Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə32/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   28   29   30   31   32   33   34   35   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
54 
Genişlənən  antaqonizmin  ikinci  səbəbi  ondan  ibarət  idi  ki,  ermənilərin  şəhər  burjuaziyası  müsəlman 
əhalinin geridə qalan kütlələrinə münasibətdə Türkiyə şəraitində yırtıcı, əsas etibarilə sələmçi xarakter daşıyan 
kapitalın nümayəndəsi kimi çıxış edirdi.  
Beləliklə, sırf iqtisadi zəmində kəskinləşən Erməni məsələsi "böyük dövlətlərin" - Rusiyanın və İngiltərənin 
faciəli müdaxiləsi nəticəsində daha da mürəkkəbləşdi. Rusiya ticarət-sənaye kapitalının Qara dənizi, Bosforu və 
Dardaneli  zəbt  etmək  səyi  "xristianları  müsəlman  Türkiyəsinin  zülmündən  xilas  etmək  uğrunda  mübarizə" 
şuraları  ilə  pərdələnirdi;  milli-siyasi  müqəddəratı  müstəqil  təyin  etmək  məqsədi  ilə  bu  şüarlardan  istifadə 
edəcəyinə  ümid  bəsləyən  erməni  burjuaziyasının  əksəriyyəti  nəinki  özü  Rusiya  istiqamətini  götürdü,  üstəlik, 
Türkiyə  Ermənistanı  erməniləri  arasında  həmin  istiqamətdə  təşviqat  aparmağa  başladı.  Bu  mövqe  Türkiyə 
hökumətinin  erməni  burjuaziyasına  münasibətini  kəskin  şəkildə  dəyişdi,  halbuki  1877-ci  il  müharibəsinədək 
hökumət erməni burjuaziyasını nəinki təqib eləmirdi, əksinə, hətta adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri 
tutmalarına şərait yaradırdı. Türkiyə ilə sülh şərtlərinin müzakirəsi zamanı Rusiya ermənilərinin Qafqaz canişini 
böyük knyaz Mixail Nikolayeviçə məktub göndərməsi və patriarx Nerses başda olmaqla Türkiyə ermənilərinin 
rəsmi  müraciət  etməsi  -  onların  Rusiyadan  kömək  istəməsi  bu  münasibətləri  daha  da  kəskinləşdirdi.  Rusiya 
həmin müraciətdən istifadə edərək San-Stefaniya ilkin sülh müqaviləsinə 16-cı paraqraf saldı. Bu paraqrafa görə 
Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatlar keçirməli idi, həmin iş görülənədək rus qoşunları Asiya 
Türkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edirdilər.  
Çar  Rusiyasının  "özlərini  onun  himayədarlığına  vermiş  ermənilərin  yaşadığı  dağlıq  ərazilərə  möhkəm 
qədəm basmaq" cəhdi Yaxın Şərqdəki əsas rəqibi - İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. Berlin Konqresində 
İngiltərə göstərilən 16-cı paraqrafın yeni maddə (Berlin Traktatının 61-ci maddəsi) ilə əvəz edilməsinə nail oldu. 
Bu maddə Türkiyə hökumətinin erməni əyalətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi, 
lakin həmin islahatların keçirilməsi üzərində nəzarəti təklikdə Rusiyaya yox, Berlin Konqresinin iştirakçısı olan 
altı böyük dövlətdən ibarət "birliyə" verirdi.  
Berlin Konqresinin qərarları erməni burjuaziyasının rəhbər dairələrində milli erməni dövlətinin yaradılması 
uğrunda mübarizədə kömək göstəriləcəyinə ümid doğurdu - həm də təkcə Rusiya tərəfindən deyil, bütün böyük 
dövlətlər  tərəfindən.  Bu  xam  xəyal  ermənilərə  "dənizdən  dənizədək"  (Qara  dənizdən  Aralıq  dənizinədək) 
"Böyük  Ermənistan"  boyun  olmuş  İngiltərə  diplomatiyası  tərəfindən  möhkəm  qızışdırılırdı.  Lakin  istiqamətin 
dəyişməsi ermənilərin ancaq tam təcrid edilməsi ilə nəticələndi - onların beynəlxalq vəziyyəti mənasında. Onlar 
Rusiyadan özləri imtina etmişdilər. İngiltərəyə həmin mərhələdə yalnız o lazım idi ki, Rusiyaya özünün Yaxın 
Şərq siyasətində ermənilərdən istifadə etməyə imkan verməsin. İngiltərənin Türkiyədəki öz siyasətində isə bu 
zaman  ermənilər  lazım  deyildi:  həmin  siyasətin  növbəti  vəzifələrini  Türkiyə  ilə  gizli  müqavilə  həll  etmişdi. 
Müqaviləyə əsasən İngiltərə Türkiyəni Rusiyadan qorumaq öhdəliyi müqabilində Kipr adasını aldı…  
Böyük  dövlətlərdən  kömək  almaq  üçün  ümidini  itirən…  erməni  burjuaziyası…  silahlı  mübarizəyə  keçdi. 
Rusiya Zaqafqaziyasında məskən salan millətçi Qnçak və Daşnaksütyun partiyaları yaradıldı və onlar Türkiyəyə 
təbliğatçılar və təşviqatçılar göndərdilər, üsyançı dəstələri təşkil etdilər. Bu dəstələrin çıxışlarından məqsəd real 
döyüş qələbələri deyildi (Türkiyə hökuməti ilə mübarizədə qalib gəlmək üçün ermənilərin qüvvəsi açıq-aydın 
çatışmırdı),  daha  çox  böyük  dövlətlərin  diqqətini  Ermənistan  hadisələrinə  cəlb  etməyə  çalışırdılar  ki,  onlar 
müdaxiləyə  və  Berlin  traktatının  61-ci  maddəsində  göstərilən  öhdəlikləri  yerinə  yetirməyə  cəlb  olunsunlar  - 
Türkiyə  də,  Qərbi  Avropa  dövlətləri  də  həmin  maddəni  eyni  dərəcədə  unutmuşdular.  Göstərilən  partiyaların 
xaricdəki komitələri Qərbi Avropada bu istiqamətdə güclü iş aparırdılar. 1890-cı illərin axırlarına yaxın Qaçaq 
meydandan çıxdı və ermənilərin yeganə rəhbər siyasi təşkilatı Daşnaksutyun oldu.  
Təbiidir  ki,  üsyan  mübarizəsi  yerlərdə  vəziyyəti  daha  da  kəskinləşdirdi...  Misiri  işğal  edəndən  sonra 
ingilislərin Nil vadisinin işğalını leqallaşdırmaq haqqında Sultan Əbdülhəmidlə müqavilə bağlamaq niyyəti boşa 
çıxan İngiltərə erməniləri "yadına saldı" və onlardan Sultanı hədələmək üçün istifadə etməyə cəhd göstərdi….  
İngiltərənin  ermənilərə  "ani"  marağı  sönüb  getmişdi;  üstəlik  o,  rus  hökumətinin  "hər  hansı  bir  dövlət 
tərəfindən müstəqil çıxışa yol verməyəcəyini" bildirən Rusiya ilə bağlı idi. Rusiyaya gəlincə isə o, həmin dövrdə 
Zaqafqaziyada ruslaşdırma siyasəti yeridirdi və "Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazi 
yaradılması"  ideyasının  əleyhinə  çıxış  edirdi.  Bundan  başqa  Bolqarıstan  barəsində  niyyəti  baş  tutmamışdı  - 
Bolqarıstan  çar  Rusiyasının  köməyi  sayəsində  azad  edilsə  də  onun  vassalı  olmaq  istəmirdi.  Bunu  görən  çar 
diplomatiyası  knyaz  Lobanov-Rostovskinin  dili  ilə  bildirdi  ki,  o  "digər  Bolqarıstan"  yaradılmasına  yol 
verməyəcək. Bağdad yoluna konsessiya almaqla məşğul olan Almaniya isə... Əbdülhəmidin "cinayətkar rəiyyət" 
barəsində yeritdiyi siyasəti bəyəndiyini imperator II Vilhelmin dili ilə açıq bildirirdi.  
1890-cı  illərdə  erməni  millətçi  burjuaziyasının  təbəqələşməsi  rəhbər  Daşnaksutyun  partiyasını  siyasəti 
dəyişdirməyə məcbur etdi - partiya Ümumtürkiyə inqilabi hərəkatında dayaq axtarmağa başladı: gənc türklərlə 
saziş  bağladı;  1907-ci  ildə  daşnakların  təşəbbüsü  ilə  Osmanlı  imperiyasının  bütün  müxalifətçi  partiyalarının 
Parisdə qurultayı keçirildi. Qurultayda dövlət çevrilişi planı işlənib hazırlandı.  


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə