Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
  1   2   3   4   5   6   7   8   9   ...   18


 

Demokratiya, insan hüquqları və əmək bürosu 

2009 İnsan Hüquqlarının vəziyyətinə dair 

Ölkə Hesabatları

 

 

11 Mart, 2010 

 

Azərbaycan təqribən doqquz milyon əhalisi olan və prezident üsuli-idarəsi  respublikasıdır. 



Qanunvericilik səlahiyyəti Milli Məclisə həvalə edilmişdir. Praktikada prezident hakimiyyətin 

icra, qanunvericilik və məhkəmə qolları üzrə üstünlük təşkil etmişdir. Sabiq prezident Heydər 

Əliyevin oğlu İlham Əliyev demokratik seçkilər üçün mövcud olan beynəlxalq standartlara tam 

olaraq cavab verməyən seçkilər vasitəsi ilə 2008-ci ilin oktyabr ayında ikinci müddətə prezident 

seçilmişdir. Seçki zamanı baş vermiş qüsurlara siyasi iştiraka və kütləvi informasiya vasitələrinə 

tətbiq edilən ciddi məhdudiyyətlər, müşahidəçilərə tətbiq edilən təzyiq və məhdudiyyətlər, və 

səslərin qüsurlu sayılması prosesi və tabulyasiyası prosesi daxildir. Mart ayında ciddi qüsurlarla 

keçirilmiş referendum vasitəsi ilə prezidentliyə şamil edilən iki müddətlilik məhdudiyyət ləğv 

edilmişdir. Baxmayaraq ki, 50-dən çox siyasi partiya mövcud olmuşdur, hakimiyyətdə olan Yeni 

Azərbaycan Partiyası siyasi sistemdə üstünlük təşkil etməkdə davam etmişdir. Ermənistanın 

dəstəyi ilə etnik erməni separatçıları ölkənin Dağlıq Qarabağ bölgəsinin əksər hissəsinə və 

ətrafda olan yeddi rayona nəzarət etməkdə davam etmişdir. Dövlət həmin ərazilərdə baş vermiş 

hallara  heç bir nəzarət etməmişdir. Ümumilikdə, mülki qurumlar  təhlükəsizlik qüvvələrinin 

üzərində effektiv nəzarəti həyata keçirmişdir. Dövlət və yerli səviyyədə təhlükəsizlik 

qüvvələrinin nümayəndələri çox saylı insan hüquqları pozuntuları törətmişdirlər.      

 

Vətəndaşların öz hökumətini dinc yolla dəyişmək hüququ 2008-ci ilin oktyabr ayında keçirilmiş 



prezident seçkilərində, mart ayında keçirilmiş referendumda və dekabr ayında keçirilmiş 

bələdiyyə seçkilərində məhdudlaşdırılmışdır. Polis və hərbi orqanlarda saxlanılan şəxslərin 

döyülməsi və onlara işgəncələr verilməsi nəticəsində 4 nəfər vəfat etmiş və hüquq mühafizə 

orqanları cəzasızlıq şəraitində fəaliyyət göstərmişlər. Həbsxanalarda şərait sərt və insan həyatı 

üçün təhlükəli olmuşdur. Xüsusilə, hakimiyyətə siyasi müxalif hesab edilən şəxslərə 

münasibətdə həyata keçirilən əsassız həbs və saxlamalar, habelə məhkəmədən öncəki uzun-

müddətli saxlamalar davam etmişdir. Dövlət siyasi motivlər səbəbindən insanların həbs 

edilməsini davam etdirmişdir. Hüquq mühafizə orqanları və məhkəmələr də daxil olmaqla geniş 

yayılmış korrupsiya halları davam etmişdir. Xüsusən siyasi təşkilatlanma, dinc yolla etirazın 

bildirilməsi və dini fəaliyyətlə bağlı sərbəst toplaşma azadlığına, məhdudiyyətlərin qoyulması  

davam etmişdir. Kütləvi informasiya vasitələrinə təzyiq və məhdudiyyətlər və siyasi iştiraka 

məhdudiyyətlər daha da pisləşmişdir. Hökumət qeydiyyatdan keçməmiş bir sıra müsəlman və 

xristian qrupların fəaliyyətini məhdudlaşdırmış və yerli rəsmilər bəzi üzvlər və  dini icmalarla pis 

rəftar etmişdir. Həmçinin, qadınlara qarşı zorakılıq hallarının baş verməsi barədə məlumat 

verilmişdir. Cinsi istismar məqsədi ilə insan alveri və məcburi əmək də problem olaraq 

qalmışdır.  

 

İNSAN HÜQUQLARINA HÖRMƏT 

 

1-ci Bölmə. İnsan toxunulmazlığınahörmət, o cümlədən:

 

a. Həyatdan əssasız və ya qeyri-qanuni  məhrumetmədən azadlıq 

 

Hökumət və ya onun nümayəndələri əsassız və ya qanunsuz heç bir qətl törətməmişlər; lakin 



insan hüquqlarının monitorinqini həyata keçirən şəxslər  məlumat vermişlər ki, polis və ya hərbi 


orqanlar tərəfindən nəzarət olunan təcridxanalarda ən azı dörd nəfər qaba və ya pis rəftar 

nəticəsində vəfat etmişdir.     

  

14 yanvar tarixində, Vaqif Süleymanov Biləsuvar rayonunda polis şöbəsində vəfat etmişdir. 



Etibarlı mənbələrin məlumatına əsasən həmin şəxs döyülərək öldürülmüşdür.  

 

19 may tarixində 70 yaşlı Toğrul Məmmədzadə Ədliyyə Nazirliyinin tibb müəssisəndə vəfat 



etmişdir. Nazirliyin ölüm halını özünə qəsd kimi bildirməsinə baxmayaraq etibarlı mənbələr 

hesab etmişlər ki, həmin şəxs döyülərək öldürülmüşdür.  

 

11 iyun tarixində Rüstəm Əliyev Lənkəranda polis şöbəsində bir həftə saxlanıldıqdan sonra vəfat 



etmişdir. Polisin həmin şəxsin kamerada özünü asaraq intihar etməsini iddia etməsinə 

baxmayaraq etibarlı mənbələr qeyd etmişdir ki, həmin halın baş verməsi fiziki cəhətdən mümkün 

deyil və tibbi sübutlar həmin şəxsin döyülərək öldürülməsini özündə əks etdirmişdir.  

 

2 avqust tarixində Ağa Turabov Bakıda Nərimanov Rayon Polis İdarəsində polis işçiləri 



tərəfindən döyülmüşdür. Turabov infarkt keçirib və hadisə yerində  vəfat etmişdir.  

 

Rəşad Həziyev, Məhəmməd Rəhimov və ya Zaur Məmmədovun işlərinə dair hər hansı bir 



yenilik barədə məlumat olmamışdır. Onların dördünün də cəsədi  2008-ci ildə polis şöbələrinin 

içində və ya ətrafında tapılmışdır.  

 

Hökumət il ərzində orduya çağırılmış 6 əsgərin vəfatı barədə məlumat vermiş və bunları 



ermənilərlə təmas xəttində baş vermiş hadisələrə aid etmişdir. 

 

Ermənistanın dəstəyi ilə etnik erməni separatçıları ölkənin Dağlıq Qarabağ bölgəsinin əksər 



hissəsinə və ətrafda olan yeddi rayona nəzarət etməkdə davam etmişdir. Dağlıq Qarabağ 

münaqişəsi nəticəsində hər iki tərəfi ayıran hərbiləşdirilmiş təmas xəttində il ərzində baş vermiş 

atışmalar nəticəsində yenə də hər iki tərəfə aid çox saylı tələfatlar baş vermişdir. Xarici İşlər 

Nazirliyi təmas xəttində iki mülki şəxsin həlak olması barədə məlumat vermişdir.  

 

Ərazilərin minalardan təmizlənməsinə dair milli agentliyin verdiyi məlumata əsasən minaların 



partlaması nəticəsində iki nəfər həlak olmuş, onlardan biri mülki şəxs olmuş, 17 nəfər isə xəsarət 

almış və onlardan 15-i mülki şəxs olmuşdur. Yerli qeyri-hökumət təşkilatı (QHT) olan 

Azərbaycan Minaların Qadağan edilməsi Kampaniyası məlumat vermişdir ki, il ərzində 

minaların partlaması iki nəfərin ölümü və altı nəfərin xəsarət alması ilə nəticələnmişdir.  Həlak 

olmuş iki şəxs hərbçi, xəsarət almış altı şəxs isə mülki şəxslər olmuşdur.  

 

b. İtkin düşmə   

 

İl ərzində siyasi motivlər səbəbindən itkin düşmə hallarına dair heç bir məlumat olmamışdır. 



Lakin, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar olaraq itkin düşmə halları haqqında məlumat 

verilmişdir. Hökumət Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4 133 nəfərin itkin düşməsi barədə 

il ərzində məlumat vermişdir.  

 

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 



şəxslərlə bağlı işləri  araşdırmaqla fəal məşğul olmuş və itkin düşmüş şəxslərin vahid siyahısının 

tərtib edilməsi üçün hökumətlə birgə iş aparmışdır. BQXK-yə əsasən münaqişənin hər iki 

tərəfinin itkin düşənlərin təsdiq edilən sayı 4478-dən 4558 nəfərədək artmışdır. BQXK məlumat 

vermişdir ki, il ərzində o, yeni 105 itkin düşmüş şəxslərə aid işin araşdırmasına başlamışdır. 

2008-ci ildə hökumətlə imzalanmış çərçivə sazişinin nəticəsi olaraq BQXK il ərzində 2000 

ailədən vəfata qədər olan vəziyyət barədə məlumat toplamışdır., Təmas xəttində hər iki münaqişə 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə