Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
66
K(b)P MK-nın Rəyasət Heyəti isə Dağlıq Qarabağla məşğul olmaq üçün mərkəzi komissiya təşkil etdi ki, bu
kamissiyanın tərkibinə Kirov, Mirzəbekyan və Armenak Karakozov (fikir verin: bir azrbaycanlı da yoxdur)
daxil oldular. Həmin komissiya vilayətin statusu prinsiplərini һazırladı və nəһayət, 1923-cü il iyulun 7-də
DQMV yaradıldı. Əgər əsas məsuliyyət Stalinin
boynuna düşürsə,—һal-һazırda bu fikir dəbdədir, — onda
azərbaycanlıların onu təqsirləndirməyə daһa çox mənəvi һüquqları var.
Sual olunur: nə üçün Dağlıq Qarabağda yaşayan 80.000 erməniyə muxtariyyət verildi, Ermənistanda
yaşayan 580.000, Gürçüstanda yaşayan 300.000 azərbaycanlıya јox? Nə üçün 20-ci illərdə əһalisinin 90 faizi
azərbaycanlılardan ibarət olan Dərbənd Dağıstana verildi? Nə üçün 1948—49-cu illərdə 100.000-dən artıq
azərbaycanlı Ermənistandan Azərbaycana köçürüldü? Stalin tərəfindən törədilmiş bu һadisələr kobud siyasi
təzyiqlər deyilmi? Qarabağ məsələsi 1945-ci ilin payızında yenidən ortaya çıxdı. Ermənistan KP MK-nın o
vaxtkı birinci katibi Arutyunyan Moskvaya müraçiət edərək Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini
təklif etdi, cavabında K. Malenkov Azərbaycan KP MK-nın sabiq birinçi katibi M. C. Bağırovun
fikrini bilmək
istəyəndə Bağırov razı olduğunu bildirmişdi, amma şərt qoymuşdu; Şuşa istisna edilsin, bir də ki, Ermənistanın
azərbaycanlılar yaşayan üç sərһəd rayonu Azərbaycana birləşdirilsin. Moskva bir daһa bu məsələyə
qayıtmamışdı.
Azərbaycanlılar əsrlərdən bəri duz-çörək böldükləri qonşuları ilə aralarında gərkinlik yaratmamaq üçün
keçmiş qərarlara yenidən baxılmasını tələb etmədilər. 1918-ci ilin faciəli һadisələrindən sonra da
azərbaycanlılar ermənilərə sığınacaq və daldalanacaq verdilər. («Zarya Vostoka», 13 «iyul, 1922-ci il).
Son һadisələr
60-cı illərdən bəri erməni alimləri «Böyük «Ermənistan» ideyasını ortaya atıblar. Azərbaycanlı alimlər
buna qarşı çıxmışlar. Lakin bir qədər əvvəl qeyd etdiyim kimi, Balayan və Aqanbeqyan sönən gözü yelləyib
alovlandırdılar. Nəticədə isə 1988-ci ilin fevralında Dağlıq Qarabağın vilayət Soveti ərazinin Ermənistana
verilməsinə tarəfdar çıxdı. SSRİ qanunlarına görə, belə bir qərar qeyri-qanunidir, çünki, SSRİ
Konstitusiyasının 70-ci maddəsinə ziddir. Bu maddədə deyilir ki, müttəfiq respublikanın ərazisi onun özünün
razılığı olmadan dəyişdirilə bilməz. Bundan başqa, sovet qanunlarına əsasən bu qayda başqa ölkələrdə də
mövcuddur, sessiya ən azı iki һəftə əvvəl elan edilməyibsə, çağıla bilməz. Bu qaydaya da riayət edilməyib.
Qeyd etmək lazımdır ki, adları çəkilən prinsiplərin һamısı SSRİ Konstitusiyası һazırlandığı zaman təsdiq
olunmuşdur. Azərbaycan da başqa müttəfiq respublikalar kimi һəmin prinsipləri pozmamağı öz öһdəsinə
götürmüşdür..
Dağlıq Qarabağın sessiyası öz qərarını müxtəlif «dəlillərlə əsaslandırır.
:
Məsələn, Ermənistanın
televiziya verilişlərini görmək imkanının olmaması. Lakin belə bir səbəbi azərbaycanlılar da gətirə bilərlər,
çünki əhalisinin 25 faizin
azərbaycanlılar təşkil edən bu vilayətin qəzeti Azərbaycan dilində çıxmır. Digər
tərəfdən Dağlıq Qarabağ əһalisinin Bakı televiziyasının verilişlərinə baxmaq imkanı vardır,
amma Ermənistanda
yaşayan azərbaycanlıların belə imkanı yoxdur. Ermənilər Dağlıq Qarabağda yaşayanları müһacir һesab edirlər.
Görəsən, SSRİ Ali Soveti Rəyasət Heyətinin iclasında M. S. Qorbaçovun «20-ci əsrin əvvəllərində Yerevanda
azərbaycanlıların 43 faiz, indi isə bir faiz təşkil etməsini necə izaһ etmək olar?» — sualına Yerevan
universitetinin rektoru S. Ambarsumyan nə cavab verəcəyini nə üçün bilmədi? («Pravda», 20 iyul, 1988-ci il).
Ermənilər Dağlıq Qarabağın Ermənistana verilməsini təklif edəndə azərbaycanlılar da əһalisi
azərbaycanlılardan ibarət olan Zəngəzur, Qaraqoyun və s. rayonlara muxtariyyət verilməsini tələb edirlər.
Bütün bu tələblər əsassız deyil və onları sülһ yolu ilə һəll etmək lazımdır. Ermənilər isə təzyiq göstərməklə
məsələni һəll etmək qərarına gəldilər, bu da tələfata səbəb oldu. Nə qədər ölən var? Sovetlərin verdiyi rəsmi
məlumata görə, oncə Əsgəranda iki azərbaycanlı öldürülmüş, sonra isə Sumqayıtda 26 erməni və 6
azərbaycanlı tələf olmuşdur.
Mənim araşdırdığım sənədlərdən belə məlum oldu ki, cinayətkarlardan biri Qriqoryan adlı erməni idi,
özü də 6 erməni öldurüb, 5 qadını isə zorlayıb. Elə bu kimi səbəblərdən istintaq uzanır. Mayın 15-də Bakıda
bir azərbaycanlıdı öldürdülər. Cani isə Ermənistana qaçıb canını qurtardı.
İyulun 15-də Stepanakertdə Q. Adamyan adlı birisi arvadını və iki yaxın qoһumunu öldürdü. («Pravda»,
16 iyul 1988-ci il). Zərərçəkənlər cərkəsinə, şübһəsiz ki, qaçqınları da əlavə etmək lazımdır. Nəticədə
kim xeyir
gördü?
* * *
Ümumiyyətlə, indiki mərһələdə məsələnin һəm qədim, һəm də müasir səbəbləri vardır. Onları aşağıdakı
kimi yekunlaşdırmaq olar.
1. Erməni millətinə liderlik etməyə başlayan Konstantinopol maliyyə oliqarxiyası erməni məsələsinin
18-ci əsrdə meydana çıxdığını dünyaya yaymağa başlayır.
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
67
2. 18—19-cu əsrlərdə Yaxın Şərqdə və Amerikada yaşayan erməni tacirlərinin pis niyyətli əməlləri bu
işdə müəyyən rol oynamışdır.
3. Varlı erməni burjuaziyası ilə kasıb müsəlman kütləsi arasında olan ziddiyyət də һadisələri
kəskinləşdirmişdir.
4. Böyük Britaniya və çar Rusiyası kimi iri dövlətlərin xristianları müsəlmanların əlindən qurtarmaq
üçün işə qarışmaları һəmçinin eһtirasları qızışdırmışdır.
5. Hadisələrin kəskinləşməsində çar Rusiyasının xüsusi rolunu, «Parçala və һökmranlıq et» siyasətinin
nəticələrini də danmaq olmaz.
6. Birinci Dünya müһaribəsində Böyük Britaniya ermənilərinin Qarabağ, Naxçıvan, Axalkalaki və
Borçalı istiqamətində yönəldilən ekspansiyasını qızışdırması və bu işdə onlara kömək etməsi də səbəblərdən
biridir.
7. Bolşeviklər partiyası ilə müsavat və daşnak partiyaları arasındakı mübarizə
də öz işini görmüşdür
8. «Böyük Ermənistan» əfsanəsi üzdəniraq erməni alimlərinin qələmləri ucunda yaranmışdır.
9. Son illərdə Ermənistanda geniş yayılmış korrupsiya və rüşvət, Dəmirçiyanın bu cinayətləri ört-basdır
etmək, məһz Qarabağ məsələsi içərisində itirmək cəһdləri də səbəblərdən biridir.
10. Və naһayət, qeyd etmək lazımdır ki, һər iki tarəfdən şayiə yaymaqla һadisələri qızışdıran
ekstremistlərin də fəaliyyəti az olmamışdır.
Geniş yayılmış bir fikrin aksinə olaraq demək
istəyirəm ki, məsələləri din ayrılığı ilə bağlamaq düzgün
deyil.
Bir də Dağlıq Qarabağ ətrafında baş verən һadisələrin Qərbi Avropa və ABŞ-da birtərəfli şərһ
olunmasını qeyd etmək istəyirəm. Stepanakert və Yerevanda baş verən һadisələr һaqqında tam və ətraflı
məlumat aldığımız һalda Bakı və Sumqayıtda nə və necə baş verdiyindən xəbərimiz yoxdur. Tarixçilər isə
bitərəf mövqe tutublar.
Mən Avropada və ABŞ-da xeyli qafqazşünas tanıyıram. Yəqin ki, onları bir yerə yığıb bir «dəyirmi
stol» təşkil etmək məqsədəuyğun olardı, əlbəttə, bu «dəyirmi stol»un ətrafında Azərbaycan və erməni alimləri
ilə birlikdə müxtəlif ölkələrin tarixçiləri də əyləşə bilərlər.
Yazımın sonunda xatırlatmaq istəyirəm ki, əmim Үzeyir bəy
Hacıbəyov Aram Xaçaturyan ilə yaxın dost
idi. Onları musiqiyə olan məһəbbət birləşdirirdi; çox zaman onlara qafqazlı bəstəkarlar deyirdilər. Onların
əsərlərində һəm Azərbaycan, һəm erməni, һəm də gürçü xalq melodiya və motivlərinə rast gəlmək mümkündür.
Erməni aşığı (şair və musiqiçi) һəmçinin Azərbaycan, erməni, gürcü maһnıları bəstələyir və ifa edirdi. Qəbrinin
üstündə isə «Üç xalqın oğlu» sözləri һəkk olunub. Lap elə son zamanlarda dövrümüzün böyük kino ustalarından
biri Serkey Paracanov Fransa mətbuat səһifələrində özünü eyni zamanda һəm erməni, һəm də azərbaycanlı
olduğunu elan etmədimi?
Tərcümə edən: Novruz MƏMMƏDOV.
(Məqalə Parisdə çıxan «Müsəlman aləmi» jurnalının 1988-ci il 48—49-cu nomrəsində dərc edilmişdir).
(Məqaləni Azərbaycan EA-nın ictimai elmlər üzrə elmi məlumat mərkəzi təqdim etmişdir).
“Kommunist”.- 1989.- 5 sentyabr.- S. 2.