Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə211/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   207   208   209   210   211   212   213   214   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
320 
Qarabağ ərazisində yaşayan azərbaycanlılara qarşı ermənilərin apardığı kütləvi soyqırımının qarşısını almaq 
üçün Xalq Cümhuriyyəti 1919-cu ilin yanvarında Şuşa, Cavanşir, Cəbrayıl və Zəngəzur qəzalarını əhatə edən 
Qarabağ  general-qubernatorluğu  yaratdı.  Fövqəladə  hallar  səlahiyyəti  ilə  Xosrov  bəy  Sultanov  Qarabağın 
general-qubernatoru  vəzifəsinə  təyin  edildi  və  aprelin  3-də  ingilislər  tərəfindən  də  tanındı.  Təqribən  6  aylıq 
müddətdə  sürən  siyasi,  maliyyə  və  hərbi  hazırlıq  işlərindən  sonra  1919-cu  il  iyulun  19-25-də  aparılan  uğurlu 
döyüşlər  nəticəsində  erməni-daşnak  “ağalığına”  son  qoyuldu  və  siyasi  həyat  normallaşınca  erməni  icmaları 
yığıncaqlar  keçirərək  rəsmi  bir  şəkildə  Azərbaycan  hökumətini  tanıdılar.  Xüsusilə  1919-cu  il  avqustun  19-da 
Qarabağ erməniləri toplandıqları VII qurultaylarında Azərbaycan hökuməti ilə bağladıqları 26 maddədən ibarət 
razılaşma  şərtlərini  qəbul  etdilər.  Burada  göstərilirdi  ki,  Paris  Sülh  Konfransı  bu  məsələ  barədə  qərar  qəbul 
edənədək ermənilərin məskunlaşdıqları Dağlıq Qarabağın Şuşa, Cavanşir və Cəbrayıl qəzaları Azərbaycan Xalq 
Cümhuriyyətinin hüdudları daxilində hesab edilir.  
Lakin  bu  da  erməni  təcavüzünün  qarşısını  ala  bilmədi.  1920-ci  il  martın  22-də  Şuşada  ermənilər 
bolşeviklərin köməyi ilə qiyam qaldırdılar. “Qarabağ 99 sualda” kitabında qeyd olunur ki, Baş Qərargah rəisi 
general-mayor  H.Səlimovun  rəhbərliyi  altında  yaradılan  xüsusi  qərargah  martın  26-da  Ağdamda  yerləşdirildi. 
Bunlardan  başqa,  Ağdaş  və  Zaqatala  alaylarından  da  bəzi  hərbi  qüvvələr  Qarabağa  gətirildi.  Uğurlu  yürüşə 
başlayan Azərbaycan Ordusu aprel ayının 5-də Şuşaya daxil ola bildi. Aprel ayının 12-dək, demək olar ki, Şuşa 
ətrafındakı erməni hərbi qüvvələrinin ən möhkəm bazaları məhv edilmişdi. Ümumiyyətlə isə, 1920-ci il aprel 
ayının  sonunadək  Azərbaycan  Ordusu  Qarabağ  bölgəsində  ölkə  ərazisinin  bütövlüyünü  bərpa  edərək,  öz 
vəzifəsini  şərəflə  yerinə  yetirə  bilmişdi.  Lakin  Azərbaycan  silahlı  qüvvələrinin  Qarabağdakı  əməliyyatlarda 
iştirak etməsindən istifadə edən Rusiyanın XI ordusunun ölkəni istila etməsi və bolşeviklərin hakimiyyəti ələ 
keçirməsi  ölkənin  ərazi  bütövlüyünün  tam  təmin  edilməsini  başa  çatdırmağa  imkan  vermədi.  Bununla  da 
Qarabağ ətrafında hadisələrin yeni mərhələsi başlandı. 
 
Yeni separatizm ocağı: “muxtar vilayət” 
 
Azərbaycanda  sovet  hakimiyyəti  qurulandan  cəmi  iki  gün  sonra,  yəni  1920-ci  ilin  30  aprelində  İnqilab 
Komitəsi Ermənistan Respublikasına nota verərək qoşunlarını Zəngəzurdan və Qarabağdan çıxarmağı tələb etdi. 
May  ayında  isə  Qarabağda  artıq  sovet  hakimiyyəti  quruldu,  lakin  bu,  vəziyyəti  dəyişmədi.  Bölgədə  erməni 
hegemonluğu indi bolşevik maskası arxasında davam edirdi. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra 
iki dövlət arasında sərhədlərin müəyyənləşməsi məsələsində Dağlıq Qarabağ məsələsi yenidən gündəmə gəldi. 
Azərbaycan İnqilab Komitəsi Ermənistan Sovet Respublikasına göndərdiyi 30 noyabr tarixli teleqramında və 1 
dekabr bəyannaməsində Qarabağın dağlıq hissəsinin muxtariyyətinin tanınması məsələsinə diqqət ayırırdı.  
Artıq separatçılar Qarabağın Ermənistana birləşdirilməsi yönümündə konkret fəaliyyətə keçmişdilər. 1921-
1923-cü  illər  arasında  baş  verən  proseslər  bir  daha  sübut  edir  ki,  ermənilər  öz  məkrli  fəaliyyətlərinə  məhz 
himayədarlarının məsələyə müdaxiləsi nəticəsində nail olmuşlar. Həmin dövrdə bütün Qafqaza faktiki nəzarəti 
həyata keçirən Rusiya K(b)P MK Qafqaz Bürosu Qarabağ məsələsində birtərəfli ermənipərəst mövqe nümayiş 
etdirirdi.  Belə  ki,  1921-ci  ilin  iyul  ayında  Qafqaz  Bürosu  Azərbaycanın  razılığı  olmadan  Dağlıq  Qarabağın 
Ermənistana  məxsus  olmasını  göstərən  bəyannamə  qəbul  etdi.  Bu  hadisədən  üç  həftə  sonra  Azərbaycanın 
Kommunist  (bolşeviklər)  Partiyası  Mərkəzi  Komitəsi  məsələ  ilə  bağlı  müzakirələr  keçirdi  və  müvafiq  qərar 
qəbul  etdi.  Beş  maddədən  ibarət  qərarın  3-cü  bəndində  göstərilirdi  ki,  “...məsələnin  yeganə  həlli  erməni  və 
müsəlman  kütləsinin  sovet  quruculuğu  işinə  cəlb  edilməsi  ola  bilər”.  Problemin  həlli  haqqında  Azərbaycanın 
mövqeyini  Tiflisə  çatdırmaq  N.Nərimanova  həvalə  olunur.  Aparılan  müzakirələr  nəticəsində  Qafqaz  Bürosu 
haqsız  mövqeyindən  qismən  geri  çəkilir.  1921-ci  ilin  iyulunda  Rusiya  K(b)P  MK  Qafqaz  Bürosunun 
plenumunda  qərara  alınır:  “Müsəlmanlar  və  ermənilər  arasında  milli  sülhün  zəruriliyini,  Yuxarı  və  Aşağı 
Qarabağın  iqtisadi  bağlılığını,  onun  Azərbaycanla  daimi  əlaqəsini  nəzərə  alaraq  Dağlıq  Qarabağ  Azərbaycan 
SSR-in tərkibində saxlanılsın, ona inzibati mərkəzi Şuşa olmaqla geniş muxtariyyət vilayəti verilsin”. 
Lakin  muxtar  vilayət  statusu  da  ermənilərin  iddialarını  azaltmadı  və  onlar  öz  məkrli  niyyətlərini  davam 
etdirdilər.  1922-ci  ilin  noyabr  ayında  Qarabağ  ərazisindəki  kənd  sovetləri  sədrlərinin  və  katiblərinin  geniş 
müşavirəsi  keçirildi.  Müşavirədə  əsas  müzakirə  olunan  məsələ  ilə  bağlı  qəbul  edilən  qərarda  göstərilirdi  ki, 
Dağlıq  Qarabağın  Azərbaycanın  tərkibində  saxlanılması  bəyənilir.  1922-ci  ilin  dekabr  ayında  Zaqafqaziya 
Federasiyasının  İttifaq  Soveti  Dağlıq  Qarabağa  muxtariyyət  verilməsinin  sürətləndirilməsi  haqqında  xüsusi 
qərar qəbul etdi. SSRİ-nin təsis edilməsindən sonra Dağlıq Qarabağ məsələsi ilə bağlı ermənilərin avantüraları 
yeni  mərhələyə  qədəm  qoydu.  1923-cü  ilin  iyul  ayının  1-də  AK(b)P  MK  Rəyasət  Heyəti  Dağlıq  Qarabağın 
muxtariyyətinin  dekretləşdirilməsi  və  onun  layihəsinin  Mərkəzi  Komitədə  qəbul  olunması  barədə  qərar  qəbul 
etdi. İyunun 27-də Zaqafqaziya Ölkə Komitəsinin plenumu Dağlıq Qarabağa bir ay müddətində muxtar vilayət 
statusu  verilməsinin  təmin  olunmasını  AK(b)P  MK-ya  həvalə  etdi.  İyulun  1-də  AK(b)P  MK  RH-nin  iclası 
Kirovun  sədrliyi  ilə  Qarabağ  haqqında  məsələni  dinləyərək  altı  bənddən  ibarət  qərar  qəbul  etdi.  Azərbaycan 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə