Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə217/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   209   210   211   212   213   214   215   216   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
329 
İdarə  Komitəsi”  adlı  separatçı  dövlət  qurumu  yaradıldı.  A.İ.Volskinin  sədrlik  etdiyi  bu  qurum  vəziyyəti 
sabitləşdirmək əvəzinə, onu daha da kəskinləşdirdi. 
1991-ci  ilin  sonlarında  Ermənistan  faktiki  olaraq  Azərbaycan  Respublikasına  qarşı  açıq  və  ədalətsiz 
müharibəyə  başladı.  Ermənistanın  hərbi  qüvvələri  Azərbaycan  sərhədlərini  pozub  Qarabağa  daxil  oldular  və 
Dağlıq Qarabağın erməni separatçı- terrorçuları ilə birləşərək ölkəmizin bir sıra şəhər və kəndlərini əhatə edən 
20 faiz ərazimizi işğal etdilər, 1 milyonadək soydaşımızı məcburi köçkünə çevirdilər. 1991-ci il sentyabrın 2-də 
erməni  separatçıları  Yuxarı  Qarabağda  qeyri-qanuni  bir  qurum,  oyuncaq  “Dağlıq  Qarabağ  Respublikası”nın 
yarandığını və müstəqilliyini elan etdilər. 
Beləliklə, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycana qarşı aparılan ərazi iddiaları 
ilə  bağlı  planlı  şəkildə  həyata  keçirilən  siyasi  irticadır.  Vaxtilə  çar  Rusiyasının  öz  imperialist  məqsədlərinə 
uyğun olaraq həyata keçirdiyi işğalçılıq siyasəti ermənilərin Qafqaza, o cümlədən Azərbaycana köçürülməsinə 
səbəb olmuşdu. Ermənilər köçürüldükləri əraziləri mənimsəmək üçün müxtəlif vasitələrə əl atmış, ilk növbədə, 
yerləşdikləri  ərazilərin  onlara  məxsus  olmasını  sübut  etmək  üçün  saxta  tarix  uydurmuş,  süni  ideologiya 
yaratmışlar. 
Erməni  separatçıları  zaman-zaman  ərazi  iddiaları  irəli  sürərək,  onu  reallaşdırmaq  üçün  bütün  vasitələri  - 
təşkilatlanma,  təbliğat,  təzyiq,  deportasiya,  hərbi  təcavüzü  işə  salmışlar.  Bu  istiqamətdə  yaratdıqları 
ideologiyaya  uyğun  olaraq  ermənilərin  həyata  keçirdiyi  separatçılıq  və  etnik  təmizləmə  Cənubi  Qafqaz 
regionuna,  o  cümlədən,  Azərbaycana,  xüsusilə,  Qarabağ  regionuna  böyük  bəlalar  gətirmişdir.  Ermənilərin 
azərbaycanlılara qarşı deportasiya və soyqırımları XX əsr boyunca fürsət düşdükcə davam etmişdir. 
Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra onun müstəqilliyini ilk tanıyan Türkiyə Cümhuriyyəti 
25  may  1991-  ci  ildə  Azərbaycanda  konsulluq  və  14  yanvar  1992-ci  ildə  isə  səfirlik  açdı.  Tarixi,  coğrafi  və 
mənəvi dəyərlərlə bağlı olan bu iki ölkə arasında, Azərbaycanın müstəqilliyi dövründən müxtəlif sahələri əhatə 
edən  strateji  anlaşma  və  protokollar  imzalandı.  Ümumiyyətlə,  Türkiyə  Ermənistan  –  Azərbaycan,  Dağlıq 
Qarabağ  münaqişəsinin  həlli  məsələsində  daim  Azərbaycanın  haqq  və  ədalətli işinin  müdafiəsi  tərəfdarı  kimi 
çıxış  etmişdir  və  edir.  Ötən  illərdə  Dağlıq  Qarabağ  münaqişəsinin  ədalətli  həllinə  ardıcıl  dəstək  vermək 
Türkiyənin xarici siyasətinin prioritetinə çevrilmişdir. 
1993-cü  il  martın  31-də  Türkiyənin  Xarici  İşlər  Nazirliyi  Azərbaycana  qarşı  təcavüzkar  əməllərini  dərhal 
dayandırmasını və öz qoşunlarını onun ərazisindən çıxarmasını Ermənistandan tələb etdi. O zamankı Baş nazir 
Süleyman  Dəmirəl Türkiyədə səfərdə  olan  Azərbaycan  nümayəndə  heyətini  qəbul edərkən,  Dağlıq  Qarabağla 
bağlı mürəkkəb vəziyyət diqqət mərkəzində olmuş, Ermənistanın hərəkətləri kəskin pislənilmişdi. 
Az  sonra  Türkiyə  Prezidenti  olmuş  Süleyman  Dəmirəl  Ermənistan  prezidenti  L.Ter-Petrosyana  telefonla 
Azərbaycan  torpaqlarının  işğal  edilməsinin  Türkiyədə  böyük  hiddət  doğurması  barədə  xəbərdarlıq  etmişdi. 
Qarşı  tərəf  isə  bu  hadisələrin,  guya,  Ermənistanın  nəzarəti  altından  çıxdığı  üçün  Dağlıq  Qarabağ  erməniləri 
tərəfindən edildiyini bəhanə gətirmişdi. 
Beləliklə,  Azərbaycan  Respublikasının  qardaş  Türkiyə  Cümhuriyyəti  ilə  birgə  siyasəti  Ermənistan  – 
Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində uğurlu nəticə əldə ediləcəyinə, Azərbaycanın ərazi 
bütövlüyünün bərpa olunacağına böyük inam yaratmışdır. 
Beləliklə,  1992  –  1993-cü  illərdə  Ermənistan  hərbi  qüvvələri  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ 
ərazisini  və  digər  7  rayonunu  -  Laçın,  Kəlbəcər,  Ağdam,  Füzuli,  Cəbrayıl,  Qubadlı,  Zəngilanı  işğal  etdi. 
Ölkəmizin 20 faiz ərazisi hələ də işğal altındadır. Nəticədə, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi 
köçkünə çevrildi, 188 540 ailə evsiz-eşiksiz qaldı. Ölkəyə 60 milyard ABŞ dolları həcmində ziyan dəydi. 
Münaqişə isə Ermənistanın beynəlxalq hüququn tələblərinə açıq sayğısızlığı, onun himayədarlarının öz gizli 
maraqlarının sadiqliyi üzündən  həll edilməmiş qalır. Lakin hər bir münaqişə və müharibədə olduğu kimi, son 
söz həqiqətin, ədalətindir. Dağlıq Qarabağla bağlı həqiqət odur ki, onun Azərbaycan ərazisi olduğunu heç kəs 
inkar edə bilmir. Elə buna görə də ədalət gec-tez mütləq öz yerini alacaq. 
 
“Xalq qəzeti”.-2015.-5 noyabr.-N 243.-S.13. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
330 
 
Düşmənin qarşısına tarixi sənədlərlə çıxmalıyıq 
 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə 
çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi 
 
Anar Bayramoğlu 
 
Mənfur  qonşularımız  ermənilərin  Azərbaycan  ərazilərinə  qarşı  ərazi  iddiaları,  işğalçılıq  siyasəti  bu 
günün reallığı olsa da, məkrləri uzaq tarixə dayanır. XIX əsrin əvvəllərindən başlayaraq erməniləri dəstəkləyən 
Rusiya imperiyası onların dövlət yaratmaq arzularını həyata keçirmələrinə yaxından kömək edirdi. Tarixi şərait 
erməniləri indiki işğalçı bir dövlətin yaradılmasına zəmin yaradıb.  
Ötən əsrin əvvəllərində Azərbaycanın ərazi güzəştləri hesabına özlərinə dövlət yaratmış ermənilər, əsrin 
sonlarında  işğalçılıq  siyasətini  davam  etdirməklə  ərazilərini  genişləndirmək  məqsədlərini  qarşıya  qoyublar. 
İddiaları  güclərindən  böyük  olan  düşmənlər  Azərbaycanın  əzəli  torpağı,  Dağlıq  Qarabağa  göz  dikərək 
işğalçılığa  başlayıblar.  Bununla  da  Ermənistan  bütün  beynəlxalq  hüququn  prinsiplərini  kobud  şəkildə  pozub. 
Çünki ötən əsrin əvvəlində ermənilərə dövlət yaratmaları üçün edilən İrəvanın və sonradan Zəngəzurun güzəşti 
ona  görə  edilib  ki,  düşmənlər  bir  daha  ərazilərimizə  iddiaetməsinlər.  Amma  indi  olduğu  kimi,  işğalçı  xislətli 
ermənilər XIX əsrin əvvəlindəki razılaşmanı, əsrin sonunda pozublar. 
 
Tarixi zərurət, labüd bədbəxtlik 
 
Tarixi sənədlərə, arxivə nəzər saldıqda görünən odur ki, İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə 
güzəştə  gedilməsi  Azərbaycan  Milli  Şurasının  qərarı  ilə  edilib.  Zaqafqaziya  seyminin  dağılmasından  sonra 
erməni milli şurası Tiflisdə Ermənistan Respublikasının yaradıldığını elan edir. 
1918-ci  il  mayın  29-da  Tiflisdə  Azərbaycan  Milli  Şurasının  iclası  keçirilir  və  iclasın  3  nömrəli 
protokoluna görə, Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və erməni federasiyası ərazilərinin sərhədləri 
məsələsinə  dair  erməni  milli  şurası  ilə  apardıqları  danışıqların  nəticələri  barədə  məruzə  edib.  Xoyski 
məruzəsində erməni federasiyasının yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Gümrüyə Türkiyə 
qoşunlarının nəzarət etdiyini əsas gətirərək, mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verib. Fətəli 
xan  İrəvanın  ermənilərə  güzəştə  gedilməsinin  zəruri  olduğunu  bildirib.  Şura  üzvlərinin  əksəriyyəti  İrəvanın 
ermənilərə  güzəştini  tarixi  zərurət,  labüd  bədbəxtlik  adlandırıblar.  Tarixi  sənədlərdə  göstərilir  ki,  bu  güzəştlə 
ermənilərlə yaşanan konfliktə son qoyulur. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli xan Xoyski 
mayın  29-da  xarici  işlər  naziri Məmməd  Həsən  Hacınskiyə  yazırdı:  "Biz  ermənilərlə  bütün  mübahisələrə son 
qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik”. 
 
Ermənilər İrəvanın qarşılığında Qarabağ və Naxçıvana iddialarından  
əl çəkəcəklərinə söz vermişdilər 
 
AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Faiq Qəzənfəroğlu 
deyir ki, həmin qərar qəbul edilərkən İrəvan və ətrafı əski Azərbaycan türk torpaqları olaraq bilinsə də, məcburi 
bir  addım  kimi  məqsədəuyğun  görülüb:  "Şübhəsiz,  bu  məcburiyyətin  "ermənilərin  də  bir  dövləti  olsun  və 
Azərbaycanın digər ərazilərindən iddialarını geri çəksinlər” məsələsi dayanırdı. Eyni zamanda Azərbaycan Milli 
Şurasını bu addımı atmağa xarici qüvvələr də təhrik etmişdilər. Əsasən isə Azərbaycan Milli Şurasının bunun 
müqabilində tək istəyi ermənilərin İrəvan və onun ətrafıyla kifayətlənərək digər torpaq iddialarını, o cümlədən 
Qarabağ  və  Naxçıvandan  əl  çəkmələri  idi.  Erməni  Milli  Şurası  da  buna  razılıq  vermişdi.  Məqsəd  tarixi 
vəziyyətdən  istifadə  edərək  qurulmuş  dövləti  ayaqda  saxlaya  bilmək  idi.  Beləliklə,  Azərbaycan  Milli  Şurası 
ermənilərin  İrəvandan  başqa  Azərbaycan  torpaqlarına  iddia  etməyəcəkləri  sözünü  alaraq  belə  bir  qərar  qəbul 
etmişdilər.  Yəni  ermənilər  İrəvanın  qarşılığında  Qarabağ  və  Naxçıvana  iddialarından  əl  çəkəcəklərinə  söz 
vermişdilər”. 
 
Dağlıq Qarabağa ona görə muxtariyyət verilib ki,  
ora heç zaman Azərbaycanın tərkibindən çıxmayacaq 
 
Amma  erməni  hökuməti  Tiflisdən  İrəvana  köçdükdən  sonra  İrəvanda  və  Azərbaycanın  digər  tarixi 
torpaqlarında  azərbaycanlılara  qarşı  soyqırım  törədib.  İrəvan  azərbaycanlıları  həm  daşnak,  həm  də  sovet 
hökumətinin  məqsədyönlü  qırğın  və  deportasiya  siyasətinə  məruz  qalıblar.  İrəvanda  azərbaycanlılara  məxsus 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
331 
maddi  mədəniyyət  abidələri  dağıdılıb,  onların  erməniləşdirilməsi  tədbirləri  həyata  keçirilib.  1980-ci  illərin 
sonlarından başlayaraq isə azərbaycanlılar İrəvan şəhərindən tamamilə çıxarıldı. 
Bütün  proseslər  onu  göstərir  ki,  ermənilər  heç  bir  razılaşmaya,  müqavilələrə  baxmayaraq  yenə  də 
işğalçılıq  siyasətindən  keçmirlər.Azərbaycanın  ictimaiyyət  nümayəndələri  belə  hesab  edirlər  ki,  Azərbaycan 
Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün tarixi arxivləri, bağlanan sənədləri ortaya qoymalı, məsələni 
beynəlxalq təşkilatlar qarşısında qaldırmalıdır. 
Siyasətçi  Sərdar  Cəlaloğlu  bildirir  ki,  rəsmi  Bakı  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı  aparılan 
danışıqlarda  təşəbbüsü  tam  əla  almalıdır.  Onun  sözlərinə  görə,  danışıqlar  zamanı  iki  ölkə  arasındakı  tarixi 
müqavilələri, hadisələri önə çəkmək mümkündür: "İrəvan mübahisəli ərazi olaraq Ermənistana yüz illik verilib 
ki,  həmin  yüz  il  tamam  olur.  Yəni  yüz  il  qabaq  mübahisəli  qaldığı  üçün,  belə  şərt  kəsilib  ki,  yüz  ildən  sonra 
İrəvanın  statusuna  baxılsın.  Bu,  sənədlə,  sübutladı.  İndi  Azərbaycan  İrəvanın  statusunun  yenidən  müəyyən 
edilməsi  məsələsini  ortaya  çıxarmalıdır,  tələb  qoymalıdır.  Elə  bu,  Dağlıq  Qarabağın  statusu  məsələsinə 
alternativdir.  Həmçinin  Dağlıq  Qarabağa  muxtariyyətin  niyə  verildiyi  ortaya  çıxarılmalıdır.  İrəvanın  güzəştə 
gedilməsindən  əlavə  onların  Qarabağa  iddiasının  qarşısının  alınması  üçün  ötən  əsrin  əvvəllərində  Zəngəzur, 
Vedibasar könüllü Ermənistana verilib. Bu ərazilər verildiyinə görə, Ermənistanın Dağlıq Qarabağa iddia etməsi 
hüquqi cəhətdən doğru deyil. Ordakı sənədlərdə konkret yazılıb ki, Zəngəzur və Vedibasar ermənilərə ona görə 
verilir ki, onlar bir daha Qarabağa iddia etməyəcəklər. Həmçinin Dağlıq Qarabağa ona görə muxtariyyət verilir 
ki,  ora  heç  zaman  Azərbaycanın  tərkibindən  çıxmayacaq.  Ortada  sənədlərə  əsaslanan  şərtlər  var  ki,  onları 
ermənilər  faktiki  olaraq  pozublar.  Yəni  dediyim  odur  ki,  Azərbaycan  tərəfi  iki  ölkə  arasındakı  hüquqi 
münasibətlərin tarixinə  nəzər  salmalıdır.  Digər  yandan  sovetlər  vaxtı  bir çox  sərhəd rayonların  əraziləri  zorla 
ermənilərə  verilib  ki,  onların  geri  qaytarılması  məsələsi  qaldırılmalıdır.  Biz  hüququmuzun  pozulmasını  tarixi 
sənədlərlə  sübut  edə  bilərik.  Bu  tarixi  müqavilələr  Qarabağ  danışıqlarında  beynəlxalq  təşkilatlar  qarşısında 
ortaya qoyulub, Ermənistanın işğalçılığını sübuta yetirə bilən sənədlərdir. Məncə, bundan istifadə etməliyik”. 
 
Ermənilərin ötən əsrin əvvəlindən başlatdıqları işğalçılıq siyasəti hələ də davam etməkdədir 
 
Millət vəkili Asim Mollazadə vurğulayıb ki, İrəvan müəyyən səbəblərdən ermənilərə güzəştə gediləndə 
buranın  əhalisinin  yetmiş  faizi  azərbaycanlılardan  ibarət  olub.  İrəvan  Ermənistanın  mərkəzi  olduqdan  sonra, 
Rusiya imperiyasının, sovetlərin zamanında azərbaycanlıların oradan etnik təmizlənməsinə başlanıb. Hətta ötən 
əsrin 40-cı illərində bu təmizləmə həyata keçirilib. Həmin vaxt deyilib ki, guya, erməni diasporası Ermənistana 
qayıtmalıdır.  Bu  səbəbdən  yüzminlərlə  azərbaycanlı  İrəvandan  deportasiya  edilib.  Proses  bu  gün  də  davam 
etməkdədir. Müqavilələri, şərtləri hər zaman olduğu kimi pozan Ermənistan Dağlıq Qarabağı işğal edərək, bir 
milyondan  çox  azərbaycanlını  öz  torpaqlarından  didərgin  salıb.  Hesab  edirəm  ki,  bu  deportasiyalar,  faciələr 
barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmalıyıq. Bütün dünyaya sübut etməliyik ki, ermənilərin ötən əsri 
əvvəlindən başlatdıqları işğalçılıq siyasəti hələ də davam etməkdədir”.  
"Tarixi sənədlərlə ermənilərin işğalçılığının sübutu Dağlıq Qarabağ münaqişəsinin həllinə müsbət təsir 
göstərə bilərmi” - sualına cavabında isə, deputat deyib ki, hansısa müqavilələr, sənədlər qalsın bir yana, faktiki 
olaraq  bu  gün,  XXI  əsrdə  Ermənistan  bütün  beynəlxalq  hüquq  normalarını  pozmaqdadır  "BMT-nin 
Təhlükəsizlik  Şurasının  Qarabağ  münaqişəsi  ilə  bağlı  qətnamələri  var  ki,  Ermənistan  buna  məhəl  qoymur. 
Hazırda o qətnamələr lazımsız kağız parçasına çevrilib. Bütün dünya ictimaiyyəti də Ermənistanın saymazlığına 
göz  yumur.  Təbii  ki,  yüzilliklər  boyu  Ermənistanın  Azərbaycana  qarşı  işğalçılıq  siyasətini  dünyaya 
çatdırmalıyıq. Hər halda bunun münaqişənin həllinə müəyyən təsirləri ola bilər. Ən azından beynəlxalq güclər 
ermənilərin məkrli siyasətindən bir daha məlumatlı olacaqlar”. 
 
Ermənistanın işğalçılıq siyasətinə "dur” deyilmir 
 
Milli  Strateji  Tədqiqat  Mərkəzinin  rəhbəri,  politoloq  Natiq  Mirinin  qənaətincə,  tarixi  müqavilələri 
BMT-nin  və  digər  beynəlxalq təşkilatların  qarşısında qaldırmaqla,  bir çox  gerçəklikləri  onların  yadına  salmaq 
lazımdır:  "Beynəlxalq  güclər  anlasınlar  ki,  hansısa  zaman  kəsiyində  Azərbaycan  çox  güclü  bir  dövlət  olaraq, 
milli  mənafelərinə  uyğun  olmayan  tarixi  müqavilələri  ləğv  etməyə  başlayacaq.  Bu  kimi  məsələlərdə  dünya 
dövlətlərinin müəyyən fəaliyyətləri var. Məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya güclərinin 
yaddaşına  "Lozanna  müqaviləsi”ni  salaraq  bildirdi  ki,  bu  müqavilə  Türkiyənin  mənafeyinə  uyğun  razılaşma 
olmayıb.  Ərdoğan  bu  müqavilənin  müqəddəs  olmadığını  deyərək,  bunu  ləğv  edə  biləcəklərini  söyləmiş  oldu. 
Azərbaycan da tarixi məsələləri ortaya çıxarmaqla dünya güclərinə anlada bilər ki, heç olmasa indi Ermənistana 
razılaşmaları  pozduğu  üçün  təzyiqlər  etsin.  Faktiki  olaraq  Dağlıq  Qarabağ  münaqişəsinin  həlli  ilə  bağlı 
beynəlxalq hüquq anlayışı kobud surətdə pozulur. Nədənsə, beynəlxalq qurumlar tərəfindən beynəlxalq hüquq 
gözardı  edilir,  Ermənistanın  işğalçılıq  siyasətinə  "dur”  deyilmir.  Biz  tarixi  və  bugünkü  durumu  ciddi  şəkildə 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
332 
gündəmə  gətirməklə  bütün  dünyanın  diqqətinə  çatdırılmalıdır  ki,  İrəvan  ermənilərə  o  vaxt  güzəştə  gedilib ki, 
sonra Azərbaycana qarşı ərazi iddiaları olmasın. Bu razılaşma zamanı Ermənistan üzərinə öhdəlik götürüb. Bu 
gün Dağlıq Qarabağın işğalı, işğalçılığın davamı ötən əsrin əvvəlində Ermənistanın üzərinə götürdüyü öhdəliyə 
əksdir.  Beynəlxalq  hüquq  nöqteyi-nəzərindən  Ermənistanla  Azərbaycan  arasında  tarixin  bütün  zamanlarında 
bağlanmış müqavilələr, razılaşmalar təbliğ edilməlidir. Əgər Ermənistan tarixi sənədlərə də məhəl qoymursa, o 
zaman  İrəvanın  ermənilərə  güzəştə  gedilməsi  haqqındakı  tarixi  müqavilə,  bu  gün  Milli  Məclisdə  müzakirəyə 
çıxarılaraq  ləğv  edilməlidir.  Milli  Məclis  belə  bir  qərar  qəbul  edərsə,  1918-ci  il  müqaviləsini  ləğv  edərsə,  o 
zaman Dağlıq Qarabağ münaqişəsinin həllində hərəkətlilik yarana bilər. 
Çünki  İrəvanın  güzəştə  gedilməsi  haqqındakı  müqavilənin  ləğvi  Ermənistanın  və  onun  havadarlarının 
geosiyasi maraqlarına uyğun deyil. Ona görə də həmin havadarlar, Ermənistana təzyiq edə bilərlər ki, Qarabağ 
iddiasından əl çəkib, işğala son qoysunlar. Hesab edirəm ki, tarixi sənədlərin gündəmə gətirilməsi yeni proseslər 
yaratmaq iqtidarındadır ki, bundan istifadə edilməlidir”. 
Azərbaycan  Xarici  İşlər  Nazirliyinin  mətbuat  katibi  Hikmət  Hacızadə  isə  deyib  ki,  Dağlıq  Qarabağ 
münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi Bakı bütün imkanlardan istifadə edir: "Danışıqlarda hər 
bir  vasitədən,  eləcə  də  tarixi  sənədlərdən,  müqavilələrdən  yararlanılır.  Zamanzaman  bu  məsələlər  gündəmə 
gətirilir,  beynəlxalq  təşkilatlarda irəli sürülür.  Sadəcə  işğalçı  Ermənistan  beynəlxalq  hüququn  bütün  norma  və 
prinsiplərini kobud şəkildə pozaraq məkrli siyasətini davam etdirməkdədir. Çox təəssüflər olsun ki, beynəlxalq 
güclər  bu  siyasətinə  görə  Ermənistana  təzyiq  etmirlər,  Azərbaycanın  ərazi  bütövlüyünü  qəbul  etsələr  də,  tam 
dəstəklərini ifadə etmirlər”. 
Ermənistan  işğalçılıq  siyasətini  davam  etdirsə  də,  ictimaiyyət  nümayəndələri  tarixi  sənədlərdən 
istifadəni  bütün  hallarda  gündəmə  gətirməyin,  bu  vasitədən  istifadə  etməyin  müsbət  nəticələr  verə  biləcəyi 
qənaətindədirlər.  İşğala  məruz  qalan  ölkə  kimi  hüquqi  cəhətdən  bizim  tərəfimizdə  olan  hər  bir  imkandan 
yararlanmaqda faydanın olması inandırıcıdır. 
 
Şərq.-2016.-13 dekabr-№ 229.-S.7. 

Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə