Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə205/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   201   202   203   204   205   206   207   208   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
313 
ilə  bilavasitə  bağlı  idi.  Nəfis  saxsı  məmulatları,  xüsusən  də  boyalı  keramika  əşyaları  qədim  Qarabağ 
sənətkarlarının  yüksək  ustalığının  nəticəsidir  və  bu  bölgədə  sənətkarlığın  və  ilkin  incəsənət  formalarının 
yetərincə yüksək inkişaf səviyyəsindən xəbər verir. 
 
“Qarabağ” - böyük bağ 
 
Qarabağ  ifadəsinin  mənşəyi  isə  Azərbaycan  dilindəki  “qara”  və  “bağ”  sözlərindən  əmələ  gəlmişdir. 
Azərbaycan  tarixində  Qarabağ  adı  ilk  dəfə  Elxanilər  dövlətinin  baş  vəziri  Fəzlullah  Rəşidəddin  “Camiə't-
təvarix”  adlı  əsərində  1284-cü  ildə  baş  verən  hadisələrdən  bəhs  edərkən  “Arran  Qarabağı”  şəklində  istifadə 
edilmişdir. Tədqiqatçılar  bu  dövrdə  Qarabağ  adına  Azərbaycandan  kənarda  da  təsadüf edildiyi  üçün,  xüsusilə 
Türkmənistan  və  Əfqanıstan  sərhədində  yerləşən  “Baqdis  Qarabağı”  ilə  onu  qarışdırmamaqdan  ötrü  “Arran 
Qarabağı” adlandırıldığını qeyd edirlər. Türk dillərində qaranın rəngdən başqa “sıx”, “qalın”, “böyük”, “tünd” 
və başqa mənaları da vardır. Bu baxımdan, “Qarabağ” termini “qara bağ”, yəni “böyük bağ”, “sıx bağ”, “qalın 
bağ”, “səfalı bağ” və s. mənaları kəsb edir. 
Qeyd  edək  ki,  bu  tarixi  faktları  günümüzə  çatdıran,  onların  elmi  əsaslandırmasını  təmin  edən  çoxsaylı 
tədqiqatlar  son  vaxtlar  mütəmadi  olaraq  nəşr  olunur.  Heydər  Əliyev  Fondunun  təşəbbüsü  ilə  Qarabağla  bağlı 
tarixi  həqiqətləri  təhlil  edən,  azərbaycanlıların  zaman-zaman  məruz  qaldığı  soyqırımılarını  anladan  kitablar 
xarici  dillərə  da  tərcümə  edilərək  geniş  ictimaiyyətə  çatdırılır.  Milli  Məclisin  deputatı,  professor  Yaqub 
Mahmudovun müəllifliyi və rəhbərliyi ilə ərsəyə gələn çoxsaylı tarixi nəşrlər də tarixçilərimizin əsas faktoloji 
istinad mənbələrindən birinə çevrilib. Bu günlərdə Milli Məclisin deputatı Ceyhun Osmanlının layihə rəhbərliyi 
və araşdırmaçılar Bilal Dədəyev, Ceyhun Mahmudlu və Şamxal Əbilovun müəllifliyi ilə çapdan çıxan “Qarabağ 
99 sualda” kitabı da bu silsilədə xüsusi əhəmiyyət kəsb edir. Ensiklopedik səciyyə daşıyan bu tədqiqat əsəri ən 
qədim  dövrlərdən  müasir  çağımızadək  Qarabağ  ətrafında  cərəyan  edən  prosesləri  aydınlaşdırır,  indiyədək 
qaranlıq qalan xeyli məqama aydınlıq gətirir. 
“Qarabağ  99  sualda”  kitabında  vurğulanır  ki,  Qarabağ  ərazisi  qədim  Azərbaycan  dövlətlərinin  hamısının 
tərkibində  olub.  Eramızdan  əvvəl  IV  -  eramızın  VIII  əsrlərində  mövcud  olan  Albaniya  dövləti  bütün  Qarabağ 
ərazisini əhatə edirdi. Albaniya dövründə hazırkı Qarabağ torpaqları əsasən dörd inzibati vahid - Arsax-Xaçen, 
Uti,  Sunik  və  Kaspiana-Paytakaran  əyalətləri  arasında  bölünmüşdü.  Ermənilər  “Arsax”  adının  mənşəyini  sırf 
özləri ilə əlaqələndirməyə çalışsalar da, bu cəhdləri dəf edən yetərincə fakt var. Bu toponim birmənalı olaraq, 
sak,  skif tayfalarının  adı  ilə  bağlıdır.  Uti adı  da  məhz  burada  məskunlaşan  türk  tayfalarının adı  ilə  əlaqəlidir. 
Tədqiqatçılar  isbat  edir  ki,  Uti  sözü  “Qara  insanlar”  və  yaxud  “Qara  adamların  yaşadığı  yer”  mənasındadır, 
Arsax adı isə qədim Qarabağda yaşayan türk tayfaları ilə bağlı olaraq, türkçə ər+sak və yaxud art (dağlıq ərazi, 
yüksəklik) +sak birləşməsindən meydana gəlib.  
Tarixi  Qarabağ  vilayətinin  də  içində  yerləşdiyi  Albaniyanın  qədim  əhalisini  albanlar,  utilər,  kaspilər, 
girdimanlar,  tsavdeylər,  leqlər,  qarqarlar,  çilblər  və  başqaları  təşkil  etmişdir.  Keçən  əsrin  sonlarınadək  Orta 
Asiyada qazaxlar, türkmənlər, qırğızlar və qaraqalpaqlar arasında Alban adlı türkdilli tayfanın mövcud olması 
Alban etnik adını daşıyanların türk mənşəli olduğunu bir daha təsdiqləyən faktlardandır. Eramızın ilk əsrlərində 
Qarabağın əhalisinin əksəriyyətini təşkil edən, hərbi-siyasi cəhətdən daha mütəşəkkil və daha qüvvətli olan türk 
etnosları Azərbaycan xalqının təşəkkülü prosesində mühüm rol oynayırdılar.  
Qarabağ  ərazisində  ermənilərin  tarixən  yaşaması  faktı  göründüyü  kimi  əsassızdır.  Belə  ki,  hind-Avropa 
mənşəli ermənilərin əslən qafqazlı deyil, təxminən eramızdan əvvəl VIII-VII əsrlərdən başlayaraq Balkandan - 
Frakya  bölgəsindən  Yuxarı  Dəclə  Fərat  hövzəsinə  köçdüklərini  və  tədricən  Van  gölü  ətrafına  yerləşdiklərini 
tarixi  faktlar  sübut  edir.  Rus  tarixçisi  V.L.Veliçkonun  qeyd  etdiyinə  görə,  ermənilərin  bir  hissəsi  Qüdsün 
dağılmasından  sonra  yəhudilərlə  qarışmışdı  (e.ə.  VI  əsrdə  Babil  dövləti  Qüdsü  ələ  keçirərək  şəhərdəki 
müqəddəs məbədi dağıtmış və yəhudiləri köç etməyə məcbur etmişdir). 1785-ci ildə Venesiyada çap olunan və 
eramızdan  əvvəl  IV  əsrin  sonlarında  Makedonyalı  İsgəndərin  imperiyasının  (e.ə.  336-323)  sərhədlərini  əks 
etdirən  xəritədə  də  ermənilərin  Assuriya  və  Mesopotamiya  ərazilərində,  yəni  Kiçik  Asiyanın  cənubi-şərq 
torpaqlarında  yaşadıqları  göstərilmişdir.  Vaxt  keçdikcə  Şərqi  Anadolu  və  İran  sərhədləri  boyunca  yayılan 
ermənilər,  bundan  sonraki  tarixlərdə  ayrı-ayrı  dövlətlərin  hakimiyyətini  qəbul  edərək  müxtəlif  xalqlarla 
qaynayıb-qarışdılar. 
 
Ərəb işğalı xristian albanların qriqoriyanlaşmasına təkan verdi 
 
VII əsrin ortalarında Sasani dövlətini süquta uğradan ərəblərin nəzarəti altına keçən Azərbaycanın Kür-Araz 
arasındakı  bölgəsi  artıq  Arran  adlanmağa  başladı.  Arran,  indiki  Qarabağ  bölgəsi  də  daxil  olmaqla  geniş  bir 
ərazini  əhatə edirdi. VII  əsrin sonu  - VIII əsrin  əvvəllərində Azərbaycanda və eləcə də Qarabağda İslam dini 
sürətlə yayılırdı. “Qarabağ 99 sualda” kitabında qeyd olunur ki, bəzi dağlıq və dağətəyi yerlərdə İslam dininin 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   201   202   203   204   205   206   207   208   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə