Azərbaycan Respublikası Prezidentinin 2016-cı IL 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
tarix14.09.2018
ölçüsü0,67 Mb.
#68528


  

Azərbaycan Respublikası Prezidentinin

 

2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

Əlavə 2


 

 

 

 

 

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka 

kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası

[22]

 

 

 

1. Ümumi müddəa

[23]

 

 

 

Bu Qayda Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra  – 



Fond) vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin (bundan 

sonra  –  ipoteka  krediti)  verilməsinə  dair  tələbləri,  ipoteka  kreditinin  verilməsi 

prosedurunu,  ipoteka  krediti  üzrə  hüquqların  əldə  olunmasını  və  geri  alınmasını, 

habelə ipoteka kreditinin restrukturizasiyası və ipoteka kreditləşməsi ilə bağlı digər məsələləri 

müəyyən edir.

[24]

 

 



 

2. Əsas anlayışlar

 

 



 

2.0. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

 

2.0.1. ipoteka krediti - yaşayış sahəsi almaq üçün müvəkkil bankın verdiyi və həmin 



yaşayış sahəsinin ipotekası ilə təmin edilən borc;

 

2.0.2.  müvəkkil  bank  -  ipoteka  krediti  üzrə  tələb  hüquqlarının  əldə  edilməsinə  və 



bununla  bağlı  yaranan  digər  münasibətlərin  tənzimlənməsinə  dair Fond ilə  müvafiq 

müqavilə bağlamış bank;

 

2.0.3. baş saziş - ipoteka krediti üzrə tələb hüquqlarının əldə edilməsi qaydalarını və 



bununla  bağlı  yaranan  münasibətləri  tənzimləyən Fond ilə  müvəkkil  bank  arasında 

bağlanan razılaşma;

 

2.0.4.  xidmət  müqaviləsi  - Fond tərəfindən  tələb  hüquqları  əldə  olunmuş  ipoteka 



kreditinə xidmət göstərilməsinə dair Fond ilə müvəkkil bank arasında bağlanan müqavilə;

 

2.0.5.  borcalan  -  müvəkkil  bankdan  ipoteka  krediti  almış  Azərbaycan  Respublikası 



vətəndaşı;

 

2.0.6.  ipoteka  kreditinin  ilkin  maliyyələşdirilməsi  - Fondun müəyyən  etdiyi  şərtlərlə 



müvəkkil bankın verdiyi ipoteka kreditinin qabaqcadan maliyyələşdirilməsi;

 

2.0.7.  ipoteka  kreditinin  yenidən  maliyyələşdirilməsi  -  müvəkkil  bankın  verdiyi 



ipoteka  krediti  üzrə  tələb  hüquqlarının  ipoteka  kağızının  tərtib  olunması  yolu 

ilə Fondtərəfindən əldə olunması;

 

2.0.8. Fondun kotirovka dərəcəsi - Fond tərəfindən tələb hüquqları əldə olunan ipoteka 



kreditinin yenidən maliyyələşdirilməsi üzrə illik faiz dərəcəsi.

 

 



 

3. İpoteka kreditinin verilməsinə dair tələblər

 

 



 


3.1. Fondun vəsaiti  hesabına  verilən  ipoteka  krediti  aşağıdakı  tələblərə  cavab 

verməlidir:

 

3.1.1. kredit Azərbaycan manatı ilə verilməlidir;



 

3.1.2. kredit Azərbaycan Respublikasının vətəndaşına verilməlidir;

 

3.1.3.  kredit  3  ildən  25  ilədək,  güzəştli  ipoteka  krediti  isə  30  ilədək  müddətə 



verilməlidir;

 

3.1.4.  kredit,  üzərində  mülkiyyət  hüququ  dövlət  qeydiyyatına  və  ya  qabaqcadan  qeydiyyata 



alınmış  yaşayış  sahəsinin,  o  cümlədən  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  uyğun 

olaraq  barəsində  təminat  qeydi  aparılmış  tikintisi  başa  çatmayan  binanın  yerləşdiyi  torpaq 

sahəsində tərkib hissələrin bağlı olduğu payın alınmasına verilməlidir. Fondun İdarə Heyəti ipoteka 

kreditləri  üzrə  risklərin  idarə  edilməsi,  ipoteka  ilə  yüklü  edilən  yaşayış  sahələrinin  likvidliyinin 

təmin  olunması  məqsədilə  yaşayış  sahəsinin  ilkin  və  ya  təkrar  bazarda  alınmasından  asılı  olaraq 

yaşayış sahəsinə dair (tikildiyi il, layihəsi, istismar vəziyyəti, yerləşmə yeri və s.) əlavə tələbləri və 

bu  Qaydanın  3.1.6-cı  və  3.1.7-ci  yarımbəndləri  nəzərə  alınmaqla,  kreditin  məbləği  və  kredit  üzrə 

illik faiz dərəcələrinə dair şərtləri müəyyən edir;

[25]

 

3.1.5.  güzəştli  ipoteka  krediti,  yaşayış  sahəsinin  1  kvadratmetri  üçün  hesablanan  qiyməti 



güzəştli  ipoteka  kreditinin  verilmə  tarixinə  Bakı  şəhəri,  habelə  onun  qəsəbə  və  kəndləri  üzrə 

zonalarda, ölkənin digər şəhər və rayon ərazilərində orta bazar qiymətindən artıq olmayan yaşayış 

sahələrinin alınmasına verilməlidir;

[26]

 

3.1.6.  kreditin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  maksimal  məbləği  ölkədaxili 



sosial-iqtisadi  vəziyyətin  təhlili  əsasında Fondun Himayəçilik  Şurası tərəfindən  müəyyən 

edilir (maksimal  məbləğ  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinin  220.8.1-ci 

maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi 

Bakı  şəhəri  üzrə  7-ci  zonada  yerləşən,  sahəsi  100  kvadratmetr  olan  təmirli  yaşayış 

sahəsinin  1  kvadratmetrinin  orta  bazar  qiyməti  ilə  hesablanmış  dəyərindən  artıq 

olmamalıdır);



 [27]

 

3.1.7.  kredit,  o  cümlədən  güzəştli  ipoteka  krediti  üzrə  illik faiz  dərəcələrinin  yuxarı 



həddi Fondun Himayəçilik Şurası tərəfindən müəyyən olunur;

[28]

 

3.1.8.  güzəştli  ipoteka  kreditinin  məbləği  kreditin  verildiyi  tarixə  ipoteka  ilə  yüklü  edilən 



yaşayış  sahəsinin qiymətinin 90 faizindən, güzəştli  ipotekaya aid olmayan kreditin məbləği isə 85 

faizindən çox olmamalıdır.

[29]

 

3.1.9.  güzəştli  ipotekaya  aid  olmayan  kreditin  məbləği  kreditin  verildiyi  tarixə 



ipoteka ilə yüklü edilən yaşayış sahəsinin qiymətinin 85 faizindən çox və 75 faizindən az 

olmamalıdır (ipoteka kreditinin məbləğinin 75 faizdən az olması barədə borcalanın rəsmi 

müraciət etdiyi hallar istisna olmaqla);

 [30]

 

3.1.10.  ipoteka  krediti  üzrə  ödəniləcək  aylıq  məbləğ  borcalanın  (borcalanların)  aylıq 



məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Bu tələb ipoteka kreditinin məbləğinin kreditin 

verildiyi tarixə ipoteka ilə yüklü edilən ilkin bazardakı yaşayış sahəsinin qiymətinin 60 faizindən az 

olduğu hallara şamil edilmir;

[31]

 

3.1.11.  kreditin  son  ödəniş  tarixinə  borcalanın  yaşı  qanunla  müəyyən  olunmuş 



pensiya yaşı həddindən çox olmamalıdır;

 

3.1.12. kredit yaşayış sahəsinin ipotekası ilə təmin olunmalıdır;



 

3.1.13.  ipoteka  ilə  yüklü  edilən  yaşayış  sahəsini  müstəqil  qiymətləndirici 

qiymətləndirməlidir;

 



3.1.14.  ipotekasaxlayanın  hüquqları  qanunla  müəyyən  edilmiş  qaydada  dövlət 

qeydiyyatına alınmalıdır;

 

3.1.15. kredit üzrə əsas borc və hesablanmış faizlər hər ay bərabər hissələrlə (annuitet 



ödənişlər) ödənilməlidir;

 

3.1.16. borcalan ölüm və əmək qabiliyyətinin itirilməsi hallarından, ipoteka ilə yüklü 



edilmiş yaşayış sahəsi isə bazar qiyməti əsas götürülərək, ipoteka ilə təmin edilən kreditin 

həcmindən az olmamaq şərtilə, sığortalanmalıdır.

 

3.2.  Aşağıdakı  şəxslər  güzəştli  ipoteka  kreditindən  istifadə  etmək  hüququna 



malikdirlər:

 

3.2.1. gənc ailənin üzvü olan aşağıdakı şəxslər:



 

1. şəhid ailəsinin üzvü (əri/arvadı, övladları);

 

2. Milli Qəhrəman (özü, əri/arvadı, övladları);



 

3. məcburi köçkün və ya ona bərabər tutulan şəxs;

 

4. ən azı 3 il dövlət qulluğunda qulluq edən, o cümlədən dövlət qulluğunun xüsusi 



növündə xidmət keçən şəxs;

 

5. ən azı 5 il dövlət ümumtəhsil məktəbində müəllim işləyən şəxs;



 

6. fəlsəfə doktoru elmi dərəcəsi olan şəxs;

 

7.  idman  sahəsində  xüsusi  xidmətləri  olan  şəxs  (fəxri  bədən  tərbiyəsi  və  idman 



xadimi, ölkə miqyaslı yarışların qalibi (I yer), beynəlxalq miqyaslı yarışların mükafatçısı (I, 

II və ya III yer);

 

3.2.2. elmlər doktoru elmi dərəcəsi olan şəxs;



 

3.2.3.  ən  azı  15  il  dövlət  qulluğunda  qulluq  edən,  o  cümlədən  dövlət  qulluğunun  xüsusi 

növündə xidmət keçən şəxs;

[32]

 

3.2.4.  ən  azı  3  il  hərbi  xidmətdə  olan  (müddətli  həqiqi  hərbi  xidmətdə  olan  hərbi 



qulluqçulardan  başqa),  həmçinin  ehtiyata  və  istefaya  buraxılmış  Azərbaycan 

Respublikasının hərbi qulluqçuları (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan 

Respublikası  Qanununun  41.0.6-cı,  41.0.7-ci,  41.0.8-ci,  41.0.10-cu,  42.0.3-cü,  42.0.4-cü  və 

42.0.5-ci  maddələrində  nəzərdə  tutulan  hallarda  ehtiyata  və  ya  istefaya  buraxılmış  hərbi 

qulluqçular istisna olmaqla);

 

3.2.5. ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxs;



 

3.2.6. ən azı 3 il elmi vəzifədə işləyən elmi işçilər.

[33]

 

3.3.  Güzəştli  ipoteka  kreditindən  istifadə  etmək  hüququ  olan  ailə  və  ya  şəxs  bu 



hüquqdan yalnız bir dəfə istifadə edə bilər.

 

3.4.  Güzəştli  ipoteka  krediti  dövlət  büdcəsindən  ayrılan  vəsait  hesabına,  habelə 



dövlət  zəmanətli  istiqrazların  emissiyasından  əldə  olunan  vəsaitin  güzəştli  ipoteka 

kreditinə  yönəldilən  hissəsi  hesabına  verilir.  Dövlət  büdcəsindən  ayrılan  vəsait  yalnız 

güzəştli ipoteka kreditinin maliyyələşdirilməsinə yönəldilir.

 

3.5. Fond müvəkkil banklardan ipoteka kreditini kotirovka dərəcəsi ilə alır. Kotirovka 



dərəcəsi Fondun Himayəçilik  Şurası tərəfindən kredit,  o  cümlədən  güzəştli  ipoteka  krediti 

üzrə müəyyən olunan illik faiz dərəcələrinin 70 faizi səviyyəsində müəyyənləşdirilir.



 [34]

 

3.6.  Kotirovka  dərəcəsi  barədə  məlumatı Fond müvəkkil  banklara  yazılı  olaraq 



göndərir, öz rəsmi saytında yerləşdirir və kütləvi informasiya vasitələrində dərc etdirir.

 

3.7. Fond hər  bir  müvəkkil  bankdan  alınacaq  ipoteka  kreditinin  həcminə  limit  tətbiq 



edir. Limitin müəyyənləşdirilməsi qaydasını Fondun Himayəçilik Şurası təsdiq edir.

 

 



 


4. İpoteka kreditinin verilməsi proseduru

 

 



 

4.1. Fondun vəsaiti hesabına ipoteka kreditini, bu Qaydanın 3-cü hissəsində müəyyən 

edilmiş tələblərə müvafiq olaraq, müvəkkil banklar verir.

 

4.2.  İpoteka  kreditinin  verilməsi  “Elektron  hökumət”  portalında  olan  “Elektron 



ipoteka” sistemi (bundan sonra – elektron sistem) vasitəsilə həyata keçirilir.

 

4.3.  İpoteka  kreditinin  verilməsi  üçün  ipoteka  krediti  almaq  istəyən  şəxs  tərəfindən 



birbaşa  və  ya  onun  müraciət  etdiyi  müvəkkil  bank  tərəfindən  həmin  şəxsin  adından 

elektron sistem vasitəsilə müraciət edilir. Müraciətlər növbəlik əsasında qeydiyyata alınır 

və baxılır. Müraciət etmiş şəxsə qeydiyyat nömrəsi elektron sistem vasitəsilə verilir.

 

4.4. İpoteka krediti aşağıdakı sənədlər əsasında verilir:



 

4.4.1. şəxsin şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti;

 

4.4.2. nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti;



 

4.4.3.  şəxsin  yetkinlik  yaşına  çatmamış  ailə  üzvlərinin  şəxsiyyət  vəsiqələri  və  ya 

doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti;

 

4.4.4. şəxsin iş yerini və gəlirlərini təsdiq edən sənədlər;



 

4.4.5. şəxs fərdi sahibkar olduqda:

 

1.  sahibkarın  vergi  orqanlarında  qeydiyyatdan  keçdiyi  barədə  şəhadətnamənin 



surəti;

 

2. vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi 



bəyannaməsi;

 

4.4.6.  şəxsin  güzəştli  kateqoriyaya  aid  olduğunu  təsdiq  edən  sənəd  (şəxs  güzəştli 



kateqoriyaya aid olduqda).

 

4.5.  Bu  Qaydanın  4.4-cü  bəndində  nəzərdə  tutulmuş  hər  hansı  sənədin  elektron 



sistem vasitəsilə alınması mümkün olmadıqda, ipoteka krediti almaq  istəyən şəxs həmin 

sənədi müvəkkil banka təqdim etməlidir. Müvəkkil bank təqdim olunmuş sənədi elektron 

sistemdə həmin gün yerləşdirməlidir.

 

4.6. Müvəkkil bank elektron sistem vasitəsilə əldə olunan  sənədlər və həmin sistem 



vasitəsilə əldə edilməsi mümkün olmadığı üçün şəxsin təqdim etdiyi sənədlər əsasında 3 

iş  günü  müddətində  ipoteka  krediti  almaq  istəyən  şəxsə  ipoteka  kreditinin  verilməsinə 

dair  ilkin  razılıq  və  ya  əsaslandırılmış  imtina  barədə  qərar  qəbul etməlidir.  Həmin  qərar 

qəbul  edildiyi  gün,  ipoteka  krediti  almaq  istəyən  şəxsə  bildirilməklə,  elektron  sistemdə 

yerləşdirilməlidir.

 

4.7.  İpoteka  krediti  almaq  istəyən  şəxs,  müvəkkil  bank  tərəfindən  kreditin 



verilməsinə  dair  ilkin  razılıq  qərarı  elektron  sistemdə  yerləşdirildiyi  gündən  45  gün 

müddətində ipoteka krediti hesabına almaq istədiyi yaşayış sahəsini müəyyənləşdirməklə, 

müvəkkil  edilmiş  istənilən  qiymətləndirici  tərəfindən  həmin  yaşayış  sahəsinin 

qiymətləndirilməsini  aparmalıdır.  Qiymətləndirici  ipoteka  krediti  almaq  istəyən  şəxsin 

müraciət  etdiyi  gündən  3  iş  günü  müddətində  qiymətləndirməni  apararaq, 

qiymətləndirmə  aktını  müraciət  edən  şəxsə  təqdim  etməli  və  elektron  sistemdə 

yerləşdirməlidir.

 

4.8. Qiymətləndirmə aktı elektron sistemdə yerləşdirildikdən sonra müvəkkil bank 5 



iş günü müddətində kreditin verilməsinə dair qərar (razılıq və ya əsaslandırılmış imtina) 

qəbul  etməlidir. Azərbaycan  Respublikası  Prezidentinin  2018-ci  il  1  may  tarixli  29  nömrəli 



Fərmanı  ilə  təsdiq  edilmiş  “Azərbaycan  Respublikasının  İpoteka  və  Kredit  Zəmanət  Fondu 


tərəfindən  ipoteka  kreditləri  üzrə  təminat  verilməsi  Qaydası”na  müvafiq  olaraq  ipoteka  krediti 

almaq  istəyən  şəxs  ipoteka  krediti  üzrə  təminat  alınması  üçün  müraciət  etdikdə,  kreditin 

verilməsinə  dair  qərar  təminatla  bağlı  Fondun  qərarının  müvəkkil  banka  bildirilməsindən  sonra 

qəbul edilir. Kreditin verilməsinə dair qərar qəbul edildiyi gün, ipoteka krediti almaq istəyən 

şəxsə bildirilməklə, elektron sistemdə yerləşdirilməlidir.



[35]

 

4.9.  Müvəkkil  bank  tərəfindən  ipoteka  kreditinin  verilməsinə  razılıq  barədə  qərar 



elektron  sistemdə  yerləşdirildiyi  gündən  10  iş  günü  müddətində  ipoteka  kreditinin 

rəsmiləşdirilməsi və kreditin verilməsi həyata keçirilir.

 

4.10.  İpoteka  kreditinin  verilməsi  zamanı  bu  Qaydanın  4.7-ci  və  4.9-cu  bəndlərində 



nəzərdə  tutulmuş  müddətlərə  ipoteka  krediti  almaq  istəyən  şəxs  tərəfindən  riayət 

edilmədikdə  (qiymətləndirici  tərəfindən  bu  Qaydanın  4.7-ci  bəndinin  ikinci  cümləsində 

nəzərdə tutulmuş müddətin ötürülməsi istisna olmaqla), ipoteka kreditinin verilməsindən 

elektron sistem vasitəsilə avtomatik şəkildə imtina edilir.

 

4.11. Bu Qaydada nəzərdə tutulmamış əsaslara görə ipoteka kreditinin verilməsindən 



imtina edilə bilməz.

 

4.12.  İpoteka  kreditinin  verilməsindən  imtina  edilmiş  şəxsin  ipoteka  krediti  almaq 



üçün təkrar müraciət etmək hüququ vardır.

 

 



 

5. İpoteka krediti üzrə hüquqların əldə olunması

 

 



 

5.1.  İpoteka  kreditinin  maliyyələşdirilməsi  və  onlara  xidmət Fond və  müvəkkil  bank 

arasında bağlanan baş saziş və xidmət müqaviləsi əsasında həyata keçirilir.

 

5.2.  Müvəkkil  bank  verilmiş  ipoteka  kreditinin  ilkin  və  yenidən  maliyyələşdirilməsi 



üçün Fonda müraciət edir və tələb olunan sənədlərin surətlərini Fonda təqdim edir.

 

5.3.  İpoteka  kreditinin  ilkin  və  yenidən  maliyyələşdirilməsi  qaydasını,  o  cümlədən 



təqdim edilməli sənədlərin siyahısını Fondun Himayəçilik Şurası müəyyən edir.

 

5.4. Fond ipoteka  kreditinin  bu  Qayda  ilə  müəyyən  edilmiş  tələblərə  uyğunluğunu 



yoxlayır  və  müvəkkil  banka  ilkin  maliyyələşdirmə  üzrə  qərarını  3  iş  günü,  yenidən 

maliyyələşdirmə üzrə qərarını isə 10 iş günü müddətində bildirir.

 

5.5. Fond ipoteka  krediti  üzrə  hüquqların  əldə  edilməsinə  razılığını  bildirdiyi 



təqdirdə, müvəkkil bank kredit sənədlərinin əsli ilə Fondun tanış olmasını təmin edir.

 

5.6. Yenidən maliyyələşdirilməsinə razılıq verilmiş ipoteka krediti, ipoteka kağızının 



üzərində  qanunla  müəyyən  olunmuş  qaydada  indossamentlə  verilmə  qeydi 

aparılaraq, Fonda ötürülür.

 

5.7. Fond ipoteka  kreditini  ipoteka  kağızında  göstərilən  qiymətlə  yenidən 



maliyyələşdirir.

 

5.8.  Müvəkkil  bank Fond tərəfindən  əldə  edilmiş  ipoteka  kreditini  bu  Qaydanın  6-cı 



hissəsində müəyyənləşdirilmiş qaydada geri almaq öhdəliyi götürür.

 

5.9.  Tərəflər  arasında  imzalanmış  sənədlər  əsasında  yaranmış  hüquqlar  dövlət 



qeydiyyatına  alındıqdan  sonra  müvəkkil  bank  baş  sazişdə  müəyyən  olunan  sənədləri 

təhvil-təslim aktı ilə Fonda təhvil verir.

 

5.10. Fond ilə  müvəkkil  bank  arasında  bağlanan  müqavilələrin  təsdiq  edilməsi  və 



ipoteka  saxlayanın  hüquqlarının  əlavə  dövlət  qeydiyyatına  alınması  ilə  bağlı  xərcləri 

müvəkkil bank ödəyir.

 



5.11. 

Müvəkkil 

bankların Fond qarşısında 

öhdəliyi 

onların 

borcalanlarla 

münasibətlərindən asılı deyildir. Borcalanların müvəkkil banklar qarşısında öhdəliklərini 

yerinə  yetirib-yetirməməsindən  asılı  olmayaraq,  müvəkkil  bank Fond qarşısında  öz 

öhdəliklərini yerinə yetirməlidir.

 

 



 

6. Müvəkkil bank tərəfindən ipoteka kreditinin geri alınması

 

 



 

6.1.  Aşağıdakı  hallarda Fond müvəkkil  banka  bildiriş  göndərərək  kredit  üzrə  tələb 

hüququnun geri alınmasını tələb edir:

 

6.1.1.  borcalan  ipoteka  krediti  üzrə  borcu  (əsas  borc  və  faizləri)  vaxtında  və  ya  tam 



həcmdə ödəməyi 90 gün gecikdirdikdə;

 

6.1.2. qəbul edilmiş sənədlərin bu Qaydaya uyğun olmadığı müəyyənləşdirildikdə.



 

6.2.  Bu  Qaydanın  6.1-ci  bəndində  nəzərdə  tutulmuş  bildirişə  geri  alınmalı  ipoteka 

krediti barədə məlumat əlavə edilir.

 

6.3. İpoteka kreditinin geri alınması zamanı təhvil-təslim aktına əsasən sənədlərin əsli 



müvəkkil banka qaytarılır.

 

6.4.  Müvəkkil  bank Fonddan ipoteka  kreditini  kredit  üzrə  əsas  borcun  ödənilməmiş 



qalığını və cərimə olduğu halda onların cəmini özündə əks etdirən məbləğdə geri alır.

 

 

 

6-1. İpoteka kreditinin restrukturizasiyası

[36]

 

 

 

6-1.1.  İqtisadi  və  (və  ya)  hüquqi  şəraitin  dəyişməsi,  habelə  borcalanın  maliyyə  çətinliyinin 

yaranması  səbəbindən  borc  öhdəliyinin icrasını  təmin  etmək  məqsədilə  yenidən maliyyələşdirilmiş 

ipoteka  krediti  üzrə  borcalan  kredit  müqaviləsinin  şərtlərinin  dəyişdirilməsi  (kreditin 

restrukturizasiyası) üçün müvəkkil banka elektron sistem vasitəsilə müraciət edə bilər.

 

6-1.2.  Müvəkkil  bank  3  iş  günü  müddətində  borcalanın  ipoteka  krediti  üzrə  öhdəliyinin 



restrukturizasiyası  haqqında  müraciətini  elektron  sistem  vasitəsilə  əldə  olunan,  elektron  sistem 

vasitəsilə  əldə  edilməsi  mümkün  olmadığı  hallarda  isə  borcalanın  təqdim  etdiyi  sənədlər  əsasında 

yoxlayır və müraciətin bu Qaydanın 6-1-ci hissəsinə uyğun olduğunu müəyyənləşdirdikdə ipoteka 

kreditinin restrukturizasiya edilməsi barədə Fonda müraciət edir.

 

6-1.3. Fond müraciət daxil olduğu tarixdən 10 iş günü müddətində borcalanın müraciəti ilə 



bağlı  ipoteka  kreditinin  restrukturizasiyası  barədə  razılıq  və  ya  əsaslandırılmış  imtina  haqqında 

qərar  qəbul  edir.  Həmin  qərar  qəbul  edildiyi  gün,  borcalana  və  müvəkkil  banka  bildirilməklə, 

elektron sistemdə yerləşdirilir.

 

6-1.4.  Fond  tərəfindən  ipoteka  kreditinin  restrukturizasiyasına  razılıq  barədə  qərar  elektron 



sistemdə  yerləşdirildiyi  tarixdən  5  iş  günü  müddətində  kreditin  restrukturizasiyasının 

rəsmiləşdirilməsi həyata keçirilir.

 

6-1.5. İpoteka kreditinin restrukturizasiyası aşağıdakı formalarda həyata keçirilə bilər:

 

6-1.5.1.  kredit  məbləğindən  çox  olmamaq  şərtilə  kredit  üzrə  hesablanmış  faizlərin 

kapitallaşdırılaraq əsas borcun məbləğinə əlavə olunması;

 

6-1.5.2.  bu  Qaydanın  kreditin  maksimum  müddətinə  dair  tələbi  nəzərə  alınmaqla  kreditin 



müddətinin uzadılması;

 

6-1.5.3.  müvəkkil  bankın  razılığı  ilə  kredit  üzrə  faiz  dərəcəsinin  bankın  xidmət  haqqısı 



hesabına azaldılması;

 

6-1.5.4. ipoteka krediti üzrə ödənişlərə 1 ildən çox olmayan müddətə fasilə verilməsi.

 



6-1.6. Restrukturizasiya formaları birlikdə və ya ayrılıqda tətbiq edilə bilər. Restrukturizasiya 

kreditin  qüvvədə  olduğu  müddət  ərzində  ən  çoxu  3  dəfə  həyata  keçirilə  bilər  və  bu 

restrukturizasiyalar arasındakı dövr minimum 1 il olmalıdır.

 

6-1.7. Aşağıdakı hallarda Fond tərəfindən ipoteka kreditinin restrukturizasiyasından imtina 



edilir:

 

6-1.7.1.  borcalanın  maliyyə  vəziyyətinin  pisləşməsi  və  digər  maliyyə  çətinliyi  yaradan 



hallarla  üzləşməsini  təsdiq  edən  sənədlər  təqdim  edilmədikdə  və  ya  təqdim  edilmiş  sənədlərdə 

göstərilən məlumatlar öz təsdiqini tapmadıqda;

 

6-1.7.2. restrukturizasiya üçün müraciət olunan kredit bu Qaydanın 6-1.8-ci yarımbəndinə 



əsasən Fond tərəfindən müəyyən olunan tələblərə cavab vermədikdə.

 

6-1.8.  İpoteka  kreditinin  restrukturizasiyasına  dair  sənədlərin  siyahısı  və  digər  tələblər 



Fondun İdarə Heyəti tərəfindən müəyyən olunur.

 

 



 

7. Keçid müddəalar

 

 



 

7.1. Elektron sistem fəaliyyətə başlayanadək:

 

7.1.1. ipoteka krediti almaq istəyən şəxs Fondun rəsmi internet səhifəsi vasitəsilə və ya 



birbaşa müvəkkil banka gəlməklə ipoteka kreditinin verilməsi üçün müraciət edə bilər;

 

7.1.2.  bu  Qaydanın  4.6-cı,  4.8-ci  və  4.10-cu  bəndlərində  nəzərdə  tutulmuş  qərarlar 



müvəkkil  bank  tərəfindən  ipoteka  krediti  almaq  istəyən  şəxsə  həmin  qərarlar  qəbul 

edildiyi  gündən  2  iş  günü  müddətində  rəsmi  qaydada  göndərilməli  və  ya  təqdim 

edilməlidir;

 

7.1.3.  bu  Qaydanın  4.7-ci  bəndinin  birinci  cümləsində  nəzərdə  tutulmuş  müddət  bu 



Qaydanın  4.6-cı  bəndində  nəzərdə  tutulmuş  ilkin  razılıq  qərarını  ipoteka  krediti  almaq 

istəyən şəxsin rəsmi qaydada aldığı gündən hesablanır;

 

7.1.4.  bu  Qaydanın  4.8-ci  bəndində  nəzərdə  tutulmuş  müddət  qiymətləndirici 



tərəfindən qiymətləndirmə aktının müvəkkil banka təqdim edildiyi gündən hesablanır;

 

7.1.5.  bu  Qaydanın  4.9-cu  bəndində  nəzərdə  tutulmuş  müddət  bu  Qaydanın  4.8-ci 



bəndində  nəzərdə  tutulmuş  qərarı  ipoteka  krediti  almaq  istəyən  şəxsin  rəsmi  qaydada 

aldığı gündən hesablanır.

 

7.2. Fondun Himayəçilik  Şurası tərəfindən  kredit,  o  cümlədən  güzəştli  ipoteka  krediti 



üzrə illik faiz dərəcələri müəyyən olunana qədər, kredit üzrə illik faiz dərəcəsi 8 faizdən, 

güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

 

 

 



 

 

 



 

 

 



İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

 

 

1.

       


4  aprel  2017-ci  il  tarixli 1312 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 



qəzeti,  5  aprel  2017-ci  il, №  69, Azərbaycan  Respublikasının  Qanunvericilik Toplusu,  2017-ci  il, 

№ 4, maddə 526) 

2.

       


13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 



qəzeti, 21 iyul 2017-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 

№ 7, maddə 1340) 


3.

       


21 

iyul 


2017-ci 

il 


tarixli 1560 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti,  29  iyul  2017-ci  il,  №  162,  Azərbaycan  Respublikasının 

Qanunvericilik Toplusu, 2017-ci il, №7 , maddə 1370) 

4.

       


7  avqust  2017-ci  il  tarixli 1574 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 



qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, 

№ 8, maddə 1521) 

5.

       


25  dekabr  2017-ci  il  tarixli 1760 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 



qəzeti, 27 dekabr 2017-ci il, № 287) 

6.

       


2 may 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2018-

ci il, № 99) 

  

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



 

  

 



 

 

[1]

 

25  dekabr  2017-ci  il  tarixli 1760 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti, 27 dekabr 2017-ci il, № 287) ilə 1-ci, 2-ci hissələr və 9.4-cü bənd ləğv edilmişdir. 

  

[2]

 

25  dekabr  2017-ci  il  tarixli 1760 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti, 27 dekabr 2017-ci il, № 287) ilə 3-cü hissədə, 9.5-ci və 9.6-cı bəndlərdə “Azərbaycan İpoteka Fondu” 

Açıq Səhmdar Cəmiyyətinin” sözləri “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun” 

sözləri ilə əvəz edilmişdir. 

  

[3]

 

25  dekabr  2017-ci  il  tarixli 1760 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti, 27 dekabr 2017-ci il, № 287) ilə 4-cü hissədə “Cəmiyyətin” sözü “Azərbaycan Respublikası İpoteka 

və Kredit Zəmanət Fondunun (bundan sonra – Fond)” sözləri ilə əvəz edilmişdir. 

  

[4]

 2 may 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2018-

ci il, № 99) ilə 5-7-ci hissələr ləğv edilmişdir. 

  

[5]

 

25  dekabr  2017-ci  il  tarixli 1760 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti, 27 dekabr 2017-ci il, № 287) ilə 6-cı, 8-ci, 12-ci hissələrdə və 7.3-cü bənddə ismin müvafiq hallarında 

Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə əvəz edilmişdir. 

  

[6]

 

7  avqust  2017-ci  il  tarixli 1574 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti, 8 avqust 2017-ci il, № 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 8, 

maddə 1521) ilə 7-ci hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir. 

  

[7]



 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  1.5-ci  bəndi 

yeni redaksiyada verilmişdir. 



  

əvvəlki redaksiyada deyilirdi: 

1.5. Cəmiyyətin hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40. 

  

[8]



 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  4.3-cü 

bəndində  hər  iki  halda  “307  238  671  (üç  yüz  yeddi  milyon  iki  yüz  otuz  səkkiz  min  altı  yüz  yetmiş 



bir)” sözləri “366 000 000 (üç yüz altmış altı milyon)” sözləri ilə əvəz edilmişdir. 

  



[9]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə 1340) ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsi”nin 4.9-cu bəndi 

yeni redaksiyada verilmişdir. 



  

əvvəlki redaksiyada deyilirdi: 

4.9. Cəmiyyətin fəaliyyətindən əldə olunan gəlirin ən azı 50 faizi ipoteka kreditləşməsinə  yönəldilir, 

qalan hissəsindən isə aşağıdakı istiqamətlərdə istifadə edilə bilər: 

4.9.1. müəssisələrin səhmlərinin (paylarının) və dövlət qiymətli kağızlarının əldə olunması üçün; 

4.9.2. banklarda depozitlərin yerləşdirilməsi üçün. 

  

[10]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.3-cü 

bəndindən “, Təftiş Komissiyasının” sözləri çıxarılmışdır. 

  

[11]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.6.2-ci 

yarımbəndin 2-ci abzası ləğv edilmişdir. 

  

[12]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.6.5-ci 

yarımbəndindən “Təftiş Komissiyasının reqlamentini,” sözləri çıxarılmışdır. 

  

[13]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.6.6-cı 

yarımbəndindən “təmirli” sözü çıxarılmışdır. 

  

[14]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.6.8-ci 

yarımbəndindən  “, işçilərinin  say  həddini,  əməkhaqqı  sistemini  müəyyənləşdirmək  və  əməkhaqqı 



fondunu” sözləri çıxarılmışdır. 

  

[15]



 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.6.12-ci 

yarımbəndi ləğv edilmişdir. 

  

[16]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.6.13-cü 

yarımbənddə “seçmək” sözü “təyin etmək” sözləri ilə əvəz edilmişdir. 

  

[17]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.6.14-cü 

yarımbəndindən “və Təftiş Komissiyası tərəfindən təftişinin aparılması” sözləri çıxarılmışdır. 

  

[18]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 



maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  7.6.16-cı 

yarımbənddən “Təftiş Komissiyasının,” sözləri çıxarılmışdır. 

  

[19]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  8.4.5-ci 

yarımbəndindən “, işçilərinin say həddi, əməkhaqqı sistemi və əməkhaqqı fondu” sözləri çıxarılmışdır. 

  

[20]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nə  yeni 

məzmunda 8.4.12-1-ci yarımbənd əlavə edilmişdir. 

  

[21]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  Nizamnaməsi”nin  9-cu  hissə 

yeni redaksiyada verilmişdir. 

  

əvvəlki redaksiyada deyilirdi: 



  

9. Təftiş Komissiyası, daxili və kənar audit 

  

9.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirmək üçün 3 nəfərdən az olmayan 



tərkibdə Təftiş Komissiyası yaradılır. 

9.2.  Təftiş  Komissiyasının  üzvləri  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  tərəfindən  təyin  və 

azad  edilir.  Təftiş  Komissiyası  üzvlərinin  səlahiyyət  müddəti  3  ildir.  Onlar  növbəti  müddətlərə  yenidən 

təyin edilə bilərlər. 

9.3.  Müşahidə  Şurasının  və  İdarə  Heyətinin  üzvü,  Cəmiyyətə  aidiyyəti  olan  şəxslər  Təftiş 

Komissiyasının üzvü ola bilməzlər. 

9.4. Təftiş Komissiyası öz vəzifələrini “Daxili audit haqqında” Azərbaycan Respublikası Qanununun 

3.1.2–3.1.4-cü və 4.2-ci maddələrinə və bu Nizamnaməyə uyğun olaraq yerinə yetirir. 

9.5. Müşahidə Şurası Təftiş Komissiyasının fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir. 

9.6. Təftiş Komissiyası Cəmiyyətin bütün orqanlarından və vəzifəli şəxslərindən Cəmiyyətin maliyyə-

təsərrüfat fəaliyyəti ilə əlaqədar sənədlərin təqdim olunmasını tələb edə bilər. 

9.7. Təftiş Komissiyası qarşıda duran vəzifələrin həlli məqsədi ilə Cəmiyyətin daxili audit sistemindən 

istifadə edə bilər. 

9.8. Təftiş Komissiyası sədrinin aşağıdakı hüquq və vəzifələri vardır: 

9.8.1. Təftiş Komissiyasının iclaslarını çağırmaq və iclaslara sədrlik etmək; 

9.8.2. Təftiş Komissiyasının üzvləri arasında vəzifə bölgüsü aparmaq və onlara tapşırıqlar vermək. 

9.9.  Təftiş  Komissiyası  üzvlərinin  səlahiyyəti  onlar  arasında  aparılmış  vəzifə  bölgüsü  və  Təftiş 

Komissiyası sədrinin tapşırıqları əsasında müəyyən edilir. 

9.10.  Təftiş  Komissiyası,  onun  sədri  və  üzvləri  öz  fəaliyyətlərində  Azərbaycan  Respublikası 

qanunvericiliyinin,  bu  Nizamnamənin,  Müşahidə  Şurasının  öz  səlahiyyətləri  daxilində  qəbul  etdiyi 

qərarların müddəalarını rəhbər tuturlar. 

9.11. Təftiş Komissiyasının iclasları 3 ayda bir dəfədən az olmayaraq keçirilir. Yaranmış problemlərin 

həlli üçün iclaslar istənilən vaxt çağırıla bilər. 

9.12.  Təftiş  Komissiyasının  iclasları  onun  üzvləri  tam  tərkibdə  iştirak  etdikdə  səlahiyyətlidir.  Əks 

halda 10 gündən sonra yeni iclas çağırılır. 

9.13. Təftiş Komissiyasının qərarları iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Hər 

bir üzv bir səs hüququna malikdir, səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. 

9.14.  İdarə  Heyəti  və  Müşahidə  Şurası  üzvlərinin  Təftiş  Komissiyasının  iclasında  iştirak  etmək 

hüququ vardır. İclaslara digər şəxslər də dəvət oluna bilərlər. Onların səsvermə hüququ yoxdur. 

9.15.  Müşahidə  Şurasının  qərarına  əsasən,  Təftiş  Komissiyasının  üzvlərinə  fəaliyyət  göstərdikləri 

müddətdə muzd ödənilir. 



9.16. Cəmiyyət daxili audit xidmətini təsis edir. Daxili audit və bu xidmətin işini icra edən şəxslər öz 

fəaliyyətlərində müstəqildirlər və öz funksiyalarını icra edərkən müstəqil qiymət vermək, nəticələr çıxarmaq 

hüququna malikdirlər. 

9.17.  Cəmiyyətin  daxili  auditinin  əməkdaşları  “Daxili  audit  haqqında”  Azərbaycan  Respublikası 

Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verməlidirlər. 

9.18. Daxili audit xidməti “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən 

edilmiş vəzifələri yerinə yetirir. 

9.19. Cəmiyyətin bütün müvafiq bölmələri və əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların 

tələbi  ilə  zəruri  sənədləri  onlara  təqdim  etməyə,  öz  vəzifələrinin  icrası  üçün  zəruri  şərait  yaratmağa 

borcludurlar. 

9.20.  Cəmiyyətin  maliyyə-təsərrüfat  fəaliyyətinin  auditi  Cəmiyyətin  Müşahidə  Şurasının,  Təftiş 

Komissiyasının və ya İdarə Heyəti sədrinin qərarı ilə həyata keçirilir. 

9.21. Cəmiyyət öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edir. 

9.22. Eyni kənar auditorla ardıcıl 3 ildən artıq müddətə müqavilə bağlamaq olmaz. 

  

[22]

 

25  dekabr  2017-ci  il  tarixli 1760 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  27  dekabr  2017-ci  il,  №  287) ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti 

hesabına  ipoteka  kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın 

adında “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin”  sözləri  “Azərbaycan  Respublikası 

İpoteka və Kredit Zəmanət Fondunun” sözləri ilə əvəz edilmişdir. 

  

[23]

 

25  dekabr  2017-ci  il  tarixli 1760 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  27  dekabr  2017-ci  il,  №  287) ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti 

hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 1-ci hissəsi istisna 

olmaqla, mətn üzrə ismin müvafiq hallarında “Cəmiyyət” sözü ismin müvafiq hallarında “Fond” sözü ilə, 

mətn  üzrə  ismin  müvafiq  hallarında  “Müşahidə  Şurası”  sözləri  ismin  müvafiq  hallarında  “Himayəçilik 



Şurası” sözləri ilə əvəz edilmişdir. 

  

[24]

 

25  dekabr  2017-ci  il  tarixli 1760 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  27  dekabr  2017-ci  il,  №  287) ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti 

hesabına  ipoteka  kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  1-ci  hissəsinin 

mətnində “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra  – Cəmiyyət)” sözləri 

Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun (bundan sonra  – Fond)” sözləri ilə əvəz 

edilmişdir. 

2 may 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2018-ci 



il,  №  99) ilə “Azərbaycan  Respublikası  İpoteka  və  Kredit  Zəmanət  Fondunun  vəsaiti  hesabına  ipoteka 

kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 1-ci hissəsində “habelə” sözündən 

sonra “ipoteka kreditinin restrukturizasiyası və” sözləri əlavə edilmişdir. 

  

[25]



 

4  aprel  2017-ci  il  tarixli 1312 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  5  aprel  2017-ci  il,  №  69, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  4, 

maddə  526) ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.1.4-cü  yarımbəndində 

qeydiyyatına” sözündən sonra “, o cümlədən qabaqcadan qeydiyyata” sözləri əlavə edilmişdir. 

2 may 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2018-ci 



il,  №  99) ilə “Azərbaycan  Respublikası  İpoteka  və  Kredit  Zəmanət  Fondunun  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın 3.1.4-cü  yarımbəndi  yeni 

redaksiyada verilmişdir. 

Əvvəlki redaksiyada deyilirdi: 

3.1.4. kredit, üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına, o cümlədən qabaqcadan qeydiyyata alınmış 

yaşayış sahəsinin alınmasına verilməlidir; 

  



[26]

 

4  aprel  2017-ci  il  tarixli 1312 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  5  aprel  2017-ci  il,  №  69, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  4, 

maddə  526) ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.1.5-ci  yarımbəndində  “və 



təmirli” sözləri “və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda nəzərdə tutulmayıbsa, 

təmirli” sözləri ilə əvəz edilmişdir. 

  

13 iyul 2017-ci il tarixli 1530 nömrəli



 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 

21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7,  maddə 

1340) ilə Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka  kreditinin,  o 

cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.1.5-ci  yarımbəndi  yeni  redaksiyada 

verilmişdir. 

əvvəlki redaksiyada deyilirdi: 

3.1.5.  kredit  yaşayış  sahəsinin  1  kvadratmetri  üçün  hesablanan  qiyməti  ipoteka  kreditinin  verilmə 

tarixinə  Bakı  şəhəri,  habelə  onun  qəsəbə  və  kəndləri  üzrə  zonalarda,  ölkənin  digər  şəhər  və  rayon 

ərazilərində orta bazar qiymətindən artıq olmayan və Azərbaycan Respublikası Prezidentinin aktları ilə ayrı qayda 

nəzərdə tutulmayıbsa, təmirli yaşayış sahələrinin alınmasına verilməlidir; 

  

[27]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli



 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340)  ilə Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin, 

cümlədən 



güzəştli 

ipoteka 


kreditinin 

verilməsi 

Qaydası”nın 

3.1.6-cı 

yarımbəndindən “(maksimal  məbləğ  Azərbaycan  Respublikası  Vergi  Məcəlləsinin  220.8.1-ci  maddəsinə 

uyğun  olaraq,  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  müəyyən  etdiyi  Bakı  şəhəri  üzrə  7-ci 

zonada  yerləşən,  sahəsi  100  kvadratmetr  olan  təmirli  yaşayış  sahəsinin  1  kvadratmetrinin  orta  bazar 

qiyməti ilə hesablanmış dəyərindən artıq olmamalıdır)” sözləri çıxarılmışdır. 

  

[28]

 2 may 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2018-

ci  il,  №  99) ilə Azərbaycan  Respublikası  İpoteka  və  Kredit  Zəmanət  Fondunun  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.1.7-ci  yarımbəndində  "faiz 



dərəcələri" sözləri "faiz dərəcələrinin yuxarı həddi" sözləri ilə əvəz edilmişdir. 

  

[29]



 

4  aprel  2017-ci  il  tarixli 1312 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  5  aprel  2017-ci  il,  №  69, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  4, 

maddə  526) ilə “Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.1.8-ci  yarımbəndində 

85” rəqəmləri (hər iki halda) “90” rəqəmləri ilə əvəz edilmişdir. 

  

13 iyul 2017-ci il tarixli 1530 nömrəli



 Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 

21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7,  maddə 

1340) ilə Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka  kreditinin,  o 

cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.1.8-ci  yarımbəndi  yeni  redaksiyada 

verilmişdir. 

əvvəlki redaksiyada deyilirdi: 



  

3.1.8.  güzəştli  ipoteka  krediti  kreditin  verildiyi  tarixə  ipoteka  ilə  yüklü  edilən  yaşayış  sahəsinin 

qiymətinin 90 faizi  həcmində  verilməlidir  (güzəştli  ipoteka  kreditinin  məbləğinin 90 faizdən  az  olması 

barədə borcalanın rəsmi müraciət etdiyi hallar istisna olmaqla); 

  

[30]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340) ilə Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.1.9-cu  yarımbəndi  ləğv 

edilmişdir. 



  

[31]

 2 may 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2018-



ci  il,  №  99) ilə “Azərbaycan  Respublikası  İpoteka  və  Kredit  Zəmanət  Fondunun  vəsaiti  hesabına  ipoteka 

kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”nın 3.1.10-cu yarımbəndinin sonunda 

nöqtəli  vergül  işarəsi  nöqtə  işarəsi  ilə  əvəz  edilmişdir  və  həmin  yarımbəndə  yeni  məzmunda  ikinci  cümlə 

əlavə edilmişdir. 

  

[32]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340) ilə Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.2.3-cü  yarımbəndi  yeni 

redaksiyada verilmişdir. 

əvvəlki redaksiyada deyilirdi: 

3.2.3. ən azı 15 il dövlət qulluğunda qulluq edən şəxs

  

[33]

 

21 


iyul 

2017-ci 


il 

tarixli 1560 nömrəli

 Azərbaycan 

Respublikası 

Prezidentinin 

Fərmanı (“Azərbaycan”  qəzeti,  29  iyul  2017-ci  il,  №  162,  Azərbaycan  Respublikasının  Qanunvericilik 



Toplusu, 2017-ci il, №7 , maddə 1370) ilə “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin vəsaiti 

hesabına  ipoteka  kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.2.5-ci 

yarımbəndindən  sonra  nöqtə  işarəsi  nöqtəli  vergül  işarəsi  ilə  əvəz  edilmişdir  və  yeni  məzmunda  3.2.6-cı 

yarımbənd əlavə edilmişdir. 

  

[34]

 

13  iyul  2017-ci  il  tarixli 1530 nömrəli

 Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanı (“Xalq” 

qəzeti,  21  iyul  2017-ci  il,  №  155, Azərbaycan  Respublikasının  Qanunvericilik  Toplusu,  2017-ci  il,  №  7, 

maddə  1340) ilə Azərbaycan  İpoteka  Fondu”  Açıq  Səhmdar  Cəmiyyətinin  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  3.5-ci  bəndin  ikinci  cümləsindən 

kredit,  o  cümlədən  güzəştli  ipoteka  krediti  üzrə  müəyyən  olunan  illik  faiz  dərəcələrinin  70  faizi 

səviyyəsində” sözləri çıxarılmışdır. 

  

[35]

 2 may 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2018-

ci  il,  №  99) ilə  “Azərbaycan  Respublikası  İpoteka  və  Kredit  Zəmanət  Fondunun  vəsaiti  hesabına  ipoteka 

kreditinin,  o  cümlədən  güzəştli  ipoteka  kreditinin  verilməsi  Qaydası”nın  4.8-ci  bəndinin  ikinci  cümləsi 

üçüncü  cümlə  hesab  edilmişdir  və  bəndə  yeni  məzmunda  ikinci  cümlə  əlavə  edilmişdir  və  4.8-ci  bəndin 

üçüncü cümləsində “Həmin” sözü “Kreditin verilməsinə dair” sözləri ilə əvəz edilmişdir. 

  

[36]

 2 may 2018-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 3 may 2018-



ci  il,  №  99) ilə  “Azərbaycan  Respublikası  İpoteka  və  Kredit  Zəmanət  Fondunun  vəsaiti  hesabına  ipoteka 

kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na yeni məzmunda 6-1-ci hissə əlavə 



edilmişdir. 

 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə