Azərbaycan təqribən doqquz milyon əhalisi olan və hökumətə prezidentinin rəhbərlik etdiyi bir respublikadır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/18
tarix26.08.2018
ölçüsü0,54 Mb.
#64430
1   ...   10   11   12   13   14   15   16   17   18

göstərmişdir. İnstitutun nümayəndələri qadın məsələlərini müzakirə etmək üçün vaxtaşırı olaraq 

populyar televiziya tok şoularında iştirak etmişlər. 

   

Fahişəlik cinayətdən daha çox inzibati pozuntu hesab edilir və dekabr ayında məcəlləyə 



düzəlişlər edildikdən sonra 88 manatdan (təxminən 102 ABD) 40 manata kimi (təxminən 48 

ABD) azaldılmış cərimə ilə cəzalandırılır. Aradüzəldənlər və fahişəxana sahibləri altı ilədək həbs 

cəzasına məhkum edilə bilərlər. Fahişəlik xüsusən də Bakıda cidi problem olmuşdur. 

 

Qanun cinsi zorakılığı qadağan etsə də, hökumət bu qadağanı çox nadir hallarda tətbiq etmişdir. 



Belə şikayətləri qəbul edəcək heç bir xüsusi təşkilat olmamışdır. 

 

Cütlük və şəxslər uşaqlarının sayı və onlara sahib olmaq vaxtını sərbəst müəyyən etmək 



hüququna malikdirlər. Ailə və fərdlərin ayrı-seçkilik, məcburiyyət və zorakılıq olmadan 

reproduktiv qərarlar verə bilməsi üçün məlumatı əldə edə bilmişlər. Kontraseptivlər geniş 

miqyasda mövcud olsa da, demoqrafik tədqiqatlar onlardan istifadə səviyyəsinin aşağı olduğunu 

göstərmişdir. Doğuş zamanı peşəkar xidmət  mümkün olmuşdur. Qadın və kişilərə eyni 

münasibət bəslənilmiş və onlar HİV də daxil olmaqla, yoluxucu infeksiyalara görə müayinə 

olunmuşlar. Bununla belə, mədəni, tarixi və sosio-iqtisadi amillərə əsaslanan patriarxal normalar 

bəzi hallarda qadınların reproduktiv hüquqlarını məhdudlaşdırmışdır.   

 

Qadınlar nominal olaraq, kişilərlə eyni hüquqlardan istifadə etsələr də, cəmiyyətdə ayrı-seçkilik 



problem olaraq qalmışdır. Ənənəvi sosial normalar və ölkənin regionlarının geridə qalmış 

iqtisadi inkişaf səviyyəsi qadınların iqtisadiyyatda rolunu məhdudlaşdırmaqda davam etmişdir və 

qadınların cinsi ayrı-seçkilik səbəbindən öz qanuni hüquqlarından istifadə etməkdə çətinlik 

çəkdiklərinə dair məlumat verilmişdir. Yüksək biznes vəzifələri də daxil olmaqla, qadınlar 

yüksək vəzifəli işlərdə az təmsil olunmuşlar. Bir yerli QHT-nin bildirdiyinə görə qadınların 

maaşları kişilərin maaşlarının orta hesabla 70 faizi həddindədir. 

 

Uşaqlar 

 

Vətəndaşlıq ölkə ərazisində doğuş və ya insanın valideynlərinin vətəndaşlığı ilə 



müəyyənləşdirilir.  

 

Qanun hökumətdən uşaqların təhsil və tibbi xidmət hüquqlarını qorumağı tələb edir. Təcrubədə 



hökumət proqramlarının uşaqlara üçün təmin edilən təhsil və tibbi xidmətin  standartı aşağı 

olmuşdur. Təhsil 17 yaşa kimi icbari, pulsuz və ümumi (hamı üçün) olsa da, yoxsul kənd 

yerlərində yaşayan böyük ailələr bəzən qız uşaqlarını evdə işləmək üçün saxladıqları halda oğlan 

uşaqlarının təhsilinə yüksək üstünlük vermişlər. Bəzi yoxsul ailələr isə uşaqlarının məktəbə 

getməkdənsə işləməyə və ya dilənçiliyə məcbur etmişlər. 

     


Daxili İşlər Nazirliyi il ərzində uşaqlara qarşı zorlama və ya cinsi zorakılıq hallarının dəqiq sayı 

barədə heç bir məlumat verməmişədi. Verilən məlumatlara görə uşaqlar cinsi istismar və 

dilənçilik məqsədilə insan alverinin qurbanı olmuşlar. İl ərzində insan alveri cinayətinin qurbanı 

olmuş şəxslərin dörd nəfəri 18 yaşadək olmuşdur.   

 

Uşaq nikahı ciddi problem hesab edilməsə də, sübutlar göstərir ki, mərkəzi və cənub regionların 



kənd ərazilərində kasıb ailələr arasında bunun sayı artmaqdadır.  

 



Yetkinlik yaşına çatmamışlarla cinsi əlaqə qanunla qadağan edilir və “18 yaşına çatmış şəxsin 16 

yaşına çatmamış digər şəxslə cinsi əlaqədə olması və ya cinsi xarakterli digər hərəkətlər etməsi 

kimi” müəyyən edilir və üç ilə kimi həbs cəzası nəzərdə tutulur. Uşaq pornoqrafiyası qanunla 

qadağan edilir və onun istehsalı, yayılması və ya reklam edilməsi üç ildən beş ilədək həbs 

cəzasını nəzərdə b tutur. Əgər pornoqrafiyanı uşağın valideynləri, müəllimləri və ya digər 

təlimləndiriciləri yaradarsa, cəza dörd ildən yeddi ilə kimi artır. 

 

Çoxlu sayda qaçqın və məcburi köçkün uşaqların yaşadıqları şərait tələb olunan  standartlardan 



aşağıdır. Bəzi hallarda bu uşaqlar məktəbə gedə bilməmişlər. 

 

İnsan alveri 

 

Cinayət məcəlləsi  insan alverinin bütün növlərini qadağan etsə də,  insanların ölkə ərazisinə



ölkədən kənara, ölkədən keçirilməklə və ölkə daxilində alverinə dair məlumatlar olmuşdur. 

 

Ölkə,  əsasən, qadın, kişi və uşaqların cinsi istismarı və məcburi əməyə vadar edilməsi məqsədilə 



insan alveri üçün  mənbə və tranzit nöqtəsi olmuşdur. Mərkəzi Asiya, Rusiyadan və ölkənin 

özündən olan qadın və qızlar ölkədən k və ya onun vasitəsilə  seks sənayesində istismar üçün 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Türkiyə, İran, Hindistan və Pakistana aparılmışdır. Kişi və 

oğlanlar məcburi əmək üçün Rusiya. İran, Pakistan və BƏƏ-yə aparılmışdır. Daxili insan 

alverinə dair rəsmi hesabatlar olmasa da, yerli müşahidəçilər qadınların cinsi istismarı, kişilərin 

tikinti sənayesində məcburi işlədilməsi və uşaqların dilənçiliyinin  daxili insan alverində artım 

meyli barədə məlumat vermişdilər. İl ərzində hökumət 91 insan alveri qurbanlarını müəyyən 

etmişdi ki, bunların dördü az yaşlı olmuşdu. İnsan alverçiləri ümumən qadınları hədəf götürürlər. 

 

İnsan alverçiləri  xarici və ya  beynəlxalq şəbəkələrlə birgə hərəkət edən etnik azərbaycanlılar 



olmuşdur. Onlar qurbanlara birbaşa və ya dostları və qohumları vasitəsilə yaxınlaşaraq adətən 

xaricdə işlə təmin təklifini etmişlər. . İnsan alverçiləri həmçinin xaricdə iş təklif edən aldadıcı 

qəzet reklamlarından da istifadə etmişlər. İnsan alverçiləri öz qurbanlarını ölkədən çıxarmaq 

üçün saxta sənədlərdən istifadə etdikləri bildirilmişdir. İnsan alverçiləri həmçinin qadınları qonşu 

İranda fahişəliyə cəlb etmək üçün İran biznesmenlərindən fırıldaqçı evlənmə təkliflərindən də 

istifadə etmişlər.  

 

İl ərzində  qanuna əsasən 76 şəxsə qarşı insan alverinə görə cinayət işi başladılmışdır ki, 



onlardan da 58 nəfəri məhkum edilmişdir. İl ərzində təhqiq edilmiş əksər insan alveri ilə bağlı 

cinayətlərə görə, maksimum 15 illik həbs cəzası nəzərdə tutan zorlama və cinsi zorakılıq istisna 

edilməklə, 3 ildən 12 ilə kimi maksimum həbs cəzası verilmişdir. Qanunda həmçinin uşaqların 

kölə edilməsi, zorlanması və fahişəliyə cəlb edilməsinə görə də xüsusi həbs cəzaları nəzərdə 

tutulur. 

 

Tanınmış insan haqları pozucusu olan daxili işlər nazirinin müavini hökumətin insan alveri  



əleyhinə fəaliyyətləri üzrə milli əlaqələndiricisi idi. Bu, hökumətin insan alverinə qarşı səylərinin 

insan alveri qurbanını diqqət nərkəzində saxlayan yanaşma,  müvafiq hökumət orqanlarının 

səylərini izləməyə və QHT icması ilə məşğul olmağa əngəllər törətmişdir. İnsan alveri əleyhinə 

fəaliyyətə cəlb olunmuş hökumət orqanlarına Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Əmək və 

Əhalinin Sosial Müdafiəsi, Səhiyyə Nazirliyi və Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət 

Komitəsi daxil olmuşdur. Daxili İşlər Nazirliyinin xüsusi İnsan alverinə qarşı mübarizə idarəsi 

fəaliyyət göstərir. İl ərzində hökumət insan alveri ilə bağlı ekstradisiyaya və ya beynəlxalq 



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə