Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə13/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   10   11   12   13   14   15   16   17   18

də onun şikayəti məhkəmə sisteminin bütün səviyyələrində rədd edilmişdi. Kərimli şikayətini 

yanvarda Avropa İnsan Hüquqları Məhkəməsinə təqdim etdi və ilin sonunda qərarı gözləyirdi.      

 

Məcburi köçkünlər  

 

İlin sonunda hökumət bildirmişdi ki, ölkədə qeydiyyatdan keçmiş  586013 Məcburi Köçkün var. 



Onların böyük əksəriyyəti Dağlıq Qarabağ münaqişəsi nəticəsində 1988-1993-cü illər ərzində öz 

evlərini tərk etmiş şəxslərdi. 

    

Məcburi köçkünlərdən öz yaşayış yerlərini səlahiyyətli orqanlarda qeydiyyata salmaq tələb 



olunub və onlar yalnız təsdiqlənmiş ərazilərdə yaşaya bilərdilər. Sovet dövründən qalmış bu 

“propiska” sistemi əsasən, etnik erməni separatçıları Dağlıq Qarabağ və onun ətrafında 

Azərbaycanın qərb hissəsindəki ərazilər üzərində nəzarəti ələ keçirdikdən sonra evlərindən 

qaçmağa məcbur olmuş şəxslərə tətbiq olunmuşdu. Hökumət qeydiyyatın Məcburi köçkünlər 

haqqında məlumatın toplanması və onlara kömək göstərilməsi üçün lazım olduğunu bildirmişdir.  

 

Hökumət bildirdi ki, il ərzində 60 beynəlxalq və 40 yerli humanitar təşkilat  təxminən 24 milyon 



manat (30 milyon ABD) xərcləməklə, hökumətdən müstəqil olaraq qaçqın və məcburi 

köçkünlərlə bağlı layihələri həyata keçirmişlər. Hökumətin   bildirdiyinə görə, məcburi köçkün 

və qaçqınların yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət neft fondu bu məqsədlə  əlavə 

vəsait ayırmışdır. İl ərzində hökumət 747 qaçqın və məcburi köçkünailəsinin məskunlaşması 

üçün  üç yeni qəsəbənin salınmasını başa çatdırmışdır. Bundan əlavə, hökumət Bakıda cəmi 369 

mənzildən ibarət altı bina, habelə Murovdağ qəsəbəsində 26 əlavə ev tikmişdir. 

 

Məcburi Köçkün və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin hesabladığı xərclər 307.8 milyon 



manat olmuşdur (təxminən 375.4 milyon ABD). Məcburi köçkünlər hökumətdən təxminən 13.50 

manat (təxminən 16.50 ABD) aylıq qida subsidiyası və qışda qızdırıcı yanacaq subsidiyası 

almışlar.   

 

Ölkə Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası və onun 1967-ci il Protokoluna tərəfdir. 



Onun qanunları sığınacaq və ya qaçqın statusunun verilməsini təmin edir və hökumət qaçqın 

statusunu müəyyən edən idarə vasitəsilə bəzi qaçqınlar üçün müdafiəni təmin edəcək sistem 

yaratmışdır. Bu idarə bir çox məsələlərdə irəliləyişə nail olsa da bu irəliləyişi düzgün olmayan 

sığınacaq qərarlarından bütün şikayətləri rədd edən qaçqın statusunun müəyyənləşdirilməsinə 

dair bir sıra məhkəmə hökmləri heçə endirmişdir.  

 

Praktikada hökumət qaçqınların öz irqi, dini, milli mənsubiyyəti, hər hansı xüsusi sosial qrupa 



üzvlüyü və ya siyasi əqidəsinə görə həyat və ya azadlıqlarının təhlükə altında qalacağı ölkələrə 

qovulması və ya qaytarılmasına qarşı bəzi müdafiə tədbirləri təmin etmişdir. 

İl ərzində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) 2338 şəxsi qaçqın və ya 

sığınacaq tələb edən şəxslər kimi tanımışdır. İlin sonuna hökumətin qaçqın statusunu 

dəstəkləməsinə dair hər hansı məlumat olmamışdı. Hökumət onun və ya UNHCR-ın tanıdığı 

qaçqın və ya sığınacaq istəyən şəxslərə hər hansı nəzərəçarpan köməklik təmin etməmişdir. 

  

UNHCR tərəfindən ölkə ərazisində qeydiyyata alınmış və tanınmış 2338 qaçqının 58 faizi 



Rusiyadan olan Çeçenlər idi. Hökumət Çeçenləri 1967-ci il protokolu üzrə müəyyən edilmiş 

qaçqınlar kimi tanımır və onların sığınacağa dair müraciətlərini qəbul etməmişdir. Bunun 




nəticəsi kimi, UNHCR ölkə ərazisində Çeçenlər üçün bütün müdafiə və yardım funksiyalarını 

yerinə yetirməyə davam etmişdir.    

 

UNHCR çeçen və əfqanların çoxunu qaçqın kimi tanısa da yaşayış, qeydiyyata dair qanunlar, 



qaçqın və Məcburi Köçkün statusu çeçen və əfqanlara şamil edilməmişdi.  Onlardan polis 

bölməsində qeydiyyatdan keçmək tələb olunmuş və Azərbaycanda yaşamaq üçün icazə almaq 

hüququ verilməmişdi. Rusiya ilə ikitərəfli pasport sisteminə əsasən çeçenlərə ölkəyə vizasız 

daxil olmağa icazə verilmişdir. Bununla belə, əksər çeçenlər pasportların alınması ilə bağlı 

xərcləri ödəmək imkanında olmamışlar. UNHCR ekstradisiya tələbləri sahəsində hökumətlə 

lazımi əməkdaşlığın olduğunu bildirmişdi. İl ərzində Rusiya iki çeçenin ekstradisiya olunmasını 

xahiş etmişdir. Onların işlərinə baxdıqdan sonra UNHCR bir şəxsin ekstradisiya olunmasına 

etirazını geri götürmüş və hökumət ikinci şəxs üçün ekstradisiya xahişini rədd etmişdir. 

 

UNHCR-ın bildirdiyinə görə, 82 çeçen il ərzində müvəqqəti müdafiə olunması üçün müraciət 



edərək bunu əldə etmiş və bu göstərici ötən ilki göstəricidən 40 faiz azdır. UNHCR-da 

qeydiyyatdan keçmiş bütün qaçqın uşaqlarına dövlət məktəblərinə getmək icazəsi 

verilmişdir.çÇeçen və əfqanların ölkə ərazisində qanuni rezident statusu olmadığına görə onların 

dövlətin səhiyyə xidmətlərindən bəhrələnməsinə icazə verilməmişdir. UNHCR onlar üçün əsas 

tibbi yardımı xarici donorların dəstəyi ilə təmin etmişdir.    

 

İl ərzində 100 əfqan ölkəyə gəlmiş və UNHCR-da qeydiyyatdan keçmişdir ki, bu da ötən illərə 



nisbətən azalma deməkdir. Əfqanlar polislərin onların evlərinə gəlməsindən və onları 

deportasiya etməklə hədələməsindən şikayət etmişlər. Əfqanların məcburi geri qaytarılmasına 

dair məlumat olmamışdır. Əfqan icmasının liderləri bildirmişlər ki, UNHCR il ərzində 50 nəfərə 

müdafiəni təmin etməkdən imtina etmişdir. Bundan əlavə, onlar bildirmişlər ki, UNHCR verdiyi 

müavinatlar onların ailələrinin təminatı üçün kifayət etmir və ölkə ərazisində qanuni yaşayış 

statusu olmadan iş tapmaq qeyri-mümkündür. 

 

Qaçqın statusuna malik olmayan şəxslərə müvəqqəti müdafiəni təmin etmək üçün hökumətin 



hüquqi mexanizmi yoxdur. Bununla belə, hökumət UNHCR-ın çeçen və əfqanlar üçün verdiyi 

şəxsiyyət vəsiqələrini tanımışdır.  

 

Vətəndaşlığı olmayan şəxslər 

 

Vətəndaşlıq ölkə ərazisində doğuşla və ya insanın valideynlərin vətəndaşlığı ilə 



müəyyənləşdirilir. Qanun vətəndaşlığın olmaması statusuna görə müraciət etmək hüququnu 

təmin edir. Bununla belə, təcrübədə əksər insanlar müraciət üçün tələb edilən sənədləri əldə edə 

bilməmiş və bu səbəbdən onların statusu rəsmi olaraq tanınmamışdır.  . Vətəndaşlığa dair qanuna 

2008-ci ildə düzəliş edilərək xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslərin vətəndaşlığı  

əldə etmək hüququçətinləşdirilmişdir. 

 

UNHCR-ın statistik məlumatlarına görə, hökumət ilin sonuna ölkə ərazisində 2078 nəfər 



vətəndaşlığı olmayan şəxsin olduğunu bildirmişdir. Bu şəxslərin böyük əksəriyyəti Gürcüstan və 

İrandan gəlmiş etnik Azərbaycanlılardır. QHT-lərin hesablamalarına görə, ölkədə bir çox digər 

sənədləşdirilməmiş və vətəndaşlığı olmayan şəxslər var.  Təxmini hesablamalara əsasən yüzdən  

on minlərədək bu cür şəxslərinvə onlar arasında statusları rəsmi olaraq tanınmamış və 

vətəndaşlığı olmayan şəxsiyyət vəsiqəsi almamış Mesxeti Türklərinin olduğu da bildirilir.  

 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə