Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə207/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   203   204   205   206   207   208   209   210   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
315 
Azərbaycan Səfəvi dövlətinin tərkibində qaldı. 1724-cü il iyulun 12-də İstanbulda bağlanan müqaviləyə əsasən, 
Tiflis, Təbriz, İrəvan, Gəncə və Qarabağ Osmanlı dövlətinin nəzarətinə keçdi.  
1735-ci  ilə  qədər  Osmanlı  dövlətinin  tərkibində  qalan  Qarabağ  inzibati  cəhətdən  yeni  yaradılan  Gəncə-
Qarabağ  əyalətinin  tərkibində  olsa  da,  inzibati  cəhətdən  bəzi  dəyişikliklərə  məruz  qaldı.  Bununla  bağlı  ən 
mühüm  məlumatı  1727-ci  ildə  Osmanlı  maliyyə  məmurları  tərəfindən  tərtib  olunan  və  məzmununa,  eləcə  də 
verdiyi  məlumatlara  görə  çox  qiymətli  olan  “Gəncə-Qarabağ  əyalətinin  müfəssəl  dəftəri”ndən  əldə  etmək 
mümkündür.  Osmanlıların  yeni  inzibati  bölgüsünə  əsasən  Gəncə-Qarabağ  əyaləti  37  nahiyəni  birləşdirən  5 
livadan  (sancaqdan)  və  iki  qəzadan  (Gəncə  və  Lori)  ibarət  idi.  Müfəssəl  dəftərdə  qeyd  olunan  1.178  kənddən 
yalnız 25-nin adı erməni kəndi kimi göstərilmişdir. Burada qeyd olunan məlumatlardan aydın olur ki, Osmanlı-
Səfəvi müharibəsi zamanı Qarabağın türk-müsəlman əhalisinin 40 faizə qədəri ata-baba yurdlarını tərk etməyə 
məcbur  qalmışdı.  Vergidən  azad  olduqları  üçün  vergi  siyahısında  adı  qeyd  olunmayan  din  xadimləri,  ordu 
mənsubları  və  döyüşlərdə  ölən  əsgərlərin  sayını  nəzərə  alsaq,  XVIII  əsrin  əvvəllərində  Qarabağda  yaşayan 
ermənilər də daxil olmaqla qeyri-müsəlmanların sayı 20 faizi keçməmişdir.  
Rusiya və Osmanlı dövləti tərəfindən ələ keçirilmiş Azərbaycan ərazisi XVIII  əsrin birinci yarısında Nadir 
şah  tərəfindən  azad  edilmişdir.  Belə  ki,  1735-ci  ildə  Səfəvi-Rusiya  və  1736-cı  ildə  isə  Osmanlı  dövləti  ilə 
imzalanmış  sülhə  görə  Səfəvi  dövlətinin  ərazi  bütövlüyü  bərpa  olunmuş  və  Qarabağ  Nadir  şahın  hakimiyyəti 
altına keçmişdir.  
1736-cı ildə Nadir şah Əfşar Səfəvilər dövlətinə son qoymaqla bərabər, həm də Qarabağ ərazisində yaşayan 
əhaliyə qarşı amansız faciələrə, qırğınlara rəvac verdi. Nadir şah onu qanuni hökmdar kimi tanımaqdan imtina 
edən  Qarabağ  bəylərbəyliyinin  türk-müsəlman  sakinlərinə  qarşı  ağır  cəza  tədbirləri  həyata  keçirdi.  Eyni 
zamanda,  Qarabağ  əhalisinin  mütləq  əksəriyyəti,  Cavanşir,  Otuziki  və  Kəbirli  tayfalarını  Xorasana  sürgün 
etdirdi, tayfa başçılarını isə yanında girov saxladı. Qeyd edək ki, Nadir şahın ədalətsiz və qəddar olduğu qədər 
də  Azərbaycanın  ümummilli  mənafeyinə  zərbə  vuran  bu  xəyanətkar  addımı  Qarabağda  mövcud  olan  alban 
məliklərinin  mövqeyini  gücləndirdi  və  onların  separatizminə  əsaslı  təkan  verdi.  Nadir  şahın  ölümü  ilə  onun 
qurduğu dövlət parçalandı və Azərbaycan ərazisində yeni dövlətlər - xanlıqlar yarandı. 
 
Qarabağ xanlığını Oğuz xanın şəcərəsi qurdu 
 
Qarabağ  əyalətinin  ərazisində  isə  iki  Azərbaycan  xanlığı  -  Gəncə  və  Qarabağ  xanlıqları  yarandı.  Ərazisi 
indiki Qarabağ ərazisini əhatə edən Qarabağ xanlığının XVIII əsrdəki sərhədləri cənubda Araz çayı üzərindəki 
Xudafərin körpüsündən başlayaraq Cavad, Zərdab və Əlvənd kəndləri, şərqdə Kür çayı, şimalda Gəncə xanlığı 
ilə  Qarabağ  arasındakı  Goran  çayı,  qərbdə  isə  Qarabağ  dağları  və  Naxçıvan  xanlığı  ilə  əhatə  olunmuşdur. 
Qarabağ  xanlığının  sahəsi  təqribən  18000  km2  olub,  şimaldan  cənuba  182,  şərqdən  qərbə  qədər  isə  273  km 
olduğu  bildirilir.  Qarabağ  xanlığının  ərazisi  inzibati  cəhətdən  21  mahaldan  ibarət  idi:  Çalbayır,  Zəngəzur, 
Mehri,  Qafan,  Sisyan,  Dəmirçi-Aslanlı,  Güpara,  Bərgüşad,  Bahabyurd,  Kəbirli,  Talış  (Gülüstan),  Cavanşir, 
Xaçın, Çiləbörd, Xırdapara, Dizaq, Otuziki, İyirmidörd, Qaraçorlu, Vərənd və Acan-türk. 
Elində-obasında  hələ  çox  əvvəllərdən qəhrəmanlığı  və  ədaləti ilə  hamının  rəğbətini  qazanmış  Pənahəli  bəy 
Cavanşir yurdundan didərgin düşən qarabağlıların öz tarixi vətənlərinə dönüşünün təminatçısı oldu və 1747-ci 
ildə Qarabağı müstəqil dövlət elan etdi. Nadir şah tərəfindən sürgün olunmuş qarabağlıların doğma yurdlarına 
qayıtması və onların Pənahəli xanın ətrafında sıx birləşməsi ilə xanlığın mövqeyi çox gücləndi. Qeyd edək ki, 
Qarabağ xanlığının qurucusu olan Pənahəli xanın soyu Türküstandan gəlmiş Cavanşir tayfasının Bəhmənli elinə 
bağlı  Sarıcalı  oymağından  idi.  Əbül-Qazi  Bahadır  xana  görə,  Qarabağ  xanlığının  idarəsi,  Oğuz  xanın  üçüncü 
oğlu olan Ulduzun böyük oğlu Afşarın nəvələrindən Cavanşir qəbiləsinin Sarıcalı sülaləsinə aid olmuşdur.  
Pənahəli xan 1748-ci ildə qədim türk tayfası olan bayatıların adı ilə bağlı Bayat qalasının tikilməsinə qərar 
verdi,  sonradan  bura  xanlığın  inzibati  mərkəzinə  çevrildi.  Qarabağın  və  Pənahəli  xanın  güclənməsi  qonşu 
xanlıqların  ciddi  narahatlıqlarına  səbəb  oldu  və  onlar  müxtəlif  zamanlarda  Qarabağ  üzərinə  yürüşə  çıxdılar. 
Fəqət,  bütün  savaşlarda  da  Pənahəli  xana  məğlub  oldular.  Pənahəli  xan  dövründə  Bayat,  Şahbulaq  qalaları 
tikilmiş, Şuşa (Pənahabad) qala-şəhərinin əsası qoyulmuşdur (1751-1756).  
Pənahəli  xanın  ölümündən  sonra  1763-1806-cı  illərdə  İbrahimxəlil  xan  tərəfindən  idarə  olunan  Qarabağ 
xanlığı  ən  güclü  dövrünü  yaşamışdır.  Qubalı  Fətəli  xanın  3  dəfə  və  Ağa  Məhəmməd  şah  Qacarın  iki  dəfə 
Qarabağa hücum etməsinə baxmayaraq, İbrahimxəlil xan hakimiyyətini qoruyub saxlaya bilmişdi. O, Osmanlı 
dövləti ilə sıx əlaqələr yaradan Azərbaycan xanlarından biri olmuşdu. Ümumiyyətlə, Qarabağ xanlığı 75 illik 
tarixi  boyunca  əsasən  3  xan  -  Pənahəli  xan  (1747-1763),  İbrahimxəlil  xan  (1763-1806)  və  Mehdiqulu  xan 
(1806-1822) tərəfindən idarə olunmuşdur. 
 
Qarabağ məlikliklərinin sakinləri erməni yox, xristian mənşəli albanlar idi 
 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə