Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə41/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   37   38   39   40   41   42   43   44   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
68 
Tarixi aspekt 
 
Azərbaycan  ərazisində  ilkin  dövlətçilik  ənənələri  hələ  miladdan  əvvəl  III  minillikdə  təşəkkül  tapmışdır. 
Eramızdan əvvəl III minilliyin birinci yarısında yaranmış Aratta, eramızdan əvvəl III minilliyin ikinci yarısında 
mövcud  olmuş   Lullubum  və  Kutium  dövlətləri  erkən  Azərbaycan  dövlətləridir.  Eramızdan  əvvəl  IX  əsrdə 
müasir Cənubi Azərbaycan ərazisində Manna dövləti meydana gəldi. Adı ilk dəfə IX əsr mənbələrində çəkilən 
Midiya da Azərbaycan ərazisində mövcud dövlətlərdən olmuşdur. 
Miladdan  əvvəl  IV  əsrdə  yaranmış  Atropatena  və  Albaniya  dövlətləri  Azərbaycan  xalqının  çoxəsrlik 
dövlətçilik  ənənələrini  davam  və  inkişaf  etdirmişlər.  Müxtəlif  tarixi  dövrlərdə  Azərbaycanın  mərkəzləşmiş 
Eldəgizlər,  Şirvanşahlar,  Ağqoyunlular,  Qaraqoyunlular,  Səfəvilər  dövlətləri  mövcud  olmuşdur.  XIX  əsrin 
əvvəllərində  Rusiya  və  İran  imperiyaları  arasında  Gülüstan  (1813)  və  Türkmənçay  (1828)  müqavilələrinin 
imzalanmasına qədər olan dövrdə  Azərbaycan ərazisində dövlət idarəçiliyi qurumları xanlıqlar olmuşlar. Bütün 
bu  dövlət  qurumlarının  mövcudluğu  müddətində  Yuxarı  Qarabağ  ərazisi  Azərbaycan  dövlətlərinin  ayrılmaz 
tərkib  hissəsi  olmuşdur.   1804-1813,  1826-1828-ci  illərdə  Rusiya-İran  müharibələrinin  gedişində  və  sonralar 
ermənilərin İran, Türkiyə və Cənubi Azərbaycandan ön Qafqaza, o cümlədən Qarabağa köçürülməsi nəticəsində 
burada  onların  sayı  süni  şəkildə  artılırmışdır.  Təkcə  1826-1828-ci  illərdə  İrandan  ön  Qafqaza,  o  cümlədən 
Qarabağa  18.000-ə  qədər  erməni  ailəsi  köçürülmüşdür.  Türkmənçay  müqaviləsinin  şərtləri  maneəsiz  olaraq 
ermənilərin  İrandan  köçməsinə  şərait  yaradırdı  ki,  bu  da  onların  Qafqazda,  o  cümlədən  Naxçıvan,  Qarabağ, 
İrəvan  mahallarında  sərbəst  şəkildə  məskunlaşmasına  imkan  yaratdı.  Bu  ərazilərin  köklü  sakinləri  olmayan 
ermənilər həmin torpaqlarda məskunlaşdıqdan sonra Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər. 
XIX  əsrin  sonlarından,  millətçi  «Qaçaq»,  və  «Daşnaksutyun»  partiyaları  yarandıqdan  sonra  ermənilər 
məskunlaşdıqları, lakin tarixən azərbaycanlılara məxsus torpaqlardan soydaşlarımızın qovulması işinin sistemli 
şəkildə  icrasına  başladılar.  İki  əsri  əhatə  edən  erməni  ekspansiyası  prosesi  azərbaycanlılara  qarşı  ən  müxtəlif 
formalarda - soyqırım, deportasiya, terror, separatizm, tarixin saxtalaşdırılması və milli mədəniyyət abidələrinin 
məhv edilməsi ilə müşayiət olunan mənəvi terror formalarında təzahür etmişdir. Bu mənada, 1905-1907-ci illər 
erməni ekspansiyasının kütləvi təzahürünün ilk nümunəsi kimi qeyd oluna bilər. 
1918-ci  ilin  mart-aprel  aylarında  erməni  daşnaklarının  silahlı  terrorçu  dəstələri  tərəfindən  Bakıda, 
Şamaxıda,  Qubada,  Gəncədə,  Lənkəranda,  Qarabağda  dinc  azərbaycanlı  əhaliyə  qarşı  keçirilən  soyqırım  aktı 
nəticəsində on minlərlə soydaşımız qətlə yetirildi. 
1918-ci ilin may ayında Zaqafqaziya Seymi buraxıldıqdan sonra Cənubi Qafqazda üç müstəqil respublika - 
Azərbaycan,  Gürcüstan  və  Ermənistan  Respublikaları  yarandı.  28  may  1918-ci  ildə  keçmiş  Zaqafqaziya 
Seymindəki Azərbaycan Milli Şurası Müstəqillik Aktının qəbul edildiyini bəyan etdi. Həmin il may ayının 29-
da  ADR  hökuməti  İrəvanı  öz  müstəqilliyini  elan  etmiş,  lakin  siyasi  mərkəzə  malik  olmayan  Ermənistan 
Respublikası hökumətinə güzəştə getdi. Həmin dövrdə İrəvanın əhalisinin 70%-ni azərbaycanlıların təşkil etdiyi 
halda, qalan 30%-i digər millətlərə mənsub olan əhalidən ibarət olmuşdur. İyun ayının 4-də Osmanlı İmperiyası 
ilə  Cənubi  Qafqaz  respublikaları  arasında  Batum  Sülh  Müqaviləsi  imzalandı.  Müqavilə  ilə  Ermənistan 
Respublikasının sərhədləri müəyyənləşən zaman bütün Qarabağ bölgəsi Azərbaycanın tərkib hissəsi kimi təsbit 
olundu.  Növbəti  aylar  ərzində  imzalanmış  müqavilədə  əksini  tapmış  sülh  və  mehriban  qonşuluq  əlaqələri 
şərtlərinin ziddinə olaraq, Ermənistan tərəfi Azərbaycana qarşı geniş-miqyaslı təcavüz aksiyasına başladı. İyun-
iyul  aylarında  erməni  terrorçuları  tərəfindən  Naxçıvan,  Zəngəzur  və  Qarabağda  törədilmiş  zorakılıq  aktları 
nəticəsində azərbaycanlı əhaliyə ciddi ziyan dəydi. 
1920-ci  il  yanvar  ayının  11-də  Azərbaycan  Respublikasının  müstəqilliyi  Versal  Konfransının  Ali  Şurası 
tərəfindən  tanındı.  Lakin  həmin  il  aprel  ayının  27-də  Azərbaycanın  Sovet  Rusiyasının  XI  Qızıl  Ordusu 
tərəfindən işğal olunması nəticəsində ADR-in fəaliyyətinə son qoyuldu. Sovet rejiminin hökmran olduğu illərdə 
ermənilərin  Azərbaycan  dövlətinə  və  azərbaycanlılara  qarşı  fəaliyyəti  üçün  daha  əlverişli  imkanlar  yarandı. 
Azərbaycanın təxminən 20.000 kvadrat km-lik ərazisi Ermənistan  Respublikasının tərkibinə qatıldı. 1923-cü il 
iyul  ayının  7-də  isə  Azərbaycan  SSR  Kommunist  Partiyası  Mərkəzi  İcraiyyə  Komitəsi  «İnzibati  mərkəzi 
Xankəndi olmaqla, Dağlıq Qarabağda Muxtar Vilayətin yaradılması haqqında» qərar qəbul etdi. Xüsusən qeyd 
olunmalıdır  ki,  Ermənistan  SSR-nin  sərhədləri  daxilində  kompakt  şəkildə  yaşayan  300.000-dən  artıq 
azərbaycanlıya hər hansı formada muxtariyyət hüququnun təqdim edilməsindən imtina edildi. 
1945-ci ildə Ermənistan KP MK-nın birinci katibi Arutinov Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi 
ilə  bağlı  SSRİ  ali  rəhbərliyinə  məktub  ünvanlayır.  O,  fikrini  müvafiq  addımı  Dağlıq  Qarabağın  inkişafı 
baxımından  əhəmiyyəti,  eyni  zamanda  yerli  ermənilərin  arzusu  ilə  izah  edir.  Lakin  bu  dövrdə  Qarabağ 
erməniləri  arasında  birləşmə  arzusu  ilə  bağlı  ümumiyyətlə,  hər  hansı  sorğu  aparılmamışdır.  Azərbaycan  KP 
MK-nın  birinci  katibi  Mir  Cəfər  Bağırov  məsələ  ilə  bağlı  Moskvadan  göndərilmiş  sorğuya  cavabında 
Arutinovun irəli sürdüyü dəlillərin əleyhinə çıxır, lakin sonda Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə 
(azərbaycanlılar  yaşayan  Şuşa  rayonu  istisna  olmaqla)  razılığını  bəyan  etmiş,  bunun  müqabilində   Ermənistan 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə