Azərbаycаn Rеspublikаsı Milli Tеlеviziyа və Rаdiо Şurаsı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/29
tarix14.06.2018
ölçüsü2,8 Kb.
#48407
1   2   3   4   5   6   7   8   9   ...   29


 
 
MONİTORİNQİN  METODOLOGİYASI 
Əslində,  monitorinq  hər  hansı  prosesin  davamlı 
şəkildə  izlənilməsi,  nəzarət  müddətində  vəziyyətin 
qiymətləndirilməsi 
və 
inkişaf 
 
xüsusiyyətlərinin 
proqnozlaşdırılmasından ibarətdir. 
Monitorinqin məqsədi: Monitorinqin məqsədi milli 
televiziya  kanallarında  ədəbi  dil  normalarının  pozulması 
hallarının 
müəyyən 
olunması, 
statistik 
baxımdan 
araşdırılması,  onların  aradan  qaldırılması  istiqamətində 
tədbirlərin  həyata  keçirilməsi  üçün  təkliflərin  irəli 
sürülməsidir. 
Monitorinqin 
vəzifələri: 
Monitorinq 
milli 
telekanallarda yayımlanan verilişlərdə ədəbi dil normalarına 
əməl  olunması  ilə  bağlı  materialların  toplanması, 
araşdırılması,  sistemləşdirilməsi  və  təhlilini,  mövcud 
problemlərin  statistik  göstəricilərinin  müəyyən  olunması, 
onların  aradan  qaldırılması  yollarının  və  eləcə  də  inkişaf 
perspektivlərinin  müəyyən  olunaraq  təkliflər  şəklində 
təqdim olunmasını nəzərdə tutur.  
Monitorinqin prinsipləri: Monitorinqin keçirilməsi 
müxtəlif  prinsiplərə  əsaslanır:  Bunlardan  əhatəlilik 
(monitorinqə cəlb olunan materiallar hərtərəfli olmalı, bütün 
sahələr  əhatə  olunmalı,  təhlilə  cəlb  olunan  materialların 
bərabər 
bölgüsünə  diqqət  yetirilməlidir);  uyğunluq 
(monitorinq  qarşıya  qoyulan  məqsədə  və  vəzifələrə  uyğun 
aparılmalıdır); 
münasiblik 
(monitorinqin 
metodu 
monitorinqə  cəlb  olunan  müəssisə  üçün  məqbul  olmalı, 



 
onların  şəxsi  toxunulmazlığı  nəzərə  alınaraq  gündəlik  iş 
şəraitinə  maneə  yaradılmamalıdır);  vaxt  uyğunluğu 
(qaydadan kənaraçıxma hallarının müəyyən olunaraq aradan 
qaldırılması  üçün  operativ  tədbirlərin  həyata  keçirilməsi 
məqsədilə  monitorinqin  nəticələri  hamı  üçün  əlçatan 
olmalıdır);  dinamiklik  (monitorinq  müəyyən  istiqamətdə 
operativ  surətdə  düzəlişlərin  həyata  keçirilməsinə  şərait 
yaratmalıdır);  çeviklik  (monitorinqin  sistemi  dəyişkən 
şəraitdə dəqiq və yeni məlumatları əks etdirməklə hər şəraitə 
asan  uyğunlaşan  olmalıdır);  obyektivlik  (çıxarılan  nəticələr 
real  faktlara  əsaslanmalıdır);  davamlılıq  (qiymətləndirmə 
ardıcıl  olaraq  izlənilən  kəmiyyət  və  keyfiyyət  dinamikası 
izlənilməklə  aparılmalıdır);  müqayisə  (müxtəlif  zamanlarda 
aparılan  monitorinqlərin  nəticələri  müqayisə  olunaraq 
ümumiləşdirilməlidir) – prinsiplərini qeyd etmək olar.  
Monitorinqin  obyekti:  Layihə  çərçivəsində  milli 
telekanallarda  yayımlanan  verilişlərin  dili  monitorinqə  cəlb 
olunmuşdur. Bu zaman 7 telekanalda   – İctimai TV, Xəzər 
TV, ANS TV, ATV, Space TV,  Lider TV və Region TV-də 
yayımlanan  verilişlər  (xəbər    və  qeyri-xəbər  proqramları) 
izlənilərək  ədəbi  dil  normalarının  pozulma  faktları 
aşkarlanmış,  bu  nümunələr  təhlil  olunaraq  sonda  statistik 
baxımdan hesablamalar aparılmışdır.  
 
 
 



 
 
 
GİRİŞ 
Xalqın  etnomədəni  təfəkkürünün  göstəricisi  kimi, 
dildə   onun   tarixi,   mədəniyyəti, dünyaya baxışı öz  əksini 
tapır.  Məhz buna görə də müasir qloballaşma dövründə bir 
çox  dillərdə  yad  elementlər  dilin  “aşınmasına”,  mövcud 
qanunauyğunluqların  xaotik  proseslərlə  əvəzlənməsinə 
gətirib  çıxarır.  Qloballaşma  bir  tərəfdən  ümumi  bəşəri 
dəyərlərin yaranması şəklində təzahür edirsə, digər tərəfdən 
sıx  qarşılıqlı  əlaqələr  inteqrasiya  prosesinin  güclənməsinə, 
milli  mədəniyyətlərin,  eləcə  də  dillərin  sıxışdırılmasına 
gətirib  çıxarır.  Bu  baxımdan  qloballaşma  dilə  və  dil 
siyasətinə  təsir  göstərən  iki  əks  faktoru  aktuallaşdırır: 
ünsiyyət ehtiyacı, tələbi (bunun üçün ortaq modellər) və dil 
müstəqilliyi, milliliyi qorumaq meyli. 
Hər  bir  dilin  kökündə  xalqın  böyük  mədəniyyəti 
dayanır.  Bizim  qarşımızda  dayanan  vəzifə  bu  mədəniyyəti 
qloballaşmanın  mənfi  təsirindən  qorumaqdır.  Statistik 
məlumatlara  görə,  XXI  əsrin  əvvəllərində  dünyada  6700 
«canlı»  dil  qeydə  alınmışdır.  Onlardan  500-ə  yaxını  itmək 
təhlükəsi  qarşısındadır.  Mütəxəssislərin  proqnozlarına  görə, 
2050-ci  ilə  qədər  mövcud  dillərin  təxminən  yarısı  tarixə 
çevriləcək.  Bu  gün    yer  kürəsi  əhalisinin  66  %-i  40  dildə 
danışır. 8 beynəlxalq ünsiyyət vasitəsindən 6-sı hind-Avropa 
mənşəlidir  –  eyni  kökə  və  bənzər  qrammatik  quruluşa 
malikdir.  Dünyada  gedən  proseslər  qlobal  ünsiyyət  vasitəsi 



 
kimi  məhz  ingilis  dilinin  çıxış  edəcəyini  əks  etdirir. 
Dünyada  ingilis  mədəniyyətinin  yayılması  missiyasını 
həyata  keçirənlərdən  biri  –  dilçi  Devid  Qreddol  Britaniya 
Şurasına məruzəsində hazırda dünyada ingilis dilində doğma 
və  ya  ikinci  dil  olaraq  danışanların  sayının  milyarda 
çatdığını,  bunun  ibtidai  sinifdən  öyrədilməsinə  nail 
olunacağı  təqdirdə  “Ümumdünya  ingilis  dili  layihəsi” 
çərçivəsində  yaxın  10  il  ərzində  dünyada  2  milyard 
ingilisdilli  insanın  olacağını  proqnozlaşdırır.  Lakin  etiraf 
edir  ki,  bu  dil  normal,  düzgün  ingilis  dili  deyil  və  yeni 
yaranan variant əsl dili sıxışdıra bilər.  Jan-Pol Nerrer 1500 
sözə  əsaslanan  bu  dili    “Qlobiş”  adlandırıb    (qlobal  ingilis 
dili) və deyib ki,  qlobiş dil deyil, süni ünsiyyət vasitəsidir, 
bu  dildə  bədii  ədəbiyyat  olmayacaq,  sadəcə  gündəlik 
ünsiyyət vasitəsi kimi işlənəcək.  
Bu tipli proseslərin getdiyi vaxtda, hətta dünyada ən 
geniş  yayılmış  dillərdən  olan  ingilis  dili  üçün  təhlükənin 
mövcudluğu  real  olduğu  zamanda  Azərbaycan  dilini 
qorumaq  və  inkişaf  etdirməklə  bağlı  məsələlər  vətəndaş 
olaraq bizim borcumuzdur. 
Dildə  sistem  şəklində  dəyişmələrin  meydana 
gəlməsinə bir sıra amillər təsir göstərir. Səbəblərdən bunları 
göstərmək olar: 

 
Funksional  üslublarda  struktur  dəyişikliklər  – 
yüksək üslubun aradan qalxması; 

 
Yersiz alınmaların dilə gətirilməsi; (təfəkkürdə 
rabitənin qırılmasına gətirib çıxarır ki, nəticədə 
dildə olan sözlərin itməsinə və milli təfəkkürün 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə