Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə203/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   199   200   201   202   203   204   205   206   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
309 
фальсификации,  превращение  армянского  террора  в  опасную  силу  создали  необходимость  изучения 
историзма Нагорно-Карабахской Автономной Республики. 
 
Havva Mammadova, 
Nazim Mammadov 
Azerbaijan’s nagorni karabakh region history in the historizm 
of the soviet and Russia 
Summary 
After the Soviet occupation there were tasks about the artificial growth of number of armenians in Karabakh, 
establishment of a totalitarian mode from russians and Armenians, violation of territorial integrity of Azerbaijan, etc. 
In 1923 the organization of the Nagorno-Karabakh Autonomous Republic as a whole laid the foundation of historical 
problems  of  the  Azerbaijanis  living  in  Karabakh.  Occupation  of  the  Karabakh  region  of  Azerbaijan  by  Armenia, 
transformation  of  the  region  into  object  of  falsification  by  the  Armenian  authors,  transformation  of  the  Armenian 
terror into dangerous force created need of studying of historicism of the Nagorno-Karabakh Autonomous Republic. 
[səh. 68] 
 
“Təfəkkür”.-2014.-№ 5.-S.54-68. 


Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
310 
 
Dağlıq Qarabağ münaqişəsinin tarixi 
 
Bu müharibə XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olub 
Cavid 
 
I yazı 
 
Dağlıq  Qarabağ  münaqişəsi  XX  yüzilliyin  tarixinə  ən  faciəli  münaqişələrdən  biri  kimi  daxil  olub, 
milyonlarla insanın taleyində əks olunub. 1988-ci ildə təhrikçilik yolu ilə başlanan bu münaqişə hələ də özünün 
düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç 
nə”  prinsipi  üzrə  hərəkət  edir.  Münaqişənin  açıq,  presedent  fazasından  əvvəl  adi  gözlə  görünməyən,  geniş 
ictimaiyyətə  məlum  olmayan  hadisələr  baş  vermişdir.  Münaqişənin  bu  gizli,  latent  fazası  Sovet  İttifaqında 
erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş 
miqyas  alıb.  Erməni  tərəfi  münaqişəli  vəziyyəti  illər  boyu  gərginləşdirir,  öz  niyyətinin  etnokratik  xarakter 
daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə 
tuturdu.  O,  ilhaqçılıq,  Azərbaycan  SSR-in  1923-cü  ildə  yaradılmış  Dağlıq  Qarabağ  Muxtar  Vilayətini 
Ermənistan  SSR-yə  birləşdirmək  məqsədi  güdürdü.  Uzun  illər  boyu  sıravi  insanların  şüurunun  ilhaqçılıq 
(“miatsum”) ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin 
mitinqlər  zamanı  DQMV-nin  Ermənistan  SSR-ə  verilməsi  barədə  açıq  tələblər  səsləndi.  Beləliklə,  münaqişə 
insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə
ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə 
daha tez-tez baş verməsi ilə səciyyələnirdi. 
 1987-ci  ilin  noyabr  ayında  akademik  Aqanbeqyan  “Humanite”  qəzetinə  verdiyi  qalmaqallı  müsahibədə 
erməni  etnokratlarının  fəaliyyətini  dəstəklədi.  Bu  müsahibə  bir  növ  rəmzi  məna  daşıyır  və  onu  göstərirdi  ki, 
erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-
aşkar  məhəl  qoymur.  Etnokrat  Z.Balayanın  1985-ci  ildə  Ermənistanda  erməni  və  rus  dillərində  çap  edilmiş 
“Ocaq” kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş  əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu 
cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi. 
 1987-ci  ilin  noyabr  ayında  münaqişə  kütləvilik  səviyyəsinə  çatır:  Ermənistan  SSR-in  Qafan  rayonunda 
azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə 
“təqsiri” başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın 
axırlarında  Qafan  rayonunda  bircə  nəfər  də  azərbaycanlı  qalmamışdı.  1988-ci  ilin  noyabr-dekabr  aylarında 
Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə 
azərbaycanlılar  Azərbaycana,  ermənilər  Ermənistana  getməlidir  -  tələbilə  çox  böyük  insan  kütlələrinin 
yerdəyişməsi  başlanır.  1988-ci  il fevralın  13-də  DQMV-nin  mərkəzində  Qarabağ  məsələsi  barədə  ilk  nümayiş 
təşkil  edildi.  1988-ci  il  fevralın  16-dan  martın  2-dək  DQMV-də  mitinqlər  təşkil  olunur.  Buna  cavab  olaraq, 
fevralın 19-da Bakıda nümayiş keçirilir.  
 Etnokratların  və  kriminalların  dayağı  olan  DQMV  Xalq  Deputatları  Soveti  1988-ci  il  fevralın  20-də 
vilayətin  Ermənistana  birləşdirilməsi  təklifinin  lehinə  səs  verdi.  Martın  22-də  müttəfiq  respublikanın  - 
Azərbaycanın  bir  dövlət  kimi  bütövlüyünü  dağıtmağa  yönəlmiş  xüsusi  ictimai  struktur  -  “DQMV-nin 
Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə” yaradılır. Martın 5-də bu qurum “Krunk” adı ilə qeydiyyata 
alınmışdı.  Münaqişənin  ilhaqçı  təbiəti  Yerevanda  “Qarabağ”  Komitəsinin  təsis  edilməsində  də  öz  əksini 
tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Dağlıq Qarabağ 
hadisələri  haqqında”  qərar  çıxarır.  Bu  sənəddə  Vilayət  Sovetinin  qərarı  “millətçi  elementlər  tərəfindən  təhrik 
edilmiş” aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva “1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq 
Qarabağ  Muxtar  Vilayətinin  sosial-iqtisadi  inkişafının  sürətləndirilməsi  tədbirləri  haqqında”  qərar  qəbul  edir. 
Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı. 
1988-ci  il  iyunun  14-də  Ermənistan  Ali  Soveti  DQMV-nin  Ermənistan  SSR-in  tərkibinə  “daxil  edilməsinə 
razılıq”  verir.  1988-ci  il  iyunun  17-də  Azərbaycan  SSR  Ali  Soveti  buna  cavab  olaraq  əks  qərar  qəbul  edir: 
DQMV  respublikanın  tərkibində  qalır.  1988-ci  il  iyulun  18-də  SSRİ  Ali  Sovetinin  Rəyasət  Heyəti  hər  hansı 
başqa  qərarın  pozucu  olmasını  dərk  etdiyindən,  Azərbaycan  SSR-in  və  Ermənistan  SSR-in  milli-ərazi 
bölgüsünün  dəyişdirilməsinin  mümkün  olmaması  barədə  məntiqli  qərar  qəbul  edir.  SSRİ  Ali  Soveti  SSRİ 
Konstitusiyasında  (maddə  78)  təsbit  olunmuş  müddəadan  çıxış  edirdi.  Konstitusiyaya  görə,  “müttəfiq 
respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”. 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə