Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə213/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   209   210   211   212   213   214   215   216   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
323 
 
 Ümumiyyətlə,  Heydər  Əliyev  respublikaya  rəhbər  təyin  olunan  ilk  gündən  Dağlıq  Qarabağla  bağlı  xüsusi 
siyasət  yürütməyə  başladı.  Hələ  1967-ci  ildə  DQMV  ərazisində  üç  azərbaycanlının  avtomobilinin  içində 
yandırılması  nəticəsində  başlayan  milli  qarşıdurma  elementlərini  büruzə  verən  separatizm  qığılcımlarının 
nəticəsini  əvvəlcədən  görən  ölkə  rəhbəri  qətiyyətli  addımlar  atdı.  Vilayət  rəhbəri,  şovinist  V.Şahnazaryan 
Azərbaycana loyal Melkumyanla əvəzləndi, hüquq-mühafizə orqanlarında isə ciddi təmizləmə aparıldı. 1973-cü 
ilin avqustunda  Azərbaycan  Dövlət Təhlükəsizlik  Komitəsinin  5-ci şöbəsi  “erməni  millətçiləri” adlı  əməliyyat 
keçirərək Daşnaksütyun təşkilatı ilə bağlı olan bir qrup şəxsi həbs etdi. 
Buna  baxmayaraq,  ermənilər  1977-ci  ildə  SSRİ  Konstitusiyası  və  1978-ci  ildə  Azərbaycan  SSR 
Konstitusiyası  qəbul  edilərkən  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi  ilə  bağlı  iddialar  qaldıraraq 
Moskvaya,  SSRİ  mərkəzi  orqanlarına  kütləvi  ərizələrlə  müraciət  etməyə  başladılar.  Bu  zaman  Krımda 
istirahətdə olan Sovet İttifaqı KP MK-nın baş katibi L.Brejnevlə görüşən Heydər Əliyev erməni şovinistlərinin 
Dağlıq Qarabağla bağlı əsassız iddialarını puça çıxartmış oldu. 
1923-cü ildə Azərbaycanın altına qoyulan “gec partlayan bomba” - DQMV-də cərəyan edən və günü-gündən 
genişlənən  ekstremist  meyillər  qısa  müddət  ərzində  ölkənin  yeni  rəhbərinin  fəaliyyəti  nəticəsində 
neytrallaşdırıldı və bu inzibati subyektin müstəqilliyinə, Bakıya saymazyana münasibətinə 1987-ci ilə qədər tam 
son  qoyuldu.  Bu  ərazidə  Azərbaycanın  milli-mənəvi  irsinin  daha  geniş  təşəkkül  tapması  üçün  Heydər  Əliyev 
xüsusi tədbirlər planı hazırlayaraq onları böyük müvəffəqiyyətlə həyata keçirdi. 1982-ci ildə Qarabağın ən uca 
zirvəsində  Azərbaycan  varlığının  canlı  təcəssümü  kimi  Vaqifin  məqbərəsini  ucaldanda  Heydər  Əliyev  tarixi 
missiyasının - bu vilayəti tam olaraq azərbaycanlılaşdırdığının təntənəsini yaşadı. Lakin həmin ilin sonlarında o, 
Azərbaycanı  tərk  edərək  Moskvaya  rəhbər  vəzifəyə  getdikdən  sonra  erməni  separatçılarının  vilayətdə 
reabilitasiya mərhələsi başladı və Heydər Əliyev 1987-ci ilin oktyabrında bütün vəzifələrindən istefa verdikdən 
sonra isə ekstremizm ən qanlı formalarda təzahür etdi. 
Heydər  Əliyevin  hakimiyyətdən  uzaqlaşmasından  dərhal  sonra  erməni  separatizmi  ilk  hücuma  keçdi. 
Ermənistan  Elmlər  Akademiyası  DQMV  və  Naxçıvan  Muxtar  Respublikasının  Ermənistan  SSR-ə 
birləşdirilməsi  üçün  minlərlə  adamın  imzası  ilə  müraciət  hazırladı.  Ermənilərin  ilk  kütləvi  etiraz  aksiyaları  da 
məhz  1987-ci  ilin  oktyabr  ayının  sonlarında  oldu.  Çardaqlı  kəndinin  erməni  əhalisi  azərbaycanlı  sovxoz 
direktorunun  namizədliyini  qəbul  etməyərək  mitinq  keçirdi.  Tezliklə  Çardaqlıdakı  etiraz  dalğası  ətraf  mühitlə 
bağlı - kimya zavodu və Metsamor Atom Elektrik Stansiyasının bağlanması tələbi ilə nümayiş keçirilən İrəvana 
gedib  çatdı.  Lakin  ertəsi  gün  dinc  ekoloji  nümayiş  DQMV-nin  və  Naxçıvanın  Ermənistana  birləşdirilməsini 
tələb edən siyasi hərəkata çevrildi. 
Bir  qədər  sonra,  1987-ci  ilin  noyabr  ayında  Qorbaçovun  komandasına  daxil  olan,  onun  iqtisadi  məsələlər 
üzrə  müşaviri,  erməni  akademik  Abel  Aqanbekyan  Fransanın  “Humanite”  qəzetinə  verdiyi  müsahibəsində 
vurğulayırdı  ki,  “mən  iqtisadçı  kimi  əmin  edirəm  ki,  DQMV-nin  coğrafi  cəhətdən  daha  çox  bağlı  olduğu 
Ermənistana birləşdirilməsi düzgün olardı. Bu barədə mənim xüsusi təklifim var və onu artıq təqdim etmişəm. 
İnanıram  ki,  yenidənqurma  və  demokratiya  şəraitində  bu  problem  öz  həllini  tapacaq”.  Bədnam  akademik 
müsahibəsində M.Qorbaçovun 1987-ci ilin fevral plenumunda etdiyi çıxışın  əsas tezisinə - “Milli məsələlərin 
həllində  təəssüfdoğurucu  gecikmə  aradan  qaldırılmalıdır”  fikrinə  istinad  edirdi.  Bu  müsahibə  separatizm 
meyillərinin aşkar büruzə verilməsi üçün siqnal rolunu oynadı. 
 
İlk qığılcım 
 
Həmin  ərəfədə  artıq  DQMV  ərazisində  separatçı  “Krunk”  təşkilatı  yaradılmışdı  və  onun  üzvləri  1988-ci  il 
yanvar  ayının  əvvəllərində  yardım  üçün  Moskvaya  getmişdilər.  Artıq  separatçılıq  dalğasının  başlaması  üçün 
ideoloji-təbliğat  işi  böyük  vüsət  alırdı.  Bu  vaxt  Moskvadan  qayıdan  “Krunk”un  rəhbərləri  bəyan  edirlər  ki, 
Sovet  İttifaqı  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  milli  məsələlər  üzrə  şöbəsinin  müdiri  V.Mixaylovla 
görüşlərində onlara müstəqillik tələblərinin mərkəzdən müdafiə olunması ilə bağlı vəd verilib. M.Qorbaçovun 
köməkçisi D.Şahnazaryan isə bildirib ki, baş katib ermənilərin öz müqəddəratını təyinetmə haqlarına hörmətlə 
yanaşır və onların tələblərini qanuniləşdirməyə hazırdır. Artıq bu ərəfədə Xankəndidə mitinqlər də başladı. 
1988-ci  ilin  yanvar  ayınadək  Qarabağ  münaqişəsinin  yeni  mərhələsinin  startı  üçün  bütün  hazırlıq 
yekunlaşmışdı.  Heydər  Əliyevin  ittifaq  rəhbərliyindən  uzaqlaşdırılması  ilə  mərkəzdə  ermənilərin  xeyrinə 
dəyişən balans problemin həllində Moskvanın birbaşa olaraq ermənipərəst mövqe tutacağını şərtləndirirdi. Son 
mərhələ üçün qığılcım lazım idi. Bu isə Xankəndidən - Stepanakertdən başlamalı idi. 
Çox  gözləməyə  ehtiyac  qalmadı.  Ermənistandan  xalq  deputatları  qismində  vilayətə  gələn  emissarların 
təşkilatçılığı ilə fevralın 5-də Xankəndidə ilk mitinq keçirilir. Cəmi 90 nəfərin iştirak etdiyi mitinqdə istənilən 
nəticə  alınmadığından,  həmçinin  vilayət  milisləri  tərəfindən  mitinqin  dağıdılması  tədbirin  yarımçıq 
dayandırılmasını zəruri edir. Fevralın 9-da keçirilən mitinqə isə 150 nəfərədək adam gəlir. Bu mitinqdə əsasən 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə