Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   10   11   12   13   14   15   16   17   18

istintaqa  kömək etməyə dair hər hansı müraciət almamışdır. 

 

İnsan alverində birbaşa və bilərəkdən rəsmi əlbir olmaya dair sübut olmasa da, bəzi hökumət 



orqanlarında formalaşmış korrupsiya mədəniyyəti insan alveri üçün bəzi inzibati baryerlərdən 

yayınmaq üçün imkanlar yaratmışdır.   

 

Qanun insan alveri qurbanlarını məcburiyyət, hədə-qorxu və ya digər insan alveri şəraitləri 



altında törədilmiş mülki, inzibati və cinayət məsuliyyətindən azad etməklə qoruyur. Bununla 

belə, təcrübədə insan alveri qurbanları hakimlər tərəfindən təhqiramiz sözlərə və pis adla 

ləkələnməyə  məruz qalmışlar. Qurbanlar çox vaxt cinayətkarlar kimi nəzərdən keçirilmiş və 

yalnız insan alverinin birbaşa nəticəsi kimi törətdikləri qeyri-qanuni hərəkətlərə görə 

cəzalandırılmışlar. Qanun qurbanların kimliyini qorumaq üçün təxəllüslərdən istifadə etməyə 

icazə verir və onlara dəstəyin verilməsi  və sığınacaqla təmin edilməsini nəzərdə tutur. Hökumət 

insan alveri qurbanlarının müəyyən edilməsi üçün həssas əhali qruplarını sistematik qaydada 

nəzərdən keçirməmişdir. 

 

Qaçırılmış qadınların öz ölkələrinə qaytarılması üzrə standart mexanizm mövcud olmamışdı. 



Beynəlxalq Miqrasiya Təşkilatına əsasən (BMT), insan alveri qurbanı olmuş və ya fahişəliklə 

məşğul olan bəzi vətəndaş və əcnəbilər ölkəyə əsasən Türkiyədən deportasiya edilmişlər. 

Dubaydan deportasiya edilmiş bəzi insan alveri qurbanları ölkə QHT-lərindən dəstək alsalar da, 

hökumətin onlara dəstək göstərmək üçün proqramı olmamışdır. 

 

Avqust ayında hökumət insan alveri qurbanlarına dəstək təşkil etmək üçün milli və 



agentliklərarası sistem, Milli Sorğu Mərkəzi təsis etmiş və həyata keçirmişdir. Hökumət, 

qurbanları hökumətin maliyyələşdirdiyi sığınacağa yönəltmişdir. Həmin sığınacaq qurbanlara 

hüquqi, tibbi və psixoloji xidmətləri təmin etmişdir. Hökumət həmçinin insan alveri qurbanlarını 

təlim və məşğulluq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdindəki yardım 

mərkəzinə və QHT-lərə yönləndirmişdir. 2008-ci ilin avqust ayında BMT (Beynəlxalq Miqrasiya 

Təşkilatı) Daxili İşlər Nazirliyinin İnsan alveri ilə mübarizə idarəsi ilə birgə layihəyə başlayaraq, 

onların işçi heyətinə təlim keçməklə və əməliyyat prinsiplərini hazırlamaqla, sığınacaq və qaynar 

xətt xidmətlərinin idarəetmə potensialını gücləndirmişlər. Hökumət Qaynar xətti tam 

maliyyələşdirsə də,  onu birbaşa idarə etməyib, lakin  işini fəal surətdə təbliğ edib.  

 

Fevral ayında hökumət öz milli insan alverinə qarşı fəaliyyət planının ikinci mərhələsinin  



icrasına başlamışdır. Bu planın tərkib hissəsi kimi, sentyabr ayında hökumət insan alveri 

qurbanlarının müəyyən edilməsi qaydalarının (indikatorları)təsdiq etmiş və qərarı qüvəyyə 

mindirmişdir. Bu qaydalar  hüquq-mühafizə orqanları tərəfindən insan alveri qurbanlarının 

asanlıqla müəyyən edilməsini və onlara lazımi yardımın göstərilməsinə kömək etmək üçün 

nəzərdə tutulub.  ki həmin qurbanlara asanlıqla kömək etmək mümkün olsun. Oktyabrda Bosniya 

və Herseqovina və Serbiyadan böyük sayda əməklə əlaqədar  insan alveri qurbanlarının 

aşkarlanması hökumətin və Milli İstiqamətləndirmə  mexanizminin  bu qaydaların icrasında bir 

sıra zəifliklərin olduğunu üzə çıxarmışdır. 

   

Sülh və Demokratiya İnstitutu, Qadın Böhran Mərkəzi və Təmiz Dünya təşkilatları  kimi bir neçə 



QHT-lər və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi hökumət orqanları insan 

alverinə qarşı  fəaliyyətlərlə məşğul olmuşlar.  Daxili İşlər Nazirliyinin məlumatına əsasən o, 

ölkənin  bir çox hissələrində insan alveri əleyhinə 70 məlumatlandırma proqramlarını həyata 

keçirmişdir. 




   

Dövlət Departamentinin illik İnsan Alverinə dair Hesabatına  



www.state.gov/g/tip

. saytında 

baxmaq olar.  

 

Fiziki qüsurlu şəxslər 

 

Qanun fiziki qüsuru olan şəxslərə məşğulluq, təhsil, tibbi qayğı və digər dövlət xidmətlərinin 



təminatı sahəsində ayrı seçkiliyə yol verilməsini qadağan etsə də, işdə ayrı-seçkilik problem 

olaraq qalmışdır. Geniş yayılmış fikrə əsasən fiziki qüsuru olan uşaqlar xəstədir və onlar başqa 

uşaqlardan ayrılaraq digər müəssisələrdə təhsil almalıdırlar. Bir sıra beynəlxalq və yerli QHT-lər 

fiziki qüsuru olan uşaqlar barədə düşüncə tərzini dəyişmək və qüsurlu uşaqları cəmiyyətə 

yenidən inteqrasiya etmək üçün təhsil kampaniyaları həyata keçirmişlər. 

   


Fiziki qüsuru olan şəxslərin dövlət və digər binalara girişinə şəraitin yaradılmasını nəzərdə tutan 

qanun yoxdur və əksər binalar onlar üçün müyəssər olmayıb.  

Ruhi xəstə və fiziki qüsurlu şəxslər üçün müəssisələrdə tibbi xidmət səviyyəsi fərqli olmuşdur

bəziləri lazımi xidməti təmin etdiyi halda digərlərində isə xidmət göstərn şəxslərin, avadanlığın 

və sanitariya şəraitinin, habelə  lazımi pəhrizi təmin etmək üçün təchizatın qıtlığı mövcud 

olmuşdur. 

 

Səhiyyə, Əmək və Əhalinin Sosial Təminatı Nazirlikləri fiziki qüsurlu  şəxslərin hüquqlarının 



müdafiəsinə görə məsuliyyət daşımışlar.  

 

Milli/İrqi/Etnik azlıqlar 



 

Ölkə ərazisində yaşayan təxminən 20.000 erməni mənşəli şəxslər tarixən məşğulluq, təhsil, 

mənzil təminatı, sosial xidmətlər və digər sahələrdə onlara qarşı ayrı-seçkiliyin olduğundan 

şikayətlənmişlər. Etnik erməni olan  Azərbaycan vətəndaşları çox vaxt öz pasportlarında etnik 

mənsubiyyəti qanuni yolla dəyişərək  öz etnik mənsubiyyətlərini gizlətmişlər. İl ərzində 

ermənilərə qarşı hər hansı zorakılıq və ya ayrı-seçkiliyə dair məlumatlar olmamışdır. 

  

Bəzi qruplar bəzən ayrı-seçkilik halları, onların öz dillərində dərs demək imkanının 



məhdudlaşdırılması və yerli orqanlar tərəfindən incidildiklərini bildirmişlər. Bu cür qruplara 

cənubda yaşayan talışlar, şimalda yaşayan ləzgilər, köçkün Mesxeti türkləri və Ermənistanın 

dəstəklədiyi Dağlıq Qarabağ separatçılarının nəzarət etdiyi Laçın rayonundan olan qaçqın 

kürdlər daxildir.  

Cəmiyyətdə seksual  oriyentasiya və cinsi mənsubiyyət əsasında sui-istifadə, ayrı-seçkilik və 

zorakılıq hərəkətləri 

Seksual oriyentasiyanı cəzalandıran qanun yoxdur. Seksual oriyentasiyalarına görə şəxslərə  

qarşı polis qəddarlığına dair çoxsaylı hallar olmuşdur. İl ərzində buna görə məsuliyyət daşıyan 

şəxslərin hərəkətləri araşdırılmamış və ya cəzalandırılmamışdır.; Lakin, bunun əsas səbəbi 

zorakılıq qurbanının ictimai qınaq qorxusundan şikayət etmək istəməməyi olmuşdur. 2007-ci 

ildə ombudsman aparatı vasitəsilə rəsmi şikayət edildikdən sonra iki polis zabiti öz vəzifəsindən 

uzaqlaşdırılmışdır. 

 

İl ərzində polis dörd halda homoseksualların barına hücum etmiş və demək olar ki, 50-yə yaxın 



şəxsi həbs etmişlər. Əldə edilən məlumata əsasən polis onları saxlamış və rüşvət ödəmədikləri 


halda onların seksual oriyentasiyasını açıq bəyan edəcəkləri ilə hədələmişlər. İnsan hüquqları 

üzrə ombudsman aparatı bu məsələləri həll etmək üçün müdaxilə etmişdir. 

 

Bir QHT ölkədə lesbiyan, qey (homoseksual), biseksual və transgender (LGBT) məsələləri ilə 



məşğul olur. Bu QHT HİV/QİÇS yayılmasının qarşısının alınması istiqamətində fəaliyyət 

göstərmiş və hüquqi məsləhət, psixoloji yardım və kömək fəaliyyətinigöstərmişdir. QHT 

fəaliyyətində hər hansı rəsmi təqiblə üzləşmədiyini bildirmişdir. İl ərzində qey paradların 

təşkilinə cəhdlər edilməsə də, Beynəlxalq Anti Homofobia Gününü qeyd etmək üçün 17 may 

tarixində kiçik toplantı olmuşdur. 

 

Seksual oriyentasiyaya əsasən zorakılıq səbəbindən il ərzində ölüm halları baş verməsə də, 



seksual oriyentasiyaya görə məişət zorakılığı böyük problem olaraq qalmışdır 

  

Hökumət seksual oriyentasiyaya görə ayrı-seçkiliklə rəsmi olaraq barışmasa da, LGBT şəxslərə 



qarşı ictimai qərəz mövcud olmuşdur. Seksual oriyentasiyaya görə işdən çıxarılma qeyri-qanuni 

hesab edilsə də, LGBT şəxslər işəgötürənlərin onları işdən çıxarmaq üçün başqa səbəblər 

tapdığını qeyd etmişlər. Tibbi xidmətin təminatı sahəsində də ayrı-seçkilik  problem olaraq 

qalmışdır. 2008-ci ildə iki avtomobil qəzası nəticəsində xəsarət almış iki transgender şəxs 1 Saylı 

Bakı şəhər xəstəxanasının həkimləri onlara tibbi yardım göstərməkdən imtina etdikləri 

nəticəsində vəfat etmişlər. 



 

Cəmiyyətdə digər  zorakılıq və ya ayrı-seçkilik halları 

 

HIV/QİÇSli şəxslərə qarşı sosial zorakılıq və ya ayrı-seçkiliyə dair məlumatlar olmayıb.  



 

Bölmə 7. İşçi hüquqları 

 

a. Birləşmə hüququ 

 

Qanunda həmkarlar ittifaqlarını yaratmaqq hüququ daxil olmaqla, birləşmə azadlığının təmin 



olunması nəzərdə tutulur. Lakin təcrübədə bu hüquqa müəyyən məhdudiyyətlər qoyulmuşdur. 

Jurnalistlər birliyi istisna olmaqla, həmkarlar ittifaqlarının böyük hissəsi hökumətlə sıx şəkildə 

fəaliyyət göstərmişdir.   

 

Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyində işləyən mülki şəxslərin həmkarlar ittifaqında 



iştirakına icazə verilsə də, hərbçilər və polisə bu qadağan olunmuşdu. Qanun həmçinin rəhbər 

heyətin həmkarlar ittifaqına qoşulmasını qadağan etsə də, dövlət sənaye sahələrində idarəetmə 

səviyyəsində çalışan şəxslərin həmkarlar ittifaqına üzvlük haqları avtomatik olaraq onların 

maaşlarından tutulmuşdur. 

 

Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) müxtəlif sənaye sahələrindəki 28 



əmək federasiyalarını təmsil edən təxminən 1.6 milyon üzvü olmuşdur. AHİK müstəqil təşkilat 

kimi qeydiyyatdan keçsə də, bəzi işçilər onun hökumətlə sıx əlaqələrinin olduğunu hesab 

etmişlər. 

   


Qanun həmkarlar ittifaqlarına öz fəaliyyətlərini dövlət müdaxiləsi olmadan həyata keçirməyə 

icazə verir, lakin təcrübədə əksər həmkarlar ittifaqları müstəqil olmamışlar. Qanun əksər işçilərin 

tətil etmək hüququnu tanıyır. Tətil etmələrinə qadağa qoyulmuş işçi kateqoriyalarına aşağıdakılar 



aiddir: yüksək vəzifəli icra və qanunverici orqanın rəsmiləri, hüquq-mühafizə orqanlarının 

işçiləri, məhkəmə işçiləri, yanğınsöndürənlər, səhiyyə, elektrik enerjisi, su təminatı, telefon, 

dəmir yolu və hava nəqliyyatına nəzarət işçiləri.. İctimai nəqliyyatın işini pozmuş tətilə çıxmış 

işçilər üç ilə qədər həbs cəzasına məhkum edilə bilərdilər. Qanun işdən çıxarma və ya başqa işçi 

ilə əvəzolunma  kimi cəzalarla tətilə çıxanların cəzalandırılmasını qadağan edir. Həm yerli, həm 

də beynəlxalq QHT-lər iddia etmişlər ki, əksər sənaye sahələrində çalışan işçilərin boyük qismi 

öz hüquqlarını  bilməmişlər və şikayət edəcəkləri təqdirdə cəzalandırılacaqlarından qorxmuşlar. 

Bu xüsusən də, dövlət sektorunda çalışan şəxslərə aid olmuşdur. 

 

Əmək qanunvericiliyi ölkə ərazisindəki bütün işçi və müəssisələrə tətbiq edilsə də, hökumət 



çoxmillətli təşkilatlarla ikitərəfli razılaşmaları müzakirə edə bilmiş və nəticədə bu cür 

müəssisələr milli əmək qanununa riayət etməkdən azad olunmuşlar.  .  Məsələn, 1994-cü ildə 

hökumətlə çoxmillətli neft-qaz şirkətləri ilə imzalanmış İstehsalın Bölüşdürülməsi üzrə 

Sazişlərdə  (İBS) və işçilərin həmkarlar ittifaqında təmsil olunmaları təmin olunmamışdır.  Bəzi 

əmək  təşkilat və QHT-lərin bildirdiyinə görə belə şirkətlərin bəziləri öz işçilərini həmkarlar 

ittifaqı yaratmaqdan çəkindirmişlər, və  bir sıra istisnalara baxmayaraq,   İBS üzrə fəaliyyət 

göstərən çoxmillətli təşkilatların əksər işçiləri həmkarlar ittifaqının üzvü olmamışdır.  iBritish 

Petroleum şirkətində çalışan işçilər həmkarlar ittifaqında birləşmişlər, lakin digər çoxmillətli 

korporasiyalarda, xüsusilə də Çinli subpodratçıların idarə etdiyi ç şirkətlərdə vəziyyət daha 

acınacaqlı olmuşdur. AHİK bildirmişdir ki, il ərzində yeni həmkarlar ittifaqlarının yaradılması 

sahəsində bəzi irəliləyişlər olmuş və ölkədəki çoxmillətli korporasiyalar belə təşəbbüsləri 

dəstəkləməyə başlamışlar. 

  

Qanun həmkarlar ittifaqlarına siyasi fəaliyyətlə məşğul olmağı, siyasi partiyalarla birləşməyi və 



ya siyasi partiyalardan maliyyə vəsaiti almağı qadağan edir. 

  

Rəsmi iqtisadiyyatda üstünlük təşkil edən dövlət müəssisələrinin əksəriyyəti işçilərin əmək 



haqlarından həmkarlar ittifaqı üçün üzvlük haqqını tutmuş, lakin həmin haqları həmkarlar 

ittifaqlarına ödəməmişlər. Neft işçiləri ittifaqı üçün toplanmış haqların dörddə biri həmkarlar 

ittifaqının idarə edilməsi ilə bağlı “inzibati xərclər” üçün nəzərdə tutulmuşdur. Bununla belə, 

şəffaflığın olmaması   həmin haqların əslində nəcə istifadə olunduğunu bilmək qeyri-

mümkündür. Həmkarlar ittifaqları və onların üzvlərinin tutulmuş vəsaitləri araşdırmaq üçün 

qanuni vasitəsi olmamışdır. 

Neft-Qaz Sənayesi İşçilərinin üzvlüyü Dövlət Neft Şirkətinin 65.000 işçisi üçün məcburi olaraq 

qalmışdır. Onların həmkarlar ittifaqına üzvlük haqqı (hər işçinin əmək haqqının 2 faizi) 

avtomatik olaraq onların əmək haqlarından çıxılmışdır. 

 

b. Təşkilatlanmaq və Kollektiv sövdələşmə hüququ 



 

Qanun dövlət müəssisələrində maaşların və iş şəraitlərinin müəyyən edilməsi üçün kollektiv 

sövdələşmə üzrə razılaşmaları təmin edir. Hökumət tərəfindən təyin edilən şuralar əsas dövlət 

firmalarını idarə etdiklərinə və bütün hökumət işçiləri üçün maaş müəyyən etdiklərinə görə 

həmkarlar ittifaqları faktiki olaraq bu cür maaş səviyyələrini razılaşdıra bilməmişlər. Kollektiv 

sövdələşməyə dair razılaşmalar çox vaxt formallıq kimi nəzərdən keçirilmiş və geniş istifadə 

edilməmişdir.    

 

Hökumətin həmkarlar ittifaqına münasibətdə ayrı-seçkiliyə yol verdiyinə dair məlumatlar 



olmamışdır. Əmək mübahisələri əsasən yerli məhkəmələr tərəfindən tənzimlənmişdir. 


Sonuncular həmkarlar ittifaqına qarşı ayrı-seçkiliyə yol verməsə də, onların geniş surətdə 

korrupsiyaya uğraması hesab edilmişdir. Bakıda fəaliyyət göstərən xarici şirkətlər tərəfindən 

həmkarlar ittifaqlarına qarşı ayrı-seçkiliyə dair məlumatlar olmuşdur. Neft İşçilərinin 

Hüquqlarını Müdafiə Təşkilatının nümayəndəsi bildirmişdir ki, Sinqapur şirkətinin nəzdində 

olan Kaspian Şipyard-ın həmkarlar ittifaqı yaratmaq istəyən işçilərinin bu cəhdi nəinki nəticəsiz 

qalmış, hətta şirkət onların bu cəhdinə görə sonradan 140 manat (175 ABD) cərimə tutmuşdur. 

Əmək QHT-ləri bildirmişdir ki, çoxmillətli enerji şirkətləri və onların subpodratçıları çox vaxt 

işçilərini həmkarlar ittifaqlarına üzv olmaqdan çəkindirmişər. İBS -lərdə həmkarlar ittifaqına 

üzvlük haqlarının nəzərdə tutulmamasıı əksər çoxmillətli şirkətlərinin bu cür davranışına yol 

açmışdır.    

 

İxrac üzrə emaledici  zonaları mövcud olmamışdır. 



 

c. Məcburi və ya icbari əməyin qadağan olunması 

 

Müharibə vəziyyəti və ya hər hansı hökumət orqanının nəzarəti altında məhkəmə qərarının icrası 



ilə bağlı hallar istisna olmaqla, konstitusiya və  qanun məcburi əməyi qadağan edir. Bəzi 

müşahidəçilər  bildirmişlər ki, qadın, kişi və uşaqların cinsi istismar, məcburi əmək və dilənçilik 

məqsədilə insan alveri nadir hallarda  baş vermişdir. Kişi və oğlanlar məcburi əmək üçün 

Rusiyaya aparılmışlar (bax bölmə 6).     

 

d. Uşaq əməyinin qadağan edilməsi və minimal əmək haqqı 

 

Qanun uşaqları iş yerində istismar edilməkdən və onların sağlamlığı üçün təhlükəli olan işlərdən 

qoruyur. Buna baxmayaraq uşaq əməyinə dair qanunların pozulması barədə bir çox şikayət 

olmuşdur. ,Pambıq istehsalındaa uşaq əməyindən istifadə edilməsinə dair məlumatlar da 

olmuşdur.  Verilən məlumatlara görə uşaqlar həmçinin kommersiya məqsədli  cinsi istismar və 

dilənçilik  üçün insan alverinə məruz qalmışlar  (bax bölmə 6). 

Minimal əməkhaqqı işin növündən asılı olmuşdur. Əksər hallarda qanun uşaqların 15 yaşından 

etibarən işləməsinə icazə verir; 14 yaşlı uşaqlar ailə bizneslərində və ya valideynlərinin icazəsinə 

əsasən, onların sağlamlığına təhlükə törətməyən məktəbdən sonra işlərdə gün ərzində çalışa 

bilərlər. 16 yaşına çatmamış uşaqlar həftədə 24 saatdan artıq, 16-18 yaş arası  uşaqlar həftədə 36 

saatdan artıq işləyə bilməzlər. Qanun 18 yaşına çatmamış uşaqların çətin və təhlükəli iş 

şəraitlərində işlətməsini qadağan edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi uşaq 

əməyinə dair qanunların icrasına görə məsuliyyət daşısa da, bu qurumun məsuliyyəti qeyri-

səmərəli hesab edilmişdir.    

 

e. Məqbul iş şərait 

 



Qanunla müəyyən edilmiş aylıq minimal əmək haqqı miqdarı 75 (təxminən 91 ABD) manatdır. 

Vergilər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə 

Fondu minimal əmək haqqının tətbiqinə görə birgə məsuliyyət daşıyır. Bununla belə təcrübədə 

minimal əmək haqqı tələbinə effektli riayət edilməmişdir. Həmkarlar ittifaqları və müfəttişlərin 

müdaxiləsindən sonra 2008-ci ilin ortalarından ilin ortasına kimi ödənilməmiş əmək haqları ilə 

bağlı şikayət etmiş işçilərə təxminən 950,000 manat (1.100.000 ABD) ödənilmişdir. 

Qanunda 40 saatlıq iş həftəsi nəzərdə tutur. Maksimal gündəlik iş növbəsi 12 saatdır. Təhlükəli 

sahələrdə çalışan işçilərə həftədə 36 saatdan artıq işləməyə icazə verilmir. Qanun əmək 




müqavilələrə və kollektiv razılaşmalara əsasən müəyyən edilən nahar və istirahət vaxtlarının 

olmasını tələb edir. Yerli şirkətlərin əlavə iş vaxtı üçün qanunla tələb olunan ödənişləri təmin 

edib-etmədiyi məlum olmasa da, beynəlxalq şirkətlər adətən bunu təmin etmişdi. İş vaxtından 

çox davam edən  məcburi işə  qadağa qoyulmur. Əksər insanlar hökumətin müqavilə və ya əmək 

qanunlarını tətbiq etmədiyi qeyri-rəsmi iqtisadiyyat sahələrində işləmişlər. 

   


Qanunda tibbi və təhlükəsizlik standartları müəyyən edilmişdir.  Hökumətin iş şəraitinə nəzarət 

etməsi  zəif və səmərəsiz olmuş və standartlara məhəl qoyulmamışdır. AHİK əmək və peşə 

qaydalarına necə riayət olunmasına nəzarət etmiş  və buraya təhlükəsizlik və sağlamlıq  şəraiti də 

daxil olmuşdur. AHİK-ə 2008-ci ildə 236.220 şikayət daxil olmuşdur. Əmək və Əhalinin Sosial 

Müdafiəsi Nazirliyinə isə cəmi bir şikayət daxil olmuşdur. 

 

İşçilər öz məşğulluqlarına zərər yetirmədən onların sağlamlıqlarını təhlükə altında qoyan 



vəziyyətlərdən özlərini uzaqlaşdırmaq hüququna malik olmamışlar. Ölkədəki Beynəlxalq Əmək 

Təşkilatının (BƏT) ofisindən verilən məlumatlara görə, ilin ilk altı ayı ərzində 33 ölümlə 

nəticələnən qəza və 122 xəsarət hadisəsi baş vermişdir. 18 ölüm və 38 xəsarət hadisəsi tək tikinti 

sektorunda baş vermişdir. Neft sektorunda çalışan işçilərin hüquqlarını müdafiə edən bir QHT - 

Neftçilərin  Hüquqlarının Müdafiə Şurası (NHMŞ) bildirmişdir ki, müvafiq il ərzində iş 

yerlərində baş vermiş qəzalar ucbatından neft-qaz sektorunda işləyən yeddi işçi həlak olmuşdur.  

Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyası bildirmişdir ki, hökumətin çoxmillətli 

korporasiyalarla məzmunu məxfi saxlanılan ikitərəfli sazişləri əmək haqlarının pozuntularına 

şərait yaratmışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Neft-Qaz Sənayesi İşçilərinin 

İttifaqı  Dövlət Neft Şirkəti ilə daha çox sosial müdafiə, sağlamlıq və təhlükəsizlik öhdəliklərini 

nəzərdə tutan yeni saziş imzalamışdır. Müqavilə maddələrinin 2010-cu ilin sonuna kimi 

tamamlanması nəzərdə tutulsa da,  ilin sonuna müqavilə müddəalarının cəmi 20 faizi yerinə 

yetirilmişdi. İş yerində baş verən qəzalar həmçinin iqtisadiyyatın digər sektorlarında da problem 

olaraq qalmışdır. 

 

Qanun  xarici və  yerli işçilərə bərabər hüquqları nəzərdə tutur. Buna baxmayaraq  insan 



hüquqlarının yerli müdafiə qrupları və NHMŞ bir tərəfdən xarici neft şirkətlərində 

bərabərsizliklərin, xüsusilə də  yerli işçilərin daha az maaş alması, əmək müqaviləsi və ya tibbi 

sığortanın olmamasını bildirmişlər.Digər tərəfdən NHMŞ çoxmillətli şirkətlərlə əmək 

mübahisələrin həll olunmasını yerli şirkətlərdən daha asan olduğunu bildirmişdir. Bunun səbəbi 

çoxmillətli şirkətlərin əmək münasibətləri sahəsində daha təcrübəli və şəffaf olduqları ilə izah 

olunmuşdur.  BƏT-in bir nümayəndəsi qeyd etmişdir ki, dövlətin tənzimləyici orqanlarında 

çalışan bir çox şəxslərin  biznes maraqlarının olması bu sahədə maraqların toqquşmasına səbəb 

olmuşdur.   



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə