Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə212/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   209   210   211   212   213   214   215   216   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
321 
Mərkəzi  İcraiyyə  Komitəsinə  mərkəzi  Xankəndi  olmaqla  Dağlıq  Qarabağa  muxtariyyət  vermək  təklif  olundu. 
1923-cü il iyulun 4-də AMİK də eyni məzmunlu qərar qəbul etdi. 
1923-cü  il  iyulun  7-də  Azərbaycan  Mərkəzi  İcraiyyə  Komitəsi  mərkəzlə  razılaşdırılmış  dekret  qəbul  etdi. 
Dekretdə göstərilirdi ki, Dağlıq Qarabağın ermənilər yaşayan ərazisində Azərbaycan SSR-in tərkib hissəsi kimi 
mərkəzi  Xankəndi  olmaqla  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  yaradılsın.  Həmin  dekret  əsasında  DQMV-nin 
əsasnaməsinin  hazırlanması  və  Aran  Qarabağla  sərhədlərinin  müəyyənləşdirilməsi  üçün  geniş  tərkibdə 
komissiya yaradıldı. Komissiyanın yekun qərarına görə, Şuşa şəhəri muxtar vilayətin tərkibinə qatılmır. Lakin 
iyulun 16-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və Azərbaycan SSR Xalq Komissarları Sovetinin birgə 
iclasında  Şuşanın  DQMV-nin  tərkibinə  verilməsi  barədə  qərar  qəbul  edildi.  1923-cü  ilin  sentyabrında 
Xankəndinin  adı  1918-ci  il  mart  qırğını  zamanı  minlərlə  azərbaycanlının  öldürülməsinə  başçılıq  etmiş  Stepan 
Şaumyanın  şərəfinə  Stepanakert  adlandırıldı.  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  haqqında  Əsasnamə  isə  26 
noyabr  1924-cü  ildə  çap  olundu.  Beləliklə,  Dağlıq  Qarabağ  Muxtar  Vilayəti  (DQMV)  rəsmən  Azərbaycanın 
tərkib hissəsi elan olundu. 
Artıq  mərkəz  və  Sovet  Azərbaycanının  rəhbərliyi  elə  düşünürdülər  ki,  Dağlıq  Qarabağla  bağlı  məsələ 
qapadılmışdır  və  erməni  iddiaları  bir  daha  özünü  büruzə  verməyəcək.  Hətta  ermənilərin  böyük  dostu  və 
himayədarı  S.Kirov  AK(b)P-nin  VI  qurultayındakı  məruzəsində  DQMV-nin  yaradılmasına  qiymət  verərək 
deyirdi: “Biz, nəhayət, bu məsələni həll etdik. Şübhəsiz, tamamilə doğru hərəkət etdik. Heç bir şübhə yoxdur ki, 
bu məsələni yenidən həll etmək bir daha lazım gəlməyəcək”.  
Lakin  Qarabağ  məsələsi  qapadılmadı.  Bu  dəfə  65  ildən  sonra  özünü  göstərdi:  amansız  müharibə  və  qanlı 
faciələrlə... 
 
 “Azərbaycan”.-2015.-6 fevral.-N 28.-S.7. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
322 
 
Qarabağ: tarix olduğu kimi - III 
 
İxtiyar HÜSEYNLİ 
3. İki əsrlik savaşın ən qanlı 27 illik mərhələsi 
Sovet hakimiyyətinin ilk illərindən, yəni Qarabağ ərazisində DQMV təşkil edildikdən sonra bölgənin 
erməniləşdirilməsi  dövlət  siyasətinə  çevrildi.  Ərazidə  Azərbaycan  adına  bağlı  olan  toponimlər 
dəyişdirilir,  birmənalı  şəkildə  erməni  kadrları  irəli  çəkilirdi.  Bir  məqamı  da  vurğulayaq  ki,  SSRİ-nin 
1936-cı ildə qəbul olunmuş Konstitusiyasına görə də Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Sovet 
Sosialist Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi elan edildi. Azərbaycan SSR-in 1937-ci ildə qəbul 
edilmiş Konstitusiyası da Dağlıq Qarabağın statusunu Muxtar Vilayət olaraq təsdiq etdi; dövlət orqanları 
və idarələrini, seçki üsullarını, nümayəndəlik qaydalarını, onların səlahiyyətləri və fəaliyyət qaydalarını, 
hökumət strukturunu və onların digər dövlət orqanları ilə əlaqələrini müəyyənləşdirdi. 
 
Kremldə Qarabağ avantürası 
 
Bundan  əlavə,  Konstitusiyada  göstərilirdi  ki,  dövlət  orqanları  aktları  Muxtar  Vilayətdə  yaşayan  əhalinin 
dilində  -  ermənicə  və  azərbaycanca  dərc  edilməlidir.  Həmçinin,  Azərbaycan  SSR  Konstitusiyasına  görə  Ali 
Sovetin Rəyasət Heyətinin sədr müavinlərindən birini Dağlıq Qarabağ Muxtar Vilayəti özü seçməli idi. DQMV-
nin öz konstitusiyası yox idi, lakin o əraziləri üzərində xüsusi hüquqlara malik idi. Bu hüquqlar ona rayon və 
ərazi bölgülərinin sərhədlərini yaratmağa imkan verirdi ki, bu da Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 
tərəfindən  təsdiq  edilməli  idi.  SSRİ  və  Azərbaycan  SSR  Konstitusiyalarında  təsdiq  və  təsbit  olunmuşdur  ki, 
Azərbaycanın  muxtar  vilayəti  müttəfiq  Respublikanın  ayrılmaz  tərkib hissəsidir,  onun iradəsi  olmadan  statusu 
dəyişdirilə bilməz. 
Lakin Qarabağ uğrunda gizli savaş hələ də davam edirdi. Hələ 40-cı illərin əvvəllərində Moskvada erməni 
lobbisinin başçısı A.Mikoyanın təşəbbüsü ilə Ermənistanda gizli “Qarabağ komitəsi” yaradıldı. Ermənilər SSRİ 
rəhbərliyinə  hər  vasitə  ilə  təsir  etməyə  çalışırdı.  1945-ci  ilin  payızında  Ermənistan  rəhbərliyi  növbəti  dəfə 
Dağlıq  Qarabağı  onlara  vermək  məsələsini  sovet  hökuməti  qarşısında  qaldırdı.  1945-ci  il  noyabrın  28-də 
Moskvadan  Azərbaycan  K(b)P  MK-nın  birinci  katibi  M.C.Bağırova  göndərilən  məktubda  bu  məsələyə  onun 
rəyi istənildi. M.C.Bağırov bu iddiaların heç bir elmi və tarixi əsasının olmadığını bildirdikdən sonra, əhalisinin 
əksəriyyəti  azərbaycanlılardan  ibarət  olan  Şuşa  rayonundan  başqa,  Qarabağın  dağlıq  hissəsinin  Ermənistana 
verilməsinə  bu  şərtlə  razılığını  bildirdi  ki,  müxtəlif  dövrlərdə  Ermənistana  və  digər  qonşu  respublikalara 
verilmiş  tarixi  torpaqlar  Azərbaycana  qaytarılsın.  Şübhəsiz  ki,  nə  sovet  rəhbərliyi,  nə  də  ermənilər  buna  razı 
oldular. 
“Qarabağ 99 sualda” kitabında bildirilir ki, 50-ci illərin ortalarında A.Mikoyanın və M.Suslovun təşəbbüsü 
ilə  növbəti  dəfə  Dağlıq  Qarabağın  Ermənistana  verilməsi  məsələsi  qaldırıldı.  Ermənistanda  antitürk  təbliğatı 
yenidən  qızışdırıldı.  İrəvandakı  Azərbaycan  Pedaqoji  Texnikumu  Azərbaycanın  Xanlar  (indiki  Göygöl) 
rayonuna  köçürüldü.  Ermənistan  Pedaqoji  İnstitutunda  Azərbaycan  şöbəsi,  Ermənistanda  Azərbaycan  dilində 
çıxan rayon qəzetləri, C.Cabbarlı adına İrəvan Azərbaycan Dram Teatrı bağlandı. Lakin ölkədə 30-dan çox milli 
münaqişə öcağının olduğunu nəzərə alan sovet rəhbərliyi bu məsələnin arzuolunmaz nəticələr verəcəyini başa 
düşərək problemi Azərbaycanın xeyrinə həll etdi. 
1958-ci  ildə  bütün  ermənilərin  katalikosu  II  Vazgen  Bakıya  səfər  edərək  Dağlıq  Qarabağın  Ermənistana 
verilməsini,  Bakıda  erməni  ruhani  seminariyasının  açılmasını,  Bakıdakı  erməni  kilsəsindən  hər  səhər  zəng 
vurulmasını təklif etdi. Lakin rədd cavabı aldı. 
1960-cı illərin ortalarında növbəti dəfə Ermənistanda azərbaycanlılar  əleyhinə hərəkat başladı. 1965-ci ildə 
uydurma  “erməni  soyqırımı”nın  50  illiyi  qeyd  edildi.  “Qarabağ  Komitəsi”  açıq  fəaliyyətə  başladı.  Dağlıq 
Qarabağda erməni millətçiliyi dərinləşərək azərbaycanlıların açıq sıxışdırılması başlandı. Respublika rəhbərliyi 
bu hadisələrə seyrci münasibət göstərərək “xalqlar dostluğu”nu möhkəmləndirmək üçün tədbirlər görürdü. Hətta 
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il mayın 7-də sərhəd rayonlarında 2 min hektardan çox 
Azərbaycan  torpağının  Ermənistana  verilməsi  haqqında  1938-ci  il  mayın  5-də  verilmiş  qərarı  təsdiqləmişdi. 
Lakin 1969-cu il iyulun 14-də Azərbaycan SSR-də hakimiyyətə gələn Heydər Əliyev bu qərarın icrasına imkan 
vermədi. 
 
Dağlıq Qarabağda Azərbaycan dövrü 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə