Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə216/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   209   210   211   212   213   214   215   216   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
327 
 
Dağlıq Qarabağda erməni separatizminin tarixi kökləri və nəticələri 
 
Qasım HACIYEV, 
AMEA A.Bakıxanov adına Tarix İnstitutu Qarabağ tarixi şöbəsinin müdiri, 
 tarix üzrə elmlər doktoru 
 
Bir  qərinəyə  yaxın  müddətdə  beynəlxalq  aləmin  diqqət  mərkəzində  olan,  artıq  “saqqallı”  etnik 
münaqişələrdən  sayılan  Dağlıq  Qarabağ  separatizminin  tarixi  kökləri  də  mürəkkəb  və  dərindir.  Hələ 
XVIII  əsrin  əvvəllərindən  Azərbaycan  ərazisi  İran,  Rusiya  və  Osmanlı  imperiyaları  arasında  gedən 
müharibələrin mərkəzində  idi. Öz  iqtisadi  maraqlarını  təmin etmək istəyən  Rusiya  Cənubi  Qafqazı  ələ 
keçirmək üçün geniş hərbi əməliyyatlara başlamışdı və XIX əsrin birinci yarısında buna nail olmuşdu. 
 
 Rusiyanın Qafqazı ələ keçirmək üçün apardığı müharibələr nəticəsində Azərbaycan torpaqlarının bir hissəsi 
işğal edilmişdi. Qarabağ ərazisi də daxil olmaqla, Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə keçmişdi. 
Rusiya hökuməti Qafqazın cənubunda möhkəmlənmək üçün İran və Türkiyədən Dağlıq Qarabağa və ona bitişik 
Qərbi  Azərbaycan  ərazilərinə,  ümumilikdə,  200  mindən  artıq erməni  köçürmüşdü.  Bununla  da  Rusiya  Cənubi 
Qafqazı öz əlində saxlamaq üçün müstəmləkəçilik siyasəti həyata keçirir, özünə xristian ermənilərin timsalında 
etibarlı  dayaq  məntəqəsi  yaradırdı.  Bu  siyasətdən  yararlanan  ermənilər  XX  əsrin  əvvəllərində  xarici 
havadarlarının himayəsi ilə heç vaxt mövcud olmadıqları bir ərazidə— qədim Azərbaycan torpaqlarında erməni 
dövləti qurdular. 
Rusiya hökumətinin əsas hədəfi Qafqaza yiyələnmək, “Şərq məsələsi”ni öz xeyrinə həll etmək, isti dənizlərə 
çıxmaqda strateji mövqelər qazanmaq olsa da, imperiyanın bu məqsədlərə çatmaq üçün yürütdüyü siyasət isə 
“erməni məsələsi”nin gerçəkləşdirilməsi idi. Rusiyanın hakim dairələri ermənilərin etno-mədəni xüsusiyyətləri 
ilə  bağlı  amillərdən  istifadə  etməyə  üstünlük  verirdi. Bunlardan  birincisi,  ermənilərin  xristian  olması,  ikincisi, 
ilk  orta  əsrlərdə  Ön  Asiyada  itirdikləri  dövlətçiliklərini  hər  hansı  bir  ərazidə  bərpa  etməyə  can  atmaları  və 
erməni qriqoryan kilsəsinin bu ideyaya böyük maraq göstərməsi, üçüncüsü, ermənilərin digər etnos və xalqlara, 
xüsusilə  türklərə  nifrət  və xəyanət hissinin davamlılığı  və  istədiklərini əldə  etmək  üçün  hər şeyə  hazır  olmaq 
“qabiliyyəti” idi. 
XX əsrin əvvəllərində Qərbin  və Rusiyanın hərbi- siyasi dairələri Qarabağda vəziyyəti gərginləşdirmişdilər, 
ermənilərin köçürüldükləri ərazilərdə möhkəmləndirilməsi üçün yerli Azərbaycan xalqına qarşı etnik təmizləmə 
siyasətini  himayə  etmişdilər.  1905  –  1906-cı  illərdə  Qafqazda  türk-  müsəlmanlara  qarşı  silahlandırılmış 
ermənilər  ilk  kütləvi  qırğın  törətmişdilər.  Beləliklə,  ermənilər  çarizmin  hərtərəfli  dəstəyi  və  yaratdığı  əlverişli 
şərait nəticəsində Qarabağda daha da möhkəmlənmişdilər. 
Azərbaycanın Qarabağ bölgəsi tarixən Cənubi Qafqaz regionunda böyük strateji əhəmiyyət kəsb etdiyindən 
yaxın  qonşular  olan  Rusiya,  İran,  Türkiyə  ilə  yanaşı,  XX  əsrdə  dünyanın  aparıcı  dövlətləri  sayılan  İngiltərə, 
Fransa  və  ABŞ  da  bu  əyalətə  xüsusi  maraq  göstərirdi.  Beləliklə,  dünya  imperializmi  Türkiyə,  İran  və 
Azərbaycan  sərhədlərində  erməni  xristian  dövləti  yaratmaq  planını  reallaşdırmağa  başladı.  XX  əsrin 
əvvəllərindən etibarən erməni millətçiləri Rusiya dövlətinin Azərbaycana yönəlik təcavüzkar siyasətinin önündə 
gedərək, öz tarixi torpaqlarında yaşayan soydaşlarımıza qarşı planlı etnik təmizləmə, deportasiya və soyqırımı 
həyata keçirmişlər. 
Ermənilər  azərbaycanlılara  qarşı  1918-ci  ilin  mart-  aprelində  daha  genişmiqyaslı  soyqırımı  törətmişdilər. 
Azərbaycan  xalqının  qatı  düşməni  Andronik  qiyamçı  ermənilərə  kömək  adı  ilə  Zəngəzurda  silahsız 
azərbaycanlıların  kütləvi  qırğınını  törətmişdi.  Cənubi  Qafqazda  sülh  və  əmin-amanlıq  yaratmaq  məqsədilə 
Azərbaycan  Milli  Şurası  ölkəmizin  müstəqilliyinin  elan  edilməsinin  səhərisi  günü  –  1918-ci  il  mayın  29-  da 
qədim  İrəvanı  ermənilərə  güzəştə  getmişdi.  Bununla  Azərbaycanın  ciddi  ərazi  itkisinə  yol  verilmişdi.  Bu 
bəxşişdən şirniklənən ermənilər Azərbaycana qarşı yeni ərazi iddialarını davam etdirmişdilər. 
 Azərbaycanın  belə  ağır  günlərində  Tükiyənin  göstərdiyi  qardaşlıq  köməyi  xalqımızın  və  dövlətimizin 
taleyində mühüm rol oynamışdı. O qanlı dövrdə Nuru Paşanın komandanlığı ilə Azərbaycana gələn türk qoşun 
birləşməsini  xalqımız  nicat  duyğuları  ilə  qarşılamışdı.  Qarabağ  bölgəsində  gərginliyin  davam  etdiyi  dövrdə 
Nuru  Paşa  1918-ci  il  sentyabrın  sonlarında  Cəmil  Cahid  bəyin  rəhbərliyi  altında  Qarabağa  böyük  bir  dəstə 
göndərmişdi.  O,  Qarabağın  düşmənlərdən  azad  olmasına  böyük  əhəmiyyət  verirdi.  Nuru  Paşa  Azərbaycanda 
olduğu müddətdə Qarabağın təmizlənməsinə nail olmuşdu. 
Xarici qüvvələrin hərtərəfli köməyi ilə türk-müsəlman xalqına məxsus İrəvan torpaqlarında özlərinə dövlət 
yaradan ermənilər şirniklənərək Azərbaycan Xalq Cümhuriyyətinə qarşı Dağlıq Qarabağla bağlı ərazi iddialarını 
reallaşdırmağa  başladılar.   Bu  zaman  Qarabağ  və  Zəngəzurda  ermənilərin  nisbətən  sıx  yaşadığı  məntəqələrdə 
qiyamlar ara vermirdi. Erməni silahlı qüvvələri burada yerli əhaliyə nisbətən üstün vəziyyətdə idilər. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
328 
Erməni  separatçıları  və  Gorusda  möhkəmlənmiş  Andronik  azərbaycanlılara  qarşı  soyqırımını  davam 
etdirirdi.  Buna  görə  də  Azərbaycan  Xalq  Cümhuriyyətinin  Daxili  İşlər  Nazirliyi  1919-cu  il  yanvarın 
əvvəllərində  Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Zəngəzur  qəzaları  əsasında  müvəqqəti  general-qubernatorluq 
yaratmışdı.  Bu  vəzifəyə  Xosrov  bəy  Sultanov  təyin  olunmuşdu.  Azərbaycan  hökumətinin  qəti  addımlarından 
narahat olan Ermənistan belə bir şəraitdə Dağlıq Qarabağla bağlı açıq iddia ilə çıxış etmişdi. 
AXC  hökuməti  yanvarın  31-də  cavab  notasında  Qarabağın  tarixən  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi 
olduğunu  bildirmiş  və  Qarabağ  general  qubernatorluğunun  yaradılmasına  Ermənistanın  etirazını  ölkəmizin 
suverenliyinə  qəsd  və  onun  daxili  işlərinə  qarışmaq  cəhdi  kimi  qiymətləndirmişdi.  Bu  zaman  Cümhuriyyət 
hökumətinin qərarı ilə Qarabağı irticaçı qüvvələrin hədəfindən xilas etmək üçün mövcud süvari qüvvələr I tatar 
və  II Qarabağ süvari alaylarında birləşdirilmişdi. Süvari diviziyasının qərargahı və tatar süvari alayı Gəncədə, 
Qarabağ süvari alayı isə Tərtər ətrafında yerləşdirilmişdi. 
Lakin ermənilərin azərbaycanlılara qarşı genişlənən hərbi əməliyyatları Qarabağda vəziyyətin sabitləşməsinə 
mənfi  təsir  göstərirdi.  Bununla  belə,  Cümhuriyyət  hökuməti  Qarabağı  diqqət  mərkəzində  saxlayır,  diyarın 
həyatının  müxtəlif  sahələrinə  dair  tədbirlərini  davam  etdirirdi.  Ermənistan  hökumətinin  siyasəti  isə  orada 
yaşayan azərbaycanlıların öz dədə- baba torpağından didərgin düşərək qaçqına çevrilməsinə səbəb olmuşdu. 
1919-cu ilin axırlarında Ermənistan hökuməti Dağlıq Qarabağın “azad” edilməsi üçün 19 milyon manat pul 
ayırmışdı. Bütün bunların nəticəsində 1920-ci ilin martında erməni separatçıları daha da azğınlaşmışdı. Martın 
22  –  23-də  Ermənistanın  bilavasitə  iştirakı  və  Moskvanın  sifarişi  ilə  Dağlıq  Qarabağda  Azərbaycana  qarşı 
xəyanətkar  çıxışlar  baş  vermişdi.  Azərbaycan  hökumətinin  hərbi  və  diplomatik  tədbirləri  nəticəsində  martın 
axırlarında – apreldə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alınmışı. 
Qarabağda hadisələrin bu yöndə inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı təcavüzkarlıq planlarını 
həyata  keçirməyə  hazırlaşan  sovet  Rusiyası  və  bolşeviklərin  ölkə  daxilində  apardığı  pozuculuq-  təxribatçılıq 
işləri  də  mühüm  rol  oynamışdı.  Bolşevik  Rusiyası  “aprel  işğalı”  (28  aprel  1920-ci  il)  ilə  Azərbaycan  Xalq 
Cümhuriyyətini süquta uğratmışdı. Təxminən, 2 il tarixi haqlarımızı qoruyan Azərbaycan Xalq Cümhuriyyətinin 
hakimiyyətinə  son  qoyulandan  sonra  tarixi  torpaqlarımız  olan  İrəvan,  Zəngəzur  və  Göyçə  mahalları  zorla  
Ermənistana  verilmişdi.  Bununla  kifayətlənməyən  ermənilər  Dağlıq  Qarabağın  Ermənistana  birləşdirilməsi 
iddiası ilə çıxışlara başlamışdılar. 
Sovet  imperiyasının  yaranması  ilə  meydana  çıxan  əlverişli  şəraitdə  inzibati  ərazi  məsələsini  qaldıran 
Qarabağın  erməni  separatçıları  7  iyul  1923-cü  ildə    “Dağlıq  Qarabağ  Muxtar  Vilayəti”  adlı  nə  tarixi,  nə  də 
sosial-iqtisadi  əsası  olmayan  bir  qurum  yaratmışdılar.  Beləliklə,  Azərbaycanın  ayrılmaz  tərkib  hissəsi  olan 
Qarabağ süni şəkildə aran və dağlıq hissələrə bölünmüş və Azərbaycanın bolşevik rəhbərliyi Moskvanın təsiri 
ilə  Qarabağın  Dağlıq  hissəsində  sonradan  məskunlaşmış  ermənilərə  muxtariyyət  statusu  verməyə  məcbur 
edilmişdi.  Bu  xəyanətkar  addım  Yuxarı  Qarabağda  yaşayan  azərbaycanlıların  maraqları  nəzərə  alınmadan, 
onların hüquqları kobudcasına tapdalanaraq atılmışdı. 
Ermənilər  Azərbaycan  ərazilərində  yerləşdikdən  sonra  irəli  sürdükləri  ərazi  iddiaları  Avropanın  bəzi 
dövlətlərinin “Şərq siyasəti” və Rusiyanın “siyasi kartı” olan “erməni məsələsi”nin gerçəkləşdirilməsinin tarixi 
təzahürləridir.  İki  yüz  ildən  artıq  bir  müddətdə  Azərbaycan  xalqı  erməni  şovinist-  millətçi  ünsürlərin  vaxtaşırı 
ərazi  iddiaları,  soyqırım  və  etnik  təmizləmə  siyasəti  ilə  üz-üzə  qalmışdır.  Bu  zaman  yerli  xalq  dəfələrlə  öz 
doğma  ocaqlarından  qovulmuş,  qaçqın  və  köçkünə  çevrilmişdir.  Ermənilərin  törətdiyi  fəlakət  və  soyqırımlar 
azərbaycanlılara  qarşı  ərazi  iddialarının,  etnik  təmizləmə  siyasətinin  həyata  keçirilməsinin  faciəvi  stimuluna 
çevrilmişdir. 
Ötən əsrin 70-80-ci illərində Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi üçün gizli işlər aparılan zaman 
Azərbaycan  KP  MK-nın  birinci  katibi  Heydər  Əliyev  ermənilərin  bu  alçaq  fəaliyyətinin  qarşısını  almaq  üçün 
həm  siyasi,  həm  də  iqtisadi  tədbirlər  həyata  keçirmiş,  düşmənlərin  gizli  planlarını  və  niyyətlərini  puça 
çıxarmışdır.  Lakin,  guya,  muxtar  vilayətdə  sosial  vəziyyətin  pisləşməsini  və  buna  görə  də  Azərbaycan 
hökumətinin rəhbərliyi altında yaşamağın mümkünsüzlüyünü ön plana çəkən ermənilər ictimai fikri çaşdırmağa 
çalışırdılar və Qarabağda açıq separatizm ocağını körükləyirdilər. 
Nəhayət,  sovet  imperiyasının  süqutuna  hesablanmış  bədnam  Qorbaçov  yenidənqurması  işə  salınandan  az 
sonra  Xankəndində  Dağlıq  Qarabağ  separatizmi  start  götürdü.  Ermənilər  xarici  fitvaçıların  təhriki  və  daxili 
havadarlarının  himayəsi  ilə  1988-ci  ildə  “Böyük  Ermənistan”  uydurmasını  ortaya  ataraq  ərazi  iddialarını açıq 
müstəviyə  çıxartdılar.  Etnik  münaqişənin  başlaması  ilə  Qərbi  Azərbaycanda  erməni  zülmünün  ağır  yükünü 
daşımağa məhkum olunmuş 200 mindən çox soydaşımız öz tarixi torpaqlarından son nəfərinə qədər deportasiya 
edildilər. 
DQMV  və  Ermənistanda  1988-ci  ilin  əvvəllərindən    intensiv  şəkildə  tətillər,  nümayişlər  başlandı.  1989-cu 
ildən  etibarən  siyasi  və  sosial-iqtisadi  böhran  dərinləşdi.  1989-cu  il  yanvar  ayının  12-də  ermənipərəst  M. 
Qorbaçovun hiyləsi ilə, guya, Dağlıq Qarabağda vəziyyəti qaydaya salmaq üçün ciddi tədbir adı altında “Xüsusi 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə