Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə26/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   22   23   24   25   26   27   28   29   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
44 
rayonlaşdırılmasını  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi  yanında  Xüsusi  komissiyaya  həvalə  etmək.  Bu 
iclasda Kürdüstanın idarə forması və inzibati bölgüsü haqqında 4-cü məsələ də müzakirə olundu. Buradan aydın 
olduğu  kimi,  Dağlıq  Qarabağ  Muxtar Vilayəti  yaradıldığı  dövrdə  Aran  Qarabağın  da  xüsusi  bir inzibati-ərazi 
vahidində  birləşdirilməsi  fikri  olmuşdu.  Lakin  az  bir  vaxt  keçdikdən  sonra  bu  fikir  dəyişmişdi.  Azərbaycan 
Mərkəzi İcraiyyə Komitəsi sədri Qasımov, Xalq Komissarları Soveti sədrinin müavini M.Quliyev və Daxili işlər 
naziri  İ.Sviridovun  imzaladığı  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsinin  1923-cü  il  6  avqust  tarixli  əmrinə 
əsasən Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldıqdan sonra Qarabağın qalan hissəsindən Ağdam, Cəbrayıl və 
Kürdüstan  qəzaları  yaradılmışdı.  Həmin  sənədə  görə  Ağdam,  Cəbrayıl  və  Kürdüstan  qəzalarının  ərazilərinin 
tərkibi,  mərkəzləri,  qəza  icrakom  sədrləri  və  b.  məsələlər  müəyyənləşdirilmişdi,  Qubadlı  qəzası  isə  ləğv 
edilmişdi.  
Azərbaycan  Mərkəzi  Statistika  İdarəsi  Azərbaycan  SSR-də  həyata  keçirilən  bu  və  digər  inzibati-ərazi 
bölgülərini nəzərə alaraq 1921-ci il kənd təsərrüfatı siyahıya almasının materialları əsasında onların ərazisinin 
sahəsi,  əhalisinin  milli  tərkibi  və  b.  məsələlər  üzrə  hesablamalar  aparmışdı.  Həmin  hesablamalara  görə 
Qarabağın  tarixi  ərazisindən  (xanlığın  sərhədləri  üzrə)  Azərbaycan  SSR  tərkibində  Dağlıq  Qarabağ  Muxtar 
Vilayəti - 4.160,5 kv.km., Cəbrayıl qəzası - 4.268,5 kv.km., Ağdam qəzası - 4.135,4 kv.km., Kürdüstan qəzası - 
3.432,4  kv.km.  (cəmi  15.996,9  kv.km.)  qalmışdı.  Qarabağın  tarixi  ərazilərindən  bir  hissə  isə  Azərbaycandan 
qoparılaraq Ermənistana verilmişdir. Sonrakı inzibati-ərazi bölgüləri prosesində Zəngəzur qəzasının Azərbaycan 
SSR tərkibində qalan hissəsində Zəngilan (0,7 min kv.km.), Qubadlı (0,8 min kv.km.), Laçın (1,8 min. kv.km.) 
rayonları  yaradıldı.  Ağdam  və  Cəbrayıl  qəzalarının  ərazisində  isə  Ağdam  (1,  1  min.  kv.km.),  Bərdə  (1,0 
min.kv.km.),  Ağcabədi  (1,8  min.  kv.km.),  Tərtər  (0,  4  min.kv.km.),  Cəbrayıl  (1,0  min.kv.km.)  rayonları 
yaradıldı. Beləliklə, Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olan Qarabağ xanlığının ərazisi parçalanaraq 
bir hissəsi Ermənistana verildi, Azərbaycanda qalan hissəsində isə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı.  
 
Dağlıq Qarabağ 1923-1980-cı illərdə 
İndiyədək  Dağlıq  Qarabağa  muxtariyyət  verilməsi  məsələsindən  bəhs  edilərkən  demək  olar  ki,  onun 
ərazisinin  inzibati  bölgüsü  tarixinin  ən  mühüm  hadisələrinə  lazımi  diqqət  yetirilməmişdir.  Təhlil  göstərir  ki, 
Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisi real tarixi əks etdirən elmi-coğrafi prinsiplər əsasında deyil, xüsusi 
məqsəd  güdən  volyuntarist  yanaşma  əsasında  formalaşdırılıb,  yəni  o,  erməni  yaşayış  məskənlərinin  üstün 
olduğu lokal əraziləri muxtar qurum adı altında birləşdirilmək yolu ilə təşkil olunub. (Yeri gəlmişkən qeyd edək 
ki,  bu  "prinsip"  əsasında  ermənilər  kompakt  yaşadıqları  başqa  ölkələrin  ərazisində  də  özlərinə  "muxtariyyət" 
tələb edə bilərlər!). İş o yerə çatmışdı ki, Kəlbəcərə məxsus Ağdaban, Füzuliyə məxsus Yuxarı Veysəlli kəndləri 
Dağlıq  Qarabağ  Muxtar  Vilayətinin  sərhədləri  daxilində  qalmış,  inzibati  tabeçilik  dəyişdirilmişdi.  Dağlıq 
Qarabağ  muxtariyyətinin  Əsasnaməsini  hazırlayan  komissiyanın  qərarına  əsasən  onun  tərkibinə  170-dən  çox 
yaşayış  məskəni  verilmişdi.  Azərbaycan  Mərkəzi  Statistika  İdarəsinin  1924-cü  ilə  aid  məlumatında  isə  artıq 
həmin məskənlərin sayının 200-dən çox olduğu göstərilir. Q.Koçaryan familiyalı erməni isə 1925-ci ildə nəşr 
edilmiş kitabçada bu məskənlərin sayının 215 olduğunu bildirir. Bu faktlar Dağlıq Qarabağ muxtar vilayətinin 
ərazisinin rəsmi sənədlərin əksinə olaraq genişləndirildiyini və yeni yaşayış məskənləri hesabına əhalisinin sayı 
və etnik tərkibinin ermənilərin xeyrinə dəyişdirildiyini sübut edir.  
Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  yaradıldıqdan  sonra  onun  tərkibinə  verilmiş  yaşayış  məskənləri  rayon-
volost-kənd  pillələri  əsasında  inzibati  baxımdan  aşağıdakı  kimi  bölünmüşdü:  1.  Dizaq  rayonu.  Bu  rayonun 
tərkibində 5 volost (Hadrut, Tuğ, Xozabyurd, Arakül, Edilli) və 48 kənd var idi; 2. Vərəndə rayonu. Bu rayonun 
tərkibində  5  volost  (Tağavert,  Sus,  Çartaz,  Noraşen)  və  46  kənd  var  idi.  3.  Şuşa  rayonu.  Şuşa  şəhəri  və 
Malıbəyli  volostundan  (12  kənd)  ibarət  idi;  4.  Xaçın  rayonu.  Bu  rayonun  tərkibində  4  volost  (Daşbulaq, 
Əsgəran,  Krasnoselsk,  Qala  dərəsi)  və  53  kənd  var  idi.  5.  Ceraberd  rayonu.  Bu  rayonun  tərkibində  4  volost 
(Marquşevan,  Orataq,  Dovşanlı,  Aterk)  və  53  kənd  var  idi.  Yeni  inzibati-ərazi  bölgüsü  həyata  keçirilərkən 
DQMV-də dəyişiklik baş verir. 1930-cu ilin avqustunda DQMV ərazisi yenə də 5 rayona bölünür: 1. Ceraberd, 
2. Martuni, 3. Stepanakert, 4. Dizaq, 5. Şuşa. Göründüyü kimi Vərəndə Martuni adlandırılır, Xaçının ərazisi isə 
Stepanakertə  aid  edilir.  1939-cu  il  avqustun  17-də  Ceraberd  Mardakert,  Dizaq  isə  Hadrut  adlandırılır.  Başqa 
sözlə,  Azərbaycan  dövləti  olan  Qafqaz  Albaniyası  dövrünə  aid  olan  Dizaq,  Vərəndə,  Xaçın,  Ceraberd  kimi 
tarixi-coğrafi  adlar  unutdurulur  və  xüsusi  məqsədlə  Rusiya  işğalları  dövründə  bura  köçürülüb  gətirilmiş 
ermənilərə  məxsus  adlarla  əvəz  olunur.  1960-cı  illərin  əvvəllərində  rayonların  iriləşdirilməsi  siyasəti  həyata 
keçirilərkən  əsas  zərbə  Şuşaya  vurulur.  1963-cü  il  yanvarın  4-də  Şuşa  rayonu  ləğv  edilir,  onun  ərazisi 
Stepanakert  rayonuna  verilir.  Lakin  N.S.Xruşşovun  hakimiyyətdən  uzaqlaşdırılmasından  sonra  inzibati  ərazi 
bölgüsündə yeni dəyişiklik baş verir. 1965-ci il yanvarın 6-da Şuşa rayonu yenidən təşkil olunur.
106
 1978-ci ildə 
Heydər  Əliyevin  qətiyyəti  sayəsində  Stepanakert  rayonu  əsasında  Əsgəran  rayonu  təşkil  edilir.  SSRİ-nin 
dağılmasınadək Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazi bölgüsü belə idi.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə