Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə209/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   205   206   207   208   209   210   211   212   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
318 
bölüşdürməyi planlaşdırırdı. O, Rusiya hakim dairələrinə göndərmiş olduğu məktublarının birində yazırdı: “... 
Belə  hesab  edirəm  ki,  Azərbaycana  sahib  olmaq  Rusiya  üçün  əlverişlidir.  Sonra  isə  həmin  torpaqların  bir 
hissəsini mənə güzəştə gedərsiniz”. 
Lakin  Rusiya-Osmanlı  müharibəsi  (1787-1791)  başlandığı  üçün  rus  qoşunları  Qafqaz  xəttinə  çağırılmış  və 
Azərbaycan ərazisindən geri dönməyə məcbur olmuşdular. 1787-ci ilin sentyabrında birləşmiş qüvvələrin geriyə 
döndüyünü görən xristian məlikləri də onların ardınca getməli olmuşdular. Beləliklə, XVIII  əsrin II yarısında 
Rusiya  imperiyasının  erməni  missionerlərinin  və  Qarabağın  xristian  məliklərinin  köməyi  ilə  Azərbaycan 
xanlıqlarını,  o  cümlədən  Qarabağ  xanlığını  ələ  keçirərək  bu  ərazidə  “alban  çarlığı”  və  ya  “erməni  dövləti” 
yaratmaq siyasəti baş tutmamışdır. 
Amma çar hökuməti Azərbaycanda özünə dayaq yaratmaq cəhdindən əl çəkmir və bölgənin etnik tərkibinin 
dəyişdirilməsi  üçün  xüsusi  tədbirlər  həyata  keçirirdi.  XVIII  əsrin  sonu  -  XIX  əsrin  əvvəllərindən  etibarən  isə 
Rusiyanın  Azərbaycandakı  işğalçılıq  fəaliyyəti  gücləndi.  Gürcüstanın,  eləcə  də  Azərbaycanın  Car-Balakən 
camaatlığının  və  Gəncə  xanlığının  işğalından  sonra  növbədə,  şübhəsiz  ki,  Qarabağ  xanlığı  idi.  Böyük  bir 
imperiya  ilə  qarşı-qarşıya  çıxmaq  imkanında  olmayan  Qarabağ  xanı  İbrahim  Cavanşir  məcburiyyət  qarşısında 
imperiya  qoşunlarının  komandanı  P.Sisianovla  1805-ci  il  mayın  14-də  Kürəkçay  müqaviləsi  bağladı. 
Müqaviləyə  əsasən,  Qarabağ  xanlığı  məhz  Azərbaycan  torpağı  kimi  Rusiyaya  ilhaq  olundu.  Bu  müqavilə 
Qarabağın Azərbaycana məxsus olduğunu sübut edən ən mötəbər sənəddirş 
 
Erməni köçü Qarabağın etnik tərkibini dəyişdirdi 
 
Bu dövrdən sonra Qarabağa ermənilərin köçürülməsi dinamik xarakter aldı. Faktlara nəzər salaq. Rus alimi 
N.N.Şavrov 1911-ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi “Novaə uqroza russkomu delu v Zaqafqaze” kitabında 
yazırdı:  “1830-cu  ilədək  Zaqafqaziyaya  40  min  İran  və  84  min  Türkiyə  ermənisi  köçürmüş  və  onları 
Yelizavetpol  (Qarabağ  bura  aid  idi  -  İ.H.)  və  İrəvan  quberniyalarının  ən  yaxşı  dövlət  torpaqlarında 
yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi... 124 min rəsmi köçürülən erməni ilə yanaşı, qeyri-rəsmi köçən 
ermənilərin sayı 200 mindən artıqdır... Zaqafqaziyada yaşayan 1 milyon 300 min nəfər erməninin bir milyonu 
yerli deyildir. Və onlar vilayətə bizim tərəfimizdən köçürülüb”. 
Hələ  1805-ci  ildə  390  erməni  ailəsinin  Şuşaya  yerləşdirilməsi  məlumdur.  Çarizmin  köçürmə  siyasəti 
nəticəsində  qeyri-müsəlmanların  və  eləcə  də ermənilərin  Azərbaycan torpaqlarına  yerləşdirilməsi  prosesi  daha 
da fəallaşdı. Rusların 1810-cu ildə Qarabağda apardıqları siyahıyaalmaya görə, burada 12000 ailə və ya təqribən 
60000 insan yaşamışdır. Qarabağ əhalisinin 9500 (79%) ailəsi azərbaycanlı, 2500 (21%) ailəsi isə erməni və rus 
əhali idi. Rusların 1823-cü ildə apardıqları siyahıyaalma dəftərində isə Qarabağın toplam 642 kəndinin 155-nin 
ermənilərə, 487-sinin isə azərbaycanlılara aid olduğu göstərilirdi. Bu kəndlərdə yaşayan 18563 ailədən 14618-i 
(78%) azərbaycanlılar, 3945-i (21,2%) isə ermənilərdən ibarət idi. Əhali sayında isə göstərici fərqli idi: Qarabağ 
əhalisinin 91%-ni azərbaycanlılar, 8,4%-ni isə ermənilər təşkil edirdi.  
1828-ci  ildə  Rusiya  ilə  İran  arasında  imzalanmış  Türkmənçay  və  1829-cu  ildə Rusiya  ilə Türkiyə  arasında 
bağlanan Ədirnə müqavilələrinə əsasən, ermənilərin İrandan və Türkiyədən kütləvi şəkildə Şimali Azərbaycana, 
o  cümlədən  Qarabağa  köçürülmələri  rəsmiləşdirildi.  Rəsmi  məlumatlara  əsasən  1828-1830-cu  illərdə  Şimali 
Azərbaycana İrandan 40 min, Osmanlı imperiyasından isə 90 minə qədər erməni köçürüldü. Bunların da əsaslı 
hissəsi məhz  Qarabağ  ərazisində məskunlaşdırıldı. Köçürülən ermənilər üçün 200 min desyatin xəzinə torpağı 
ayrıldı  və  yerli  müsəlman  mülkədarlardan  xüsusi  ərazidən  yerlər  satın  alındı.  Çar  hökuməti  ermənilərin 
Qarabağın iqtisadi həyatında da möhkəmlənməsinə xüsusi əhəmiyyət verirdi. Onlara ən yaxşı torpaqlar bəxşiş 
kimi verilir, sahibkarlıq fəaliyyətləri xüsusi himayə edilir, böyük vergi və  gömrük güzəştləri alır,  ən əsası isə 
ermənilər dövlət qulluğuna götürülürdülər.  
Lakin  çar  hökuməti  əraziyə  ermənilərin  axınını  kütləviləşdirsə  də,  azərbaycanlılar  tarixi  torpaqları  olan 
Qarabağda  əksəriyyət  təşkil  edirdilər.  1832-ci  ilin  siyahıyaalınmasının  nəticələrinə  görə,  etnik  tərkibin  64,8 
faizini azərbaycanlılar, 34,8 faizini ermənilər təşkil edirdi. Göründüyü kimi, 1823-cü ildən sonra Qarabağdakı 
ermənilərin sayı 4 dəfə artmışdır. Ümumiyyətlə isə 1916-cı ilədək Qarabağda əhalinin 51 faizi azərbaycanlılar, 
46 faizi ermənilər idi. 
Qeyd  edək  ki,  Qarabağ  xanlığı  ləğv  edildikdən  sonra  burada  komendant  üsuli-idarəsi  yaradılmış,  ərazi 
mərkəzi Şuşa olan Hərbi Müsəlman Dairəsi tərkibinə daxil edilmişdi. Çar hökumətinin 1840-cı il inzibati-hərbi 
islahatları nəticəsində Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və mərkəzi Şamaxı olan Kaspi (Xəzər) vilayətinə 
tabe edilmişdi. 1846-cı ildə Şuşa qəzası Şamaxı quberniyasına, 1859-cu ildən Bakı quberniyasına tabe edildi, 
1867-ci  ildə  isə  Yelizavetpol  quberniyası  tərkibinə  daxil  oldu.  Bu  məkrli  inzibati-ərazi  bölgüləri  ermənilərin 
idarəçilik sistemində daha geniş təmsil edilməsinə imkanlar açdı. 
XIX  əsrin  sonlarından  etibarən  ermənilərin  Azərbaycan  ərazisində  başladıqları  soyqırımı  siyasəti  qanlı 
məcrada davam edirdi. Kütləvi soyqırımı Qarabağda daha faciəli fəsadlar törətmişdi. Minlərlə insan öldürülmüş


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə