alınmalardan yersiz, 
ehtiyac olmadığı halda istifadə; 

 
nitqi ağırlaşdıran təkrarlar; 

 
sözün mənaya uyğun olmayan istifadəsi

 
qeyri-dəqiq ifadələr

 
dialekt vahidlərindən istifadə. 
Lüğət  tərkibinə  nisbətən  daha  sabit  sistemə  malik 
olan  qrammatik  quruluş  hazır  modellər  təqdim  edir.  Bu 
modellərdən 
kənaraçıxma 
isə  qrammatik  səviyyədə 
normanın pozulması ilə nəticələnir. Televiziya verilişlərinin 
dil  mənzərəsi  ilə  bağlı  müşahidələr  göstərir  ki,  qrammatik 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə