Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə208/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   204   205   206   207   208   209   210   211   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
316 
Xanlığın son dövrlərində ermənilərin sayının cüzi artmasına baxmayaraq, onlar Qarabağ əhalisinin təqribən 
ondabir  hissəsini  təşkil  etmişdir.  Onlar  əsasən  Xəmsə  deyilən  məlikliklərdə  yaşamışlar.  Qarabağ  xanlığının 
ərazisində  5  məliklik  (Vərəndə,  Çiləbört,  Xaçın,  Dizaq,  Gülüstan)  mövcud  idi.  Xaçın  istisna  olmaqla,  digər 
məlikliklərin  sakinləri  əslən  Qarabağdan  deyildilər.  Özü  də  onlar  heç  erməni  də  deyildilər,  keçmiş  alban 
nəsillərinin  nümayəndələri  olmuşlar.  Bu  gəlmə  məliklər  Qarabağda  mahal  başçılığını  ələ  keçirdikdən  sonra 
mərkəzdənqaçma  meyillərinə  yönəlsələr  də,  heç  bir  dövlət  birləşməsi  yarada  bilmədilər,  hətta  bir-birləri  ilə 
mübarizə apardılar. 
Tarixi  faktlar  isbat  edir  ki,  XIII  əsrin  ortalarına  kimi  Qarabağda  fəaliyyət  göstərən  Xaçın  knyazlığının 
hökmdarı  olmuş  Həsən  Cəlal  nəslindən  olan  Cəlalilər  XV  əsrdə  Qaraqoyunlu  Cahanşahdan  (1438-1467) 
“məlik”  titulu  aldı.  Sonralar  Cəlalilər  nəsli  beş  muxtar  alban  feodal  knyazlığına  -  məlikliyinə  parçalandı. 
Səfəvilər  dövründə  Qarabağ  bəylərbəyliyinin  tərkibində  kiçik  yerli  inzibati-ərazi  vahidi  kimi  xristian 
məliklikləri  fəaliyyət  göstərmişdir.  Bu  məliklikləri  idarə  edənlər  XVII  və  XVIII  əsrlərdə  Qarabağa  kənardan 
gələrək  burada  yaşayan  xristian  albanlara  məlik  təyin  edilmişlər.  Məsələn,  Mirzə  Adıgözəl  bəyə  görə  Dizaq 
məliyi Yeqan Loridən, Vərəndə məliyi Şahnəzər Göycədən, Çiləbörd məliyi Allahqulu Mağavizdən, Gülüstan 
məliyi  Usub  Şirvandan  gəlmədirlər.  Bu  məlikliklərdən  yalnız  biri,  Xaçın  məlikləri  qədim  Alban  hakimləri 
nəslindən olan Həsən Cəlal övladıdır. Hətta əslən Cənubi Azərbaycan ermənisi olan Mirzə Yusif Qarabaği də öz 
əsərində məliklərin Qarabağa gəlmə olduğunu qeyd edir. 
Nadir  şah  Əfşar  hakimiyyətə  gələnə  qədər  200  il  ərzində  Qarabağ  məlikləri  Ziyadoğlu  Qacarların 
hakimiyyəti altında olmuşdur. 1736-cı ildə Qarabağ məlikləri onların nəzarətindən çıxarılmış və  İbrahim xana 
tapşırılmışdır.  Nadir şahın ölümündən  (1747)  sonra  Qarabağ  məliklikləri  Pənahəli  xana tabe  olmuşdur.  Lakin 
Pənahəli  xanın  dövründən  başlayaraq  məliklər  bir  tərəfdən  xanlıq  daxilində  mərkəzləşməyə  mane  olur,  digər 
tərəfdən xaricdən Qarabağ xanlığına qarşı basqınların təşkilinə və həyata keçirilməsinə kömək etməklə Qarabağ 
xanlığının  müstəqilliyini  sarsıtmağa  çalışırdılar.  Buna  görə  də  müdrik  və  uzaqgörən  Pənahəli  xan  Ağdərə  və 
Ballıqaya  döyüşlərində  məliklərin  separatçılıq  hərəkətlərinə  son  qoyaraq  onları  tamamilə  Qarabağ  xanlığına 
tabe etmişdir. 
 
“Azərbaycan”.-2015.-5 fevral.-N 27.-S.8. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
317 
 
Qarabağ: tarix olduğu kimi - II 
 
İxtiyar HÜSEYNLİ 
 
2. Rusiyanın Qarabağda erməniləşdirmə siyasəti 
XVIII  əsrin  ortalarından  etibarən  Qarabağ  ərazisi  Rusiya  İmperatorluğunun  intriqa  mənbəyinə 
çevrilmişdi.  Qafqazda  möhkəmlənmək  və  regionu  tam  nəzarətə  götürmək  üçün  erməniləri  özlərinə 
müttəfiq seçən çar hakimiyyəti onların bu ərazilərə köçürülməsini təşviq edirdi. 1781-ci ilin sentyabrında 
Rusiya  dövlətinin  himayə  etdiyi  Qarabağ  və  Sığnaq  məliklərindən  bəzilərinin  -  Hətəm  bəy,  Bəylər  bəy, 
məlik İsrail və Yusif bəy, hakim Stefan Salamon, rəislər Sarkis, Qriqori, Babay və Danilin imzası ilə II 
Yekaterinaya, Q.A.Potyomkinə və V.A.Suvorova ünvanlanmış məktub göndərilir.  
 
Erməni kilsəsinin məkri 
 
Məktubda  xristian  məliklərin  “rus  qoşunlarının  səfəri  zamanı  müsəlmanlara  qarşı  silahlı  mübarizəyə 
qalxacağı”  vəd  edilir,  “Qarabağa  10  min  nəfərə  qədər  piyada  qoşun  göndərilməsi  və  həmin  qoşuna 
komandanlığın  məhz  V.A.Suvorova  tapşırılması”  xahiş  olunur.  Rusiya  hakim  dairələrini  Qarabağ  ərazisinə 
hücuma  şirnikləndirmək  üçün  Qarabağın  təbii  ehtiyatları  və  məhsuldar  torpaqları  geniş  şəkildə  təsvir  edilirdi 
(Arməno-russkie otnoşeniə v XVIII veke. 1760-1800 qq. (Sb.dok.), t. IV, ç. II (Erevan, 1990), dok. № 113a, ss. 
183-184; İoannisən A.R. (1947), dok, №1, ss. 199-206). 
Rusiyadakı  erməni  yeparxiyasının  başçısı  İosif  Arqutinski  (Hovsen  Arqutyan)  Osmanlı  dövləti  ilə  İran 
sərhədlərinin  kəsişdiyi  ərazilərdə  erməni  dövləti  yaratmaq  üçün  Rusiya  hökumət  nümayəndələri  ilə  danışıqlar 
aparmış və bunun üçün 1783-cü ildə “Erməni-rus müqaviləsi layihəsi”ni hazırlamışdır. 18 bənddən ibarət olan 
bu layihəyə görə, Azərbaycanda müstəqil erməni dövləti yaradılmalı və bu dövlətin ərazisində qoşun saxlamaq 
hüququ  Rusiyaya  məxsus  olmalı  idi.  Bu  planı reallaşdırmaq  məqsədi ilə  Q.A.Potyomkin  1783-il  aprelin  6-da 
Qafqaz komandanı P.S.Potyomkinə göndərdiyi məxfi sərəncamında yazırdı: “Şuşalı İbrahim xan devrilməlidir, 
çünki bundan sonra Qarabağda Rusiyadan başqa heç kimdən asılı olmayan “erməni vilayəti” təşkil ediləcəkdir. 
Siz bu yeni vilayətin təşkili üçün bütün imkanlardan istifadə edin. Bu vasitə ilə digər vilayətlərdə olan ermənilər 
bura axışacaqlar”.  
“Qarabağ  99  sualda”  kitabında  vurğulanır  ki,  Rusiya  tərəfindən  dəstəklənən  xristian  məliklərlə  əlaqə 
İbrahimxəlil  xandan  gizli,  ehtiyatlı  şəkildə,  əsasən  İ.Arqutinski  vasitəsilə  aparılırdı.  Lakin  Rusiya  agenti 
Y.Reyneqsin  “rus  qoşunlarının  yürüşü  nəticəsində  İbrahimxəlil  xanın  hakimiyyətdən  məhrum  edilməsi  və 
erməni  çarlığının  bərpası”  haqqında  məlumat  verən  məlik  Abova  göndərmiş  olduğu  məktub  Qarabağ  xanının 
əlinə  keçmiş,  bu  zaman  İbrahimxəlil  xan  yüksək  diplomatik  məharət  göstərərək  məliklərin  xəyanətkar 
mövqeyini sübuta yetirmiş və onların müqavimətini qıra bilmişdi.  
1783-cü  ilin  baharında  Rusiya  ordusunun  Cənubi  Qafqaza  yürüşü  haqqında  xəbərlər  yayıldı.  Bu  yürüşün 
başlıca olaraq Qarabağ xanlığına qarşı yönəldiyini aydın dərk edən İbrahimxəlil xan siyasi manevr etmək yolu 
ilə  xanlığa  yaxınlaşan  təhlükəni  dəf  etmək  üçün  həmin  il  aprelin  6-da  P.S.Potyomkinə  “Rusiya  dövlətinin 
himayəsinə  girmək”  arzusunu  bildirən  məktub  göndərmişdi.  II  Yekaterina  İbrahimxəlil  xanla  bağlı  məsələnin 
həllini  bütünlükdə  Q.A.Potyomkinə  həvalə  etmişdi.  1783-cü  il  mayın  19-da  Q.A.Potyomkin  II  Yekaterinaya 
yazırdı: “Əlverişli şərait yaranan kimi İbrahimxəlil xanı tabe edərək onun vilayətini milli hakimiyyətə (xristian 
məliklərə)  vermək  lazımdır.  Bununla  da  Asiyada  sizin  vədinizə  uyğun  olaraq  və  mənim  vasitəmlə  ermənilərə 
çatdırılacaq xristian dövləti yaranacaqdır”. 
1783-cü  il  iyulun  24-də  bağlanmış  Georgiyevsk  müqaviləsinə  əsasən  Kartli-Kaxeti  çarlığının  Rusiya 
dövlətinin  təbəəliyini  qəbul  etməsi  Azərbaycan  xanlıqlarının  siyasi  vəziyyətini  daha  da  ağırlaşdırdı.  Rusiya 
himayəsinə arxalanan II İrakli xristian məliklərin Qarabağ xanlığı ərazisindəki separatçılıq hərəkətlərinə yardımı 
gücləndirdi.  Gürcüstandakı  rus  qoşunlarının  komandanı  S.Burnaşevin  və  II  İraklinin  birləşmiş  qüvvələri 
Qarabağ  xanlığı  üzərinə  yürüş  etmək  üçün  sürətlə  hazırlıq  işləri  görürdülər.  Bu  münasibətlə  erməni  keşiş 
İ.Arqutinski knyaz Potyomkinə yazırdı ki, əgər rus ordusu Gəncəyə qədər irəliləyə bilsə, erməni məlikləri onlara 
qoşulacaq və onlar birlikdə nəinki Qarabağı, hətta Şuşa şəhərini də tuta biləcəklər. 
1784-cü ildə Şuşa həbsxanasından Kartli-Kaxeti çarlığına qaçan Qarabağ məlikləri Tiflisdəki rus ordusunun 
başçısı polkovnik Burnaşevin və II İraklinin köməyi ilə Qarabağ xanlığı əleyhinə yürüşə hazırlaşdılar. II İrakli 
Gəncə  və  İrəvan  ərazisini  ələ  keçirməklə  yanaşı,  bütövlükdə  Azərbaycan  torpaqlarını  Rusiya  ilə  öz  arasında 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə