Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   10   11   12   13   14   15   16   17   18

etibarən  Ədliyyə Nazirliyi qrupa yalnız bir neçə gün əvvəl ediləcək bildiriş əsasında girişinə 

icazə vermişdir.    

İl ərzində bir neçə QHT fəaliyyətlərinə görə onlara qarşı təzyiqlərin artdığını bildirmişdilər. 

Məsələn, Daxili İşlər Naziri Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusu İnternetdə 

yayımlanan bir  qəzetə müsahibəsində polisin işini tənqid etdiyinə görə məhkəməyə vermişdi. 

Sonradan nazirlik həmin işi dayandırmışdı. Bundan əlavə, Seçkilərin Monitorinqi və 

Demokratiyanın Tədrisi mərkəzinə-ə qoşulmuş bir neçə seçki müşahidəçiləri müşahidə 

fəaliyyətlərinə görə yerli orqanlar tərəfindən təqibə məruz qalmışdılar (bax bölmə 3). 

  

İl ərzində Milli Məclis QHT-lərə dair qanuna düzəliş etmişdir (bax bölmə 2.b.). 



 

Bir neçə QHT bildirmişdir ki, hökumət və polis onları vaxtaşırı olaraq, QHT fəallarına hədə-

qorxu gələn, hücum edən və onların əmlakını talayan təxribatçılardan qorumaqdan imtina 

etmişdir. Məsələn, 15 dekabr tarixində Naxçıvan Dövlət Universitetinin rəhbərliyi və 

tələbələrindən ibarət bir qrup həmin universitetdə korrupsiya halını təhqiq edən Naxçıvan 

Demokraiya və QHT İnkişaf Resurs Mərkəzinin iki nümayəndəsinə hücum çəkərək onları 

döymüşdü.   Universitetdən olan qrup həmçinin hücum yerinə gəlib çıxmış RATİ jurnalistinə də 

hədə-qorxu gəlmişdilər. QHT nümayəndələri hücumun gözlənildiyindən qorxduqları və 

qorunmaq istədikləri üçün ondan əvvəl polisə xəbər vermişdi. Amma polis hücum edənlərin  

həmin yerdən uzaqlaşmadıqlarındəka  gəlib çıxmamışdı.  Yerli orqanlar hadisələrin baş verdiyini 

təkzib etmiş və 2010-cu ilin yanvar ayında Resurs Mərkəzində vergi yoxlaması təyin etmişdir . 

 

İl ərzində Helsinki Vətəndaş Assambleyasının fəalı Akifə Əliyeva Gəncə şəhərində ukraynalı 



məhbusun hüquqlarının müdafiə edilməsilə bağlı işinə görə yerli orqanlar tərəfindən dəfələrlə 

təqib edildiyini bildirdikdən sonra ölkədən qaçmışdır.   

 

QHT-lər üçün qeydiyyat prosesi çətin olaraq qalmışdı. Eyni zamanda xarici təşkilatlardan alınan  



qrantları qeydiyyatdan keçirmək tələbi bu daxil edilmişdir. Xarici təşkilatlardan alınan QHT 

qrantlarından işçi əməkhaqqının 22 faizi nisbətində sosial sığorta haqqı tutulur, baxmayaraq ki, 

hökumətlə ikitərəfli müqavilələri olan çox az sayda ölkələrdən alınan qarantlardan yalnız 2 

faizlik vergi tutulmuşdu. QHT fəalları bu müddəaların onların təşkilatlarının fəaliyyətlərini 

məhdudlaşdırdığını bildirmişdilər. 

 

QHT Şurası il ərzində 250 QHT-yə təxminən 1,8 milyon manat (təqribən 2,2 milyon ABD) 



verməklə 2008-ci ildə başladığı qrant proqramını davam etdirmişdi. Bu QHT-lərin çoxunun 

hökumət yönümlü olması hesab edilsə də, hökumət barədə tənqidi fikirdə olan bəzi QHT-lər də 

həmçinin qrantlar almışlar. Bir QHT onun üçün ayrılan qrantın geri almasına görə Şuranı 

məhkəməyə vermişdi. Şuranın qrantların verilməsi prosesinin korrupsiyaya uğradığını iddia edən 

rəsmi şikayətindən sonra QHT ona verilən  qrantın geri alındığını bildirmişdir. Məhkəmə işi ilin 

sonunda davam edirdi.  

Hökumət ümumən BMT nümayəndələri və BQXK timsalında digər beynəlxalq təşkilatların 

nümayəndələrinin səfər etməsi üçün icazə vermişdi. Sərhədsiz Reportyorlar kimi beynəlxalq 

QHT-lər ümumən hökumətin maneəsi olmadan fəaliyyət göstərmişdir. 

  

Vətəndaşlar dövlət və ya ayrı-ayrı şəxslərin törətdiyi pozuntulardan insan hüquqları üzrə 



ombudsmana müraciət edə bilərlər. Ombudsman bir ildən çox olan zorakılıq halları, anonim 

şikayətlər və məhkəmə icraatında olan işləri qəbul etməkdən imtina edə bilər. Ombudsman 8.000 

müraciəti qəbul etmiş bunun da 83,7 faizi il ərzində edilmiş şikayətlər olmuşdur. Şikayətlərin 51 



faizi təhqiqat üçün qəbul edilmiş və təhqiq edilənlərdən 44,7 faizi müvəffəqiyyətlə həll 

edilmişdir. Hazırkı ombudsmanın müddəti iyulda başa çatsa da, varisinin adı hələ müəyyən 

olmadığı üçün o, öz vəzifələrini yerinə yetirməyi davam etmişdir. 

 

Ombudsman ofisi hökumətin 2006-cı il insan haqlarına dair milli fəaliyyət planını (MFP) yerinə 



yetirməkdə aparıcı rolu üzərinə götürmüşdür. İl ərzində ombudsman bildirdi ki, MFP-nin beş alt 

komitədən ibarət işçi qrupu fəaliyyət planında prioritet kimi müəyyən olunmuş sahələr üzrə işi 

davam etdirmişdir. MFP-yə cəlb olunmuş bütün dövlət qurumları illik hesabatlarını ombudsmana 

təqdim edir və o, öz növbəsində həmin hesabatları MFP-nin icrasının gedişatı, çatışmazlıqları, 

çətinliklərı və vəziyyətinin yaxşılaşdırılması yollarını nəzərdən keçirərək  bir böyük hesabata 

daxil edir. İlin sonunda planın yerinə yetirilməsi qeyri-müntəzəm olmuşdur. İl ərzində 

ombudsman insan haqları ilə bağlı şikayətləri dinləmək üçün ölkənin hər yerinə səfər etmiş, 

xarici diplomatlar və insan haqları ilə məşğul olan yerli QHT-lərlə əməkdaşlıq etmiş və illik 

hesabatı Milli Məclisə təqdim etmişdir. İl ərzində o, gənc fəallar və bloqqerlər Emin Milli və 

Adnan Hacızadənin səs-küylü məhkəmə işində yol verilmiş mühüm pozuntuları tənqid etmişdir. 

Buna baxmayaraq, yerli insan haqları üzrə QHT-lər və fəallar ombudsmanın işini səmərəsiz 

olduğuna görə tənqid etmiş və ümumiyyətlə onu hökumətdən müstəqil olmadığını hesab 

etmişlər. 

   


Həmçinin, Milli Məclis və Ədliyyə Nazirliyi  şikayətləri dinləyən, təhqiqatlar aparan və müvafiq 

hökumət orqanlarına tövsiyələr verən insan hüquqları üzrə şöbələrə malikdir. Xarici İşlər 

Nazirliyinin İnsan Hüquqları idarəsinin rəsmiləri narahatçılıq doğuran məsələləri müzakirə 

etmək üçün diplomatik missiyaları ilə müntəzəm görüşlər keçirmişlər. Milli Məclisin insan 

haqları üzrə orqanı hökumətin təsirindən tam sərbəst fəaliyyət göstərməmişdir. 

 

Bölmə 6. Ayrı-seçkilik, cəmiyyətdə zorakılıqlar və insan alveri 

 

Qanun irq, cins, fiziki qüsur, dil və ya sosial statusa əsasən ayrı-seçkiliyi qadağan etsə də, 



hökumət bu qadağalara təcrübədə heç də həmişə hörmətlə yanaşmamış və ya onları effektiv 

şəkildə tətbiq etməmişdir.   

 

Qadınlar 

 

Zorlama qanunaziddir və maksimum 15 illik həbs cəzası daşıyır. Hökumət il ərzində 35 zorlama 



halının baş verdiyini bildirmişdir. Əksər zorlama qurbanlarının təcavüz edənləri tanısalar da,  

qorxduqları və utandıqlarına görə baş verən hadisələr barədə məlumat verməmişlər. 

 

Həyat yoldaşı tərəfindən təhqir və ya zorlama ilə bağlıqanunlar yoxdur, lakin həyat 



yoldaşlarından biri  şikayət edərsə, belə cinayətlər üzrə cinayət məcəlləsinin digər maddələrinə 

müvafiq olaraq məhkəmə işi açıla bilər. Məişət zorakılığı da daxil olmaqla, qadınlara qarşı 

zorakılıq problem olaraq qalmışdır. Kənd yerlərində qadınların öz ərləri və digərləri tərəfindən 

zorakılığa məruz qalmalarına qarşı effektli vasitələri yoxdur. 

 

Zorlama və ya məişət zorakılığı qurbanları üçün hökumət tərəfindən maliyyələşdirilən heç bir  



proqram olmamışdır. Bakıdakı Sülh və Demokratiya İnstitutu tərəfindən idarə edilən qadın 

böhran mərkəzi qadınlar üçün pulsuz tibbi, psixoloji və hüquqi yardımı təmin etmişdir. Bu 

mərkəz həm də Qafqaz regionunda gender əsasında zorakılıq və insan alveri ilə mübarizə 

aparmaq üçün beynəlxalq donorların maliyyələşdirdiyi bir sıra layihələr üzrə fəaliyyət 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə