Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə210/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   206   207   208   209   210   211   212   213   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
319 
yurdundan  didərgin  düşmüş,  onlarla  kənd  yandırılmışdı.  Həmin  dövrdə  ermənilər  həm  imperiya  idarə  üsulu, 
həm  də  güclü  müxalif  qüvvəyə  çevrilən  bolşeviklər  tərəfindən  fəal  himayə  olunurdular.  Yəni  hələ  o  dövrdən 
etibarən  Rusiyada  hansı  ideologiyanın,  hansı  siyasi  və  dövlət  quruluşunun  hakim  olmasından  asılı  olmayaraq, 
ermənilərə və onlar üçün yaratdıqları dövlətə məhz “forpost” kimi yanaşmışlar.  
Osmanlı və İran ərazilərində yaşayan erməniləri Şimali Azərbaycan torpaqlarına köçürən Rusiya onlara bu 
ərazilərdə dövlət yaratmağa söz vermişdi. 1828-ci ildə “Erməni vilayəti”ni və 1848-ci ildə İrəvan quberniyasını 
təsis  etməklə  çar  Rusiyası  bunu  həyata  keçirmək  üçün  mühüm  addımlar  atmış  oldu.  Erməniləri  öz  siyasi 
məqsədləri  üçün  istifadə  etmək  istəyən  Rusiyanın  ikinci  planı  qonşu  dövlətlərin  işğalında  ermənilərdən  bir 
vasitə kimi yararlanmaq idi. Belə ki, XIX  əsrin son rübündə xaricdə yaşayan ermənilər arasında terrorçu milli 
qrupların,  yəni  təşkilatların  yaradılmasına  başlanıldı.  Bunların  arasında  ən  çox  tanınanı  “Hnçak”  və 
“Daşnaksütyun” komitələri idi. 
Tarixdə  ilk  dəfə  erməni-azərbaycanlı  qanlı  toqquşması  1905-ci  ilin  yanvarında  oldu.  Ermənilər  inqilabi 
şəraitdən istifadə edərək Bakıda törətdikləri qanlı hadisələri qısa bir zamanda Azərbaycanın digər bölgələrinə də 
yaydılar. Qarabağ isə qanlı hadisələrin ən qaynar nöqtəsinə çevrildi. Şuşada iki il ərzində minlərlə azərbaycanlı 
qətlə  yetirildi.  1905-1906-cı  illərdə  Qarabağdakı  hadisələrdə  ermənilərə  ən  çox  yardım  edənlər  Qarabağ  və 
Tiflisdə yerləşən rus hərbi qarnizonları oldu.  
Digər böyük problem isə çarizmin XIX əsr boyunca ermənilərin köçürmələrini davam etdirməsi nəticəsində 
Qarabağın  demoqrafik  vəziyyətinin  köklü  şəkildə  dəyişməsi  idi.  Artıq  Şuşa  qəzasına  gətirilib  yerləşdirilən 
ermənilərin  sayı  1886-cı  ildə  əhalinin  58  faizini  təşkil  edirdi.  1897-ci  ildə  aparılan  siahıyaalmaya  görə, 
Qarabağın  ümumi  əhalisinin  (415721  nəfər)  59,5  faizi  azərbaycanlılara,  39,5  faizi  ermənilərə  və  1  faizi  isə 
ruslara aid olmuşdu. Maraqlı fakt kimi onu da göstərmək olar ki, rusiyalı tarixçi Skibitski XX əsrin əvvəllərində 
Şuşa qəzasında yaşayan ermənilərin sayının 25 faizə qədər azaldığını qeyd edir. 1905-1906-cı il hadisələrindən 
sonra,  1912-ci  ildə  aparılan  qeydiyyatlarda  ümumi  olaraq  Qarabağ  üzrə  statistik  rəqəmlər  azərbaycanlıların 
lehinə (62 faiz - 36 faiz olaraq) dəyişsə də, Şuşa qəzasında ermənilərin sayında artım görünməkdədir.  
1897-ci  ildə  rusların  həyata  keçirdiyi  siyahıyaalmaya  görə,  Cənubi  Qafqazda  cəmi  900  min  erməninin 
yaşadığı  göstərilir.  1911-ci  ilin  rəsmi  məlumatına  görə  isə,  ermənilərin  Qafqazdaki  sayı  artıq  1,3  milyona 
çatmışdı.  Təqribən  13-14  il  ərzində  400  minə  (45%)  qədər  çoxalan  ermənilər  Cənubi  Qafqazdakı  çar 
hakimiyyətinin  dayağına  çevrilmişdilər.  Bunun  nəticəsi  olaraq  onlar  Rusiya  Dumasında  təmsil  olunmaq  haqqı 
qazandılar. Artıq ermənilər Cənubi Qafqazın “müqəddəratını təyin edən” üç xalqdan biri idilər. 
 
Qarabağda erməni terroru 
 
1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində törətdikləri soyqırımlarının ən dəhşətlilərindən 
biri  də  Qarabağ  ərazisində  baş  verdi.  Bu  dövrdə  Gəncə  quberniyasının  tərkibində  yer  alan  Zəngəzur,  Şuşa, 
Cəbrayıl  və  Cavanşir  qəzalarında  yerli  əhalinin  kütləvi  soyqırımları  həyata  keçirildi.  Andranikin  başçılığı 
altında  erməni  quldur  dəstələri  1918-1919-cu  illər  ərzində  Qarabağ  bölgəsində  150  azərbaycanlı  kəndinin 
minlərlə əhalisini qırıb yox etmişdi. 
Osmanlı  və  Azərbaycan  əsgərlərinin  qurduğu  Qafqaz  İslam  Ordusu  15  sentyabr  1918-ci  ildə  Bakını  azad 
edərkən  Gəncə-Bakı  istiqamətindəki  yol  boyu  məntəqələri,  sonra  da  oktyabr  ayında  başda  Şuşa  olmaqla 
Qarabağda  erməni  quldur  dəstələrinin  törətdiyi  qırğınların  qarşısını  ala  bildilər.  Lakin  30  oktyabrda  Osmanlı 
dövləti ilə ingilislər arasında imzalanan Mudros müqaviləsinə görə, Qafqaz İslam Ordusunun Qarabağı və sonra 
da  Azərbaycanı  tərk  etməsindən  sonra  bundan  istifadə  edən  ermənilər  Qarabağda  yenə  də  qırğınlar  törətməyə 
başladılar.  
1918-ci il mayın 28-də elan edilən Azərbaycan Xalq Cümhuriyyətinin tərkibinə daxil olan vilayətlərdən biri 
də Qarabağ idi. Hələ 1918-ci ilin 29 mayında Xalq Cümhuriyyətinin Milli Şurası İrəvanı Ermənistana inzibati 
mərkəz  kimi  güzəştə  gedəndə  irəli  sürülən  əsas  tələblərdən  biri  məhz  Qarabağa  qarşı  erməni  iddialarının 
götürülməsi  idi.  Lakin  erməninin  özünə,  sözünə,  imzasına  inanmaq  olarmı?  Bir  müddət  sonra  Ermənistan 
Respublikası Xalq Cümhuriyyətinin rəhbərləri ilə razılaşmanı pozaraq, Qarabağa qarşı yenidən əsassız iddialarla 
çıxış  etməyə  başladı.  Həmin  dövrdə  Qarabağ  məsələsi  tək  Azərbaycanla  Ermənistan  arasında  deyil,  bölgədə 
maraqları olan digər dövlətlərin də müzakirə predmeti idi.  
Xalq  Cümhuriyyəti  parlamentinin  sədri  Ə.M.Topçubaşov  Osmanlı  dövlətinin  xarici işlər  naziri ilə  1918-ci 
ilin  noyabr  ayında  İstanbulda  apardığı  danışıqlar  zamanı  bildirmişdi:  “Ermənilərin  ortaya  atdıqları  Qarabağ 
məsələsi  5,  ya  10  kənd  məsələsi  deyil,  mübahisə  bütöv  4  sancaq  -  Şuşa,  Cavanşir,  Cəbrayıl  və  Zəngəzur 
üstündədir.  Bu  elə  bir  xanlığın  ərazisidir,  burada  ermənilərin  mütləq  çoxluğu  barədə  danışmağa  əsas  yoxdur. 
Özü  də  onlar  buranın  yerli  əhalisi  deyillər.  Rusiya  ilə  müharibədən  sonra  Türkiyədən  bura  köçənlərdir... 
Nəhayət, Qarabağın özündə ermənilər yığcam halda yaşamırlar, müsəlmanlarla qarışıq məskundurlar. Bununla 
belə, biz məsələnin sülh yolu ilə həllinə tərəfdarıq”. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə