Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə215/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   209   210   211   212   213   214   215   216   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
325 
Bakı rəhbərliyi sussa da, Qarabağ  əhalisi bələd olduğu erməni məkrini dayandırmaq üçün səfərbər olurdu. 
Hadisələrin  ən  qızğın  vaxtında  -  fevral  ayının  22-də  Ağdamın  minlərlə  sakini  Əskəran  üzərinə  yürüşə  çıxdı. 
Ancaq  bu  yürüşün  qarşısı  Bakıdan  göndərilmiş  emissarlar  vasitəsilə  alındı,  hətta  yürüş  iştirakçıları  təqib  də 
edildi.  İndiyədək  5  mindən  artıq  övladını  vətən  yolunda  şəhid  vermiş  Ağdam  məhz  həmin  gün  Qarabağ 
münaqişəsinin ilk şəhidlərini - Əli ilə Bəxtiyarı torpaq və millət uğrunda fəda etdi. 
Digər rayonların əhalisinin müdafiə dəstələrinin yaradılması barədə çağırışlarına da nəinki müsbət münasibət 
bildirilir,  hətta  adi  ov  silahları  da  azərbaycanlılardan  yığılırdı.  Qarabağlılar  artıq  öz  tənhalıqlarını,  bu 
müharibədə yalqız qaldıqlarını bütün aydınlığı ilə hiss edirdilər. Ən əsası isə Bakıda əyləşən manqurt rəhbərlik 
qarabağlılara Qarabağı xilas etməyə, qorumağa imkan vermir, hər cür maneə yaradırdı. 
 
Kimdir günahkar? 
 
Azərbaycan  hər  tərəfdən  məngənəyə  salınmışdı.  Mərkəzdən  ermənipərəst  mövqe,  beynəlxalq  aləmdən 
antiazərbaycan  münasibət,  yerli  rəhbərlikdən  isə  laqeydlik  və  saymazlıq  görən  azərbaycanlı  əhalinin  gücü  öz 
etirazını  mitinqlərlə  bildirməyə  çatırdı.  Ancaq  1988-ci  ilin  birinci  yarısında  ölkədə  mitinqlər  hələ  kütləvi 
xarakter almamışdı. Bu arada DQMV ətrafında siyasi vəziyyət gərginləşirdi. 
1988-ci  ilin  may  ayında  eyni  gündə  Azərbaycan  və  Ermənistan  kommunist  partiyalarının  qurultayları 
keçirildi. Bakıdakı və Yerevandakı qurultaylarda müvafiq olaraq Siyasi Büronun üzvləri və Mərkəzi Komitənin 
katibləri  olan  Yeqor  Liqaçovla  Aleksandr  Yakovlev  iştirak  edirdilər.  İttifaq  rəhbərliyinin  təmsilçiləri  olan  bu 
şəxslərdən  biri  -  Y.Liqaçov  Bakıda  bəyan  edir  ki,  Moskva  Azərbaycanın  ərazi  bütövlüyünə  hörmətlə 
yanaşdığından Qarabağın müstəqilliyinə heç vaxt razılaşmaz. A.Yakovlev isə Yerevanda bildirir ki, demokratik 
prinsiplərə  və  xalqların  öz  müqəddəratını  təyinetmə  hüququna  hörmətlə  yanaşan  rəsmi  Moskva  Qarabağı 
Ermənistanın  tərkibində  görür.  Eyni  gündə  qarşı  duran  tərəflərə  belə  “tərəfkeşlik”  etməklə  M.Qorbaçov  və 
erməni  lobbisinin  digər qulları  nəticədə regionun  ən  böyük  münaqişəsini  hərbi  müstəviyə  keçirdilər.  Bakıdakı 
plenumda  iştirak  edən  DQMV  partiya  komitəsinin  birinci  katibi  Poqosyan  iclası  yarımçıq  tərk  edərək 
Xankəndiyə  qayıtdı  və  burada  rəsmən  bəyan  etdi  ki,  o,  nəinki  bir  də  Bakıya  getməyəcək,  hətta  DQMV 
ərazisində  Azərbaycan  qanunları,  ümumiyyətlə,  işləməyəcək.  Beləliklə,  vilayətlə  Bakı  arasında  olan  kövrək 
inzibati əlaqələr də tamamilə kəsildi. 
1989-cu ilin 12 yanvarında SSRİ Ali Sovetinin Rəyasət Heyəti “Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar 
Vilayətində xüsusi idarə formasının tətbiq edilməsi haqqında” fərman verir. Fərmana əsasən Dağlıq Qarabağın 
Azərbaycan tərkibində muxtar vilayət statusu saxlanılmaqla bölgədə bilavasitə Moskvaya tabe olan xüsusi idarə 
forması  yaradıldı.  Bölgədə  vəziyyəti  sabitləşdirmək  məqsədilə  bu  qərarın  imzalanması  barədə  verilən 
bəyanatların tam əksinə olaraq Arkadi Volskinin rəhbərlik etdiyi Xüsusi İdarə Komitəsi vilayətin Azərbaycanın 
yurisdiksiyasından  çıxarılması  üçün  bütün  vasitələrdən  istifadə  etdi  və  nəticədə  DQMV  müstəqil  subyektə 
çevrildi.  Bu  şəxs  DQMV-nin  tam  iqtisadi  müstəqilliyini  reallaşdırmaq  üçün  vilayət  ərazisindəki  bütün 
müəssisələrin artıq Azərbaycan ərazisində deyil, Ermənistan ərazisində yerləşən müəssisələrlə iqtisadi əlaqələr 
qurmasını təmin edən sərəncamlar verdi və bunu qısa müddət ərzində həyata keçirdi. 
Bu  antiazərbaycançı  fəaliyyətin  reallaşmasında  A.Volskinin  ən  fəal  “köməkçisi”  isə  Azərbaycanın  rəhbəri 
Əbdürəhman  Vəzirov  idi.  Ümumiyyətlə,  Vəzirov-Volski  dueti  Qarabağda  Azərbaycan  təsirinin  minimuma 
endirilməsi  üçün  nə  imkanları  var  idisə,  etdi.  Bu  “missiyanı”  Ayaz  Mütəllibov  da  davam  etdirərək  Qarabağın 
Azərbaycandan  təcridinə  tam  şərait  yaratdı.  Ölkədə  baş  verən  siyasi  kataklizmlər,  AXC  rəhbərlərinin  və 
fəallarının  malik  olduqları  silahlı  dəstələrin  hakimiyyət  uğrunda  mübarizəyə  cəlb  edilməsi  nəticə  etibarilə 
Azərbaycanı məğlubiyyətə doğru aparırdı. 
Dağlıq Qarabağı 1992-ci ilə qədər demək olar ki, artıq qarış-qarış itirmişdik. Vilayət ərazisində yerləşən və 
58 min azərbaycanlının yaşadığı 53 kənd ermənilər tərəfindən tamam təmizlənmişdi. A.Volskinin Xüsusi İdarə 
Komitəsini  əvəz  edən  V.Polyaniçkonun  Xüsusi  Təşkilat  Komitəsi  də  sələfinin  fəaliyyətini  davam  etdirərək 
DQMV-nin  Azərbaycanın tabeliyindən  ayrılmasına təkan  verdi.  Artıq  münaqişə hərbi  xarakter almış  və  terror 
mərhələsinə  qədəm  qoymuşdu.  1991-ci  ilin  27  noyabrında  Azərbaycan  Ali  Soveti  Dağlıq  Qarabağda  muxtar 
vilayət statusunu ləğv edəndə isə vilayət tamamən Ermənistanın nəzarətinə keçmişdi. 
Bir  müddət  sonra  erməni  təcavüzkarları  dünyanın  ən  qanlı  soyqırımlarından  birini  -  Xocalı  faciəsini 
törətdilər.  Növbəti  illərdə  isə  keçmiş  DQMV  ətrafındakı  rayonlarımız  da  işğala  məruz  qaldı  və  beləliklə  də 
Azərbaycanın qara təqvimi yarandı… 
 
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri 
 
  
 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
326 
Dağlıq Qarabağ                                               
Ərazisi - 4388 km2                             
Əhalisi - 189085                                 
 
Şuşa 
Ərazisi                         - 289 km2 
Əhalisi (1989)  - 20579 
Azərbaycanlılar            - 19036 (92,5%) 
Ermənilər                     - 1377 (6,7%) 
İşğal tarixi                    - 1992, 8 may 
 
Ətraf rayonlar        İşğal tarixi                   Əhalisi 
Laçın                    1992, 18 may                 - 66646 
Kəlbəcər                1993, 2 aprel                 - 61947 
Ağdam                 1993, 23 iyul                  - 145359 
Füzuli                   1993, 23 avqust             - 106543 
Cəbrayıl              1993, 23 avqust               - 62519 
Qubadlı               1993, 31 avqust              - 31619 
Zəngilan              1993, 29 oktyabr             - 36335 
 
Təcavüzün qurbanları 
Həlak olanlar - 20000 
Əlil olanlar - 50000 
İtkin düşənlər - 4866 
 
Dağıntılar və ziyanlar 
Yaşayış məntəqələri                 - 900 
Evlər                                       - 130939 
İctimai binalar                         - 7000 
Məktəblər                               - 1025 
Uşaq bağçaları                        - 855 
Səhiyyə ocaqları                      - 798 
Kitabxanalar                            - 927 
Məscidlər                                 - 62 
Tarixi abidələr, muzeylər və yerlər    - 900 
Muzey eksponatları                  - 60000 
Sənaye və kənd təsərrüfatı obyektləri   - 2389 
Avtomobil yolları                     - 5198 km 
Körpülər                                 - 348   
Su xətləri                                 - 7568 km 
Qaz xətləri                               - 2000 km 
Elektrik xətləri                          - 76940 km 
Meşələr                                   - 280000 ha 
Məhsuldar torpaqlar                - 1000000 ha 
İrriqasiya sistemləri                  - 1200 km 
 
 
 “Azərbaycan”.-2015.-8 fevral.-N 30.-S.6. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə