Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin p r e z I d e n t k I t a b X a n a s I



Yüklə 5,01 Mb.
Pdf görüntüsü
səhifə206/217
tarix01.08.2018
ölçüsü5,01 Mb.
#60265
1   ...   202   203   204   205   206   207   208   209   ...   217

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 
PREZİDENT   KİTABXANASI 
────────────────────────────────────────────────────────────────────────────────────── 
 
314 
yayılması  baş  tutmamışdı.  Bu  da  çöl  şəraitində  yaşayan  ərəblərin  dağlıq  bölgəyə  uyğunlaşa  bilməmələrindən 
qaynaqlanırdı. Bu səbəbdən Qarabağın yuxarı dağlıq hissəsində yaşayan xristian albanlar, öz məskunlaşdıqları 
bölgənin Arsax adını Ağvan ölkəsi şəklində dəyişmişdilər. Tarixi Qarabağ ərazisi qədim dövrdə və erkən orta 
əsrlərdə  Azərbaycanın  qədim  dövlətlərindən  biri  olan  Albaniyanın  tərkibində  Uti  və  Arsax  vilayətlərini əhatə 
etmişdi. Ərəblərin Azərbaycanda hakimiyyəti dövründə Uti Arran, Arsax isə Ağvan kimi işlədilmişdir.  
Ərəb  xilafəti  dövründə  Qarabağ  Albaniya  zamanında  olduğu  kimi  nəinki  Azərbaycanın,  həm  də  bütün 
bölgənin  siyasi  mərkəzi  olaraq  qalmaqda  idi.  Belə  ki,  Qarabağın  inzibati  mərkəzi  olan  Bərdə  şəhəri  ərəb 
canişinlərinin  iqamətgahı  olmaqla  yanaşı,  həm  də  çiçəklənən  ticarət  mərkəzi  rolunu  oynayırdı.  İnkişaf 
səviyyəsinə görə ərəb müəllifləri Bərdəni “bölgənin Bağdadı” adlandırırdılar.  
Ərəb  xilafəti  dövründə  Azərbaycanın  bəzi  dağlıq  bölgələrində  xristian  və  yəhudilər  öz  dinlərində  qala 
bilmişlər.  Zaman  keçdikcə,  Qarabağın  dağlıq  bölgələrinin  xristian-alban  əhalisi  qriqoryanlaşmağa  və 
erməniləşməyə başladı. Beləliklə, dağlıq bölgədəki albanlar cizyə adlanan can vergisini verərək xristian dinində 
sərbəst həyatlarını yaşamışlar. VIII əsrin əvvəllərində erməni katolikosu İlyanın Xəlifə əbdül Məlikə (685-705) 
Albaniyada  Xilafət  əleyhinə  üsyan  başladığı  barədə  xəbər  verməsi  nizami  ərəb  ordusunun  Albaniyaya 
göndərilməsi  ilə  nəticələndi.  Ərəblər  Bərdəni  ələ  keçirərək  üsyanı  yatırdıqdan  sonra  Albaniyada  çar 
hakimiyyətinə son qoydular. Beləliklə, 705-ci ildə Albaniya dövlətinə son qoyuldu. Albanların dini inanclarına 
görə,  Bizansa  yaxınlaşması  bəhanə  edilərək  Alban  kilsəsi  erməni  katolikosluğunun  təsiri  altına  salındı.  Bu 
tarixdən  etibarən  din  işlərində  Alban  kilsəsi  erməni  əsilli  keşişlərə  əmanət  edildi.  Erməni  kilsəsinin  təzyiqi 
nəticəsində Qarabağın xristian əhalisi mədəni-ideoloji asimiliyasiyaya və qriqoriyanlaşmağa məruz qaldı. 
Qarabağ  Azərbaycan  dövlətləri  tarixində  mühüm  rol  oynayan  bölgələrdən  biri  idi.  Qarabağ  IX-X  əsrlərdə 
Sacilər  (879-941)  və  Salarilər  (941-981),  X-XI  əsrlərdə  Şəddadilər  (971-1088)  və  Böyük  Səlcuqlar,  XII-XIII 
əsrlərdə  Eldənizlər  (1136-1225),  XIII  əsrin  ikinci  yarısından  başlayaraq  XIV  əsrin  ortalarına  qədər  Elxanilər 
(1256-1357),  XIV  əsrin  ikinci  yarısında  Cəlairilər  (1359-1410),  XV  əsrdə  isə  Qaraqoyunlu  (1410-1468)  və 
Ağqoyunlu (1468-1501) Azərbaycan dövlətlərinin tərkibinə daxil olmuşdur. 
Qarabağ  Arranın  əsas  tərkib  hissəsi  kimi  orta  əsrlərdə  Azrbaycanda  baş  vermiş  ictimai-iqtisadi  və  siyasi 
hadisələrin  mərkəzlərindən  birinə  çevrilmişdir.  Belə  ki,  Səlcuq  hökmdarı  sultan  Alp  Aslan  (1063-1072) 
gürcülərə  qarşı  çıxdığı  səfərdən  dönərkən  bir  müddət  Qarabağda  qalıb  qışı  burada  keçirmişdir  (1064). 
Şəmsəddin  Eldəniz  (1136-1175)  Atabəylər  dövlətinin  təməlini  bu  bölgədə  -  Bərdədə  qoymuşdur.  Elxani 
hökmdarlarından  üçü  -  Qazan  xan  (1295-1304),  Arpa  xan  (1335-1336)  və  Ənuşirəvan  (1344-1355)  səltənət 
taxtına  Qarabağda  çıxmış,  ikisi  isə  -  Arqun  xan  (1284-1291)  və  Əbu  Səid  (1316-1335)  Qarabağda  vəfat 
etmişdir. Cəlairi Şeyx Üveys (1359-1374) və Sultan Əhmədin (1382 - fasilələrlə 1410) hakimiyyəti dövründə 
Qarabağ Cəlairi əmirləri tərəfindən idarə olunmuş, Əmir Teymur (1370-1405) isə Qarabağ ərazisindən özünün 
qərbdəki  düşmənlərinə  qarşı  mübarizədə  başlıca  istinadgah  kimi  istifadə  etmişdir.  Eləcə  də  Qaraqoyunlu  və 
Ağqoyunlu  dövlətlərinin  həlledici  döyüşlərindən  bəziləri  Qarabağda  baş  verməklə  bərabər,  bəzi  önəmli 
hadisələrin mərkəzində yenə Qarabağdakı tayfaların böyük rolu olmuşdur. 
 
Qarabağ Səfəvi-Osmanlı savaşlarının mərkəzində 
 
Səfəvilər dövründə Qarabağ bölgəsi mərkəzi Gəncə şəhəri olan Qarabağ bəylərbəyliyi kimi Səfəvi dövlətinin 
on  üç  inzibati  vilayətdən  birini  təşkil  edərək,  235  il,  yəni  1736-cı  ilədək  mövcud  olmuşdur.  Qarabağ 
bəylərbəyliyi  tarixi  Arran  vilayətini,  daha  doğrusu,  Kür  və  Araz  çayları  arasındaki  torpaqları  əhatə  etmiş  və 
hətta XVII əsrin sonlarında onun sərhədləri Tiflisə gədər uzanmışdır. Qarabağ bəylərbəyliyinin bu ərazisi demək 
olar  ki,  Osmanlı  hakimiyyəti  dövründə  (1588-1606  və  1724-1735-ci  illər)  də  dəyişməmişdir.  Ərazidə  qeydə 
alınan 1300 toponomik vahidlərin hamısı Azərbaycana məxsus idi.  
Qanuni Sultan Süleyman (1520-1566) dövründə Azərbaycana dörd hərbi yürüş təşkil olunsa da, Təbrizin üç 
dəfə  ələ  keçirilməsinə  baxmayaraq,  Qarabağ  bölgəsinə  yiyələnmək  Osmanlılara  müəssər  olmadı.  Qarabağ  ilk 
dəfə  III  Murad  (1574-1595)  dövründə,  1590-cı  ildə  Osmanlı  dövləti  ilə  Səfəvilər  arasında  imzalanan  İstanbul 
sülh  müqaviləsinə  əsasən  Osmanlı  dövlətinin  idarəsinə  keçdi.  1578-1590-cı  illər  Səfəvi-Osmanlı 
müharibələrindən  sonra  Osmanlı  dövlətinin  ələ  keçirdiyi  Azərbaycan  torpaqlarında  yaratdığı  dörd 
bəylərbəylikdən biri də Gəncə-Qarabağ əyaləti idi. 1593-cü ildə Osmanlı dövləti tərəfindən tərtib olunan Gəncə-
Qarabağ əyalətinin icmal dəftərində 36 nahiyədən ibarət 7 sancaq qeydə alınmışdır. Qarabağdakı bu sancaq və 
nahiyələr  belə  sıralanırdı:  Bərdə,  Otuzikili  və  Hacılı  tayfasının  yaşadığı  Xaçın,  Axıstabad,  Dizaq,  Həkəri  və 
Vərəndə  sancaqları.  Bundan  əlavə,  bu  icmal  dəftərindəki  məlumatlardan  XVI  əsrin  sonlarında  Qarabağda 
yaşayan əhalinin daha çox Azərbaycan türklərinə məxsus tayfa və oymaqlardan ibarət olduğu görünür. 
XVII  əsrin  əvvəllərində  Azərbaycan  uğrunda  Səfəvi-Osmanlı  müharibəsi  yenidən  başladı  və  1606-cı  ildə 
Qarabağ  ərazisi  azad  edildi.  1612-ci  ildə  imzalanan  İstanbul  sülh  müqaviləsinə  görə,  Qarabağ  ərazisi 


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   217




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə