Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə34/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   30   31   32   33   34   35   36   37   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
56 
daşnaklar Kars  vilayətini  və  İrəvan  quberniyasının  hər  yerində  müsəlman  əhalinin  kütləvi  qırğınını törətdilər. 
Şuragöl,  Şərur-Dərələyəz,  Kaqızman,  Sürməli,  Karakurt,  Sarıqamış  rayonlarını  yandırıb  külə  döndərdilər: 
"beləliklə özlərinin arxa cəbhəsini təmin edərək" Maku sərdarının köməyinə arxayın olub Otluya və Kaqızmana 
hücuma keçdilər…  
1920-ci  ilin  dekabrında  (Ermənistanda)  Sovet  hakimiyyəti  quruldu.  1921-ci  il  Rusiya-Türkiyə  müqaviləsi 
Aleksandropol  müqaviləsini  ləğv  etdi,  Ermənistanla  Türkiyə  arasındakı  sərhədi  indiki  xətlər  şəklində 
müəyyənləşdirdi.  
Həmin  andan  -  erməni  xalqının  yeni  dövlət  quruluşu  yaranmasından  bəri  erməni  məsələsinin  aradan 
qalxdığını  hesab  etmək  olar.  Düzdür,  Ermənistanın  sovetləşməsindən  sonra  Qərbi  Avropa  imperialistləri 
Lozanna  konfransında  erməni  məsələsi  ilə  möhtəkirlik  etməyə  daha  bir  cəhd  göstərdilər  -  "Erməni  ocağı" 
yaratmaq, "milli azlıqlar"ın müdafiəsi üçün Millətlər Birliyinin nəzarəti altında Konstantinopolda xüsusi orqan 
təsis etmək layihəsi irəli sürüldü; lakin bu, yalnız və yalnız Türkiyə nümayəndə heyətinin Mosul məsələsində 
güzəştə getməyə məcbur etmək məqsədi güddüyü üçün lazımi güzəştlər edilən kimi, layihə aradan götürüldü…  
Ermənilərə  yeganə  real  köməyi  Sovet  Rusiyası  göstərdi.  1923-cü  ilin  yanvarın  27-də  Çiçerin  yoldaş 
Lozanna  konfransına  bildirdi  ki,  Rusiya  və  Ukrayna  hökumətləri  xaricdəki  erməni  qaçqınların  böyük  bir 
hissəsini öz ərazilərində yerləşdirmək niyyətindədir. Bu zaman Çiçerin yoldaş tamamilə haqlı olaraq göstərdi ki, 
Sovet  nümayəndə  heyəti  Erməni  məsələsinin  müzakirəsində  iştirak  etməkdən  uzaqlaşdırıldığına  görə  həmin 
məsələ  lazımi  şəkildə  həll  oluna  bilməzdi.  Çiçerin  yoldaşın  məktubu  xaricdəki  erməni  dairəlilərində  hədsiz 
dərəcədə güclü əks-səda doğurdu: bir sıra xeyriyyə cəmiyyətləri, partiyalar sovet hökumətinə minnətdarlıqlarını 
bildirdilər, həmçinin Rusiyanın təklifinin həyata keçirilməsinə dair planları haqqında məlumat verdilər.  
"Böyük Ermənistan" proqramının tamamilə, həmişəlik süquta uğraması, indi Sovet Ermənistanında aparılan 
çox  böyük  təsərrüfat  və  mədəniyyət  işləri  "diaspor"dakı  erməni  siyasi  partiyaları  arasında  qəti  dönüş  yaratdı. 
Erməni  burjuaziyası  və  ziyalıları  partiyası  -  liberal  demokratlar  (ramkavarlar)  indi  Sovet  Ermənistanına 
mehriban münasibət bəsləyirlər. Onların Ermənistana göndərdikləri "kəşfiyyatçılar" Sovet hakimiyyətinin dinc 
quruculuq  işləri  ilə  tanış  olmuş,  nəticədə  ramkavarların  mətbuatında  Sovet  ölkəsinə  böyük  rəğbətlə  yazılan 
materiallar verilmişdir. Hətta millətçi Qaçaq partiyası da bu cür mövqe tutmuşdur.  
Əvvəlki  kimi  Sovet  Ermənistanına  hədsiz  nifrət  bəsləyən  yeganə  partiya  Daşnaksutyundur.  O,  yenə  də 
silahlı müdaxiləni, ölkənin daxilində partizan müharibəsi aparmağı və üsyan qaldırmağı təbliğ edir, halbuki bu 
istiqamətdə  göstərilən  son cəhd  yəni  1921-ci  ilin fevralında Vratsyanın  əksinqilabi  çevrilişi  tam  uğursuzluqla 
nəticələnmiş,  ölkədə  qısa,  lakin  qanlı  vətəndaş  müharibəsi  doğurmuşdu.  İndi  Daşnaksutyun  partiyası  mənəvi 
cəhətdən  çürüməkdədir,  hətta  mühacir  kütlələr  arasında  nüfuzunu  itirir  -  hazırda  qaçqınların  Sovet 
Ermənistanına köçürülməsi üçün Avropada və Amerikada yığılan (əsas etibarilə daşnaksakanların Qırmızı Xaç 
Cəmiyyəti  tərəfindən)  vəsaiti  mənimsəmək  hesabına  dolanır.  Yeri  gəlmişkən  erməni  mühacirləri  arasında  ən 
vicdanlıları özlərinin əvvəlki istiqamətini dəyişir və keçmişdən əl çəkərək, təqsirlərini boyunlarına alıb Vətənə 
qayıdırlar.  
Sovet çevrilişindən sonra Daşnaksutyun şübhəsiz tam ölümə məhkumdur və bu ölümlə Erməni məsələsinin 
tarixində yeni səhifə açılır.  
V.QURKO - KRYAJİN 
1926-cı ildə Moskvada "Böyük Sovet Ensiklopediyası" 
səhmdarlar cəmiyyətinin buraxdığı Böyük Sovet 
Ensiklopediyasından tərcümə edilmişdir. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
57 
Ermənilərin Qarabağa köçürülməsi 
 
Rusiyanın  himayəsi  altında  erməni  dövlətinin  yaradılması,  həmçinin  ermənilərin  İran  və  Türkiyədən 
Rusiyanın  işğal  etdiyi  torpaqlara  köçürülməsi  təsadüfi  hadisə  olmayıb,  erməni-rus  münasibətlərinin 
qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, 
yalnız  ticarət  əlaqələri  deyil,  başlıca  olaraq  Şərqin  müsəlman  dövlətlərinə,  xüsusilə  Türkiyəyə,  XVIII  əsrdən 
etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.  
XV əsrin sonuna aid "Mən Çariçanı gördüm" adlı, müəllifi bəlli olmayan erməni poemasına diqqət edək. 
Poemada Rusiya çarı III İvanla (1462-1505) Bizans şahzadə xanımı Sofiya Poleoloğun toyu təsvir olunur. O, III 
İvanın  təklif  etdiyi  hədiyyələrdən  imtina  edərək  İstanbulun  tutulmasını  tələb  edir,  III  İvan  isə  Qüdsü  azad 
edəcəyini və Eçmiədzinədək gedəcəyini bildirir.  
Poemanın ideyasının "Moskva - üçüncü Roma" nəzəriyyəsinə uyğun olduğunu aydın görürük. (Moskvanın 
üçüncü  Roma  olması  haqqında  baxış  1453-cü  ildə  İstanbulun  süqutundan  sonra  yaranmağa  başlamış,  XVI 
yüzilliyin  əvvəllərində  Yelizar  monastırının  abidi  Filofey  tərəfindən  bitkin  nəzəriyyəyə  çevrilmişdir.  Xristian 
dövlətlərinin  Türkiyəyə  qarşı  ittifaqı  xüsusilə,  "ikinci  Roma  imperiyası"  adlandılıran  Bizansın  mülkiyyət  və 
hüquqlarının  varisinin  Rusiya  olması  və  başqa  məsələlər  bu  nəzəriyyənin  əsasını  təşkil  edir).  Bu  poemanın 
ideyası yalnız poetik istək olmaqla qalmamışdı. Onun həyata keçirilməsi üçün erməni-rus hərbi siyasi ittifaqının 
əsaslandırılması və yaradılması sahəsində də addımlar atıldı.  
Erməni-rus  münasibətləri Rusiyanın Kazan  (1552)  və  Həştərxanın  (1556) işğalı,  Türkiyə  müharibələri  ilə 
(1635-1639,1711,1768-1774,  1787-1791  və  başqaları)  genişlənir,  onun  Xəzər  sahili  torpaqları  istila  etmək 
cəhətləri ilə daha da möhkəmlənir. Bu hadisələrin gedişi zamanı ermənilərin Rusiyaya köçürülməsi və burada 
erməni koloniyaları yaradılması başlanır.  
Bu işdə I Pyotrun erməni xalqına dövlət fərmanı (1724-cü il 10 oktyabr) böyük rol oynadı. Həmin fərmana 
görə  Rusiyanın  işğal  etdiyi  torpaqlara  ermənilərin  köçürülməsi  və  məskən  salmaları  üçün  yerlər  ayrılmasına 
razılıq verilirdi.  
I Pyotrun bu siyasi xətti onun varisləri tərəfindən sonrakı bir əsr ərzində davam etdirildi. 1804-1813-cü illər 
Rus-İran  müharibəsində  Rusiyanın  qələbəsi  və  Azərbaycanı  parçalayan  "Gülüstan  müqaviləsi"  ermənilərin 
köçürülməsi  və  birləşdirilməsini  bir  daha  qəti  şəkildə  irəli  sürdü.  1826-1828-ci  illər  Rus-İran  müharibəsinin 
gedişində İrəvan tutulduqdan sonra bu plan həyata keçirilməyə başladı. Erməni  katolikosu Nerses Aştaraketsi 
köçürmə haqqında layihə hazırladı. A.S.Qriboyedov da bu planın hazırlanması və həyata keçirilməsində böyük 
rol oynadı.  
Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş 
və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı:  
"İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında 
mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini 
rica etdim… Mən həmçinin İranda olan bütün ermənilər haqqında zat-alidən (Paskeviçdən - K.Ş.) xahiş etdim 
və  indi  mən  cənaba  (Qriboyedova  -  K.Ş.)  yazıram,  cənabınızdan  da  rica  edirəm:  İvan  Fyodoroviç  Paskoviçi 
lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin 
Böyük  Rusiya  imperiyası  himayəsi  altında  azad  surətdə  öz  vətəni  Ermənistana  qayıtmaq  haqqında  maddəni 
müqaviləyə daxil etməyi unutmasın".  
1828-ci il fevralın 10-da imzalanmış "Türkmənçay müqaviləsi"nin XV maddəsi ermənilərin köçürülməsini 
nəzərdə tuturdu.  
XV maddədən: "Şah həzrətləri… Azərbaycan adlanan vilayətin bütün əhalisinə və məmurlarına büsbütün və 
tam bağışlanma əta edir… Bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran 
vilayətindən  Rusiyaya  sərbəst  keçmək,  hökumət  və  yerli  rəisliyin  heç  bir  maneçiliyi  olmadan  onların  satlıq 
malına və ya əmlakına və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və 
satmaq üçün bir il vaxt verilir. Tərpənməyən mülkə gəldikdə isə onun satılması və ya onun haqqında könüllü 
sərəncam üçün beş illik müddət müəyyən edilir".  
Ermənilərin  köçürülməsini  təşkil  etmək  üçün  İrəvan  və  Naxçıvanda  köçürmə  komitələri  yaradıldı. 
Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və mükəlləfiyyətlərdən azad edildi, onlara 
İrandan alınan təzminat hesabına vəsait verildi və i. a.  
Müəyyən hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 
40-50  min  nəfər  təşkil  edirdi.  1828-1829-cu  il  rus-türk  müharibəsinin  gedişində  və  müharibədən  sonra 
Türkiyədən  də  90  min  erməni  köçürüldü.  İran,  Türkiyə  və  digər  Şərq  ölkələrində  ermənilərin  Rusiyaya 
köçürülməsi bütün sonrakı dövr ərzində davam etdirildi.  
Köçürmənin əsas istiqaməti Zaqafqaziya idi.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə