Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin
PREZİDENT KİTABXANASI
──────────────────────────────────────────────────────────────────────────────────────
68
Tarixi aspekt
Azərbaycan ərazisində ilkin dövlətçilik ənənələri hələ miladdan əvvəl III minillikdə təşəkkül tapmışdır.
Eramızdan əvvəl III minilliyin birinci yarısında yaranmış Aratta, eramızdan əvvəl III minilliyin ikinci yarısında
mövcud olmuş Lullubum və Kutium dövlətləri erkən Azərbaycan dövlətləridir. Eramızdan əvvəl IX əsrdə
müasir Cənubi Azərbaycan ərazisində Manna dövləti meydana gəldi. Adı ilk dəfə IX əsr mənbələrində çəkilən
Midiya da Azərbaycan ərazisində mövcud dövlətlərdən olmuşdur.
Miladdan əvvəl IV əsrdə yaranmış Atropatena və Albaniya dövlətləri Azərbaycan xalqının çoxəsrlik
dövlətçilik ənənələrini davam və inkişaf etdirmişlər. Müxtəlif tarixi dövrlərdə Azərbaycanın mərkəzləşmiş
Eldəgizlər, Şirvanşahlar, Ağqoyunlular, Qaraqoyunlular, Səfəvilər dövlətləri mövcud olmuşdur. XIX əsrin
əvvəllərində Rusiya və İran imperiyaları arasında Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin
imzalanmasına qədər olan dövrdə Azərbaycan ərazisində dövlət idarəçiliyi qurumları xanlıqlar olmuşlar. Bütün
bu dövlət qurumlarının mövcudluğu müddətində Yuxarı Qarabağ ərazisi Azərbaycan dövlətlərinin ayrılmaz
tərkib hissəsi olmuşdur. 1804-1813, 1826-1828-ci illərdə Rusiya-İran müharibələrinin gedişində və sonralar
ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan ön Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində
burada onların sayı süni şəkildə artılırmışdır. Təkcə 1826-1828-ci illərdə İrandan ön Qafqaza, o cümlədən
Qarabağa 18.000-ə qədər erməni ailəsi köçürülmüşdür. Türkmənçay müqaviləsinin şərtləri maneəsiz olaraq
ermənilərin İrandan köçməsinə şərait yaradırdı ki, bu da onların Qafqazda, o cümlədən Naxçıvan, Qarabağ,
İrəvan mahallarında sərbəst şəkildə məskunlaşmasına imkan yaratdı. Bu ərazilərin köklü sakinləri olmayan
ermənilər həmin torpaqlarda məskunlaşdıqdan sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər.
XIX əsrin sonlarından, millətçi «Qaçaq», və «Daşnaksutyun» partiyaları yarandıqdan sonra ermənilər
məskunlaşdıqları, lakin tarixən azərbaycanlılara məxsus torpaqlardan soydaşlarımızın qovulması işinin sistemli
şəkildə icrasına başladılar. İki əsri əhatə edən erməni ekspansiyası prosesi azərbaycanlılara qarşı ən müxtəlif
formalarda - soyqırım, deportasiya, terror, separatizm, tarixin saxtalaşdırılması və milli mədəniyyət abidələrinin
məhv edilməsi ilə müşayiət olunan mənəvi terror formalarında təzahür etmişdir. Bu mənada, 1905-1907-ci illər
erməni ekspansiyasının kütləvi təzahürünün ilk nümunəsi kimi qeyd oluna bilər.
1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının silahlı terrorçu dəstələri tərəfindən Bakıda,
Şamaxıda, Qubada, Gəncədə, Lənkəranda, Qarabağda dinc azərbaycanlı əhaliyə qarşı keçirilən soyqırım aktı
nəticəsində on minlərlə soydaşımız qətlə yetirildi.
1918-ci ilin may ayında Zaqafqaziya Seymi buraxıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil respublika -
Azərbaycan, Gürcüstan və Ermənistan Respublikaları yarandı. 28 may 1918-ci ildə keçmiş Zaqafqaziya
Seymindəki Azərbaycan Milli Şurası Müstəqillik Aktının qəbul edildiyini bəyan etdi. Həmin il may ayının 29-
da ADR hökuməti İrəvanı öz müstəqilliyini elan etmiş, lakin siyasi mərkəzə malik olmayan Ermənistan
Respublikası hökumətinə güzəştə getdi. Həmin dövrdə İrəvanın əhalisinin 70%-ni azərbaycanlıların təşkil etdiyi
halda, qalan 30%-i digər millətlərə mənsub olan əhalidən ibarət olmuşdur. İyun ayının 4-də Osmanlı İmperiyası
ilə Cənubi Qafqaz respublikaları arasında Batum Sülh Müqaviləsi imzalandı. Müqavilə ilə Ermənistan
Respublikasının sərhədləri müəyyənləşən zaman bütün Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsi kimi təsbit
olundu. Növbəti aylar ərzində imzalanmış müqavilədə əksini tapmış sülh və mehriban qonşuluq əlaqələri
şərtlərinin ziddinə olaraq, Ermənistan tərəfi Azərbaycana qarşı geniş-miqyaslı təcavüz aksiyasına başladı. İyun-
iyul aylarında erməni terrorçuları tərəfindən Naxçıvan, Zəngəzur və Qarabağda törədilmiş zorakılıq aktları
nəticəsində azərbaycanlı əhaliyə ciddi ziyan dəydi.
1920-ci il yanvar ayının 11-də Azərbaycan Respublikasının müstəqilliyi Versal Konfransının Ali Şurası
tərəfindən tanındı. Lakin həmin il aprel ayının 27-də Azərbaycanın Sovet Rusiyasının XI Qızıl Ordusu
tərəfindən işğal olunması nəticəsində ADR-in fəaliyyətinə son qoyuldu. Sovet rejiminin hökmran olduğu illərdə
ermənilərin Azərbaycan dövlətinə və azərbaycanlılara qarşı fəaliyyəti üçün daha əlverişli imkanlar yarandı.
Azərbaycanın təxminən 20.000 kvadrat km-lik ərazisi Ermənistan Respublikasının tərkibinə qatıldı. 1923-cü il
iyul ayının 7-də isə Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi İcraiyyə Komitəsi «İnzibati mərkəzi
Xankəndi olmaqla, Dağlıq Qarabağda Muxtar Vilayətin yaradılması haqqında» qərar qəbul etdi. Xüsusən qeyd
olunmalıdır ki, Ermənistan SSR-nin sərhədləri daxilində kompakt şəkildə yaşayan 300.000-dən artıq
azərbaycanlıya hər hansı formada muxtariyyət hüququnun təqdim edilməsindən imtina edildi.
1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Arutinov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
ilə bağlı SSRİ ali rəhbərliyinə məktub ünvanlayır. O, fikrini müvafiq addımı Dağlıq Qarabağın inkişafı
baxımından əhəmiyyəti, eyni zamanda yerli ermənilərin arzusu ilə izah edir. Lakin bu dövrdə Qarabağ
erməniləri arasında birləşmə arzusu ilə bağlı ümumiyyətlə, hər hansı sorğu aparılmamışdır. Azərbaycan KP
MK-nın birinci katibi Mir Cəfər Bağırov məsələ ilə bağlı Moskvadan göndərilmiş sorğuya cavabında
Arutinovun irəli sürdüyü dəlillərin əleyhinə çıxır, lakin sonda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə
(azərbaycanlılar yaşayan Şuşa rayonu istisna olmaqla) razılığını bəyan etmiş, bunun müqabilində Ermənistan
Dostları ilə paylaş: |