Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə11/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

təşkilatın qeydiyyata alınmamasının səbəblərinin əsassız olduğunu hesab etmişlər. Təşkilat ilin 

sonunda nazirliyə qarşı məhkəmə iddiası qaldırmışdı. Başqa bir QHT, Demokratik İslahatlar 

Cəmiyyəti,10 il ərzində qeydiyyatdan keçmək üçün uğursuz cəhdlər etmişdir. 

 

c. Dini Etiqad azadlığı 

 

Konstitusiya və qanun dini etiqad  azadlığını təmin edir. Lakin mürəkkəb qeydiyyat tələbləri və 



seçim əsasında dini qrupların təqibi qanunun tətbiqinə kölgə salmışdır. Mayda qəbul edilmiş 

qanuna düzəlişlər dini qrupların  fəaliyyət göstərməsinə yeni məhdudiyyətlər qoymuşdur. 

  

Qanunda hökumətin hər hansı fərdin və ya qrupun dini fəaliyyətinə müdaxiləsi qadağan edilsə 



də, bir sıra istisnalar mövcuddur. Bu istisnalara  dini qrupun fəaliyyətinin ictimai asayiş və 

sabitliyə təhlükə  halları  daxildir. Əksər dini qruplar hökumət müdaxiləsi olmadan toplaşsa da, 

yerli orqanlar dini mərasimləri müşahidə etmiş, rəsmilər İslamçı və “qeyri-ənənəvi” dini 

qrupların üzvlərini təqib etmiş və saxlamışdır. 

 

Hökumətin “ənənəvi” və “qeyri-ənənəvi” adlandırdığı dini qruplara yanaşması arasında fərqin 



olduğu görünür. “Ənənəvi” dini qruplara hökumət tərəfindən qeydiyyata alınmış İslam icmaları, 

Yəhudi qrupları, Pravoslav Kilsəsi və Katolik Kilsəsi aiddir. “Qeyri-ənənəvi” adlandırılan 

qruplara qeydiyyata alınmamış İslamçı qruplar, Yəhova Şahidləri və bir neçə Protestant icmaları 

daxildir. Ümumilikdə “ənənəvi” qruplar dini azadlıqla bağlı heç bir problemin olmadığını 

bildirsələr də, “qeyri-ənənəvi” icmalar tez-tez  seçim əsasında təqibə məruz qaldıqlarını və 

hökumətin onların qeydiyyatına əsassız qaydada maneələr yaratdığından şikayət etmişlər.   

 

Bir sıra hüquqi müddəalar hökumətə dini qrupları tənzimləmək və xüsusilə də hər hansı dini 



təşkilatlarıneyni zamanda fərdi icmalarının qeydiyyatdan keçirilməsini tələb etməyə imkan 

yaradır.. Müsəlman dini qruplar DQİDK-dən qeydiyyatdan keçməzdən əvvəl Qafqaz 

Müsəlmanları İdarəsindən (QMİ) təsdiq məktubu almalıdırlar. DQİDK və onun sədri qeydiyyat 

üzərində geniş hüquqlara malikdir və hər ikisi dini ədəbiyyatın nəşri, idxalı, yayılması üzərində 

nəzarət edə və qanunu pozan qrupların fəaliyyətlərini dayandıra bilib. DQİDK da həmçinin hər 

hansı dini qrupun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət etmək hüququna 

malikdir.  

 

Qeydiyyatdan keçmiş Müsəlman təşkilatları məscidlərə müsəlman ruhanilərini təyin edən, İslam 



təhsil müəssisələrini inzibati idarə edən, xütbələri müntəzəm izləyən və hər il həcc səfərlərini 

təşkil edən Sovet dövründən qalmış qurum olan QMİ-yə tabedirlər. Bəzi yerli müsəlmanlar QMİ 

və DQİDK-in onların icmalarını qeydiyyata almaq və tənzimləmək imkanına malik olmasına 

görə onları tənqid etmişdir.  

 

İl ərzində səlahiyyətli orqanlar DQİDK-da qeydiyyatdan keçməmiş bir neçə məscidi bağlamış və 



ya fəaliyyətini qadağan etmişdir . Məsələn, avqust ayında Bakı şəhərinin səlahiyyətli orqanları 

məscid icmasının qeydiyyatdan keçmədiyini deyərək Fatimeyi-Zəhra məscidinin tikintisini 

dayandırmışdır. Sentyabr ayında Gəncə şəhərində səlahiyyətli orqanlar qeydiyyatdan keçməmiş 

Cümə məscidinin fəaliyyətini dayandırmışlar. Türkiyənin dini vəqfi (dini fond) tərəfindən 

tikilmiş  Bakının Şəhidlər məscidi ilin əvvəllərində bağlandı və ilin sonuna kimi bağlı qalmışdı. 

17 oktyabr tarixində hökumət Türkiyənin dini vəqfinin idarə etdiyi və Bakının şimal-qərbində 

yerləşən Mehdiabaddakı digər məscidi də bağlamışdı. Əmlak mübahisəsinə görə Bakı şəhəri 

üzrə dövlət orqanları tərəfindən aprel ayında  Məhəmməd Peyğəmbər Məscidinin 




dağıdılmasından etibarən əmlak və ya bu icma  ilə bağlı hər hansı dəyişiklik  barədə heç bir 

məlumat olmamışdı.    

 

İlin əvvəllərində ölkədə cəmi 529 qeydiyyatdan keçmiş dini icma var idi ki, bunun 497-si 



Müsəlman və 32-si qeyri-Müsəlman icmalar idi. Bununla belə, may ayında düzəliş edilmiş Dini 

Azadlıqlara dair Qanun ənənəvi və  qeyri-ənənəvi dini icmalardan DQİDK-də təkrar 

qeydiyyatdan keçməyi tələb etmişdir. DQİDK-da əvvəlki qeydiyyat daha etibarlı sayılmamış və 

təkrar qeydiyyatı başa çatdırmaq üçün dini icmalara 2010-cu ilin yanvar ayına kimi vaxt 

verilmişdir. İlin sonuna kimi təkrar qeydiyyat üçün müraciət etmiş dini icmaların cəmi sayı 660-

a çatmış, bunun da 150-si qeydiyyatdan keçirilmişdir.  

 

May ayındakı düzəlişlərdən əvvəl bir neçə dini qrup bildirmişdi ki, DQİDK bəzən qeydiyyat 



üçün təqdim edilmiş ərizələr üzrə vaxtında qərar çıxarmır. Bəzi qruplar ondan şikayətlənirdi ki, 

DQİDK və ya yerli rəsmilər müraciət prosesini çətin və ya qeyri-mümkün edir. Bu bəzi 

Yevangelik Protestant icmaları da daxil olmaqla, qeyri-ənənəvi dini qurumlara aid olmuşdur. 

Qeydiyyatdan keçməmiş təşkilatlar qanunsuz bəyan edilmək, səlahiyyətli orqanlar tərəfindən 

bağlanmağa və ya seçim əsasında təqib olunmağa  həssas olmuşlar.  

 

Müsəlman qrupları, Yəhova Şahidlərinin üzvləri və bəzi yevanqelist xristianlar da daxil olmaqla, 



qeydiyyatdan keçməmiş müxtəlif dini qruplar fəaliyyət göstərməyə davam etmişlər. DQİDK 160 

qeydiyyatdan keçməmiş qrupun olduğunu hesablamışdır. Bununla belə, bəzi qeydiyyatdan 

keçməmiş qruplar və xüsusilə də qeyri-ənənəvi dini təşkilatlar dini ayinlərin dayandırılması və 

hədə-qorxu formasında vaxtaşırı və ünvanlı polis təqibinə məruz qalmışdı. Yerli hüquq-mühafizə 

orqanlarının rəsmiləri bəzən dini ayinləri izləyir və əldə edilən məlumata əsasən  bəzi mömin  

xristian və müsəlmanları təhlükəsizlik məsələləri ilə bağlı axtarışların aparılması üçün seçmişlər. 

Hüquq-mühafizə və milli təhlükəsizlik orqanları bəzi məscidlərin fəaliyyətlərini müşahidə 

etmişlər.  

 

Bəzi müsəlman nümayəndələri hökumətin 2008-ci ilin avqustunda Əbu Bəkr məscidində 



törədilən  partlayışa cavab olaraq çox sərt mövqe tutmasını tənqid etmişdir. Partlayışdan sonra 

səlahiyyətli orqanlar adətən çox adamın gəldiyi məscidi bağladı və ilin sonuna kimi 

məhkəmədən onu təkrar açmaq üçün icazə almaq səyləri heç bir nəticə verməmişdir. Həmin 

partlayışdan sonra Bakıda polis tərəfindən saxlanılma və məcburi saqqalın qırxılması hallarının 

sayında çoxalma müşahidə olunmuşdu.    

 

Bir neçə mömin müsəlman hökumətin çox vaxt mömin müsəlmanlarla ekstremistlər arasında 



fərq qoymadığını söyləmişlər. Onlar iddia edirdi ki, hökumət çox vaxt möminmüsəlmanlara qarşı 

sərt münasibət bəsləyib və bu proses ərzində onlara əsl dini azadlıq verməmişdi. Bu cür 

münasibətə müsəlmanların saqqalının məcburi qırxılması və barmaq izlərinin götürülməsi

məscidlərdən kənarda namaz etmələrinə qadağanın qoyulması və bəzi televiziya kanallarını dini 

verilişləri nümayiş etdirməmək üçün təzyiqin göstərilməsi daxil olmuşdur.  Bir sıra müsəlman 

QMİ-ni ölkədəki İslam dini fəaliyyətini inhisarlaşdırmağa cəhd etdiyinə görə tənqid etmişdi. 

May ayında düzəliş edilmiş Dini  Etiqadların Azadlığı Haqqında  Qanun xarici təhsil 

müəssisələrində təhsil almış ruhanilərin İslam mərasimlərini aparmasını qadağan edir. Bu isə, 

ölkədəki dini xadimlərin sayını Bakı İslam Universitetində təhsil alanlarla məhdudlaşdırmışdır.  

 

29 noyabr tarixində polis işçisi dini yığıncağı tərk edəndən sonra Zaqatala da Yəhova 



Şahidlərinin 81 yaşlı üzvü Lidiya Süleymanovanı saxlamış və döymüşdür. Polis işçisi onu 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə