Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə214/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   209   210   211   212   213   214   215   216   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
324 
sosial tələblər səsləndirilir və bəyan edilir ki, vilayət Ermənistana birləşərsə, bu problemlər öz həllini tapa bilər. 
Bu mitinqdə ilk dəfə olaraq “saqqallılar” adlanan xüsusi hərbi dəstənin üzvləri də görünür. Onlar Ermənistandan 
gəldikləri  ilk  saatdan  etibarən  vilayətdəki  vəziyyəti  demək  olar  ki,  öz  nəzarətlərinə  götürür  və  Azərbaycan 
əleyhinə açıq-aşkar şüarlar səsləndirərək əhali arasında özlərinə qarşı xof yaradırlar. 
Bilavasitə  saqqallıların  zorakı  səyləri  nəticəsində  fevralın  13-dəki  mitinqə  300  nəfərə  qədər  adam  toplaşır. 
Rəsmi  Bakının  baş  verən  bu  separatist  meyilləri  neytrallaşdırmaqda  tərəddüd  göstərməsi,  həmçinin  vilayət 
rəhbərliyinin  ictimai  asayişi  pozan  hadisələri  yatırtmağa  xüsusi  həvəsinin  olmaması  saqqallıların  real  güc 
mərkəzinə  çevrilməsinə  və  Ermənistandan  göndərilən  tapşırıqlara  uyğun  olaraq  vəziyyəti  daha  da 
gərginləşdirmələrinə  münbit  şərait  yaradır.  Elə  bu  ərəfədə  Yerevandan  qəti  hərəkətə  keçmək,  eləcə  də 
“miatsum” - birləşmək iddiasını hüquqiləşdirmək barədə təlimat gəlir. Və təşəbbüs artıq vilayətin qanunverici 
orqanının əlinə keçir. 
Fevralın 20-də çağırılan vilayətin Xalq Deputatları Sovetinin fövqəladə iclasında gündəliyə yalnız bir məsələ 
- DQMV-nin Ermənistana birləşdirilməsi ilə bağlı təklifin müzakirəsi çıxarılır. Vilayət deputatları arasında ciddi 
təbəddülat yaranır. Ümumi deputat kvotasının 33 faizinə malik azərbaycanlı deputatlar iclası boykot edir, əksər 
ermənilər isə Azərbaycanın göstərə biləcəyi iradədən hələ də qorxaraq sessiyaya gəlmirlər. Yenə də ümid qalır 
saqqallılara.  Onlar  erməni  deputatların  evlərinə  hücum  edərək  onları  zorakılıqla  sessiyaya  gətirirlər.  Lakin 
vilayət  Xalq  Deputatları  Sovetinin  sədri  Vladimir  Osipov  sessiyaya  gəlməkdən  imtina  edir.  Bu  vaxt  digər 
problem  -  yetərsayın  olmaması  da  meydana  çıxır.  Beləliklə,  rəyasət  heyətində  görünən  vilayət  XDS-nin  sədr 
müavini  Şmavon  Petrosyan  kvorumun  olmaması  səbəbindən  sessiyanı  açmadan  bağlı  elan  edir.  Həmin  gün 
bölgəyə gələn Sov.İKP MK-nın şöbə müdiri M.Yaşin və Azərbaycanın rəhbəri Kamran Bağırovla Ali Sovetin 
sədri  Süleyman  Tatlıyev,  eləcə  də  vilayət  partiya  komitəsinin  rəhbəri  Boris  Gevorkov  sessiyanın  təxirə 
salınması ilə bağlı təkliflə çıxış etsələr də, onlar fit sədaları altında binadan qovulurlar. 
...Altı il öncə isə bu ermənilərin Azərbaycan rəhbərinin qarşısında nəinki fit çalmağa, heç səslərini çıxarmağa 
cürətləri  çatmırdı.  6  il  öncə  bu  ermənilər  Azərbaycan  rəhbərinin  qarşısında  ikiqat  təzim  edərək  onun  adi 
göstərişini  yerinə  yetirməkdən  belə  xoşbəxt  olduqlarını  dönə-dönə  bəyan  edirdilər.  6  il  öncə  bu  ermənilər 
Azərbaycan, Bakı adı gələndə ürəklərinə vəlvələ düşür, millətimizin hər hansı bir nümayəndəsinin qarşısında öz 
cılızlıqlarını  etiraf  edirdilər.  1982-ci  illə  1988-ci  il  arasında  dəyişən  fərq  isə  yalnız  azərbaycanlıların 
əzmkarlığında və ermənilərin cəsarətində deyildi, həm də Azərbaycanın xeyrinə işləməyən zamanın ziddiyyətli 
mahiyyətində  özünü  büruzə  verirdi.  Ən  əsası,  ən  ümdəsi  isə  Azərbaycanın  varlığını  təcəssüm  etdirməli  olan 
rəhbər 6 il öncəki rəhbər deyildi... 
Vilayət  XDS-nin  sessiyası  kvorum  olmadan  işə  başlayır.  İclasın  təşəbbüskarları  olan  Ermənistan  SSR  Ali 
Sovetinin  deputatları,  əsasən  isə  vilayət  yazıçılar  ittifaqının  sədri  Vardan  Akopyanın  təzyiqi  ilə  deputatlar 
gündəlikdə olan yeganə məsələnin müzakirəsinə keçirlər. Və nəhayət, gecə yarısı DQMV-nin Azərbaycan SSR-
in  tabeliyindən  çıxaraq  Ermənistan  SSR-in  tərkibinə  daxil  olması  barədə  qərar  qəbul  edilir.  Bu  qərar 
Azərbaycanın  ərazi  bütövlüyünə  təhlükə  və  SSRİ  Konstitusiyasına  zidd  olmaqla  yanaşı,  həm  də  ittifaq 
miqyasında muxtar subyektin separatizm meyillərinin ilk qığılcımı idi. 
 
Təklənmiş Qarabağ 
 
Bu  hadisənin  səhəri  gün  vilayət  partiya  komitəsinin  plenumu  keçirilir.  Siyasi  Büronun  üzvləri 
Razumovskinin, Demiçevin, eləcə də Azərbaycanın rəhbəri Kamran Bağırovun iştirakı ilə baş tutan plenumda 
DQMV  PK-nın  birinci  katibi  Boris  Gevorkovun  vəzifəsindən  azad  edilməsi  ilə  bağlı  qərar  qəbul  olunur.  Ən 
təəssüfedici  məqam  isə  o  idi  ki,  Azərbaycana  tam  loyal  olan  B.Gevorkovun  yerinə  ekstremist  “Krunk” 
təşkilatının rəhbəri, Xankəndidə keçirilən qanunsuz mitinqlərin aparıcısı olan V.Poqosyan təyin olunur. Mərkəzi 
rəhbərliyin,  eləcə  də  Bakının  razılığı  ilə  Dağlıq  Qarabağ  rəsmən  baş  separatçının  nəzarətinə  verilir.  Beləliklə, 
vilayətdə  saqqallıların  başladığı  avantüra  qısa  zaman  ərzində  uğurla  tamamlanır  və  Azərbaycan  rəhbərliyinin 
məsələyə  laqeyd  münasibəti  artıq  erməni  əhalisində  olan  xofu  da  tamamən  dağıdır.  Böyük  fədakarlıqlar 
bahasına  erməniyə  göz  dağı  kimi  qoruduğumuz  tarixi  ərazimizi  -  Dağlıq  Qarabağ  bölgəsini  belə  asanlıqla 
itirməyə başladıq. 
1988-ci  ildə  erməni  separatçılarının  qısa  müddət  ərzində  qazandığı  uğurların  əsas  səbəbi  Moskvadan 
aldıqları  genişyönümlü  dəstək  olsa  da,  rəsmi  Bakının  nümayiş  etdirdiyi  susqunluq  və  laqeyd  münasibət  də 
məlum  proseslərin  nəzarətdən  çıxmasını  şərtləndirdi.  Prosesin  baş  verdiyi  ilk  günlərdə  vilayətin  erməni 
əhalisində böyük qorxu hissi var idi. Onlar hələ də Azərbaycana qarşı birbaşa çıxış etməkdən qorxurdular. Hətta 
Ermənistandan  gəlmiş  saqqallılar  onları  zorla,  döyə-döyə  mitinqə  gətirəndə  də  oranı  yarımçıq  tərk  edirdilər. 
Əgər Azərbaycan rəhbərliyi vəziyyətə müdaxilə etmək istəsəydi və vilayət ərazisində əsrlər boyu yaşayan yerli 
azərbaycanlı  əhalinin  düşmənin  müqavimətinə  qarşı  səfərbər  olmasını  təmin  edə  bilsəydi,  separatçılığın 
qarşısını elə fevralın birinci həftəsində almaq olardı. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə