Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   6   7   8   9   10   11   12   13   ...   18

bildirilmişdir ki,  ABŞ təhsil müəssisələrinə qəbul edilmiş və hökumət tərəfindən təqaüdə layiq 

görülmüş tələbələr gənc fəallar Emin Milli və Adnan Hacızadə həbs edildikdən sonra bundan 

məhrum olmuşlar (bax bölmə 1.e.). Hacızadə Birləşmiş Ştatların ali təhsil müəssisəsində təhsil 

almış və sonradan Riçmond Universitetinin məzunu olmuşdu. Hökumət iddia edirdi ki, xaricdə 

təhsil üçün  seçim prosesi şəffafdır və siyasi mənsubluq əsas amil deyil. 

     


Müxalifət partiyalarının üzvləri məktəb və universitetlərdə müəllimlik işi tapmaqda çətinliklər 

çəkdiklərini bildirmişlər. Dövlət təhsil müəssisələrində dərs deyən əksər tanınmış müxalifət 

partiya üzvləri ötən illərdə işdən çıxarılmışdılar. 

  

2008-ci il prezident seçkiləri kampaniyası zamanı bir neçə universitetlərdə təhsil alan tələbələr 



dekanları tərəfindən onlara təzyiq göstərilərək seçkiləri izləyən müstəqil QHT ilə əməkdaşlıq 

etməməyə məcbur edildiklərini bildirmişdilər. Bəzi tələbələr bildirirdi ki, fakültə dekanları 

onlara göstəriş vermişdi ki, universitetdə səs verə bilmək üçün qeydiyyatda olduqları yerdən 

seçici qeydiyyatının yerini dəyişsinlər. Digərləri bildirirdi ki, universitetlərdə tələbələrdən 

prezident yönümlü yürüşlərdə iştirak etmək tələb olunmuşdu. Bunun üçün onlar nəqliyyat  

vasitələri ilə təmin edilmiş və  iştirak etmədikləri halda isə universitetdən qovulacaqları ilə 

onlara hədə-qorxu edilmişdi. Həmçinin tələbələr seçki monitorinqində iştirak etdikləri halda 

yataqxanadan qovulacaqları ilə hədələnmişdir. 

 

Mədəniyyət tədbirlərə hökumət məhdudiyyətlərinin qoyulmasına dair heç bir məlumatlar 



olmamışdı. 

 

 



b. Sərbəst toplaşma və Birləşmə azadlığı  

 

Toplaşma azadlığı 

 

Qanunla toplaşma azadlığı təmin edilsə də hökumət bu hüququn praktiki tətbiqini kəskin surətdə 



məhdudlaşdırmışdı. Qanunda qrupların yalnız müvafiq hökumət orqanlarının ilkin razılığından 

sonra sərbəst toplaşmasına icazə verilsə də hökumət bu müddəanı Bakı meriyasından əvvəlcədən 

icazə alınmasına dair tələb kimi şərh etməyə davam etmişdir. 

2008-ci ilin iyun ayında sərbəst toplaşma azadlığına dair qanuna yeni düzəlişlər qüvvəyə mindi. 

Beynəlxalq təşkilatlar tərəfindən düzəliş edilmiş qanuna baxışda bildirilirdi ki, o, əksər 

beynəlxalq standartlara cavab verir və bir çox beynəlxalq müşahidəçilər hökuməti onu tam 

şəkildə şərh etməyə çağırırdılar. Bununla belə, hökumət faktiki olaraq, bütün yürüşlərin 

əvvəlcədən təsdiqlənməsini və şəhər mərkəzindən kənarda yerləşən məntəqələrdə keçirilməsinə 

dair tələbini davam etdirmişdir. Bu şərti əksər siyasi partiyalar və QHT-lər qeyri-məqbul hesab 

etmişdi. Əksinə, hakim Yeni Azərbaycan Partiyası prezidentin təkrar seçilməsini qeyd etmək 

üçün 2008-ci ilin oktyabr ayında mərkəzi meydanda böyük mitinq təşkil etmişdi. Müxalifət 

partiyalarına həmin meydanda yürüş keçirilməsinə icazə verilməmişdi.  Hökumət müxalifət və 

bəzi digər QHT-lərin siyasi yürüşlər keçirməsinə dair tələblərini rədd etmiş və çox vaxt yürüş 

iştirakçılarını bir neçə saatlıq saxlamaqla, bir sıra icazəsiz piket və nümayişləri dağıtmışdı. 

  

2 yanvar tarixində təxminən 150-200 nəfər İsrailin Qəzza zolağındakı  hərəkətlərinə qarşı 



Bakıdakı İsrail Səfirliyinin yaxınlığında etiraz etməyə cəhd etmişdi. Polis bunlardan təqribən 150 

nəfəri müvəqqəti saxlamış və 25 nəfəri həbs edərək bir neçə gün ərzində həbsdə saxlamışdı. 

Jurnalistlər bildirmişdi ki, nümayişi dağıtmaq üçün gücdən istifadə edilmişdi.  



 

21 yanvar tarixində müxalifətdən olan Müsavat partiyasının gənclər qrupu Amerikanın Səsi 

Radiosu, Azadlıq Radiosu və BBC-nin bağlanmasına etiraz əlaməti olaraq, Milli Televiziya və 

Radio Yayım Şurasının yaxınlığında etiraz nümayişi keçirmişdi (bax 2.a. bölməsi). Qrupun 

qanunda tələb edildiyi kimi, Bakı meriyasına əvvəlcədən bildiriş təqdim etməsinə baxmayaraq, 

polis nümayiş zamanı qrupun yeddi üzvünü həbs etmiş və müvəqqəti olaraq, həbsdə saxlamışdı.   

 

22 iyun tarixində təxminən 50 nəfərdən ibarət tanınmış  vətəndaş cəmiyyətinin fəalları Milli 



Məclis yaxınlığında QHT-lərə dair qanuna planlaşdırılan dəyişikliklərlə əlaqədar etiraz nümayişi 

keçirməyə cəhd etmişdi. Həm uniformalı və həm də adi geyimli onlarla polis işçisi nümayişçiləri 

Milli Məclisin binasından uzaqlaşdırmaq üçün onları b bir neçə məhəllə uzaqlıqdakı yerə 

aparmış və  nümayişlərini həmin yerdə keçirməyə icazə vermişdi.   

 

Oktyabrın 6-da təxminən 20 gənc Bakı metrosunda gediş haqqının qiymətindəki üç qat artıma 



etiraz əlaməti olaraq, Bakı Dövlət Universitetinin qarşısında etiraz nümayişi keçirmişdi. 

Oktyabrın 13-də  gənclərdən ibarət daha böyük qrup eyni yerdə buna bənzər başqa bir nümayiş 

keçirməyə cəhd göstərmişdir. Bu qrup şüarlar səsləndirmiş və onlardan səkkiz nəfər dərhal həbs 

edilərək bir neçə saat həbsdə saxlanılmışdır. Onlar yalnız cərimə ödədikdən sonra axşam 

azadlığa buraxılmışlar.    

 

Birləşmə azadlığı 



 

Qanunda birləşmə azadlığı təmin edilməsi nəzərdə tutulsa da, təcrübədə hökumətin bu hüquqa 

qoyduğu məhdudiyyətin il ərzində sərtləşmişdir. Qanunun bir sıra müddəası hökumətə icazə 

verir ki, siyasi partiya, dini qrup, biznes və QHT-lərin fəaliyyətlərini tənzimləsin. Buraya 

həmçinin, bütün təşkilatların Ədliyyə Nazirliyi və ya Dini Qurumlarla İş üzrə Dövlət 

Komitəsində (DQİDK) qeydiyyatdan keçməyə dair tələb də daxildir.  Qanunda 

qeydiyyatərizələrinəhökumət tərəfindən 30 gün ərzində baxılması tələb olunsa da, qeyri-

müəyyən, ağır və qeyri-şəffaf qeydiyyat prosedurları uzunmüddətli ləngimələrə səbəb olmuşdur 

ki, bu da vətəndaşların birləşmə azadlığını effektiv şəkildə məhdudlaşdırmışdır. 

 

30 iyun tarixində Milli Məclis birləşmə azadlığına yeni məhdudiyyətlər qoymaq üçün QHT-lərə 



dair qanuna düzəliş etdi. Rəsmilər düzəliş edilmiş qanunun ilkin layihəsinin əksər problemli 

müddəalarını qanundan çıxarsa da, yeni düzəlişlərdə bəzi məhdudiyyətlər qaımışdır. Buraya 

QHT filiallarının rəhbərlər müavinlərinin Azərbaycan vətəndaşları olması və xarici QHT-lərdən 

ofis açmazdan əvvəl hökumətlə razılaşma imzalamasına dair tələb də daxildir. 25 dekabr 

tarixində Prezident İlham Əliyev QHT-lərə dair qanuna əlavə dəyişiklikləri nəzərdə tutan 

sərəncamı  imzaladı.  Beynəlxalq və yerli QHT-lər onlardan əldə etdikləri bütün qrantları 

Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməyə dair bu fərmanda nəzərdə tutulan yeni müddəadan 

narahatlıqlarını bildirmişlər. Hökumət ilin sonunda bu qeydiyyat prosesinə dair prosedurları elan 

etməmişdi. 

   


İl ərzində nazirlik 162 qeyri-kommersiya  hüquqi şəxsi qeydiyyata almışdır. Nazirlik il ərzində 

qəbul  və ya rədd edilmiş QHT ərizələrinin cəmi sayına dair məlumatı təmin etməmişdir. Bir 

neçə QHT-lər Ədliyyə Nazirliyində qeydiyyatdan keçməklə bağlı problemlərlə üzləşdiklərini 

bildirmişlər. Məsələn, 2008-ci ildə nazirlik tərəfindən  qeydiyyatıı ləğv olunmuş  keçmiş 

Seçkilərin Monitorinq Mərkəzi QHT-sinin bir neçə üzvü yeni təşkilat, Seçkilərin Monitorinqi və 

Demokratik Araşdırmalar Mərkəzi kimi qeydiyyatdan keçməyə cəhd etmişdir. Müşahidəçilər bu 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə