Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

avtobus dayanacağında saxlamış, bir kafeyə gətirmiş və orada dini kitablarını saxladığı çantasını 

müsadirə edərək onun özünü döymüşdür. Sonra digər polis zabitləri onu polis bölməsinə aparmış 

və orada oxuya bilmədiyi ı bir izahatı imzalamağa məcbur etmişdilər. O, prokurorluğa şikayət 

etsə də bədənində xəsarətlərin olduğunu göstərən şəkillərin olmasına baxmayaraq, rəsmi tibbi 

ekspert ona baxışdan keçirməyə  imtina etmişdir. 

   


Rəsmilər Baptist pastoru Həmid Şabanova qarşı cinayət işinə mart ayında xitam vermişdirlər. 

2008-ci ilin iyun ayında Zaqatalada polis onu guya qanunsuz silah saxlamaqda təqsirli bilib həbs 

etmişdir. Yerli Baptistlər iddia edirdi ki, səlahiyyətli orqanlar silahı Şabanovun evinə özləri 

qoyublar. Beynəlxalq və yerli məhkəmə müşahidəçiləri Şabanovun məhkəməsində prosedur 

qaydalarda pozuntular barədə məlumat vermişlər. 

 

Qanun bilavasitə xaricilər tərəfindən dini təbliğatı qadağan edir və rəsmilər bu qadağanı  ciddi 



şəkildə  tətbiq etmişlər. Sentyabr ayında hüquq-mühafizə orqanları Cavid Şanqarovu şimalda 

yerləşən Yalama şəhərindən deportasiya etmişlər. Baptist kilsəsinin üzvü olan Şanqarov Rusiya 

pasportunu daşıyırdı. Hökumət ölkədə fəaliyyət göstərən İslam missioner qruplardan (əsasən 

İranın Şiə və Sələfi Sünni etiqadları) narahat idi və onların fəaliyyətlərini məhdudlaşdırmağa 

davam etmişdir. 

 

Qanunda dini ədəbiyyatın DQİDK-in icazəsi ilə nəşrinə və yayılmasına icazə versə də, 



səlahiyyətli orqanlar dini materialların ölkəyə gətirilməsi və paylanmasını ünvanlı şəkildə 

məhdudlaşdırıblar. Dini ədəbiyyatı ölkəyə gətirmək üçün icazənin alınması çətin olaraq qalırdı 

və  İslam və  Xristian qrupları uzun sürən təsdiqləmə (icazə) prosesindən şikayət etmişlər. İl 

ərzində bir neçə halda polis ölkənin bir neçə ərazisində iddia edilən  radikal olan İslam 

ədəbiyyatını müsadirə etmişdir. Buna baxmayaraq, DQİDK  həmçinin, ölkəyə bəzi 

ədəbiyyatların gətirilməsinə şərait yaradıb və kortəbii şəkildə olsa da prosesdə yaxşılaşmanın 

olduğu müşahidə edilmişdir. 

 

Qanun müsəlman qadınlarının təhsil və ya dövlət müəssisələrində baş örtüyünü geyməsini 



məhdudlaşdırmır. Təcrübədə qadınlara pasport və rəsmi şəxsiyyəti təsdiq edən sənədlər üçün 

fotoşəkillərdə ndə baş örtüyü geyməyə icazə verilməmişdir. Hökumət universitet rəhbərləri və ya 

işəgötürənlərin bəzi qadınlara baş örtüyü geyməmək üçün ünvanlı təzyiq göstərməsini 

məhdudlaşdırmayıb. 

  

İlin sonunda hökumət əqidələrinə görə hərbi xidmətə getmək istəməyənşəxslər üçün alternativ 



xidmət seçimini işləyib-hazırlamamışdı. Bu cür seçimin olmaması əqidəyə görə hərbidə xidmət 

etməkdən imtina etmiş və buna  görə  hüquqi təqiblərə məruz qalan Yəhova Şahidlərinin bir sıra 

üzvləri üçün problem olaraq qalmışdı. 

 

Cəmiyyətdə  sui-istifadə və ayrıseçkilik 

 

Dini mənsubluq, inam və ya əmələ görə sosial zorakılıq və ya ayrıseçkilik hallarının baş 



verməsinə dair bəzi məlumatlar var idi. Başqa dini qəbul etmiş müsəlmanlara qarşı geniş 

yayılmış qərəzli düşüncə və xüsusən də  dini təbliğatla məşğul olan yevanqelist xristian və digər 

missioner qruplara qarşı düşmənçilik hiss olunmuşdur. 

   



Hökumət fəal surətdə dini dözümlülüyü dəstəkləməyə çalışmışdır. DQİDK bir neçə halda 

müxtəlif dini icmaların rəhbərlərin yığıncağını təşkil etmişdir. İl ərzində DQİDK dini azadlıq və 

dözümlülüyə dair bir neçə seminar, konfrans və dini toplantılar təşkil etmişdir.   

Ölkənin Yəhudi icmasına qarşı hər hansı bir anti Semitizm əməlləri ilə bağlı   heç bir  məlumat 

olmamışdır.  

Daha ətraflı məlumatlar üçün bax: 



www.state.gov/g/drl/rls/irf

 2009-cu ildə Beynəlxalq Dini 



Azadlığa dair Hesabat

 

d. Sərbəst hərəkət azadlığı, məcburi köçkünlər, qaçqınların müdafiəsi və vətəndaşlığı olmayan 



şəxslər 

 

Qanun ölkə daxilində sərbəst hərəkət, xarici səfər, emiqrasiya və repatriasiya (vətənə dönmə) 



azadlıqlarını təmin etsə də hökumət, xüsusən də məcburi köçkünlər üçün vaxtaşırı olaraq, 

hərəkət azadlığını məhdudlaşdırmışdı. Hökumət məcburi köçkünlər, qayıdan qaçqınlar, sığınacaq 

üçün müraciət edən şəxslər, vətəndaşlığı olmayan şəxslər və digər aidiyyatı şəxslərin qorunması 

və dəstəyin göstərilməsi sahəsində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisi (UNHCR) 

və digər humanitar təşkilatlarla əməkdaşlıq etmişdir. 2007-ci ildə qaçqınların statusunun 

müəyyənləşdirilməsi də daxil olmaqla, qaçqınlarla bağlı bütün səlahiyyətlər baş nazir 

müavinindən alınaraq yeni yaradılmış Dövlət Miqrasiya xidmətinə verilmişdir. Beynəlxalq 

QHT-lər bu yeni idarənin səmərəli olmadığını və əvvəlki kimi şəffaf fəaliyyət göstərə 

bilmədiyini bildirməkdə davam etmişlər.    

 

Qanun hərbi qulluq yaşına çatmış şəxslərin xaricə səfər etməzdən əvvəl hərbi qurumlarda 



qeydiyyatdan keçməsini tələb edir. Milli təhlükəsizliyə dair məlumata çıxışı olan bəzi hərbi 

heyət üzvlərinin xaricə səfərlərinə müəyyən məhdudiyyətlər qoyulmuşdur. Cinayət əməllərinə 

görə ittiham və ya məhkum edilmiş və şərti cəza almış şəxslərin xaricə səfər etməsinə icazə 

verilməmişdi. Rəsmilər pasport üçün müraciət edən şəxslərdən müntəzəm surətdə rüşvət 

almışlar.   

 

Qanun məcburi sürgünü qadağan edir və hökumət  bunu tətbiq etməmişdi.  



 

Rəsmi hökumətin siyasəti etnik erməni mənşəyindən olan vətəndaşlara səfər etməyə icazə versə 

də, əldə edilən məlumata görə aşağı vəzifəli rəsmilər tez-tez pasport üçün müraciət edən etnik 

ermənilərdən rüşvət tələb etmiş və ya onları incitmişlər. Bəzi qarışıq millətdən olan ermənilər 

şəxsiyyət vəsiqələrini almaq üçün müraciət edəndə pasport və qeydiyyat şöbəsindəki rəsmilərlə 

problemlərinin olduğuna dair yerli QHT-lərə məlumat vermişdilər. Azərbaycan soyadlarını 

daşıyan müraciət etmiş ərizəçilərin rüşvət ödəməsi istisna olmaqla, onlar başqa heç bir problemlə 

üzləşməmişlər.   

 

Hökümət 2003-cü ildə seçkidən sonra keçirilən nümayişlərdə iştirakına görə 2004-cü ildə 



mühakimə olunan Bakıdakı Cümə Məscidinin sabiq imamı İlqar İbrahimoğluya   ölkədən kənara 

çıxmağı qadağan etmişdi. 

 

2006-cı ildən bəri hökumət Xalq Cəbhəsinin sədri Əli Kərimlinin  pasportunu təzələməkdən 



imtina etməklə və bunu ona qarşı 1994-cü ildə qaldırılmış və hələ də qüvvədə qalan mülki işlə 

əsaslandırmaqla, xaricə səfər etməsinin qarşısını almışdı. Hökumət bir sıra hallarda Kərimlinin 

pasportunu bu illər ərzində heç bir etiraz etmədən təzələmişdi. Kərimli bu qərardan şikayət etsə 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə