Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə43/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   39   40   41   42   43   44   45   46   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
71 
1994-1997-ci  illərdə  qeyri-qanuni  olaraq,  Rusiya  Federasiyasına  məxsus  bir  milyard  dollar  dəyərində  silah-
sursatın Ermənistana verilməsi ilə bağlı məlumatı açıqladı. 
İyun ayının 1-də ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən münaqişənin həlli ilə bağlı «paket həll 
planı»  təqdim  edilir.  «Paket  həll  planı»  Azərbaycanın  Ermənistan  tərəfindən  işğal  olunmuş,  keçmiş  Dağlıq 
Qarabağ  Muxtar  Vilayətinin  inzibati  sərhədlərinə  daxil  olmayan  rayonlarının  azad  edilməsi  və  Azərbaycanın 
Dağlıq  Qarabağ  bölgəsinin  statusunun  müəyyənləşdirilməsinin  paralel  həllini  nəzərdə  tuturdu.   Müvafiq  həll 
variantı  danışıqlara  başlamaq  üçün  zəmin  kimi  Azərbaycan  tərəfindən  müəyyən  qeyd-şərtlərlə  qəbul  olundu, 
Ermənistan tərəfindən isə ümumiyyətlə rədd edildi.  
Həmin il sentyabr ayının 19-da ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəflərə münaqişənin həlli ilə bağlı 
«mərhələli  həll  planı»nı  təqdim  etdilər.  Plan  birinci  mərhələdə  Azərbaycanın  Ermənistan  tərəfindən  işğal 
olunmuş və keçmiş Dağlıq Qarabağ  Muxtar Vilayətinin inzibati sərhədlərinə daxil olmayan rayonlarının azad 
olunmasını,  ikinci  mərhələdə  isə  Dağlıq  Qarabağın,  Laçın  və  Şuşa  şəhərlərinin  statusunun  
müəyyənləşdirilməsini nəzərdə tuturdu. Həmin il oktyabr ayının 10-da Azərbaycan və Ermənistan prezidentləri 
Strasburqda münaqişənin mərhələli həll variantını qəbul etmələri haqqında bəyanat verdilər. Bir müddət sonra - 
1998-ci  iln  fevralında  Ermənistanın  o  vaxtkı  prezidenti  Levon  Ter-Petrosyan  təzyiqlər  altında  istefa  verməli 
oldu. Hakimiyyətə «Qarabağ klanının» nümayəndəsi baş nazir Robert Köçəryan gəldi.  
1998-ci ilin əvvəllərində Ermənistan dövləti mərhələli həll variantından imtina etdiyini bildirdi. 1998-ci il 
noyabrın  9-da  həmsədrlər  münaqişənin  «ümumi  dövlət»  adlanan  növbəti  həll  variantını  irəli  sürdülər. 
Azərbaycan  tərəfi  müvafiq  həll  variantının  beynəlxalq  hüquq  normaları,  habelə,  milli  qanunvericiliyinə  zidd 
olduğunu nəzərə alaraq, münaqişənin nizamlanması ilə bağlı danışıqlar üçün zəmin kimi qəbul olunmasını rədd 
etdi. 
1999-2001-ci  illər  problemin  həlli  ilə  əlaqədar  Ermənistan  və  Azərbaycan  prezidentləri  arasında  birbaşa 
görüşlərin  (Ki-Uest  və  Paris  görüşləri)  keçirilməsi,  eyni  zamanda  ATƏT-in  Minsk  Qrupu  çərçivəsində 
danışıqların davam etdirilməsi ilə xarakterizə olunmuşdur. 
2001-ci ilin fevral ayında Dağlıq Qarabağ probleminin həllinə dair geniş ictimaiyyətin də təmsil olunduğu 
ümumrespublika  toplantısı  keçirildi.  Toplantıda  23  fevral  tarixində  ümummilli  liderimiz  Heydər  Əliyev 
münaqişənin nizamlanmasına dair proqram xarakterli çıxış etdi.  
2002-ci  il  mart  ayının  8-də  ATƏT-in  Minsk  Qrupunun  həmsədrləri  münaqişənin  həlli  üzrə  danışıqlar 
prosesinə  prezidentlərin  Xüsusi  Nümayəndələrinin  təyin  olunması  təklifi  ilə  çıxış  edirlər.  2002-ci  il  ərzində 
Xüsusi  Nümayəndələr  üç  dəfə  -  may  və  iyul  aylarında  Praqada,  noyabr  ayında  isə  Vyanada  görüşdülər.  İyul 
ayının  12-də  Avropa  İttifaqı-Azərbaycan  Əməkdaşlıq  Komitəsinin  yekun  sənədində  Avropa  İttifaqı  bir  daha 
münaqişənin  sülh  yolu  ilə həlli  üçün  əsas  kimi  Azərbaycan  Respublikasının  ərazi  bütövlüyünü  dəstəklədiyini 
ifadə etdi. Avqust ayının 2-də Avropa İttifaqı Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda separatçı 
qüvvələr tərəfindən keçirilən «prezident seçkiləri»ni pislədi.  
2003-cü  il  yanvar  ayının  23-də  Avropa  Şurası  Nazirlər  Komitəsinin  Bürosunun  Strasburqda 
genişləndirilmiş  tərkibdə  Ermənistan  və  Azərbaycanın  münaqişənin  sülh  yolu  ilə  həlli ilə  bağlı öhdəliklərinin 
yerinə yetirilməsi məsələsinə həsr olunmuş xüsusi iclası keçirildi. 
2003-cü  il  fevral  ayının  19-da  Ermənistanda  prezident  seçkiləri  keçirildi.  R.Koçəryan  növbəti  müddətə 
prezident seçildi. Avropa Şurası Parlament Assambleyasını, ATƏT-i təmsil edən müşahidəçilər seçkilərin ciddi 
qanun  pozuntuları  ilə  müşayiət  olunduğunu  bildirdilər.  Həmin  il  iyunun  19-da  hökumət  növbəti  dördillik 
fəaliyyət proqramını ölkə parlamentinə təqdim etdi. Proqramın «Müdafiə və Təhlükəsizlik» adlanan bölməsində 
hökumətin  «münaqişənin  həllini  «Dağlıq  Qarabağ»  xalqının  öz  müqəddəratını  müəyyənetmə  hüququ, 
beynəlxalq  tanınması  və  «Dağlıq  Qarabağ  Respublikası»  xalqının  təhlükəsizliyinə  təminatı  əsasında  sülh 
danışıqları prosesi  çərçivəsində»  gördüyü  vurğulanır, Dağlıq  Qarabağın  Azərbaycan  Respublikasına tabeçiliyi 
istisna  olunur.  Proqramın  təqdimatı  zamanı  ölkənin  baş  naziri  A.Markaryan  bildirmişdir:  «Qarabağ 
Azərbaycana  tabe  olmamalıdır,  Ermənistanla  ümumi  sərhədlərə  malik  olmalıdır,  Qarabağ  ermənilərinin  öz 
müqəddəratını  müəyyənetmə  hüququ  dünya  tərəfindən  tanınmalıdır».  Avqust  ayının  19-da  Ermənistan-
Azərbaycan  sərhədinin  Tovuz  rayonu  ərazisindən  keçən  hissəsində  ATƏT  sədrinin  şəxsi  nümayəndəsinin 
iştirakı ilə keçirilən monitorinq zamanı atəşkəs rejimi növbəti dəfə erməni silahlıları tərəfindən pozulduğundan, 
monitorinq  prosesi  dərhal  dayandırılır.  ATƏT-in  fəaliyyətdə  olan  sədrinin  şəxsi  nümayəndəsi  də  faktı  öz 
hesabatında qeyd etməkdən imtina edir. 
Dekabr  ayının  11-də  Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyevin  Ermənistan  Respublikasının 
prezidenti Robert Koçaryanla Cenevrədə ilk görüşü keçirilir. 
2004-cü  il  aprel  ayının  16-da  Azərbaycan  və  Ermənistan  Xarici  İşlər  nazirlərinin  ATƏT-in  Minsk  Qrupu 
həmsədrlərinin iştirakı ilə Praqada görüşü keçirildi. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə